DersliK 9-az new indd



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə29/34
tarix20.09.2017
ölçüsü3,69 Kb.
#1139
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   34

ƏTRAFIMIZDA OLAN RƏSSAM YARADICILIĞI
110
Sizcə, fotoaparat və fotoqrafiya icad edildikdən sonra rəssamlar daha
nəyi kəşf etmək istəmişdilər?
RƏSSAM və KİNO SƏNƏTİ
Tanış olun
Əsrlərboyu yaradıcı insanlar təsviri canlandırmağı, onu hərəkətə gə-
tirməyi arzulayırdılar. Fotoqrafiya meydana çıxdıqdan sonra yalnız ki-
çik bir addım atmaq qalırdı: kino lentini, çəkiliş və proyeksiya üçün kino
aparatlarını  yaratmaq  və  ekranı  əvəz  edən  ağ  parça  asmaq.  Bu  da  baş
verdi. Parisdə Lümyer qardaşları “Qatarın gəlişi” adlı ilk qısa kinolenti
nümayiş etdirdikləri gün – 22 mart 1895-ci il kinonun yaranma günü
hesab olundu.
Əvvəlcə kino ağ-qara, səssiz idi, filmdə isə əsas ifadə vasitəsi təsvirin
özü, onun hərəkət möcüzəsi oldu. Kinematoqrafın bu inkişaf mərhələ-
si “Böyük lal” adını almışdı. Səssiz kino dövrünə şöhrəti əfsanəvi Çarli
Çaplin gətirmişdi.
Fotoqrafiya kimi, kino da tədricən öz dilini və bədii xüsusiyyətlərini
axtarırdı.  Fotoqrafiya  kimi,  incəsənətdə  öz  əhəmiyyətini  sübuta  yetir-
mək üçün kino da rəngkarlığı təqlid edirdi.
İlk fotoşəkillər nəyi xatırladırdı?
İncəsənətə dair dialoq
Xatırlayın
24
Lümyer qardaşları (solda – Ogüst, sağda – Lui) və “Qatarın La Syota
vağzalına da xil olması” filmindən kadr


ƏTRAFIMIZDA OLAN RƏSSAM YARADICILIĞI
111
RƏSSAM və KİNO SƏNƏTİ
Əvvəlcə fi lmləri hər yerdə – musiqi sa lon la-
rın da, klublarda və hətta mağazalarda göstərir-
dilər. 1908-ci ildə isə kino nümayişi üçün ilk te-
atrlar tikməyə başladılar.
Film ayrı-ayrı fraqmentlərlə – planlarla çəki-
lir.  Planların  ardıcıl  birləşdirilməsi  montaj  ad-
lanır. Planların ardıcıllıq qaydası bizim ekranda
gördüklərimizə məna verir. Film yaradıcılarının
görmək istədikləri və düşündükləri məhz seçim-
də və montajda öz əksini tapır. Montaj – kinema-
toqrafın
1
bədii-obrazlı təkrarsızlığının əsasıdır.
Səsin yaranması kinoda “inqilab” yaratdı. Kinoda söz və musiqinin ol-
ması bugünkü fi lmlərin təsvirdən daha çox, süjetin inkişafı və aktyor oyu-
nunun xırdalıqları üzərində qurulmasına səbəb oldu.
Rəngin kino ekranlarına gəlişi kino tarixində mühüm addım idi, lakin
rəng kino üçün səs qədər inqilabi hadisə olmadı. Çünki rəng – kino təsvi-
rinin yalnız yeni, “rəngli” tərəfi idi. Rəngkarlıqda və fi lmdə rəngin bədii
mahiyyəti fərqlidir. Rəngkarlıqda rəng – rəssamın icadı, obrazın yaradıl-
masında isə ən mühüm vasitədir. Kinoda isə rəng müəllifi n istəyindən asılı
olmayaraq ekrana çıxır. O, təbii gerçəkliyin oxşarı, surətidir.
1
Kinematoqraf (yun. hərəkət, təsvir etmək) – insanın hərəkət edən təsvirlərin yaradıl-
masından ibarət fəaliyyət sahəsi. Bəzən həm də sinematoqraf və kinematoqráfi ya da ad-
landırılır.
“Cazda yalnız qızlardır” fi lmindən kadr
“Roma tətilləri” fi lmindən kadr


ƏTRAFIMIZDA OLAN RƏSSAM YARADICILIĞI
112
RƏSSAM və KİNO SƏNƏTİ
“Matrisa” filmindən kadr
“Avatar” filmindən kadr
“Titanik” filmindən kadr
Ekranda baş verən hadisə zaman içində inkişaf edir. Təsvir, nitq və mu-
siqini vahid bir obrazda birləşdirmək bacarığı kinokompozisiya sənətini təşkil
edir. Teatr rəssamından fərqli olaraq kino rəssamı real obyektlərdən və həyatda
mövcud olan əsl əşyalardan ibarət real dünyanın obrazını yaradır. Teatrda ol-
duğu kimi, kinoda da geyim və qrimin yaranmasında rəssamın rolu əvəzsizdir.
Ekranda gördüklərimiz bədii kollektivin yaradıcılığıdır və təkcə rəssamın işi
ilə məhdudlaşmır. Bu prosesə, ilk növbədə, rejissor və operator qoşulur.
Kino mühitinin yaranması eskiz və çertyojlardan başlayır. Bu yaradıcı
işin nəticəsində meydana çıxan mühit filmin ən mühüm obrazına çevrilir.
Texnologiyanın sonrakı inkişafı – dairəvi panoramdan stereotəsvirə-
dək – kino sənətini, ümumiyyətlə, dəyişmədi.
Sonra yeni mərhələ – kompüterin xüsusi effektləri, stereotəsvir (3D
effekti) meydana çıxdı.
“Küləklə sovrulanlar” filmin dən kadr


ƏTRAFIMIZDA OLAN RƏSSAM YARADICILIĞI
113
RƏSSAM və KİNO SƏNƏTİ
“Alisa möcüzələr ölkəsində” filmindən kadr
“Balaxanıda neft fontanı“. 1898-ci ildə çə-
kilmiş qısametrajlı sənədli filmdən kadr
“Yura dövrünün parkı” filmindən kadr
Üzeyir Hacıbəylinin “Arşın mal alan” ope-
ret tası əsasında ilk Azərbaycan kinokomedi-
yası çəkildi
Azərbaycanda əvvəlcə səssiz və ağ-qara, sonradan isə səsli və rəngli
kino yaranmışdır. 1924-cü ildə ilk ikiseriyalı “Qız qalası əfsanəsi” bədii
filmi ekranlara çıxmışdır. 1935-ci ildə “Mavi dənizin sahilində” bədii fil-
mi ilə Azərbaycanda səsli kinonun istehsalına başlanılmışdır.
Azərbaycanda kino sənəti dünya kinosundan cəmi üç il sonra, 1898-ci
ildə yaranıb.
Kino insanlara nə üçün və niyə lazımdır? Kino onların həyatında nəyi dəyişdi?
Düşünün və izah edin
Kino XX əsrdə ən vacib incəsənət növünə çevrildi. Bu sahədə eyni zaman-
da yüksək sənət nümunələri və sadə süjetli filmlər mövcud idi. Seans zamanı
tamaşaçı özünü filmin qəhrəmanı kimi hiss edirdi. Kino tamaşaçılara böyük
təsəlli oldu: onları gündəlik qayğı və kədərdən uzaqlaşdıraraq ekrandakı xoş-
bəxtlik, zənginlik və sevgi dolu xəyal və arzular aləminə qaytardı.
Kino əsl həyat xülyasıdır, amma bəzən film yaşadığımız həyatı hə qi-
qət də gördüyümüzdən də dərin və gerçək olaraq göstərir. Belə kino elə
həqiqi incəsənətdir. Həyat haqqında əsl həqiqəti əks etdirən bir çox film-
lər çəkilib. Onlar insanın daxili aləmini göstərən məşhur sənətkarların
həqiqətən də böyuk əsərləridir.


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə