DersliK 9-az new indd



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə11/34
tarix20.09.2017
ölçüsü3,69 Kb.
#1139
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   34

XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ 
NAUM QABO: HEYKƏLTƏRAŞLIQDA XƏTLƏRİN HƏNDƏSƏSİ
Müəyyən edin
1. 
Verilmiş heykəltəraşlıq əsərlərinin mövzuları nədən ibarətdir?
Yaradıcı fəaliyyət
2.  a) 
Plastilindən abstrakt tərzdə konstruksiya yaradın.
b) 
Ağ, yaxud rəngli kağızdan və kartondan qeyri-adi praktik əşyalar
düzəltməyə çalışın.
Təchizat: rəngli, yaxud ağ kağız, karton, plastilin və ya gil
 
Sərbəst iş üçün tapşırıqlar
Sənətkar məsləhəti
“Çiçək” stulu – eyni cür 
qatlanmış polad vərəqlər-
dən  quraşdırılıb.  Onlar 
bir-birinə  tərəf  əyilib  və 
bir-birinə  dayaqdır.  San-
ki  vərəq  hissələr  əvvəl 
bükülür,  sonra  da  çiçək 
kimi açılır. Bu konstruk-
siyada  vərəqlər  stulun 
ayaqları,  oturacağı,  söy-
kənəcəyi  və  dirsəkliyi 
funksiyalarını yerinə ye-
tirməklə  möhkəm  struk-
tur  yaradaraq  bir-birinə 
dayaqlanır.
Bu  stulu  karton  kağız-
dan da düzəltmək olar.
3. 
N.Qabonun yaradıcılığı haqqında əlavə məlumat toplayın və təqdim
edin.

Naum Qabo və Henri Murun heykəltəraşlıq üslubları nə ilə fərqlənir?
Özünüzü yoxlayın
38
Sülh,  əmin-amanlıq  və  harmoniya  ideyalarının  incəsənət  vasitəsilə
dünyamıza daxil olmasında heykəltəraş Naum Qabonun xidməti misilsiz-
dir. O, dünya incəsənəti avanqardının liderlərindən biri kimi incəsənət ta-
rixində əbədi olaraq qalacaq.


XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ 
39
SALVADOR DALİ:  DAHİNİN SÜRREALİST
 
KAİNATI
Tanış olun
Ötən yüzillik dünyaya bir sıra müəmmalı dahi bəxş edib. Salvador Dali
bu siyahıda fəxri yer tutur. O, əsrin yaşıdı sayılır və çoxşaxəli istedadı ilə
dünya mədəniyyəti və incəsənətinin inkişafına böyük töhfələr verib.
İki dahi rəssam – Dali və Pikasso tamamilə bənzərsiz baxışları ilə dün-
ya nı heyran etdilər və həyatın mövcud qanunlarını dəyişdilər. Dünya haq-
qında təsəvvürlər hər birində fərqli idi və onların yaradıcılığı alışdığımız
düşüncədən bir qədər seçilirdi. Əgər Pikassonun yaradıcılığını azacıq olsa
da başa düşmək olurdusa, Dali nəinki öz yaradıcılığı, həm də həyatdakı
davranışı ilə ya heyranlıq, ya da təəssüf hissi doğururdu.
Salvador Dali sürrealizm cərəyanının görkəmli nümayəndəsi və XX
əsrin  ən  nüfuzlu  incəsənət  xadimlərindən  biri  idi.  Rəssamın  qeyri- adi
xarakteri, nadir istedadı və olduqca yaradıcı rəngkarlıq üslubu ona şöh-
rət qazandırdı.
Dali yaradıcılığında toxunmadığı mövzu qalmamışdı. Bu, atom bom-
bası, vətəndaş müharibələri, elm, incəsənət və hətta yemək hazırlanma-
sına dair əsərlər idi. O hətta sağlam düşüncə tərzinə malik insanın dərk
edə bilmədiyi hər bir şeyi ağlasığmaz təsvirlərə çevirirdi.
Kubizm cərəyanı abstraksionizmdən nə ilə fərqlənir? Kubizmin yaran-
masına nə təkan oldu?
Xatırlayın
9-10
Rəssamların yaratdığı əsər lər han sı təəssüratı doğurur? Onlar bununla
nə demək is təyiblər? Təsvir edilmiş re bus la rı açmaq müm kündür mü?
İncəsənətə dair dialoq
Frida Kalo. “Yuxu” (“Çarpayı”). 1940. Sel-
ma və Ne suş Er te qum ların kollek siyası. Nyu-
York, ABŞ
Rene  Maqritt.  “Şəxsi  də yərlər”.  1952. 
Müasir İncəsənət Muzeyi. San-Fransis-
ko, ABŞ


XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ 
SALVADOR DALİ: DAHİNİN SÜRREALİST KAİNATI
40
Təsviri sənət qalereyası
Avtoportretlərdə Salvador Dalinin şəxsi üslubunun axtarışları
Sürrealizm  üslubunda  əsərlər  həmişə  öz  qeyri-adi  kompozisiyası
ilə diqqəti cəlb edir və digər üslublardan fərqlənir. Rəssamlar daha bir
cərəyan yaratmaq məqsədi güdmür, onlar insan şüurunda inqilabi çev-
riliş etmək, bütün yaradıcı fəaliyyət növlərinə və düşüncə tərzinə təsir
göstərmək istəyirdilər. Uydurma xəyallar, formaların qəribə uyğunluğu
və fərqli obrazlar – sürrealizm üslubunun ümumi xüsusiyyətləri sayılır.
Mükəmməl çertyoj çəkməyi bacaran Dali həm də kolorist idi. O, əv-
vəlki  dövr  sənətkarlarından  ilham  almışdı.  Rəssam  tamamilə  yeni  və
müasir incəsənət üslubu formalaşdırmaq üçün çox qəribə forma və təsvir
“Avtoportret. Yuxu”. 1937. Sürrealizm üslu bu. Şəxsi kollek-
siya
“Kubizm üslubun da avtoport-
ret”. 1923. Dali Teatr  Muzeyi. 
Fiqeras, İspaniya
Salvador Dali yaradıcılığında mövzu rəngarəngliyi
“Yaddaşın daimiliyi”. 1931. Vaxt axınının labüdlüyünü ya-
ratmaqda Dali ərimiş pendir tikəsindən ilham alıb. Müasir 
İncəsənət Muzeyi. Nyu-York, ABŞ
“Qalateya sferalarla”. 1952. Əsər 
atom  nəzəriyyəsinin  öyrənildiyi 
mər hə lədə çəkilib. Da li Teatr Mu-
zeyi. Fi qeras, İspaniya


XX ƏSRİN TƏSVİRİ SƏNƏTİ 
41
SALVADOR DALİ: DAHİNİN SÜRREALİST KAİNATI
üsullarından  istifadə  edirdi.  Onun  əsərləri  ikili  obrazlardan,  istehzalı
səhnələrdən, optik illüziyadan, qeyri-adi mənzərə və dərin simvolizmdən
istifadə ilə seçilir.
Salvador Dalinin yaradıcılığı haqqında saytlar:
http://www.dali-genius.ru/; http://www.mir-dali.ru/
Dalinin  yaradıcılığı  za-
manı qabaqlayırdı. Onun da-
hiliyi  hələ  sağlığında  qəbul
edilmişdi.  Ustadın  toxun-
duğu  hər  bir  şeydən  –  istər
foto şə kil,  kinematoqraf,
ciz gi fi lmi, ədəbiyyat, ya xud
reklam – şah əsər yaranırdı.
Böyük rəssamın yaradı-
cılığı müasir reklam texno-
logiyalarının inkişafına mühüm təsir göstərmişdi. Maestronun ən məşhur əsəri
– “Çupa-çups” monpasılarının loqotipindəki çiçəkdir. O, 1969-cu ildən yalnız cüzi
dəyişikliklərə  məruz  qalaraq  bu  günədək  gəlib  çatmışdır.  Maestronun  reklama
Bilirsinizmi?
“Çupa-çups”un loqotipi. 1969
“Avroviziya”nın 
loqotipi. 1969
Yaşadığı illər
Doğulduğu yer
Təhsili
Ad və mükafatları
Üslub və texnika
Əsərlərin mövzusu
Məşhur əsərləri
11.05.1904 – 23.01.1989
Fiqeras, İspaniya
San-Fernando Kral Zərif Sənətlər Akademiyası, Madrid
“Katolik  İzabella”  ordeni;  İspaniya  və  Fransa  in-
cəsənət akademiyalarının üzvü; Merkuri planetində
bir kraterə Salvador Dalinin adı verilmişdir
kubizm, sürrealizm; rəngkar, qrafi k, heykəltəraş,
rejissor, dizayner
natürmort, mənzərə, portret, mifologiya, simvolik
rəngkarlıq
“Zürafə od içində” (1936–1937), “Nərgizin çevrilməsi”
(1936–1937), “Bədheybətlərin yaradılışı” (1937), “Ato-
mun parçalanması” (1947), “Məxfi axşam” (1955), “Can-
lı natürmort” (1956), “Döyüşçü” (1982) və s.
Salvador Dali 
(Salvador Dalí)
Həyat xronologiyası
GÖRKƏMLİ SƏNƏTKARLAR


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə