DersliK 9-az new indd



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə30/34
tarix20.09.2017
ölçüsü3,69 Kb.
#1139
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   34

ƏTRAFIMIZDA OLAN RƏSSAM YARADICILIĞI
114
RƏSSAM və KİNO SƏNƏTİ
Yarandığı gündən insanların dünyagörüşünü formalaşdıran, hər bir
xalqın tarixini, milli adət-ənənəsini yaşadan, həyatın bütün sahələrinə
nüfuz edən kino sənəti bəşəriyyətin ən böyük kəşflərindən biridir. Kino
yeganə sənət növüdür ki, özündə mədəniyyətin bir neçə sahəsini birləş-
dirir. Kinonun bir üstünlüyü də əyaniliyində, inandırma gücünə malik
olmasındadır.
Azərbaycan kino sənəti bütövlükdə tamaşaçıların estetik zövqünün
və dünyagörüşünün formalaşdırılmasında mühüm rol oynamış, xalqımı-
zın milli ruhunun qorunub saxlanması işinə xidmət etmişdir.
“Nəsimi” filmindən kadr
“Qaçaq Nəbi” filmindən kadr
“Ögey ana” filmindən kadr
“Axırıncı aşırım” filmindən kadr
“Bizim Cəbiş müəllim” filmindən kadr
“Uzaq sahillərdə” filmindən kadr


ƏTRAFIMIZDA OLAN RƏSSAM YARADICILIĞI
115
RƏSSAM və KİNO SƏNƏTİ
“Amfibiya adam” filmindən kadr
“Brilyant əl” filmindən kadr
Kino sənətinə ölkəmizdə maraq bu gün də böyükdür, çünki hər bir
film,  yaradılan  hər  bir  ekran  əsəri  xalqımızın  tarixini,  mədəniyyətini
özündə yaşadaraq gələcək nəsillərə milli ruhu çatdırır. Film qədər heç
nə belə tez köhnəlmir, amma düşüncələrimizi və dünyamızı heç nə kino
qədər qorumur.
Təchizat: rəngli karandaşlar, flomasterlər, pastel təbaşirlər, rəngli qələmlər
 
Sərbəst iş üçün tapşırıqlar

Filmdə rəssamın rolu nədən ibarətdir?

Hansı rejissor və aktyorlarla birgə işləmək istərdiniz? Onlarla hansı
 mövzuda film çəkərdiniz?
Özünüzü yoxlayın
Müəyyən edin
1.
 FİLM sözü ilə krossvord tərtib edin.
Yaradıcı fəaliyyət
2.
a) 
Öz sinfiniz haqqında film hazırlayın. Filmin ssenari qəhrəmanları
sinif yoldaşlarınız, müəllimləriniz, məşğələləriniz, sinfiniz və asudə
vaxtınız daxil edilə bilər.
b) 
“Kinematoqrafiya” mövzu-
sunda rəsm çəkin və ya emb-
lem eskizi yaradın.
3. 
“Kinoda ssenari nə üçün lazım-
dır  və  ailə  videosunun  çəkili-
şində onun ro lu” mövzusunda
analitik işi yerinə yetirin.


ƏTRAFIMIZDA OLAN RƏSSAM YARADICILIĞI
116
Necə fikirləşirsiniz, kompüterin
ekranında hansı təkrarlanan ha-
disə əks olunub?
ANİMASİYA SƏNƏTİ
Tanış olun
Kino hər zaman bizim üçün maraqlı və əyləndirici həmsöhbət olmağa
çalışıb. Uşaqdan böyüyədək bütün tamaşaçıların ən sevimli həmsöhbəti –
animasiyadır
1
.
Rəsmlərdə  hərəkətin  təsvi ri-
nə  dair  ilk  cəhdlər  Paleolit  döv-
rünün  mağara  rəsmlərinə  aid
edilir.  Mağara  divar  rəsmlərin-
də  heyvanları  bir-birinə  dolaşan
çoxlu ayaqla təs vir edərdilər.
Filmin yaradılmasında ssenarinin hansı rolu var?
İncəsənətə dair dialoq
Xatırlayın
25
1
Animasiya (fr. animation – canlandırma, diriltmə) – cizgi filminin Qərbdəki adı; kino
sənəti növü və onun əsəri (cizgi filmi), həmçinin cansız, hərəkətsiz obyektlərin köməyi
ilə hərəkət illüziyası yaratmaq imkanı verən müvafiq texnologiya. Animasiya və ya cizgi
filminin yaradılması ilə məşğul olan rəssama animator deyilir.
Fransız  Emil  Reyno  ilk  və  əsl  animator  hesab  edilir.  O,  hərəkətli
rəsmlərin nümayişi üçün fırlanan barabandan, güzgü sistemi və fənər-
dən ibarət olan optik cihaz – praksinoskop aparatı icad etdi. 1892-ci ildə
Reyno özünəməxsus attraksion – optik teatr yaradır. Burada o, tamaşaçı-
lara 15–20 dəqiqə davam edən komik süjetlər nümayiş etdirir. Bu hadisə


ƏTRAFIMIZDA OLAN RƏSSAM YARADICILIĞI
117
Lümyer
qardaşlarının
məşhur  premyerasından
bir neçə il əvvəl baş ver-
mişdi, yəni animasiyalar
fransızlara  kinofilmlər-
dən  bir  qədər  əvvəl  mə-
lum idi.
2
Pantomim – sözlərdən istifadə etmədən bədii obrazın yaradılmasında insan bədəninin
hərəkətləri (plastikası) əsas vasitə sayılan səhnə incəsənəti.
ANİMASİYA SƏNƏTİ
İlk animasiyalar əl ilə çəkilib rənglənmiş, on beş dəqiqəyədək davam
edən pantomimlər
2
idi. Reyno rəsmlərlə yanaşı, fotoşəkillərin də istifa-
də  olunduğu  filmlər  yaradırdı.  Sonralar  müxtəlif  janr  və  texnikalarda
işləyən digər sənətkarlar da belə kino filmlərinin inkişafına öz töhfələ-
rini  verdilər.  Zaman  keçdikcə  animasiya  kinematoqrafın  bir  hissəsinə
çevrilərək kino janrlarından biri kimi öz yerini tutdu. Animasiyaların
hazırlanması üçün kinoçəkən aparatlardan istifadə edilirdi.
XX  əsrin  əvvəlində  animasiya  sürətlə  inkişaf  etdi.  Təxminən  eyni
vaxtda  bir  neçə  adam  bir-birindən  asılı  olmadan  animasiya  filmlərinin
yaradılması üzərində işləməyə başladı.
Emil Reynonun praksinoskopu
Feliks pişik – səssiz kino dövründə meydana çıx mış
cizgi filmi qəhrəmanıdır. Qara bədəni, iri ağ gözləri, ge-
niş təbəssümü və süjetə görə düşdüyü vəziyyətlər Felik-
si animasiya tarixində ən tanınan personajlardan birinə
çevirdi. Feliks pişik uşaqdan böyüyədək bütün tamaşa-
çıları cəlb etməyə qabil olan və məşhurluq qazanmış ilk
animasiya personajıdır.
Animasiyanın  inkişaf  yo-
lunda  xeyli  şərəfli  ad  tarixə
məlumdur.  İlk  animasiya  fil-
mini amerikalı karikaturaçı və animator Uinzor Mak-
key 1906-cı ildə ya radıb. Amerikalı rejissor, rəssam və
prodüser Uolt Disney animasiya aləmində əsl çevriliş
yaratdı. O, ilk dəfə animasiyada səs və rəngdən istifa-
də etdi. Onun filmləri və qəhrəmanları, xüsusilə Mik-
ki Maus nəinki ən müxtəlif yaşlı tamaşaçının qəlbini
fəth etdi, həm də onun filmlərinin təsvir üslubu təqlid
edilməyə başlandı. “Disney” studiyası öz fəaliyyətinə
görə 12 “Oskar” mükafatına layiq görülüb.
Bilirsinizmi?


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə