DersliK 9-az new indd



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə31/34
tarix20.09.2017
ölçüsü3,69 Kb.
#1139
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   34

ƏTRAFIMIZDA OLAN RƏSSAM YARADICILIĞI
118
ANİMASİYA SƏNƏTİ
Animasiya filmində personajı belə hərəkətə gətirmək olar: dəftərçədə
at şəkli çəkilir. Hər vərəqdə atın ayağının hərəkəti dəyişir. Dəftərçəni
sürətlə vərəqlədikdə elə təəssürat yaranır ki, sanki at hərəkət edir.
Bilirsinizmi?
Atın qaçışında hərəkətin dövriyyəsi. 8 kadrlıq animasiya
“Pişik Leopoldun 
macəraları”
“Hələ bir dayan!”
“Vinni Pux və başqaları”
Uşaq və böyüklər üçün xeyli gözəl cizgi filmi yaratmış sovet cizgi fil-
mi məktəbi animasiyanın bədii inkişafına böyük töhfə vermişdir.
Animasiya – xüsusi texnologiyalar vasitəsilə hər bir kadrın ayrı-ay-
rılıqda  çəkilməsi  ilə  yaradılan  kino  sənətidir.  Animasiyanın  müxtəlif
növləri mövcuddur.
1.
2.
3.
4.
5.
6.
7.
8.
Animasiyanın növləri
Qrafik animasiya
Animasiyanın klassik nö-
vüdür, obyektlər əl ilə çə-
kilir, adətən, kompüterə
köçürülür.
Həcmli animasiya
Müxtəlif  materialların
istifadəsi  ilə  yaradılan
həcm li obyektlər (gəlin-
ciklər,  plastilin,  barel-
yeflər, maketlər və s.)
Kompüter animasiyası
Obyektlər  kompüter  va-
si tə silə  yaradılır.  3D  və
2D animasiyalar var (fləş-
animasiyalar da daxil ol-
maqla).


ƏTRAFIMIZDA OLAN RƏSSAM YARADICILIĞI
119
ANİMASİYA SƏNƏTİ
Azərbaycanda animasiyanın yaranması XX əsrin 30-cu illərinə təsadüf
edir.
“Tıq-tıq xanım”, “Cırtdan”, “Tülkü həccə gedir”, “ Təpəğöz” və di-
gərləri bir çox tamaşaçının həyatına daxil olmuş, uşaqlıq təbəssümünü
qorumuş və ürəkləri fəth etmişdir.
“Tülkü həccə gedir”
“Tıq-tıq xanım”
“Cırtdan”
Animasiya  filmlərinin  çəkilməsi  çox  mürəkkəbdir.  Şəkillər  çəkilir,
nömrələnir və bunlar bir-bir kameraya alınır. 10 dəqiqəlik film üçün təx-
minən 30–40 min şəkil lazım olur. Şəkillərin dəyişdirilməsi yolu ilə ani-
masiya filmləri əmələ gəlir.
Azərbaycanın görkəmli animatoru Elçin Hami Axundov 
Fotoqrafiya sənətində olduğu kimi, kompüterin kino prosesinə tətbiqi
də çoxcəhətlidir. Bu gün animasiya ustalarımız öz fəaliyyətlərində həm
ənənəvi, həm də kompüter texnologiyalarından istifadə edirlər.
“Buz dövrü” 
“Şrek”
“Arabalar” 


ƏTRAFIMIZDA OLAN RƏSSAM YARADICILIĞI
120
ANİMASİYA SƏNƏTİ
Kompüter peşəkar kino istehsalında təsvirin çəkilmə və çoxaltma pro-
sesini sadələşdirdi. Animasiya sənətkarları bu gün öz işlərində həm ənənə-
vi, həm də kompüter texnologiyalarından istifadə edirlər.
Son zamanlar (xüsusilə də internet şəbəkəsində) fləş-animasiya böyük
məşhurluq qazanıb və sürətlə yayılmaqdadır.
Animasiyada rəssamın rolu nə üçün bu qədər böyükdür?
Düşünün və izah edin
Cizgi filminin yaradılması – uzunsürən və çox zəhmət tələb edən prosesdir.
Prodüser ümumi məzmunu müəyyən edir, ssenari müəllifləri isə süjet və ssena-
rini işləyib hazırlayırlar. Sonra bütün bunlar rejissor-animatora ötürülür, o da
səhnələri rəssamlar arasında bölüşdürür. Onların hər biri səhnədəki personajla-
rın əsas vəziyyətinə cavabdehdir. Aralıq epizodlarını isə kiçik multiplikatorlar
işləyib tamamlayırlar. Digər rəssamlar hadisələrin cərəyan edəcəyi fonu hazır-
layırlar. Sonra operator xüsusi kamera ilə şəkillərin fotosu əsasında hər bir kad-
rı ayrı-ayrılıqda çəkir. Nəhayət, təsvirlə səs sinxronlaşdırılır.
Bu maraqlıdır
Bu gün animasiya xüsusilə də xarici ölkələrdə (elə kino kimi) mədəniy-
yət və antimədəniyyətin rəqabət məkanına çevrilib. Buna görə də xeyir və
nur saçan personajların əvəzinə çox zaman ekranlarda hər cür bədheybət
və əcaib məxluqlar görürük. Siz doğma tariximizi, onun mənəvi ənənələri-
ni öyrənin və onları çəkin, xoşagəlməz animenin
3
alternativlərini axtarın.
Samuray libası əvəzinə milli Azərbaycan geyimini, bədheybətlər əvəzinə
milli qəhrəmanları təsvir edə bilərsiniz…
3
Anime (yap. anime) – yapon cizgi filmi və ya animasiyası. Anime bütün yaş dövrləri
üçün hazırlanır.
Müəyyən edin
1.
 Dərslikdə verilmiş xarici və Azərbaycan animasiyalarının təsvirləri
nə ilə fərqlənir?
Yaradıcı fəaliyyət
2.
 “Ssenaridən animasiyaya doğru” adlı yaradıcı layihəni işləyin. Gələ-
cək cizgi filminin ətraflı ssenarisini düşünün. İstənilən hər şey – uçan
payız yarpağı, iki personajın dialoqu, ya da xeyli səhnənin sıralandı-
ğı  maraqlı  bir  əhvalat  süjet  ola  bilər. Aydındır  ki,  əsas  personajın
Təchizat: plastilin və ya gil, rəngli karandaşlar, flomasterlər, pastel təba-
şirlər, rəngli qələmlər, quaş, akvarel, rəngli kağız, karton
 
Sərbəst iş üçün tapşırıqlar


ƏTRAFIMIZDA OLAN RƏSSAM YARADICILIĞI
121
ANİMASİYA SƏNƏTİ

Animasiya personajlarını nədən yaratmaq və animasiyada kompüterdən
necə istifadə etmək olar?

Animasiya kinematoqrafda nəyi dəyişdi?
Özünüzü yoxlayın
3. 
“Animasiya sənəti” mövzusunda analitik tapşırığı yerinə yetirin. Öz
işinizdə müxtəlif ölkələrin animasiya filmlərinin timsalında filmlə-
rin yaranma texnikasını və onların bədii dəyərini açıqlayın. Bu işi
məxsusi  seçilmiş  illüstrativ  materialı  (jurnallardan,  qəzetlərdən,
açıqcalardan, internetdən) cəlb etməklə referat və ya şifahi məlumat
formasında yerinə yetirin.
(o hər hansı əşya da ola bilər) başına gələn hər hansı adi əhvalatdan
bəhs edən sadə ssenaridən başlamaq lazımdır.
Cizgi filmində personajın hərəkətini çatdırmağa çalışın: dəftərçənin
hər vərəqində, məsələn, at, ya da it şəklini elə çəkin ki, o hər səhifədə
ayaqlarının vəziyyətini azacıq dəyişsin. Dəftərçəni sürətlə vərəqlə-
dikdə elə təsəvvür yaranacaq ki, sizin personaj hərəkət edir.


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə