DersliK 9-az new indd



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə18/34
tarix20.09.2017
ölçüsü3,69 Kb.
#1139
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   34

AZƏRBAYCAN TƏSVİRİ SƏNƏTİNDƏ MÜASİRLİYİN ƏKSİ
67
Tanış olun
Öz  zəngin  daxili  aləmi  olan  görkəmli
heykəltəraş  Ömər  Eldarov  unudulmaz  ob-
razlar yaratmış dahi şəxsiyyətdir.
İradə  və  zəriflik,  improvizasiya  və  ka-
millik,  dərinlik  və  duymaq  bacarığı  Ömər
Eldarov yaradıcılığını müşayiət edən başlı-
ca səciyyəvi xüsusiyyətlərdir. Onun yaradı-
cılığının ölkəmizin bədii mühitinə təsirini
qiymətləndirməmək  olmaz:  heykəl təraşın
əsərlərində daxili məzmunla formanın har-
moniyası  insanı  qeyri-ixtiyari  dü şünməyə
sövq edir.
Ömər Eldarovun yaratdığı heykəllər öz
dinamikliyi ilə daim diqqəti cəlb edir. Onun
xarakterinə  xas  olan  cəsurluq,  nikbinlik  və
mənəvi  məsuliyyət  sənətkarın  yaradıcılığın-
da, xüsusən obrazların bədii ifadəsində təcəs-
süm olunur.
Ö.Eldarov  şairə  Natəvan  şəx-
siyyətinə  bir  ne çə  dəfə  müraciət
et miş dir.  Zəngin  geyinmiş,  ampir
üs lubunda  olan  kresloda  oturmuş
zadəgan  qadının  tunc  heykəli  har-
moniyanın və incə zövqün ən yüksək
təzahürünün nümunəsi kimi bu gün
də paytaxtımızın mərkəzi meydanı-
nı bəzəyir.
İnsanların həyatındakı romanti-
kaya  və  dinamikaya  meyil,  qəhrə-
manların  daxili  vəziyyəti,  onların
Heykəltəraşlıqda insan gözəlliyinin və hislərinin tərənnümü rəssam-
dan hansı bacarıqları tələb edir?
ÖMƏR ELDAROV: GÖZƏLLİK və HARMONİYA
Heykəltəraşlıqda əsas ifadə vasitələrini sadalayın.
İncəsənətə dair dialoq
Xatırlayın
15
“X.B.Natəvan”. 1960. Tunc
“Səadət”. Kompozisiya. 1956. Tunc


AZƏRBAYCAN TƏSVİRİ SƏNƏTİNDƏ MÜASİRLİYİN ƏKSİ
68
qəh rəmanlıq  mübarizəsindən  doğan  duy ğuları  –  bütün  bunlar  müəllif
dü şüncəsinin dərinliyini, onun humanist istiqamətini xarakterizə edən
cə hət lərdir.
ÖMƏR ELDAROV: GÖZƏLLİK və HARMONİYA
Ustad lirik və vətənpərvərlik ruhunda olan obrazların bədii həllin-
də etik prinsipləri önə çəkir. Bu, Hüseyn Cavidə həsr olunmuş heykəltə-
raşlıq  ansamblında  qabarıq  hiss  olunur.  Cavidin  pyeslərinin  ideyasını
ön plana çəkən Ö.Eldarov heykəldə dramaturqun əyilməz ruhunu təcəs-
süm  etmişdir.  Heykəltəraş  şairi  yüksək  mənəvi,  yaradıcı  düşüncələrə
daldığı  anda  təsvir  etmişdir.  Əsə-
rin  memarlıq-kompozisiya  həlli  bu
güclü,  mürəkkəb  və  yaradıcı  ehti-
raslı  şəxsiyyətin  obrazını  açmağa
yönəlmışdir.
Lirik, qəhrəmanlıq mövzusu onun
bü tün  yaradıcılığını  müşayiət  edir.
Port retlər, büstlər, heykəl lər – hər bi-
rinin psixoloji təsiri çox güclüdür.
Ömər Eldarov böyük rəssam Sət-
tar Bəhlulzadə nin portretinə də fəl-
səfi-romantik yanaşmışdır. Bu obraz
“S.Bəhlulzadənin məzarüstü abidəsi”.
1974. Tunc
“Dramaturq Hüseyn Cavid”. 1993. Tunc, qranit


AZƏRBAYCAN TƏSVİRİ SƏNƏTİNDƏ MÜASİRLİYİN ƏKSİ
69
ÖMƏR ELDAROV: GÖZƏLLİK və HARMONİYA
Sənətkarın  xüsusi  təsir  bağışladığı  əsərlərindən  biri  də  “Zamanın
dörd rəngi”dir. Müəllif burada son dərəcə fəlsəfi və etik problemləri həll
edir. O, müxtəlif çalarlı dörd qoz ağacını fərqli yaşda olan qadınlara mü-
vafiq  pozada  yonmuşdur.  Qızın,  gənc,  yaşlı  və  qoca  qadının  hərəkətlə-
ri  ilin  fəsillərinə  uyğundur.  Fiqurları  nəzərdən  keçirdikdə  plastikanın
gözəlliyi, həyat fəlsəfəsi onun məkanla vəhdəti təəssüratlarımızı daha
da zənginləşdirir.
dahinin  yaradıcı  ruhunun  təcəssümüdür.  Heykəltəraş  xüsusi  qayğı  və
məhəbbətlə  rəssamın  portretinə  müraciət  etmiş,  onu  iki  dəfə  ağacdan
yonmuş və tuncda həkk etdirmişdir. Bakının Əmircan qəsəbəsində qoyu-
lan S.Bəhlulzadənin qəbirüstü heykəlində məkan, kompozisiya, dinami-
ka, obraz bir-birini çox gözəl tamamlayır.
Ad və mükafatları
Üslub və texnika
Əsərlərin mövzusu
Məşhur əsərləri
“Şərəf  nişanı”  ordeni  (1959),  Azərbaycan  SSR-in
əməkdar incəsənət xadimi (1963), SSRİ Dövlət müka-
fatı laureatı (1980), Azərbaycan SSR-in xalq rəssamı
(1982), “Qırmızı Əmək Bayrağı” ordeni (1986), “İstiq-
lal”  ordeni  (1997),  Rusiya  Federasiyasının  “Dostoy-
nomu” medalı (2002), “Şərəf” ordeni (2012) və s.
heykəltəraşlıq
portret, süjetli əsərlər
“Məhəmməd Füzuli” (T.Məmmədovla birlikdə, 1963,
Bakı), “İbn Sina” (1980, Düşənbə), “İhsan Doğrama-
cı”  (2001,  Ankara),  “Heydər  Əliyev”  (2001,  Qars),
“Üzeyir Hacıbəyov” (1955, Bakı), “Səttar Bəhlulza-
də” (1975, Bakı), “Vaqif Mustafazadə” (1984, Bakı),
“Fikrət Əmirov” (1988, Bakı), “Niyazi” (1989, Bakı),
“Ziya Bünyadov” (2000, Bakı), “Elegiya” xatirə abi-
dəsi  (1989),  “Zərifə  Əliyeva”  (1995,  Bakı),  Heydər
Əliyevin qəbirüstü abidəsi (2004, Bakı) və s.
Yaşadığı illər
Doğulduğu yer
Təhsili
21.12.1927
Dağıstan, Dərbənd şəhəri. Rusiya
Ə.Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbinin
heykəltəraşlıq bölməsi (1941–1944), İ.Y.Repin adına
Leninqrad  Rəssamlıq,  Heykəltəraşlıq  və  Memarlıq
Akademiyasının heykəltəraşlıq fakültəsi
Ömər Həsən oğlu Eldarov
Həyat xronologiyası
GÖRKƏMLİ SƏNƏTKARLAR


AZƏRBAYCAN TƏSVİRİ SƏNƏTİNDƏ MÜASİRLİYİN ƏKSİ
70
ÖMƏR ELDAROV: GÖZƏLLİK və HARMONİYA
Müəyyən edin
1. 
Ö.Eldarovun əsərlərinin oxşar və fərqli cəhətləri nədir?
Yaradıcı fəaliyyət
2. 
Plastilin və yaxud gildən hərəkətdə olan əsgər fiquru yapın.
3. 
Ö.Eldarovun  yaradıcılığı  haqqında  əlavə  məlumat  toplayın  və  təq-
dimat hazırlayın.
Təchizat: plastilin, yaxud gil, kağız, karton
 
Sərbəst iş üçün tapşırıqlar

Ö.Eldarovun Azərbaycan heykəltəraşlığına verdiyi töhfə nədən iba-
 rətdir?
Özünüzü yoxlayın
“Zamanın dörd rəngi”. 1973. Qoz ağacı
Yaratdığı heykəllər və abidələr nəinki ölkəmizdə, hətta dünyanın bir
çox muzeylərində layiqli yer tutmaqdadır. Onun ilk işlərindən – diplom
qorelyefindən tutmuş axırıncı heykəlinə qədər bir parlaq, sabit yaradıcı-
lıq xətti var. Belə ki, bu əsərlər yaşadılmış aləmin gözəlliyini romantik
tutumda görməkdir, gözəlliyi xeyirxahlıq və məhəbbətdə axtarmaqdır,
etik keyfiyyətlərə üstünlük verməkdir. Ustadın heykəltəraşlıq irsi bütöv
bir orqanizmin hissəsidir ki, bunun adı bənzərsiz Ömər Eldarov yaradı-
cılığıdır.


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə