Dərslik az ərbaycan Milli Konservatoriyasının



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə15/22
tarix28.11.2017
ölçüsü2,8 Kb.
#12977
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   22

 
80 
QARA QARAYEV  
 
 
 
Qarayev  Qara  Əbülfəz  oğlu  (1918-1982)  –  Azərbaycan 
b
əstəkarı,  pedaqoq  və  ictimai xadimdir.  SSRİ  xalq  artisti  (1959) 
Az
ərbaycan EA akademiki  (1959),  SSRİ  dövlət  mükafatı  laureatı 
(1946-1948), M.F.Axundov ad.respublika 
mükafatı  laureatı  (1965). 
1953-cü ild
ə Azərbrbaycan Bəstəkarlar İttifaqının sədri idi, 1962-ci 
ild
ə Bəstəkarlar İttifaqının katibi olmuşdur. Ə.F.Qarayevin oğlu idi. 
İlk  musiqi  təhsilini Azərbaycan Dövlət  Konservatoriyası 
n
əzdindəki fəhlə  fakültəsində  almış,  1933-1938 illərdə  həmin 
Konservatoriyada  oxumuşdur:  bəstəkarlıq  üzrə  R.L.Rudolfdan, 
Az
ərbaycan Xalq Musiqisinin əsasları  üzrə  Ü.Hacıbəylidən dərs 
almışdır.  1946-cı  ildə  P.İ.Çaykovski  adına  Moskva  Konservato-
riyasını  bitirmişdir  (D.D.Şostakoviçin  bəstəkarlıq  sinfini). Həmin 
ild
ən Ü.Hacıbəyli adına Azbaycan Dövlət Konservatoriyasında dərs 
demişdir (1957-ci ildən professordur). Qarayev təhsil illərində 
“Könül  mahnısı”  kontatasını  (1938),  I-II  sinfoniyasını  (1943,1946), 
q
əhrəmanlıq  mübarizəsini  əks etdirən “Vətən” operasını  (1945, 
C.Hacıyevlə  birgə)  yazmışdır.  1940-cı  illərin  II  yarısı  Qarayevin 
yara
dıcılığının  yetkinləşmə  dövrüdür. Milli musiqi ilə  klassik və 
müasir  musiqi  üslüblarının  üzvi  birliyi  mövzuların  romantik  şərhi 
Qarayevin bu dövr yara
dıcılığına  xasdır.  Zərif musiqisi olan Simli 


 
81 
kvartetind
ə (1947) aşıq və muğam sənətinin xüsusiyyətləri öz əksini 
tapmışdır.  Melodik  dilinin  səlistliyi və  ifadəliyi ilə  səciyyələnən 
“Leyli v
ə  Məcnun”  simfonik  poemasında  Nizaminin  eyni  adlı 
əsərinin humanist ideyası ustalıqla verilmişdir. “Mən sizi sevirdim”, 
“Gürcüstan t
əpələrində”  romanslarında  A.S.Puşkinin  şeirlərinin 
psixoloji al
əmi real təcəssüm olunmuşdur. Qarayevin “Yeddi gözəl” 
baleti  (1952  Nizaminin  eyni  adlı  poeması  əsasında) Azərbaycan 
musiqisinin yüks
ək nailiyyətidir.  
 
 
 
 
Baletd
ə  milli musiqinin muqam intonasiya sistemli və  janr 
xüsusiyy
ətlərində  məharətlə  istifadə  olunmuşdur. Qarayev “Alban 
rapsodiyası”nda  (1952)  M.İ.Qlinka  və  N.A.Rimski-Korsakovun 
Simfonik lövh
ələrinə  xas  ənənələri  inkişaf  etdirmişdir.  “İldırımlı 
yollarla” baleti (1958, 
P.Abrahamsın eyni adlı romanı üzrə) Qarayev 
yaradıcılığında  yeni  mərhələdir. Qaryev bu janrda ilk dəfə  olaraq 
müasir dövrd
ə Cənubi Afrika xalqlarının azadlıq mübarizəsini təsvir 
etmiş,  zəngin  obrazlar  yaratmışdır.  Qarayev  Cənubi Afrika 
folkloruna h
əssaslıqla  yanaşmış,  onu  müasir  musiqinin  mürəkkəb 
ifad
ə vasitələri ilə işləmişdir 


 
82 
Qarayev müxt
əlif mövzulu suitaların müəllifidir. Bunların bir 
çoxu balet (“7 göz
əl”, “İldırımlı yollarla”) və kino filmlərinə (“Xəzər 
neftçil
əri haqqında dastan”, “Vyetnam”, “Dənizi fəth edənlər”, “Don 
Kixot”
)  yazılmış  musiqi  əsasında  yaradılmasına  baxmayaraq, 
müst
əqil  əsər  kimi  şöhrət  qazanmışdır.  “Don  Kixot”  simfonik 
qravürl
əri (1960) janr etibarilə orjinaldır. 
50-ci ill
ərin sonu 70-ci illərin  əvvəllərində  Qarayev klassik 
ənənələrə  diqqəti  artırmış,  polifoniya  formalarını  geniş  tətbiq 
etmişdir. F-p. üçün “24 prelüd” silsiləsinin IV dəftəri skripka ilə f-p. 
üçün sonata v
ə s. Kamera orkestri üçün III simfoniya (1965), skripka 
üçün konsertd
ə (1967) müasir dövrün mürəkkəb təzadları, bəstəkarın 
h
əyat,  insan  haqqında  düşüncələri  əksini  tapmışdır.  Bu  illərdə 
Qarayev  “Zamanın  bayraqdarı”  (1959, Səməd  Vurğunun  sözlərinə) 
kontatasını, “Klassik süita” (1967, f-p prelüdləri əsasında), 26 Bakı 
komisarlarının  xatirəsinə  həsr  olunmuş  oda  (1968),  V.İ.Leninin 
anadan  olmasının  100  illiyinə  həsr  olunmuş  oratoriya  –  plakat 
(1970), “Z
əriflik”  monooperasını  (1971,  A.Barbusun  novellasının 
motivl
əri üzrə),  “Dostluq  himni”  kontatasının  (1972),  “Coşqun 
qaskoniyalı”  müziklını  (1973, E.Rostanın  “Sirano  de  Berjerak” 
pyesinin motivl
əri üzrə) əsərlərini yazmışdır. Qarayev bir sıra dram 
tamaşasına  və  kinofilmə  musiqi bəstələmişdir:  “Rəqs müəllimi” 
(1949, Lope De Veqa), “Nikbin Faci
ə”  (1956,  V.S.Vişnevski), 
“Q
əribə  adam” (1956, N.Hikmət), “Antonio  və  Kleopatra”  (1965, 
V.Şekspir)  dramları,  “Xəzər neftçiləri  haqqında  dastan”  (1953), 
“Tarixin ibr
ət dərsi”  (1957), “Uzaq Sahillərdə”  (1958), “Mateo 
Falkone” (1961), “Qoyya” (1971, F.Qarayev il
ə birgə) filmləri və s. 
Qarayev kütl
əvi mahnı və estrada musiqisi janrlarında (həmcinin caz 
musiqini) 
əsərlər yazmışdır.  
Qarayevin  yaradıcılığında  ideya  –  fəlsəfi məzmun  əsas yer 
tutur.  Insanın  gözəllik  uğrunda  mübarizəsi onun musiqisinin əsas 
mövzusudur. O, 
əsrimizin kəskin ictimai problemlərini sənətkarlıqla 
açırdı.  Qarayev  uzaq  keçmişə  dair mövzulara da müasir dövrün 
müt
ərəqqi  ideyaları  baxımından  yanaşırdı. Qarayevin musiqisində 


 
83 
janr lövh
ələri ilə  epiklik, psixoloqizm ilə  faciəvi pafosu, lirika ilə 
qrotesk vahid dramaturji konsepsiyaya tabe olmaqla v
əhdət təşkil 
edir. Qarayev melodiya, ritm, m
əqam,  polifonya,  orkestr  palitrası, 
musiqi  forması  səhnəsində  yeni ifadə  vasitələri  axtarır.  Onun 
novatorluq  axtarışları  Azərbaycan  xalqının  musiqi  təfəkkürü 
xüsusiyy
ətlərinə, eləcə  də  ötən  əsrlərin bəstəkarlıq  məktəbləri və 
musiqi c
ərəyanlarının  ən  yaxşı  nailiyyətlərinə  əsaslanır.  Qarayevin 
musiqi dili sah
əsinə  gətirdiyi yeniliklər Azərbaycan musiqisinin 
inkişafında mühüm rol oynamışdır. Musiqi sənətinin demək olar ki, 
bütün  janrlarına  müraciət edən  Qarayevin  yaradıcılığı  Azərbaycan 
baleti v
ə  simfonik  musiqinin  inkişafında  əhəmiyyətli yer tutur. 
Qarayevin  musiqisi  ümumdünya  şöhrəti  qazanmış,  baletləri 
ölk
əmizin və  bir  sıra  dünya  teatrlarının  səhnəsində  tamaşaya 
qoyulmuşdur. Qarayev 50-ci illərdən müasir Azərbaycan bəstəkarlıq 
m
əktəbinə başçılıq etmişdir. Bəstəkarlardan R. Hacıyev, A.Babayev, 
H.Xanm
əmmədov, A.Məlikov, X.Mirzəzadə,  V.Adıgözəlov və  baş-
qa
ları  Qarayevin  yetişdirmələridir. Qarayevin bir çox məqalə  və 
m
əruzələri Azərbaycan  musiqisinin  inkişafı  problemlərinə, Ü.Hacı-
b
əyli, S.Prokofyev və  D.Şostakoviçin  yaradıcılığına  həsr olun-
muşdur.  ASE  (Azərbaycan  Sovet  ensiklopediyası)  Baş  redaksiya-
sının üzvü olmuşdur (1976). 
  
XÜLASƏ: 
Qara  Qarayev  –  Az
ərbaycan bəstəkarı,  pedaqoq,  alim və 
ictimai xadim. Baletl
ər: “Yeddi gözəl”, “İldırımlı yollarla”. Simfonik 
musiqi.  “Don Kixot” simfonik qravürl
əri.  Müzikl  “Coşqun 
qaskoniyalı”.  Dram  tamaşalara  (“Rəqs müəllimi”, “Nikbin Faciə”, 
“Q
əribə  adam”, “Antonio  və  Kleopatra”)  və  kinofilmərə  (“Xəzər 
neftçil
əri haqqında dastan”, “Tarixin ibrət dərsi”, “Uzaq Sahillərdə”, 
“Mateo Falkone”, “Qoyya” (F.Qarayev il
ə  birgə)  yazilan  musiqi. 
Klassik, avanqard, caz musuqusi.  
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə