DersliK 9-az new indd



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə13/34
tarix20.09.2017
ölçüsü3,69 Kb.
#1139
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   34

XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ 
XUAN MİRO: REALİZMDƏN RƏMZLƏRƏ
46
dəsi  fi qurların  məskunlaşdığı  qəliz  aləm  sürrealizm  üslubunun  inkişa-
fında növbəti mərhələ sayılır.
Mironun  əsərlərində  qrafi ka  daha  çoxdur  –  nöqtələr,  cizgilər,  qırıq
xətlər mücərrədlik kimi qavranılır. Lakin rəssam özü belə bir izahı inad-
la rədd edirdi. Yaradıcılığın əsas xüsusiyyətləri arasında sevinc, gün işı-
ğı, sağlamlıq, rəng və ritm var idi.
Kubizmin təsiri altında olan Miro Parisdə Pikasso ilə görüşür. Miro-
nun əsərlərində Pol Kli yaradıcılığının təsiri hiss edilir. Rəssam karye-
rası boyunca müxtəlif rənglərə, forma və materiallara maraq göstərir. O,
rəngkarlığa və sürrealizmə yenilik və qeyri-adilik gətirmək istəyir. Odur
ki qum, daş, sumbata kağızı, viş və əl altında olan digər materiallar ilə
təcrübələrə başlayır. Sonralar Miro keramikaya maraq göstərir.
Xuan Mironun yaradıcılığı haqqında sayt:
http://www.joan-miro.ru/
Miro həm də heykəltəraşlıqla maraqlanır və bir daha özünüifadənin yeni
üfüqlərini kəşf edir. Həcm və materiallar vasitəsilə o, növbəti əsərlərində ye-
nilik etmək istədiyi çoxlu sayda bənzərsiz plastik kompozisiyalar kəşf edir.
Müdrik f
ikirləri
Mənim üçün maksimal intensivliyə minimal səylərlə çat-
maq vacibdir. Məhz buna görə mənim əsərlərimdə boşluq 
getdikcə daha böyük rol oynayır.
Yaşadığı illər
Doğulduğu yer
Təhsili
Ad və mükafatları
Üslub və texnika
Əsərlərin mövzusu
Məşhur əsərləri
20.04.1893 – 25.04.1983
Barselona, İspaniya
La Lonxa Zərif Sənətlər Məktəbi, Modesto Urgelin sin-
fi , Barselonada Fransisko Qali özəl rəssamlıq məktəbi
Quqgenhaym mükafatı (1959)
abstraksionizm, sürrealizm; rəngkarlıq, heykəltə-
raşlıq, keramika, qrafi ka
mənzərə, natürmort, portret
“Fermer” (1913–1914), “Qızılgül ilə natürmort” (1916),
“Şimal-Cənub”  (1917),  “Ferma”  (1921–1922),  “Ana
möv zusu”  (1924),  “Holland  interyeri”  (1928),  “Xarak-
ter” (1934), “Öküz döyüşü” (1945), “Rəngkarlıq” (1953),
“Köçəri quş” (1970), “Qadın” (1976) və s.
Xuan Miro (Joan Miro)
(Joan Miro i Ferra)
Həyat xronologiyası
GÖRKƏMLİ SƏNƏTKARLAR


XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ 
47
XUAN MİRO: REALİZMDƏN RƏMZLƏRƏ
Mironun  “Qadın  və  quş”
(1983) adlı heykəltəraşlıq əsəri
Barselonada Xuan Miro parkın-
da  ucaldılmışdır.  Ustadın  22
metr hündürlüyündə olan əsəri
həm şlyapalı qadın, həm də quş
obrazı  formasındadır.  Heykə-
lin səthi qırmızı, sarı, yaşıl və
göy (Mironun ən sevimli rəng-
ləri) keramika ilə örtülüb.
Miro  Harvard  Universitetinin  yeməkxanasını  (1960–1961),  Sankt-
Qal lendə  Ali  İqtisadi  Elmlər  Məktəbinin  binasını  (1964),  Sen-Pol-de-
Vansda Meq Fondunun divarını (1968), Barselonada hava limanını (1970)
bəzəyən bir sıra monumental keramik pannoların müəllifi dir.
Mironun rəngkarlıq və heykəltəraşlıq əsərlərini birləşdirən ümumi cəhətlər han-
sılardır?
Düşünün və izah edin
1920-ci illərin ortalarında Miro real, tanınan obrazları özünün icad etdiyi giz-
li, müəmmalı dilə çevirməyi öyrənir. Çəkilmiş əsər – artıq süjetli kompozisiyadan
daha çox, sehrli düsturdur. Yalnız insanın təxəyyülü kətan üzərinə səpələnmiş
detallardan,  ayrı-ayrı  həndəsi  fi qurlardan,  düz,  sınıq,  qıvrıq  xətlərdən,  ələkeç-
məz alov dillərindən bütöv bir tamlıq yarada bilər. Bu detalların hər birini aç-
maq mümkündür. Sirli işarələr rəssam tərəfi ndən uydurulmamışdır. Miro bunları
ənənəvi və xalq sənətinin dərindən öyrənilməsi nəticəsində kəşf etmişdir.
Bilirsinizmi?
“Şumlanmış tarla”. 1923–1924. S.Quq gen-
haym Muzeyi. Nyu-York, ABŞ
“Kataloniya  mənzərəsi”  (“Ovçu”).  1923–1924. 
Müa sir İn cə sənət Muzeyi. Nyu-York, ABŞ


XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ 
XUAN MİRO: REALİZMDƏN RƏMZLƏRƏ
48
Miro sürrealizmin ən parlaq nümayəndələrindən biri olmuşdur. Yal-
nız Mironun yaradıcılığında özünəməxsus, xarakterik olan sirr və rəmz-
lərlə dolu fərdi üslub tərzini görmək mümkündür və bu fərdi üslubun
formalaşmasında məhz sürrealizm həlledici rol oynamışdır.
Sürrealizm  tarixdə  və  incəsənətdə  parlaq  səhifəyə  çevrildi.  Bu  is-
tiqamətin  əsərləri  öz  qeyri-gerçək  aləmi  ilə  tilsimləyir  və  özünə  çəkir.
Onları  anlamaq  çətindir,  elə  bu  səbəbdən  də  insanları  cəlb  edir.  Xuan
Miro özünün poetik sürrealizm variantını yaratmağa qadir oldu.
1976-cı ildə Barselonada rəssamın muzeyi – Xuan Miro Fondu – Müa-
sir İncəsənətin Təbliği və Tədrisi Mərkəzi açıldı. Xuan Miro hələ 1968-ci
ildə, nəhəng fərdi sərgisindən sonra muzey təsis etmək fikrinə düşmüş-
dü. O özünün və müasir incəsənətin digər təmsilçilərinin əsərlərinin sər-
gilənəcəyi yeni bina yaratmaq istəyirdi. Fondun eksponatları çox müxtə-
lifdir və bura həm rəssamın erkən işləri, həm də onun daxili aləminin
müxtəlif tərəflərini əks etdirən çox məşhur əsərləri daxildir.
Əsərlərin çoxunu fonda Miro özü bağışlayıb. Kolleksiya 300 rəngkar-
lıq əsəri, 10 min rəsm və 150 heykəldən ibarətdir, burada çox sayda toxu-
culuq və keramika nümunələri sərgilənir.
Bu  gün  Xuan  Mironun  adı  bəşəriyyətin  düşüncəsində  kətan  və  gil
üzərində bütün aləmin əks olunduğu qeyri-adi rəngarəng fikirləri təcəs-
süm edir.
Müəyyən edin
1. 
X.Mironun əsərlərində müəmmalı rəmzlər əks olunmuşdur. Bu işa-
rə lər nə deməkdir?
Yaradıcı fəaliyyət
2. 
“İlin fəsilləri” mövzusunda sürrealistik və simvolik rəsm çəkin. Real
obyektləri sirli, həndəsi işarələr və xətlərin köməyi ilə göstərməyə
çalışın. Öz rəsminizin arxa tərəfində hər rəmzin hansı məna daşıdığı-
nı qeyd edin.
3. 
X.Mironun yaradıcılığı haqqında əlavə məlumat toplayın və təqdi-
mat hazırlayın.
Təchizat: rəngli karandaşlar, flomasterlər, quaş
 
Sərbəst iş üçün tapşırıqlar

Sürrealizmin inkişafında Xuan Miro yaradıcılığının rolu nədədir?
Özünüzü yoxlayın
Miro poeziya toplularına illüstrasiyalar çəkərkən də maraqlı əsərlər yara-
dıb. 1971-ci ildə isə özünün “Qızıl lələkli kərtənkələ” adlı kitabını nəşr etdirib.
Bu maraqlıdır


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə