DersliK 9-az new indd



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə33/34
tarix20.09.2017
ölçüsü3,69 Kb.
#1139
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   34

ƏTRAFIMIZDA OLAN RƏSSAM YARADICILIĞI
125
KARİKATURA və ŞARJ: ŞƏKİLLİ ƏHVALATLAR
qüsurlarını heç kimdən çəkinmədən, heç nədən qorxmadan açıb göstərib,
müsəlmanları, bir növ, cahillik yuxusundan oyatmağa çalışıb.
Azərbaycanda karikatura janrının inkişafında yeni ənənələrin yaran-
masına 1952-ci ildən “Kirpi” satirik jurnalının nəşrə baş laması da təkan
verib. Nəcəfqulu, H.Əli yev, Z.Kərimbəyli, P.Şandin, Ə.Zeynalov, A.Ələs-
gərov, A.Quliyev kimi rəssamlar bu jurnalın səhifələrində cəmiyyətdəki
nöqsan və problemləri, əsasən, karikaturalar vasitəsilə əks etdiriblər.
Karikatura  janrına  marağın  artması  bu  sahəyə  peşəkar  rəngkar-
ların  axını  ilə  müşayiət  olunub.  1950–1960-cı  illərdə  Azərbaycanın
görkəmli rəssamları – M.Abdullayev, T.Salahov, O.Sadıqzadə, K.Kazım-
zadə, A.Ha cıyev,  G.Mustafayeva  və  başqaları  bu  sahədə  layiqli  əsərlər
yaradıblar.
İlk karikaturaçı rəs-
samımız  isə  Azərbay-
can satirik qrafikasının
təməlini  qoymuş,  jur-
nalın baş rəssamı Əzim
Əzimzadə olmuşdur.
Karikaturaçı rəssam-
lar  S.Şərifzadə,  S.Sa -
l am zadə, M.Vlasov və
başqalarının xidmətləri
danılmazdır.
Mikayıl Abdullayev.
– Bu niyə belə sürətlə oxuyur?
– Əzbər bilir. Keçən ilin məruzəsidir.
Mikayıl Abdullayev.
– Bu niyə belə hıqqanır?
– Məruzəsini özgəsi yazıb.
Əzim Əzimzadə.
“Xoruz döyüşü”. 1915
1960–1970-ci  illərdə  R.Qədimov, A.Ələsgərov,  E.Abdullayev,  F.Əli-
yev, M.İsmayılov, E.Avalov, M.Məmmədov və başqa rəssamların bu sahə-
də peşəkar işləri son nəticədə Azərbaycan karikatura sənətini zənginləş-
dirməyə xidmət edib.


ƏTRAFIMIZDA OLAN RƏSSAM YARADICILIĞI
126
KARİKATURA və ŞARJ: ŞƏKİLLİ ƏHVALATLAR
Daha kəskin karikaturaları bəzən şarj
4
adlandırırlar.
4
Şarj (fr. charger – şişirtmək, artırmaq) – karikaturanın bir növü, insanın xarakterik
cizgilərinin dəyişdirildiyi və vurğulandığı yumoristik və satirik təsvi ridir. Şarjın əsa-
sında portret durur və o, inkişaf edən süjet tələb etmir. Termindən bü tün incəsənət növ-
lərində istifadə edilsə də, təsviri sənət sahəsində maksimal istifadə olunur.
Bəzən ilk baxışdan elə görünür ki, şarj – sadəcə adi şəkildir, əslində
isə böyük məharət və zəngin təcrübə tələb edir. Şarj – rəssamın gördük-
lərinin vizual müşahidəsidir. Şarjı elə çəkmək lazımdır ki, onda təsvir
edilən şəxsə qarşı təhqirə çevrilməsin. Şarj qəhrəmana istehza etməkdən
daha çox, onu xoş təbəssümlə işıqlandırır, məşhur insanı sadə adamlara
yaxınlaşdırır.
Karikatura – informasiyanın çatdırılma formasıdır, digər ifadə va-
sitələri ilə müqayisədə o daha tez qavranılır və anlaşıqlıdır. Karikatu-
ralara əsasən cəmiyyətin vəziyyətini, onun problemləri və nöqsanlarını
öyrənmək olar. Satirik janr ictimai rəyin formalaşmasına təsir göstərir,
müəyyən dünyagörüşünə malik mövqe tutmaqda oxucuya kömək edir.
Karikaturaçı baş verən bütün dəyişiklikləri izləməlidir. Satirik rəsm
ləngimiş şərhin deyil, hadisələrin bir hissəsi olmalıdır. Karikaturada ay-
dınlıq amili, sadəlik və insana çatdırılma ifadəsi çox vacibdir.
Karikatura təkcə güldürməyi bacarmır, həmçinin publisist işini ye-
rinə yetirir, yəni tənqid, ifşa, təşviq edir.
Gündəlik  həyatınızda  komiks  yaradılacaq  və  ya  karikatura  çəkiləcək  kimi 
hadisələrə rast gəlmisinizmi?
Düşünün və izah edin
Şarjın yaradılmasında mühüm məqam kompozisiya sayılır. Şarj çəkən
təcrübəli rəssam şəkildə yalnız qabarıq məqamı əks etdirmir, o həm də
insanın ümumi psixoloji ovqatını, onun daxili aləmini kağızda ifadə et-
məlidir.


ƏTRAFIMIZDA OLAN RƏSSAM YARADICILIĞI
127
KARİKATURA və ŞARJ: ŞƏKİLLİ ƏHVALATLAR
Təchizat: rəngli karandaşlar, flomasterlər, pastel təbaşirlər, rəngli qə-
ləmlər
 
Sərbəst iş üçün tapşırıqlar
Müəyyən edin
1.
 Komiks, karikatura və şarjın hansı ümumi və fərqli cəhətləri var?
Yaradıcı fəaliyyət
2.  а) 
Öz gündəlik həyatınıza dair kiçik komiks tərtib edin.
Seçdiyiniz  süjeti  ardıcıllıqla  açan  mətn  qurun.  Onun  personajları
öz aralarında söhbət edirlər, söhbətin mətni də onların ağızlarından
çıxan buludun içində yazılır. Oxunan mətn təsvirlə yaxşı uzlaşmalı-
dır. Nəzərə alın ki, yaxşı komiks yaratmaq üçün təkcə maraqlı əhva-
lat yox, həm də maraqlı qrafika üslubu seçmək lazımdır.
 
b) 
“Müasir texnologiyalar uşaqların gözü ilə” mövzusunda karikatu-
ra çəkin. Öz qəhrəmanlarınız üçün xarakterik olan cəhətləri bilərək-
dən qabartmağa və komikləşdirməyə çalışın.
Unutmayın ki, karikatura – insanın gülməli görünməsi üçün və hər
hansı bir xarici əlamətləri bilərəkdən şişirdilmiş məzəli portretdir.
Yaxşı karikatura insanın xarakterinin xüsusiyyətlərini də vurğula-
yır.  İlk  əvvəl  karikaturasını  çəkmək  istədiyiniz  personajı  təsəvvü-
rünüzə gətirin. Onun hansı cizgiləri sizə ən güclü təsir bağışlayır?
Karikaturada da məhz bu cizgilər seçilməli və dərhal nəzərə çarpma-
lıdır.
 
c) 
Sevdiyiniz insanın şarjını çəkin. Onun ovqatını, daxili aləmini əks
etdirməyə çalışın.
3. 
Təsvir edəcəyiniz sözü (yaxud öz adınızı) fikirləşin. Nümunələr üzrə
istənilən  üslubda  və  qraffiti  texnikasında  yazın.  Şrift  seçin,  ya  da


ƏTRAFIMIZDA OLAN RƏSSAM YARADICILIĞI
128
KARİKATURA və ŞARJ: ŞƏKİLLİ ƏHVALATLAR   

Komikslər nəyi əks etdirir?

Karikaturanın əsas funksiyaları hansılardır?

Şarjları nə üçün çəkirlər?
Özünüzü yoxlayın
onu özünüzdən uydurun. Hərflərin içinin, konturlarının hansı rəng-
də olacağını müəyyən edin. İşə konturlardan, yoxsa boyamadan baş-
layacağınızı  düşünün.  Nəzərə  alın  ki,  ən  sadə  üslubdakı  işlər  iki
rəngdən ibarət olur. Bir rənglə kontur çəkilir, o birisi ilə boyanılır.


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə