DersliK 9-az new indd



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə12/34
tarix20.09.2017
ölçüsü3,69 Kb.
#1139
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   34

XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ 
SALVADOR DALİ: DAHİNİN SÜRREALİST KAİNATI
42
Dalinin yaratdıqları sırasında avanqard moda pərəstişkarlarını hey-
rətə salacaq kolleksiyalar da az deyildir. Salvador Dalinin valeh edici və
qalmaqallı məşhur sürrealist geyim, aksesuar və zinət əşyaları nümu nə-
lə ri onun öz eskizləri əsasında yaradılırdı.
Rəssam təxəyyülü müxtəlif yaradıcılıq sahələrində necə əks oluna bilər?
Düşünün və izah edin
olan töhfəsi monpası ilə məhdudlaşmır, 1969-cu ildə o, “Avroviziya”da – Avropa
mahnı müsabiqəsinin tərtibatında da aktiv iştirak etmişdi.
Elza Skiaparel li-
nin geyimi
“Zamanın gözü” yaxa sancağı
“Rubin dodaqlar” yaxa sancağı
Salvador Dali sənaye əşyasını canlı təbiət
obyektiylə birləşdirərək aldığı nəticə ilə in-
sanları valeh edir və heyrətləndirirdi. Tele-
fonla  iri  dəniz  xərçənginin  birləşməsindən
alınan sürrealist obyekt ilk baxışda cəfəngi-
yat kimi görünsə də, öz dərin daxili mənası
ilə insanı mat qoyur.
Salvador  Dalinin  rəngkarlıq
əsərlərindən başqa, əl ilə ərsəyə gə-
tirilən  xeyli  sürrealist  əşyalar  da
var. Onların arasında ən parlaq və
ən  məş huru  –  dodaq  formasında
olan  divan  1974-cü  ildə  yaradılmış
sür realist mebel nümunəsidir.
Salvador Dali ətirləri 1982-ci il-
də bilavasitə özünün iştirakı ilə ya-
radılmış  yeganə  parfümeriya  məh-
sulu oldu.


XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ 
43
SALVADOR DALİ: DAHİNİN SÜRREALİST KAİNATI
Müəyyən edin
1. 
S.Dalinin dərslikdə verilmiş rəngkarlıq və dizayn əsərlərində oxşar
və fərqli cəhətlər nədədir?
Təchizat: rəngli karandaşlar, flomasterlər, quaş, rəngli kağız, parça, 
qəzet və jurnallardan kəsiklər
 
Sərbəst iş üçün tapşırıqlar

Rəssam üçün onun yaradıcılığı nə deməkdir?

S.Dali yaradıcılığının əsas xüsusiyyətləri hansılardır?
Özünüzü yoxlayın
Yaradıcı fəaliyyət
2.  a) 
Öz təxəyyülünüzdən və yaradıcı düşüncənizdən istifadə edərək sürrea-
list rəsm və yaxud sürrealist obyekt (məişət əşyası, mebel, geyim, aksesu-
ar və s.) yaratmağa çalışın. Başlanğıc üçün mövzu seçmək yaxşı olardı.
 
b) 
Qəzet, jurnal, rəngli kağız və parçanın kəsilmiş hissələrindən sür-
realist rəsm-kollaj düzəltməyə çalışın.
3. 
S.Dalinin yaradıcılığı haqqında əlavə məlumat toplayın və təq dim edin.
Rəssamın daha bir maraqlı əsəri – sürrea-
listik otaqdır. Buradakı çəhrayı rəngli divan
amerikalı  aktrisa  Mey  Uestin  dodaqlarının
for masında hazırlanıb. Saçları otağın girişi-
ni əhatə edən pərdə, gözləri – şəkil, burun isə
üstündə saat qoyulmuş buxarı kimi yaradıl-
mışdır.
“Mey Uestin üzü”. Sürrealist otaq. 1934–1935.
İncəsənət İnstitutu. Çikaqo, ABŞ
Bütün planetdə ən nə həng sürrealizm eks-
po nat larından  biri  olan  və  ən  çox  ziyarətçı
qəbul edən ispan muzeyi – Dali Teatr Muze-
yidir. Kataloniyada (İspaniya), Fiqeras şəhə-
rində yerləşən muzey rəssamın şəxsi layihəsi
üzrə  tikilmişdir.  Onun  əsərlərinin  ən  böyük
və  rəngarəng  kolleksiyası  dahi  sürrealistin
şəxsi kolleksiyası əsasında yaradılmış bu mu-
zeydə sərgilənir.
Yaradıcılığı ilə dünyanın bir çox rəssamları-
na təsir göstərmiş Salvador Dalini cəsarətlə XX
əsr sürrealizminin bənzərsiz və dahi sənətkarı
adlandırmaq olar.


XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ 
44
XUAN MİRO: REALİZMDƏN RƏMZLƏRƏ
Tanış olun
Həyat  və  yaradıcılığı  Barselona  ilə  ayrılmaz  bağlı  olan,  sürrealizm
janrında fəaliyyət göstərən XX əsrin ən parlaq ispan avanqardçılarından
biri də Xuan Mirodur.
Miro öz yaradıcılığında bir kimyagər kimi dünyanı universal simvol-
lara ayırır. O, ilkin rəsm və rənglərin vasitəsilə öz qeyri-adi estetikasını
yaradır. Xuan Miro bütün ömrü boyu bu istiqamətin əsas prinsipinə –
yaradıcılığın məntiq və idrakın təsirindən xilas edilməsi prinsipinə sadiq
qalır. Bununla belə, Miro əsərlərinin müxtəlifl iyi və həyatsevərliyi ilə di-
gər sürrealistlərdən seçilirdi.
Miro Avropa avanqardının klassiki, modernizmin əsl təmsilçisi idi,
lakin Pablo Pikasso kimi o da müəyyən bədii istiqamətlərin çərçivəsini
aşmışdı. Məlumdur ki, modernizmin əksər nümayəndələrinin yaradıcı-
Sürrealist üslubun hansı əsas xüsusiyyətləri var?
Xatırlayın
11
Avanqardçı rəssamlar yaradıcılıqda öz üslublarını necə axtarırdılar?
İncəsənətə dair dialoq
“Kişi başı”. 1935. Jorj Pom-
pidu Milli İncəsənət və Mə-
dəniyyət  Mərkəzi.  Paris, 
Fransa
“Mavi  səmadan  odlu  çarxa 
doğru nərdivan”. 1953. Şəxsi 
kolleksiya
“Mavinin  qızılı”.  1967.  Xuan 
Miro Fondu. Barselona, İspani-
ya
Təsviri sənət qalereyası
Xuan Mironun sürrealist əsərlərində rəng kontrastı


XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ 
45
XUAN MİRO: REALİZMDƏN RƏMZLƏRƏ
Miro perspektivin qaydaları ilə kifayət qədər sərbəst davranır, yaxın
və uzaq planlar arasında fərqi vurğulamır, lokal dolğun rənglərdən, ko-
bud yaxmalardan istifadə edir. Rəngkarlıq və qrafi ka əsərləri ciddi sa-
dəliyi, lakonikliyi və hətta sxematikliyi ilə fərqlənir. Əsərlər daha zərif,
poetik, müəmmalı olmağa başlayır. Bu əsərlərdəki sadələşdirilmiş hən-
lığı tək bir cərəyanla bitmir. Demək olar ki, bütün rəssamlar müxtəlif
hərəkatlarda iştirak edirdi. Öz üslub axtarışlarında idilər. Buna görə də
bu və ya digər sənətkarın öz yaradıcılıq potensialını hansı istiqamətdə
daha dolğun göstərdiyini müəyyən etmək çox zaman çətin olur.
Xuan Mironun üslub axtarışları
“Həyətin  daxili  görünüşü”.  1914. 
Üslub:  rea lizm.  Xuan  Miro  Fondu. 
Bar se lo na, İspaniya
“Pradesdə kənd”. 1917. Üslub: fovizm. Solomon R.Quq-
gen haym Muzeyi. Nyu-York, ABŞ
“Stol. Dovşan ilə natürmort”. 1920. 
Üslub: kubizm. Şəxsi kolleksiya
“Arlekin  karnavalı”.  1924–1925.  Üslub:  sürrealizm. 
Olbrayt-Noks Rəsm Qalereyası. Buffalo. Nyu-York, ABŞ


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə