DersliK 9-az new indd



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə22/34
tarix20.09.2017
ölçüsü3,69 Kb.
#1139
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   34

AZƏRBAYCAN TƏSVİRİ SƏNƏTİNDƏ MÜASİRLİYİN ƏKSİ
81
ARİF HÜSEYNOV: AZƏRBAYCAN NAĞILI
“Aşıq”. 2008
Rəsul Rza. “Vaxt var ikən”. II. 
2013. Kağız, rə qəm sal çap
“Novruz” silsiləsi – “Kəndirbazlar”. 2008
“Dialoq”. 2010. 
Kağız, rəqəmsal çap
“Hophopnamə” – “Yaşadıq-
ca xərabə Şirvanda...”. 2012
Əsərlərdə  əks  olunan  nağılların  koloriti  detallarla  zəngindir.  Arif
Hüseynov nağılların təsvirinə fərqli yanaşır.
Rəssamın  təsvir  etdiyi  əsərlər  çox  incəliklə  çəkilmiş  ornamentlə  –
nöqtə mirvarilərlə, buruqlarla və ya digər qrafi k elementlərlə xırdalanır
və bütövləşir.
XX  əsrin  70-ci  illərindən  başlayaraq  Arif  Hüseynovun  əsərləri
dəfələrlə Bakıda, eləcə də dünyanın bir çox möhtəşəm sərgi salonların-
da tamaşaçıların diqqətinə çatdırılıb. Moskva, Praqa, Tokio, Ankara və
İzmirdə  sərgilənən  əsərlərinə  görə A.Hüseynov  müxtəlif  mükafatlara,
diplomlara layiq görülüb.


AZƏRBAYCAN TƏSVİRİ SƏNƏTİNDƏ MÜASİRLİYİN ƏKSİ
82
ARİF HÜSEYNOV: AZƏRBAYCAN NAĞILI
Müəyyən edin
1. 
A.Hüseynovun  verilmiş  əsərlərində  dəzgah  qrafikası  və  rəngkarlıq
əsərləri arasında üslub fərqini şərh edin.
Təchizat: flomasterlər, pastel təbaşirlər, rəngli qələmlər, quaş
 
Sərbəst iş üçün tapşırıqlar
3. 
A.Hüseynov və onun yaradıcılığı haqqında təqdimat hazırlayın.

A.Hüseynov təsviri sənətin inkişafına hansı yeniliklər gətirmişdir?

İllüstrasiya çəkən daha hansı rəssamlarımızı tanıyırsınız?
Özünüzü yoxlayın
Yaradıcı fəaliyyət
2.  a)
Bildiyiniz və sevdiyiniz Azərbaycan nağıllarına illüstrasiya çəkin.
Rəsmlərinizdə  rəng  həlli,  şərti  dekorativlik  üslubunu  göstərməyə
çalışın.
 
b)
Oxuduğunuz və sizə maraqlı gələn hər hansı bir hekayə və dasta-
na qrafik illüstrasiya çəkin. Təsvir elementləri ilə nümunələrdə tanış
ola bilərsiniz.
Bu gün A.Hüseynovun əsərləri Azərbaycan Milli İncəsənət Muzeyin-
də, Azərbaycan Dövlət Rəsm Qalereyasında, Moskva Dövlət Şərq Xalqla-
rı İncəsənət Muzeyində, həmçinin şəxsi kolleksiyalarda saxlanılır.


AZƏRBAYCAN TƏSVİRİ SƏNƏTİNDƏ MÜASİRLİYİN ƏKSİ
83
Mücərrəd yaradıcılığın realizmdən fərqli olan cəhətlərini izah edin.
FƏRHAD XƏLİLOV: ABŞERON MOTİVLƏRİ
Tanış olun
Azərbaycan milli incəsənətinin müasir rəngkarlıq istiqamətində xü-
susi yer tutan rəssamlarımızdan biri də Fərhad Xəlilovdur. Öz fərqli qav-
rama tərzi, dünyaya özünəməxsus baxışı, fərdi ifadə üslubu onu başqala-
rından fərqləndirir. Rəssamın əsərləri yaşadığı mühit çərçivəsində, eləcə
də Qafqaz regionunda unikal hesab edilir.
Fərhad  Xəlilov  çoxillik  axtarışlarının  nəticəsi  olaraq  özünəməxsus
bədii  üslubunu  yaratmışdır.  Onun  yaratdığı  üslub  –  şərti-fəlsəfi  bədii
formalar  üslubudur.  Rəssam  daha  cəsarətli  və  kəskin  ümumiləşdirmə
yolu ilə gedir: onun əsərlərində dağ elə dağdır, tikililər isə – onlardan do-
ğan təəssürat, obrazdır. Rəssam əşyanın zahiri formasını hansısa güclü,
gərgin hiss ilə əlaqələndirməyi bacarıb. Onun sənətində olan simvolika
düşündürücü forma üslublarında öz əksini tapmışdır.
Rəssama doğma olan Abşeronun və Azərbaycanın müxtəlif yerlərinin
mənzərələridir. Fərhad Xəlilovun yaradıcılığında Abşeron motivləri əhə-
miyyətli yer tutur. Abşeron yarımadasının yaşayış məntəqələri – Narda-
ran, Buzovna, Zuğulba, Maştağa, Mərdəkan və başqaları buna misal ola
bilər.
Rəssamlar abstrakt mənzərə təsvirlərinin ifadəsində hansı element-
lərdən istifadə etmişlər?
İncəsənətə dair dialoq
Xatırlayın
19
Təsviri sənət qalereyası
“Goradildə”. 1966
“Çiçəklənən badam ağacı”. 1976


AZƏRBAYCAN TƏSVİRİ SƏNƏTİNDƏ MÜASİRLİYİN ƏKSİ
84
FƏRHAD XƏLİLOV: ABŞERON MOTİVLƏRİ
Fərhad Xəlilovun Abşerona həsr olunmuş əsərlərində həyat eşqi ilə
dolu, rəng və məkanın, ritm və hərəkətin müasir ümumiləşdirilmiş yo-
zumunu  görmək  mümkündür.  Onun  seçdiyi  rənglər  dolğun,  tutumlu,
lakonik biçimdədir. Təsvir daha çox frontal olmaqla dərinliyə doğru açı-
lır. Rəssam əsərlərində süni detallardan qaçaraq inandırıcı dolğunluqla
obrazın səciyyəsini açır.
F.Xəlilovun  yaradıcılığında  rəngin  mühüm  rolu  var:  dəniz  yaşıl,
səma göy, yetişmiş nar qırmızı və qonur rəngdədir. Rəssam çalışır ki,
rəng naturanı təkrarlamasın, əksinə, psixoloji, dərin, bədii anlam kəsb
etsin. Bu, rəssamın qəlbindən keçən obrazın rəngi, təbii boyalardır. Əsər-
lərinin ölçüsünün böyük olması isə onun Abşeronun çoxcəhətli obrazlı
panoramını  yaratmağa  səy  göstərməsinin  nəticəsidir.  Rəssam  sevdiyi
mənzərədə əbədiliyi, daimiliyi, sabitliyi axtarır və tapır.
O, milli və dünya incəsənəti ənənələrini dərindən dərk edib. Azərbay-
canda və dünyanın müxtəlif guşələrinə səyahət zamanı görüb öyrəndiyi
və sevdiyi hər şeyi kətan üzərində əks etdirməyi bacarıb. Fərhad Xəlilov
öz dəstxətini, öz üslubunu, öz tərzini tapmış sənətkarlardandır.
Fərhad  Xəlilovun  yetkin  yaradıcılığı  –  1970-ci  illərdən  başlayaraq
hazırkı vaxtadək rəngkarlıq prinsiplərini özündə əks etdirən inkişafıdır.
Lakin şərti olaraq onu iki mərhələyə ayırmaq olar.
Yaşadığı illər
Doğulduğu yer
Təhsili
Ad və mükafatları
Üslub və texnika
Əsərlərin mövzusu
Məşhur əsərləri
26.11.1946
Bakı, Azərbaycan
Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamıq Mək-
təbi (1961–1966), S.Q.Stroqanov adına Moskva Döv-
lət İncəsənət və Sənaye Akademiyası (1966), Moskva
Poliqrafiya İnstitutu (1969–1975)
“Şöhrət” ordeni (2006), Azərbaycan Respublikasının
xalq rəssamı (2002)
abstraksionizm; rəngkarlıq
mənzərə, portret
“Görüş” (1983–2007), “Xatirələr” (2003–2006), “Tor-
pağın  naxışları”  (1999–2006),  “1984-cü  ilin  yazı”
(1984), “Axşamlar” (1984) və s.
Fərhad Qurban oğlu Xəlilov
Həyat xronologiyası
GÖRKƏMLİ SƏNƏTKARLAR


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə