DersliK 9-az new indd



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə20/34
tarix20.09.2017
ölçüsü3,69 Kb.
#1139
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   34

AZƏRBAYCAN TƏSVİRİ SƏNƏTİNDƏ MÜASİRLİYİN ƏKSİ
74
TAHİR SALAHOV: NEFT MÖVZUSU
Tahir  Salahov  dünya  mədəniyyətinin  tanınmış  simasıdır.  Təsviri
sənətə ehtiramla yanaşılan bütün ölkələrdə onun bu sənətə verdiyi töhfə
yüksək qiymətləndirilir. T.Salahovun istedadı günəş, söziradə qədər
güclüdür. Onun qəhrəmanı zamandır. Onun zamanı keçmiş və gələcək
deyil, onların arasında əlaqə yaradan andır, bu gündür. Ona görə də T.Sa-
lahovun rəsmləri müasirlik-gənclik enerjisi və yüksək sənətkarlıqla çə-
kilib. Rəssamın əsərlərində bir maraqlı cəhət də var: onlar insana ümid
və nikbinlik verir. Görkəmli rəssamın müdrikliyi də məhz bundadır. O,
gəncliyə həsəd aparmadan, qocalıqdan qorxmadan həyata sevgi ilə çalış-
mağa üstünlük verir.
“Atəşpərəstlərin 
məbədi”. 2007
“Xəzər bu gün”. 2007
“Qız qalası”. 2007
Müəyyən edin
1. 
T.Salahovun verilmiş əsərlərində hansı kolorit müşahidə olunur?
Yaradıcı fəaliyyət
2. 
Neft və neftçilər mövzusunda süjetli rəsm çəkin.
3. 
T.Salahovun yaradıcılığı haqqında əlavə məlumat toplayın və təqdi-
mat hazırlayın.
Təchizat: rəngli karandaşlar, flomasterlər, pastel təbaşirlər, akvarel və ya quaş
 
Sərbəst iş üçün tapşırıqlar

T.Salahov öz yaradıcılığında daha hansı mövzulara üstünlük verir?
Özünüzü yoxlayın
Tahir Salahovun Xəzərə marağı həyatı boyu səngimir və 2007-ci ildə
çəkilmiş daha bir nəhəng əsəri – “Ənənələr və müasirlik: Odlar yurdu”
adlı  6  metrlik  triptixi  neft  mövzusunun  kulminasiyası  kimi  baxılır.
Bu əsər Azərbaycanın salnaməsi, memarlığımızın qədim dövrlərdən bu
günədək olan tarixidir.


AZƏRBAYCAN TƏSVİRİ SƏNƏTİNDƏ MÜASİRLİYİN ƏKSİ
75
Heykəltəraşlığın başlıca mövzusu nəyə həsr edilir?
FAZİL NƏCƏFOV:  İNSAN TƏSVİRİNDƏ
 
FORMA AXTARIŞLARI
Tanış olun
Müasir Azərbaycan heykəltəraşlığının ən parlaq nümayəndələrindən
biri  olan  Fazil  Nəcəfov  görkəmli  heykəltəraş  Fuad  Əbdürrəhmanovun
yetirməsidir. Mövzu və janr müxtəlifl iyi, plastik formaların incə duyu-
mu, mövzunun mahiyyətinə uyğun müasir formalar, təsir və özünüifadə
vasitələrinin axtarılması Fazil Nəcəfovun yaradıcılığının ilk illərindən
etibarən hiss olunmağa başlayır.
1950-ci illərin sonu – 1960-cı illərin əvvəllərində Bakıda özlərini ta-
mamilə bədii eksperimentlərə, fərdi sənət dilinin inkişafına həsr etmiş
həmfi kir  rəssamlardan  ibarət  müəyyən  mühit  formalaşmışdı.  Onların
yaradıcılığında məzmunla yanaşı, əsərlərinin əsasını müxtəlif formalar
təşkil etməyə başlamışdı.
Monumentallıq, yığcamlıq, dəqiq və inamlı kompozisiya həlli F.Nə-
cəfovun əsərlərinin səciyyəvi cəhətlərindəndir. Rəssam hər zaman bədii
yaradıcılıqda sərbəstliyə, cəsarətli formalara, orijinal ideyalara, yeni ob-
razların yaranmasına can atırdı.
Heykəltəraşlıqda mövzu, material və forma seçimi nədən asılıdır?
İncəsənətə dair dialoq
Xatırlayın
17
Təsviri sənət qalereyası
“Neftçi”. 1963. Gips
“Balıqçı”. 1980. Ağ daş
“Əks-səda dövrü”. 1979. Bürünc


AZƏRBAYCAN TƏSVİRİ SƏNƏTİNDƏ MÜASİRLİYİN ƏKSİ
76
FAZİL NƏCƏFOV: İNSAN OBRAZINDA FORMA AXTARIŞLARI
Fazil Nəcəfovun əsərlərində monumentallıq, bütövlük, həcm yığcam-
lığı, plastiklik, sərbəst fikrin ifadəsi öz əksini tapır. O həmçinin əla rəsm
çəkməyi bacarır. Bu baxımdan ustadın yaradıcılığının başqa bir önəmli
cəhəti onun son dərəcə ifadəli rəsmlərində, plastik xətlərində üzə çıxır.
Rəsm təsviri sənətin əsasını təşkil edir. Bu mənada Fazil Nəcəfovun
qrafik rəsmləri, demək olar ki, onun yaradıcılıq axtarışlarının bəhrəsidir.
Ustad yaratdığı büstlərdə modelin xırda təfərrüatlarına varmayaraq
insan hislərini qabartmağa üstünlük verir. Onun heykəllərində insan ta-
leyi və həyəcanı öz plastik həllini tapmışdır. O, uzun və asan olmayan
tale yaşamış zəhmət adamlarının obrazlarına müraciət edir və bu obraz-
ları yaratmaqla insansevərliyini vurğulayır.
“Neftçi” əsərində möhkəm vücudlu və qüvvətli Bakı neftçisinin sər-
bəst duruşunda daxili bir gərginlik duyulur. Fəhlənin həyat eşqi ilə dolu
olan siması tamaşaçını cəlb edir.
F.Nəcəfovun  1970–1980-ci  illərdə  ərsəyə  gətirdiyi  istənilən  əsərdə
gizli məna, emosional coşqunluq özünü büruzə verirdi. F.Nəcəfovun son-
rakı fəaliyyəti üçün olduqca əhəmiyyətli olan mərhələ – bir-birinə sıxıl-
mış insan motividir. Bütün bunları “Köhnə Bakı motivləri” adlı böyük
silsilədə, habelə öz lakonizmi ilə heyran edən “Əks-səda dövrü” kompozi-
siyasında görmək mümkündür. Oxşar, bir-birinə bənzəyən insan fiqurla-
rı sanki kub formalı həcmin içinə yerləşdirilib. Sərt baxışlı, diz çökmüş
halda olan bu fiqurlar elə bil susacaqlarına dair söz vermişlər.
Yaşadığı illər
Doğulduğu yer
Təhsili
Ad və mükafatları
Üslub və texnika
Əsərlərin mövzusu
Məşhur əsərləri
16.02.1935
Bakı, Azərbaycan
Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbi (1950–1955),
V.İ.Surikov adına Moskva Dövlət İncəsənət İnstitutu
(1955–1961)
Azərbaycan Respublikasının xalq rəssamı (2002)
heykəltəraşlıq, qrafika
portret
“Gənc qız” (1961), “Rayanın portreti” (1961), “İki nəfər”
(1973), “Korlar” (1979), “Səhər” (1982), “Yatmış qoca”
(1985), “Dua edən qadın” (1985), “Dəvə” (1980), “Həyat
düsturu” (1988), “Minyaşlı adam” (1994) və s.
Fazil İmamverdi oğlu Nəcəfov
Həyat xronologiyası
GÖRKƏMLİ SƏNƏTKARLAR


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə