DersliK 9-az new indd



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə10/34
tarix20.09.2017
ölçüsü3,69 Kb.
#1139
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   34

XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ 
POL KLİ: RƏNGKARLIQDA XƏTLƏRİN HƏRƏKƏTİ
Müəyyən edin
1. 
P.Klinin verilmiş xətli və həndəsi əsərlərində nə təsvir edilmişdir?
Yaradıcı fəaliyyət
2. 
Abstrakt xətt və həndəsi fi qurlardan ibarət süjetli rəsm çəkin.
3. 
P.Klinin yaradıcılığı barədə əlavə məlumat toplayın və təqdim edin.
Təchizat: rəngli karandaşlar, fl omasterlər, pastel təbaşirlər, quaş, akvarel
 
Sərbəst iş üçün tapşırıqlar

Ekspressionist əsərlərdə nə təsvir edilir?

P.Klinin yaradıcılığı digər müasirlərindən nə ilə fərqlənir?
Özünüzü yoxlayın
34
Klinin əsərlərində xətt, mücərrədlik və həndəsə
“Bey Lu parkı” . Lüsern 
yaxınlığında park. 1938
“Düşüncə”. 1938 
Dahi rəssam Pol Kli formal rəngkarlıqda bir
çox  müasir  cərəyanlar  üzərində  qələbə  çaldı.
Onun  əsərləri  müşahidə,  fəlsəfi  fi kir  və  texniki
icra  əsasında  yaranmışdır.  Bədii  ilham  mənbə-
yindən  qaynaqlanan  həmin  əsərlər  müasir  in-
cəsənətin başlanğıcı hesab edildi.
“Cəsur qızılgüllər”. 
1938


XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ 
35
NAUM QABO: HEYKƏLTƏRAŞLIQDA
 
XƏTLƏRİN HƏNDƏSƏSİ
Tanış olun
XX əsrdə müasir təsviri sənətin inkişaf tarixində öz sənəti ilə dərin
iz qoymuş və heykəltəraşlığın fəlsəfi fikrini müəyyən edən görkəmli rəs-
samlardan biri də Naum Qabodur.
O, konstruktivizmin
1
kinetik
2
sənətin əsasını qoyanlardan biri-
dir. Çox zaman onun əsərlərinin elm ilə əlaqəli olduğunu deyirlər. Belə
ki, Qabonun heykəlləri həmişə elmi və riyazi görünüşə malikdir. Qabonu
təbiətin  yaratdığı  təbii  formaların  gözəlliyi  və  harmoniyası  maraqlan-
dırırdı. Naum Qabo rəssamlıq deyil, mühəndislik təhsili almışdı. Mün-
hen  Universitetində  təbabəti,  təbiət  elmlərini  və  mühəndislik  sənətini
öyrənmişdi.
Naum Pevzner (əsl soyadı) kubizmin təsiri altında rəssam olacağına
qərar verir və yaratdığı konstruktivist heykəllərinə “Qabo” təxəllüsü ilə
imza atır. O, hələ uşaq ikən özünü rəssam qardaşı Antuan Pevznerdən
fərqləndirmək üçün soyadını dəyişmişdi.
Rəssamlar həndəsi fiqurların köməyi ilə bütöv təsviri necə çatdırırdılar?
Xatırlayın
8
İncəsənətə dair dialoq
1
Konstruktivizm (fr. constructivisme, lat. constructio – “tikili” sözündən) – XX əsrin
20–30-cu illərində inkişaf etmiş, bədii obrazın əsasını kompozisiyanın deyil, konstruksiya-
nın təşkil etdiyi avanqard üslub (metod, istiqamət). Formaların ciddiliyi, həndəsiliyi, lako-
nikliyi və zahiri görünüşün əzəmətliliyi ilə səciyyələnir.
2
Kinetik sənət, yaxud kinetizm (yun. kinetikos – hərəkətə gətirən) – müasir incəsənətdə
formanın hərəkəti ideyasına əsaslanan, hərəkət edən obyektlərin geniş tətbiqi ilə əlaqə-
li cərəyan. Kinetizm işıq və hərəkətin köməyi ilə sənət əsəri yaratmağın mümkünlüyü
barədə təsəvvürə əsaslanır.
Verilmiş əsərlərin oxşar və
fərqli cəhətləri nədədir?
Pablo Pikasso. “Mandalina çalan 
qız”. 1910. Kətan, yağlı boya. Müasir 
İncəsənət Muzeyi. Nyu-York, ABŞ
Naum Qabo. “Baş №2” (fraqment). 
1916. Polad. 175,3x134x122,6 sm.
Teyt Qalereyası. London, 
Böyük Britaniya


XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ 
NAUM QABO: HEYKƏLTƏRAŞLIQDA XƏTLƏRİN HƏNDƏSƏSİ
36
Qabo müxtəlif üsul və materiallardan istifadə edirdi: polad, neylon
ip, məftil, güzgü, bürünc, alüminium və s. O, qapalı və “möhkəm” deyil,
şəffaf və “yüngül” formalara, ətraf mühitlə aktiv qarşılıqlı təsirdə olan
oyuq və boşluqlara üstünlük verirdi. Onun yoğun kəndirdən və məftil-
dən  düzəldilmiş  yeni  fəza  konstruksiyalarında  büküklər  küncləri  əvəz
edir. Qabonun bütün heykəlləri həndəsi formaya malikdir. Hətta insan
fi qurunun təsvirində burun, dodaq, ağızı təsvir edən daxili hörmələr və
arakəsmələr  görünür.  Onlar  eyni  zamanda  konstruksiyanın  vacib  ele-
mentləri hesab olunur.
Qabo  memarlığı  sintetik  ola-
raq  tamamlayan,  inkişaf  etdi-
rən  xeyli  kompozisiya,  relyef
və konstruksiya yaratmışdır: Be-
yenkorf (Rotterdam, 1956–1957)
uni vermağı, Rokfeller mərkəzi
(Nyu-York, 1956), İncəsənət Mu-
zeyi (Baltimor, 1950–1951), Mil-
li Qalereya (Berlin, 1973).
“Baş №2”. 1916. Kons truktivizm. 
Polad. 175,3x134x122,6  sm. Teyt 
Qalereyası. London, Böyük Brita-
niya
“Konstruksiya: yaxalıqlı daş”. 1936–1937. Konstruk-
tivizm. Daş, sellüloz, latun, sü xur. 37x72x55 sm. Teyt 
Qalereyası. London, Böyük Bri ta niya
Təsviri sənət qalereyası
Naum Qabonun heykəllərində fəza konstruksiyaları
“Məkanda xətti konstruksiya №4”.
1950. Konstruktivizm. Polad. 
 İncəsənət Muzeyi. Los-Anceles, ABŞ
“Rotterdamda kinetik heykəl”. 1955–1957. 
Konstruktivizm. Polad naqillərdən tor. 
2600x450x540 sm. Rotterdam, Hollandiya


XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ 
37
NAUM QABO: HEYKƏLTƏRAŞLIQDA XƏTLƏRİN HƏNDƏSƏSİ
Naum Qabo incəsənətin öz dəyəri və funksiyası olduğunu iddia edirdi.
Onun fikrincə, həndəsi prinsiplər heykəlin təməli hesab olunur. Bu prin-
sipə əsasən, fiqurun fəzadakı həcmi onun kütləsi ilə deyil, bu həcmi təsvir
edən xətlərlə müəyyən edilir.
Sənətkarın bilavasitə xidməti heykəlləri simli və spiralvarı tökmə üsu-
lunun kəşfindən, formaların qeyri-adi materialdan olması və şəffaflıq ef-
fektindən ibarətdir.
Naum Qabo üçün həcmin kütləsi deyil, onun tamamilə əksi olan boş-
luq plastik vasitə idi. Aydın forma, müasir materiallar, ciddi həndəsiliyin
müntəzəmliyi və təbiətdən ilham alan mühəndis xəyallarının dəqiq hesab-
lamaları tamamilə yeni estetikanın bədii ifadə vasitələri idi. Çox zaman
memarlığa uyğunlaşdırılmış “Qüllə”, “Monument” və yaxud “Quyu” kimi
adlar daşıyan bu əsərlərdə Qabonun konseptual xəyalları ifadə edilir. Əgər
onları monumental ölçüdə yaratmaq üçün texniki imkanlar olsaydı, bu cür
fəza konstruksiyaları XX yüzilliyin məbədləri sayıla bilərdi.
Material əsərin üslubuna necə təsir göstərə bilər?
Düşünün və izah edin
Yaşadığı illər
Doğulduğu yer
Təhsili
Ad və mükafatları
Üslub və texnika
Əsərlərin mövzusu
Məşhur əsərləri
05.08.1890 – 23.08.1977
Bryansk, Oryol quberniyası, Rusiya
Kurskda gimnaziya
London Kral İncəsənət Kollecinin fəxri doktoru, “İncə-
sə nətə töhfəsinə görə Loqan qızıl medalı” (ABŞ), “Bri-
taniya imperiyası ordeni” kavaleri
dünya təsviri sənət avanqardının lideri, incəsənət
nəzəriyyəçisi; memar, heykəltəraş
portret, süjetli əsərlər
“Yüksələn dalğa” (1920), “Fəzada konstruksiya” (1937),
“Hava limanı üçün monument” (təxminən 1932–1948),
“1 №-li xətli konstruksiya” (1942–1943), “Bürünc yu-
varlaq mövzu” (təxminən 1960), “Qırmızı daş” (1964–
1965) və s.
Naum Qabo 
(Naum Gabo)
Həyat xronologiyası
GÖRKƏMLİ SƏNƏTKARLAR


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə