DersliK 9-az new indd



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə28/34
tarix20.09.2017
ölçüsü3,69 Kb.
#1139
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   34

ƏTRAFIMIZDA OLAN RƏSSAM YARADICILIĞI
107
FOTOQRAFİYA və KOMPÜTER
təsvirləri kompüterin monitorunda görmək olar. Beləliklə, müasir infor-
masiya texnologiyaları fotorəssamdan fotoarxivlərin yaradılması və on-
larla işləmək kimi yeni bacarıqların əldə olunmasını tələb edir.
Rəqəmsal fotonun meydana çıxması ilə onların sonradan emalına zə-
rurət yaranır. Heç bir fotoqraf emaldan imtina etmir, çünki qrafik re-
daktor vasitəsilə fotoportretdə dəridə olan qüsurlar aradan götürülür və
işıq effektləri əlavə edilir. Hazırkı proqramların qeyri-məhdud imkan-
lara malik olması portreti tanınmayacaq qədər dəyişməyə imkan verir.
Portret-fotonun emalı çox zaman “Adobe Photoshop” proqramında və ya
onun sadələşdirilmiş “Photoshop Lightroom” proqramında aparılır.
Proqramın köməyi ilə istənilən şəkli dəyişdirmək olar. Fototəsvirdə
rəng, işıqlanma dəyişdirilə, təsvirin işıq-kölgə ziddiyyəti artırıla, fonu
təzələnə, müxtəlif şəkillərə köçürülə, geyimi dəyişdirilə bilər və s. Bü-
tün bunlar şəklin məzmununu tam dəyişməyə imkan verir.
Kompüter  foto  işinə  yeni  bədii  yaradıcılıq  cəhətləri  bəxş  edə  bilər.
Kollaj janrında iş buna nümunə ola bilər. Kollajda müxtəlif təsvirlərin –
fotoşəkillərin, rəsmlərin,  mətnlərin kompozisiya quruluşu və məzmun
baxımından birləşməsi nəticəsində bədii obrazın yaranması baş verir.
İstənilən şəkildə olduğu kimi, kollajda da məna mərkəzi ayırd edilir
və  onun  kompozisiya  tarazlığı  ikinci,  üçüncü  plan  elementləri  ilə  əldə
olunur.


ƏTRAFIMIZDA OLAN RƏSSAM YARADICILIĞI
108
FOTOQRAFİYA və KOMPÜTER
Fotoqrafiyanın  ya-
ranışı rəssamlara əvvəl-
lər  mümkün  olmayan
bədii  və zifələri  fotokol-
lajda  həll  etməyə  im-
kan  ver di.  Fotoqrafiya-
nın  əsa sın da  müxtəlif
proqramların  köməyi
ilə is tənilən mövzuda dolğun bədii əsər yaradıla bilər. Onun kompüter
forması ən müxtəlif – kollaj və instalyasiyadan slayd-filmədək ola bilər.
Kompüter qrafik-dizayner olmaq, fototəbriklər və bayram üçün orijinal
açıqcalar və s. yaratmaq imkanı verir. Onlarda fotoşəkillərdən, rəsmlər-
dən, qeyd və mətnlərdən istifadə edilə bilər.
Dünya  daim  dəyişir.  Texnologiyaların  hazırkı  sürətli  inkişafı  ilə
nəhəng İKT şirkətlərinin mütəxəssisləri hətta adi gözlükləri də rəqəmli
fotokamera ilə təchiz edə bilirlər. Bu, cəlbedici görünən hər bir şeyi çək-
məyə imkan verir.
Müasir dünyada fotoqrafiya mühüm yer tutur. Heç bir çap və elektron nəşr
şəkilsiz keçinmir. Fotoqrafiyasız sayt da yaratmaq mümkün deyil. Fotoşəkli
çəkən aparatdır, amma onu sənət əsərinə çevirən insanın bədii istedadıdır.
Müəyyən edin
1. 
Smartfon və planşetlərin geniş yayılması müasir rəqəmsal fotoqrafiyanı
əsaslı sürətdə dəyişdi. Onların vasitəsilə çox asanlıqla keyfiyyətli şəkil-
lər çəkmək mümkündür. Sonradan bu şəkilləri emal etmək də çox rahat-
dır. Rəqəmsal fotolar çəkən qurğular barədə daha nələr bilirsiniz?
Yaradıcı fəaliyyət
2. 
Yaradıcı çəkiliş layihəsini yerinə yetirin.
a) 
Sərbəst  mövzuda  (məsələn:  “Ölkənin  qəhrəman  müdafiəçiləri”,
“Mənim  dostlarım”,  “Mənim  ailəm”,  “Mənim  şəhərim”,  “Sevdiyim
rəssam”, “Təsviri sənətdə müasir üslublar”) 5–7 təsvir elementindən
(fotoşəkil, rəsm, mətn və s.) ibarət kollaj kompozisiyası tərtib edin.
b) 
Müxtəlif təsvir elementləri ilə birlikdə öz fotoşəklinizdən ibarət
təbrik açıqcası düzəldin.
c) 
Kompüter emalı vasitəsilə şəklin fotoqrafikasını yaradın.
Sənətkar məsləhəti
1. İnterneti açın və axtarış vasitələrindən birini (məsələn: “Google”) tapın.
2. Görməli yerlərin – müasir memarlıq nümunələrinin fotolarını tapın və on-
ları bir qovluqda saxlayın.
Təchizat: veb-kamera, “Microsoft Paint” və “Adobe Photoshop” proqram-
ları, internet
 
Sərbəst iş üçün tapşırıqlar


ƏTRAFIMIZDA OLAN RƏSSAM YARADICILIĞI
109
FOTOQRAFİYA və KOMPÜTER
3. Adobe Photoshop proqramının işarəsinə cıqqıldadaraq onu açın.
Öz fotoşəklinizin Surətini köçürün və onu görməli məkanın fotosuna da xil 
edin. 
6. Öz fotoşəklinizi görməli məkanın fo-
toşəklinə yerləşdirdikdən sonra Yerini 
dəyiş 
__
(Move tool) alətinin köməyi 
ilə onu lazım olan yerə aparın.
7. Pozan
__
(Eraser tool) alətinin kö-
mə yi ilə şəklin fonunu silin.
Fonu  silməyə  başlamazdan  əvvəl  Po-
zan (Eraser tool) alətinin üzərinə vur-
duqda pozan menyusunda Soft Cloner 
işarəsini  (ekranın  yuxarı  hissəsində) 
cıqqıldadın.
Fayl (File) və Faylın təsvir ilə eksportu komandalarının köməyi ilə hazır-
ladığınız işi qovluğunuzda saxlayın. Siz bütün foto növlərində dünyanı necə 
gördüyünüzü və yaradıcılıq qabiliyyətinizi göstərə bilərsiniz. 
3. 
Kompüter  proqramları  –  kollaj,  videotəqdimat  (slayd-fi lm)  sayə-
sində foto yaradıcılığının bədii-ifadə imkanlarını təhlil edin. Bunu
məxsusi seçilmiş (jurnal və qəzetlərdən, açıqcalardan, internetdən),
mövzunun  məzmununu  açan  illüstrasiya  materialı  cəlb  edilməklə
tədqiqat referatı və ya şifahi məlumat formasında yerinə yetirmək
olar.
4.  Fayl  (File)  sözünün  üstündən  vurun 
və  Açmaq  (Open)  əməliyyatını  seçin  ki, 
internetdən  yüklədiyiniz  iki  fotoşəkil  ek-
randa açılsın.
5.  Formanın  seçimi  alətinin 
köməyi  ilə  şəklin  surətini  çı-
xar maq  istədiyiniz  hissəsini 
ni şanlayın.

Kompüter şəklin hansı texnoloji imkanlarını yaradır?

Kompüter texnologiyalarının tətbiqi sayəsində fotorəssamın qarşısında
hansı imkanlar açılır?
Özünüzü yoxlayın


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə