Dərslik az ərbaycan Milli Konservatoriyasının



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə12/22
tarix28.11.2017
ölçüsü2,8 Kb.
#12977
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   22

 
70 
ictimay
ət üçün konsertlərin  açıq  sistemini  yaratmışdılar.  Romantik 
musiqiçil
ərin nümayəndələri  –  K.M.Veber, R.Vaqner,  Q.Berlioz, 
F.Şopen və sairədir 
XIX 
əsrin  ortalarında  Qərbi Avropada realizmin  cizgiləri 
yaranmağa başladı. Bu yeni bədii üslub operada əsasən təsdiq edildi. 
B
əstəkarlar adi həyat tərzinin dramatizmini  göstərmək, musiqidə 
q
əhrəmanların  psixoloji  halını  ifadə  etmək  istəyirdilər.  XIX  əsrin I 
yarısında musiqi incəsənətinin yüngül janrı - operetta yaranır. Onun 
banisi - Jak Offenbax 
sayılırdı (“Gözəl Yelena”, “Paris həyatı” və s.). 
Görk
əmli Vyana vals  ustası  İoqan  Ştraus  da  bu  janrın  ən  yaxşı 
b
əstəkarı  idi  (“Yarasa”,  “Qaraçı  baron”).  Azərbaycanda bu janrda 
Üzeyir Hacıbəyov, Emin Sabitoğlu olmuşdur.  
XIX 
əsrin  axırıncı  1/3  hissəsində  təzə  istiqamət  - 
impressionizm  (t
əsürat)  yaranır  Musiqiçilər  əsərlərində  incə  və 
mür
əkkəb  duyğularını  əks etdirdilər.  İmpressionistlərdən: Klod 
Debüssi (“Noktürn”,  “D
əniz  simfoniyası”),  Moris Ravel  (pyes 
“Suyun r
əqsi”, “Bolero”baleti) olmuşlar.  
XX 
əsrdə  musiqi  insanın  həyatında  emosional  və  mənəvi 
hissl
ərini  əks etdirirdi. Atonal  musiqisi  yaranır:  burada dəqiq tonal 
sistemi  eşidilmir,  akkord  səsləri qaydada olunmayan azad ifadədə 
olunur, s
əslərin təşkilində  yeni  üslublar yaranır.  Avropa və  başqa 
xalqların  mədəniyyətlərini,  ənənələrini musiqidə  istifadə  edirdilər 
(Hind, Çin, Afrika). 
XX 
əsrin  avanqard  musiqisinin  başqa  xüsusiyyətləri  –qeyri 
adi s
əslər,  səs-küy effektləri: metal səsləri, insan səsləri və  s. 
olmuşdur. Ekspressionizmin parlaq nümayəndələri A.Şönberq (“Ay 
Pyerosu”),  A.Berq  (“Vosek” 
operası),  A.Vebern  -  alman–avstriya 
m
əktəbini  yaratdılar.  XX  əsrin 20-30-cu illərində  Nyu-Orleanda 
(ABŞ)  yeni  Caz  janrı  yaranır.  Caz  –  improvizasiya,  zənci musiqisi 
(spiricouls) 
əsasında  meydana  gəlmişdir.  Caz musiqisinin 
nümay
əndələri Corc Qerşvin (opera “Porqi və Bess”), Azərbaycanda 
is
ə Qara Qarayev, Tofiq Quliyev, Vaqif Mustafa-zadə cazın əsasında 
Az
ərbaycan  muğamından  və  xalq musiqisindən  istifadə  etmişdilər. 


 
71 
XX 
əsrdə  yeni cərəyan  neofolklorizm  yaranır,  burada  xalq 
mahnılarından  istifadə  edilirdi.  O ciddi janrlarda -  operada, 
simfoniyada, sonatada istifad
ə olunurdu. 
Az
ərbaycan musiqisini bir sıra musiqiçilər zənginləşdirmişlər. 
Üz.Hacıbəyli  klassik  Avropa  musiqisini  Şərqin musiqisilə, xüsusən 
Az
ərbaycan  muğam  sənəti ilə  birləşdirmişdir.  Fikrət  Əmirov 
simfonik  muğamın  əsasını  qoymuşdur  (Kürdi  ovşarı,  Şur).  Qara 
Qarayev klassik musiqini avanqard musiqil
ə birləşdirmişdir, o hətta 
Az
ərbaycan cazınin əsasında durmuşdur. 
 
XÜLASƏ: 
XVII-XX 
əsr musiqisi. Oratoriya və  kantata.  İ.S.Baxın 
musiqisi. Vyana klasik musiqisi: Qaydn, Mosart, Betxoven; Qlük. 
Simfoniya, Sonat forması;  
Şopen,  Vaqner,  Verdi,  Jak  Offenbax  operettanın  banisi, 
İ.Ştraus.  Musiqidə  impessionizm:  Klod  Debussi.  Moris  Ravel.  ХХ 
əsrin  musiqi  avanqardı.  Saz.  Klassik  Azərbaycan  musiqisi 
Ü.
Hacıbəyli, F.Əmirov, Q.Qarayev, V.Mustafazadə. 


 
72 
ÜZEYİR HACİBƏYLİ 
 
 
 
Hacib
əyli  Üzeyir  Əbdülhüseyin  oglu  (18.09.1885,  Şuşa 
q
əzasının  Ağcabədi k.-  23.11.1948,  Bakı)  –  Azərbaycan bəstəkarı, 
musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadimdir. 
Müasir Az
ərbaycan profesional musiqi sənətinin və  milli  operasının 
banisi idi
. SSRİ xalq artisti (1938). Azərbaycan EA akademiki (1945), 
professoru (1940), 
SSRİ Dövlət mükafatı laureatı (1941, 1946), 1938 
ild
ən Azərbaycan  Bəsəkarlar  İttifaqinin  sədri (1938-48), Azərbaycan 
Dövl
ət  Konservatoriyasının  rektoru  (1928-29; 1939-48) Azərbaycan 
EA İncəsənət İnstitutunun direktoru (1945-48) olmuşdur. 
Ü.Hacib
əyli  kənd mirzəsi ailəsində  dogulmuş,  valideyinləri 
Ağcabədidən Şuşaya köçdükdən sonra ilk təhsilini burdakı iki sinifli Rus 
Az. m
əktəbində  almişdır.  Şuşanın zəngin  musiqi  ifacılıq  ənənələri 
Hacib
əylinin musiqi tərbiyəsinə  müstəsna təsir göstərmişdir.  Onun  ilk 
musiqi mü
əllimi Az xalq musiqisinin gözəl  bilicisi,  dayısı  A.Əliver-
dib
əyov  olmuşdur.  Hacibəyli 1897-1898 illərdə  Ə.B.Haqverdibəyovun 
r
əhbərliyi və  Cabbar  Qaryağdı  oğlunun  ifası  ilə  Şuşada  göstərilən 
“M
əcnun Leylinin məzari üstündə” səhnəciyində xorda iştirak etmişdir. 
O,  1899-1904 ill
ərdə  Qori müəllimlər  seminariyasında təhsil  almışdır. 
Onun  dünyagörüşünün  formalaşmasında seminariya böyük  təsir göstər-


 
73 
mişdir.  Hacibəyli  Seminariya illərində  qabaqcıl dünya və  rus mə-
d
əniyyətini yaxindan öyrənmişdir. O, burada rus və Qərbi Avropa musiqi 
klassikl
ərinin  əsərlərini mənimsəmiş,  skripka və  baritonda  calmağı 
öyr
ənmiş,  xalq mahnı  nümunələrini  nota  köcürmüşdür.  Seminariyanı 
bitirdikd
ən sonra Hacıbəyli 1904 ildə Cəbrayil Qəzasinin Hadrut kəndinə 

əllim təyin edilmişdir.  
Üzeyir Hacib
əyli Rusiyada 1905-07 illər inqilabi ərəfəsində 
Bakıya gəlmiş, Bibiheybətdə, sonralar isə “Səadət” məktəbində dərs 
demiş, 1907 ildə Bakıda Azərbaycan dilində “Hesab məsələləri” və 
“M
ətbuatda istifadə  olunan siyasi,  hüquqi,  iqtisadi  əsgəri sözlərin 
türki  –  rusi v
ə  rusi  –  türki lügəti”  –  ni  nəşr  etdirmişdir.  Üzeyir 
Hacib
əyli  Lüğətində  Azərbaycan  dilinə  daxil olan yeni termin və 
anlayişlasrın  şərhini  vermişdir.  H.  bədii  yaradıcılığa publisistika  ilə 
başlamışdır.  O,  “Kaspi”,  “Həyat”,  “İrşad”,  “Tərəqqi”,  “Həqiqət”, 
“İqbal”, “Yeni İqbal” qəzetlərində və “Molla Nəsrəddin” jurnalında 
“Ordan-Burdan”, “O yan –  bu  yan” v
ə  s.  başlıqları  altında “U”, 
“Filank
əs”, “Nəhmənkəs” və s. gizli dövrün mühüm gizli imzalarla 
dövrün mühüm içtimai-siyasi,  marifcilik m
əsələlərinə  dair coxlu 
m
əqalə felyeton və satirik miniatürlər dərc etdirmişdir. O, bu dövrdə 
N.V.Qoqolun “Şinel” povestini Azərbaycan dilinə tərcümə etmiş, bir 
sıra hekayələr, miniatürlər  (“Qarabağın  keçmiş  günlərindən”,  “Ata 
v
ə oğul”, “Quyruqlu ulduz” və s.) yazmışdır. 
 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə