DersliK 9-az new indd



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə32/34
tarix20.09.2017
ölçüsü3,69 Kb.
#1139
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   34

ƏTRAFIMIZDA OLAN RƏSSAM YARADICILIĞI
122
KARİKATURA və ŞARJ: ŞƏKİLLİ ƏHVALATLAR
Tanış olun
Kino, xüsusən də animasiya filmləri ilə sıx bağlı olan hər hansı əhva-
latın bəhs edildiyi təsvir silsiləsinə komiks
1
deyilir.
Bu şəkilli əhvalatlar, rəsmlərlə təqdim edilən hekayələr özündə ədəbiy-
yat və təsviri sənət kimi incəsənət növlərinin xüsusiyyətlərini birləşdirir.
İlk komikslər XX əsrin əvvəllərində Avropa və Amerika qəzetlərində
görünməyə başlayıb, sonralar isə onların ən məşhurları ayrıca kiçik jur-
nal kimi nəşr edilib.
Komikslərdə ən azı 2 şəkil olmalıdır. Odur ki yalnız 1 təsvirdən ibarət
illüstrasiya, rəsm komiks adlana bilməz. Komikslər bəzən hər hansı bir
süjetdən bəhs edən ardıcıl mətnlə müşayiət olunur. Komisklərdə çəkil-
Film üçün ssenari necə tərtib edilir?
Xatırlayın
26
1
Komiks (ing. comic – gülməli) – vahid hekayəni təşkil edən qısa mətnli şəkil silsiləsidir.
Yumoristik, macəra, fantastik, tarixi və digər komikslər olur.
Komikslərin tarixi qədimdən başlayıb və bu janr
ABŞ-da  yaranıb.  1892-ci  ildə Amerikanın  “The  San
Francisco  Examiner”  jurnalında  “Ayı  balası  və  pə-
ləng” adlı ilk Amerika komiksi dərc edilir. Sonralar
isə komiks yaradıcısı kimi məşhurlaşan və öz komiks
se riyalarını təqdim edən Riçard Autkolt oldu. Janrın
in kişafına  öz  töhfəsini  həm  də  Rudolf  Derks  verib.
Personajların  nitqinin  yerləşdirildiyi  bulud  formalı
“qovuq” çərçivələri məhz o icad etmişdir.
Bilirsinizmi?
Jurnallarda,  qəzetlər-
də qısa mətnlərin mü-
şayiəti ilə məzəli kiçik
şəkillər  görmüsünüz-
mü? Onların haq qında
nə deyə bi lərsiniz?
İncəsənətə dair dialoq


ƏTRAFIMIZDA OLAN RƏSSAM YARADICILIĞI
123
KARİKATURA və ŞARJ: ŞƏKİLLİ ƏHVALATLAR
miş personajlar öz aralarında söhbət edirlər, bu söhbət onların ağızların-
dan çıxan buludun içində mətn kimi təsvir edilir. Oxunan mətn təsvirlə
harmoniya yaratmalıdır. Əsl komiks yaratmaq üçün təkcə maraqlı əhva-
lat yox, həm də maraqlı qrafika üslubu lazımdır.
Bunun ardınca da komikslərin gur inkişafı başlayır, bu gün də ya-
şayan yeni qəhrəmanlar meydana çıxır: Supermen, Betmen, Hörümçək
adam, Donald Dak, Mikki Maus və b.
XXI əsrin əvvəlində komikslər yeni təcəssümünü tapdı. Bu, komiks-
lərin rənglənməsində istifadə edilən yeni kompüter texnologiyaları he-
sabına, həmçinin bir sıra istedadlı rəssamların bu janra marağı sayəsin-
də mümkün oldu. Komiksləri artıq təkcə karandaşla deyil, həm də yağlı
boya ilə boyamağa, üstəlik, birinci ilə ikincini qrafik rəqəmsal texnologi-
yalarla kombinə etməyə başladılar. Komikslər kino, xüsusən də animasi-
ya ilə sıx bağlıdır. Komikslərin əksəriyyəti Hollivudda ekranlaşdırıldı,
filmlər isə bütün dünyada uğur qazana bildi.
Brüsselin  görməli
yerlərindən  biri  artıq
25  il  boyunca  davam
edən  unikal  küçə  la-
yihəsidir.  1991-ci  ildə
kü çə  rəssamları  Brüs-
sel küçələrindəki evlə-
rin və binaların görkə-
mini  dəyişmək,  onları
daha da əlvan, yaddaqa-
lan et mək üçün bu tiki-
liləri məzəli komiks əh-
valatları  ilə  boyamağa
başladılar.
Komikslər Belçika-
da  çox  populyardır  və
milli  qürurun  bir  his-
Bu maraqlıdır


ƏTRAFIMIZDA OLAN RƏSSAM YARADICILIĞI
124
KARİKATURA və ŞARJ: ŞƏKİLLİ ƏHVALATLAR
Tarixən belə gətirib ki, komiksin ən geniş yayılmış janrı karikatura-
dır
3
. Bu janr yumor hissindən, gülmək qabiliyyətindən doğulub. Məqa-
mında məharətlə deyilən gülməli söz insanı öz davranışı haqqında dü-
şünməyə, öz əməllərinə yeni tərzdə yanaşmağa vadar edir. Ağıllı zarafat
çox zaman geniş, düzgün, amma darıxdırıcı nəsihətlərdən daha inandı-
rıcı çıxır. Gülüş bir tərəfdən insanı əyləndirə, başını qata, həvəsləndirə,
özünə  inamını  artıra  bilir,  digər  tərəfdən  isə  ictimai  həyatdakı  mənfi
təzahürlərlə mübarizə aparmağa kömək edir. Karikaturaçı rəssamlar öz
yaradıcılıqlarında məhz istehzanın bu güclü tərəflərindən istifadə edir-
lər. Başqa sözlə desək, rəssamlar konkret tipajları müəyyən şəraitdə çək-
məklə  onları  təbii,  həqiqətəuyğun  görkəmdə  göstərmirlər,  onların  əsl,
gerçək cizgilərini həm də komik keyfiyyətlərlə artırırlar.
Karikatura  bəlkə  də  gün dəlik  hadisələrə  dərhal,  hadisə  baş  verən
anda münasibət bildirməyə qabil olan yeganə janrdır. Karikaturada ən
uyğunsuz görünənlər – gerçəklik fantastikayla, həqiqətəuyğunluq ağla-
sığmazlıqla qarışa bilər.
2
Qraffíti (tək halda – graffíto; ital. – graffito, cəm halda – graffiti) – XX əsrin son rübün-
də avanqardizm cərəyanı, divarda və digər səthlərdə boya və yaxud mürəkkəblə cızılmış,
yazılmış və ya çəkilmiş təsvirlər, rəsmlər, ya da yazılar. Adicə sözlərin yazılışından ta
zərif rəsmlərədək küçə divarlarının boyanmasının istənilən növünü qraffitiyə aid etmək
olar. Bir incəsənət növü kimi qraffitinin də öz üslubu və cərəyanları var.
3
Karikatura (ital. caricatura – yükləmək, şişirtmək) – bilərəkdən komik effektin yara-
dıldığı, adamları ifşa etmək, yaxud onlara gülmək məqsədilə vücudun, sima nın, geyi-
min, davranış tərzinin xarakterik cəhətlərinin şişirdildiyi və qabardıldığı təsvirləri (çox
zaman qrafikada, satirik formada) birləşdirən xüsusi təsviri sənət janrıdır.
səsi  sayılır.  Bəzi  qraffitilər
2
 artıq  ölkənin  əsl  qüruruna  çevrilib  və  özlüyündə
küçə incəsənətinin şedevri sayılır.
Karikatura  cəmiy-
yətin  siyasi  həyatının
müxtəlif  tərəflərinə,
so sial  problemlərə  to-
xu nur  və  yumoristik
və ziyyəti əks etdirir.
Zəngin  ənənələrə
ma lik karikatura jan-
rı  Azərbaycan  təsviri
sənətinin  mühüm  sa-
hə lərindən  biri  kimi
müx təlif  inkişaf  yolu
keçmişdir.
Azərbaycanda karikatura jan rının yaranması 1906-cı ilin aprel ayın-
da “Molla Nəsrəddin” adlı həftəlik satirik jurnalın nəşri ilə bağlıdır. Cəlil
Məmmədquluzadə “Molla Nəsrəddin” jurnalının naşiri və baş redaktoru
olub. Bu jurnal mövcud olduğu 25 il ərzində cəmiyyətin eybəcərliklərini,


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə