DersliK 9-az new indd



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə27/34
tarix20.09.2017
ölçüsü3,69 Kb.
#1139
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   34

ƏTRAFIMIZDA OLAN RƏSSAM YARADICILIĞI
104
RƏSMDƏN FOTOŞƏKLƏ QƏDƏR
1984-cü  ildə  əfqan  qaçqınları  düşərgəsindəki  portret
fotoçəkilişi sayəsində fotojurnalist Stiv Mak-Karrinin fo-
tolarından  biri  “National  Geographic”  jurnalının  üz  qa-
bığında  dərc  edildi.  Bu  fotoşəkil  dərhal  əfqan  xalqının
müstəqillik uğrunda mübarizəsinin rəmzinə çevrildi. ABŞ
Milli Coğrafiya Cəmiyyətinin fərziyyəsinə görə, o, 100 ən
yaxşı fotodan biri hesab olunur. 2005-ci ildə “Afghan Girl”
(“Əfqan qızı”) əks olunmuş üz qabığı “Son 40 ilin ən yaxşı
jurnal üz qabığı” onluğuna daxil oldu. Bu fotonu bəzən Le-
onardo da Vinçinin fırçasından çıxmış Mona Lizanın port-
reti ilə müqayisə edir və “əfqan Mona Lizası” adlandırırlar.
Bu maraqlıdır
Fotoqrafiyanı rəngkarlıqdan ayıran təsvir və obraz xüsusiyyətləri hansılardır?
Düşünün və izah edin
bir qrup insana daha çox diqqət yetirildiyi
foto portret fotoşəkli hesab edilir. Çox za-
man arxa fon sadə və birrəngli edilir ki, ta-
maşaçının diqqəti portretdən yayınmasın.
Belə bir şəkli fərəh hissi ilə çap edib fotoal-
bomda yerləşdirmək, yaxud çərçivəyə sal-
maq olar.
Yaradıcı  və  peşəkar  fotoqrafın  əlində
ötə ri kadr şedevrə çevrilir. Alışdığımız adi
həyatda  istənilən  anı  qaçırmamaq  üçün
uşaq  müşahidəçiliyini  və  tədqiqatçı  ma-
rağını, psixoloq səbrini və filosofun xəyal
düşüncəsini qovuşdurmaq lazımdır.
Yaxşı fotoşəkil fotoqrafın dərin his-
ləri  ilə  birgə,  gerçəkliyin  əlçatmaz  və
əvəzolunmaz  məqamlarını  əks  etdirir.
Belə kadr xeyli hiss, düşüncə və emosi-
ya doğurur. Yaxşı fotoşəkil – açılması-
na dəfələrlə cəhd göstərilən kitabdır.
Fotoqrafiya  hələ  İntibah  dövründə
rəng karlığın ən mühüm vəzifələrindən sa-
yılan faktın təsvirini təsbit etməkdən xilas
etdi.  Demək  olar  ki,  fotoqrafiya  bununla
rəngkarlığın  inkişafına  köməklik  göstər-
di,  onun  təkrarsız  xüsusiyyətlərinin  tam
aşkarlanmasına  təkan  verdi.  Lakin  fotoq-
Aclıq çəkən oğlan və missioner
Ümid sonda ölür


ƏTRAFIMIZDA OLAN RƏSSAM YARADICILIĞI
105
RƏSMDƏN FOTOŞƏKLƏ QƏDƏR
rafiya özü də təsviri sənətin çoxəsrlik inkişafından çox şey mənimsədi.
Rakurs və perspektivin qurulması, tamaşaçının fotoşəkli həcmli məka-
nın səth üzərində təsviri kimi “oxumaq” bacarığı – bütün bunlar fotoq-
rafiyaya rəngkarlıqdan miras qalmış mədəni irsdir.
Müasir dövrdə foto sənəti cəmiyyətin bədii mədəniyyətinin tərkib his-
səsi sayılır. O, dünyanın estetik öyrənilmə vasitəsi olmaqla yanaşı, həm də
cəmiyyətin mənəvi və ictimai həyatında nəzərəçarpacaq rol oynayır.
Təchizat: rəngli karandaşlar, flomasterlər, pastel təbaşirlər, rəngli qələm-
lər, quaş; veb-kamera, fotoaparat, telefon, yaxud planşet 
 
Sərbəst iş üçün tapşırıqlar
Müəyyən edin
1.  a) 
İstənilən mətndən və ya digər mənbədən təbiət obrazı (mənzərə),
insan rəsmi (portret) və fotoşəkilləri seçin. Müqayisəli təhlil aparın:
rəsmin və fotoşəklin hansı ümumi və fərqli cəhətləri var? Tapşırıq
referat formasında və ya şifahi, seçilmiş illüstrativ material (jurnal
və qəzetlərdən, yaxud internetdən) əlavə edilərək yerinə yetirilir.
 
b) 
Həmin rəsm və fotoşəkillərdə bə dii ifadə və təsvir vasitələrini təhlil
edin.
Yaradıcı fəaliyyət
2.  a) 
Siniflə birlikdə yaradıcı çəkiliş edə biləcək aparatla layihəni yerinə
yetirin. Siz işi çəkiliş aparatı və ya fotoçəkilişlə nümayiş etdirməli-
siniz.
Bu gün, demək olar ki, istənilən rəqəmsal qurğularda kamera quraşdırılır.
Biz də dostlarımızla daha çox telefon, hətta planşet vasitəsilə şəkil çəkdiri-
rik. Bütün bunlar fotoçəkiliş prosesini yüngülləşdirir, bu işlə, demək olar
ki, istənilən vaxt məşğul olmaq mümkündür. Unutmayın ki, ötəri kadr si-
zin əlinizdə şedevrə çevrilə və gerçəkliyin təkrarolunmaz məqamlarını əks
etdirə bilər.
Qruplara bölünün. Fotoçəkiliş sinifdə, məktəbdə, məktəbin həyətində və ya
ekskursiyada  (əşyalar,  obyektlər,  ağaclar,  binalar,  adam lar)  aparıla  bilər.
Obyekt və çəkiliş nöqtəsini şüurlu olaraq seç mək qabiliyyətinizi göstərin.
Öz sinif yoldaşlarınızla fikir mübadiləsi edin.
 
b) 
Dərslikdən portret fotoçəkilişi, yaxud fotoalbomdan bütün ailənin
birlikdə olduğu fotoları seçin. Şəklin kompozisiyasında müxtəlif bədii
çəkiliş vasitələri və üsullarını (rakurs, planın iriliyi və s.) şərh edin.
3. 
Fotoqrafiyadakı təcrübəniz və çəkilişin məqsədləri barədə (konkret
nümunə üzərində) söhbət açın.

Fotoqrafiya XX əsrdə təsviri sənətin taleyinə necə təsir göstərmişdir?
Özünüzü yoxlayın


ƏTRAFIMIZDA OLAN RƏSSAM YARADICILIĞI
106
Kompüter texnologiyalarının tətbiqi nəticəsində fotorəssamın qarşısın-
da hansı yaradıcı üfüqlər açılır?
FOTOQRAFİYA və KOMPÜTER
Tanış olun
Kompüterin,  elektron-rəqəmsal  texnologiyaların  meydana  gəlməsi
çə kiliş və fotoşəkillərin emalı imkanlarını genişləndirdi. Lakin iş zamanı
kompüter proqramlarının tətbiqi nəinki texnoloji bacarıq, həm də onun
bədii imkanlarının dərk olunmasını tələb edir. Yeni texnologiya təsvirin
alınmasını yüngülləşdirir, onun keyfiyyətini yüksəldir. O, eyni zamanda
fotoqrafiya sənətinin məğzinə incəsənət və informasiya növü olaraq yeni
tərzdə baxmağa vadar edir.
Kompüter  fotoqrafiyanın  sonsuz  sayda  emal  imkanlarına  meydan
açır. Korrektə-redaktə düzəlişlərindən başqa, şəklin üslubu da dəyişdi-
rilə bilər.
Qrafika ilə işləmək üçün ən geniş yayılmış proqram tiplərindən biri
qrafik redaktorlardır
1
. Bir sıra qrafik redaktorlar fotorealist təsvirləri-
nin redaktəsində ixtisaslaşdığı halda, digərləri rəsmlərin yaranmasında
və redaktəsində daha güclüdür.
Kompüter inqilabının daha bir mühüm nəticəsi internetdən fotoşəkli
yükləmək imkanıdır. Obyekti çəkmədən, çəkiliş yerində olmadan həmin
Hansı kompüter proqramları vasitəsilə fotoşəkilləri emal etmək, də-
yişmək və kollajlar yaratmaq olar?
İncəsənətə dair dialoq
Xatırlayın
23
1
Qrafik redaktor – istifadəçiyə kompüterin ekranında təsvir yaratmaq və onu redaktə et mək
üçün proqram. Təsvirləri JPEG, PNG, GIF və bu kimi müxtəlif formatlarda saxlamaq olar.


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə