Dərslik az ərbaycan Milli Konservatoriyasının



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə11/22
tarix28.11.2017
ölçüsü2,8 Kb.
#12977
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   22

 
66 
Orta 
əsrlərdə  musiqi din ilə  sıx  bağlı  olmuşdur,  burada  tək 
allahlılıq  hökmranlıq  edirdi.  Ərəb xülafətinin  vaxtında  musiqi  bir 
nec
ə istiqamətdə: yəni Qurani-Kərimin avaz ilə oxunmasında, həmçi-
nin mü
əzzinin namaza çağırışı zamanı istifadə edilirdi. İslam musi-
qisi poeziya v
ə musiqi ilə vəhdət təşkil edirdi (yunanlardakı kimi). 
Q
ədim profesional şair-musiqiçilərdən, nəğməli janrdan (mər-
siy
ə, mərthi, urucuza, xica, mədhiyə və b.) musiqi alətlərindən (duf, 
mizxar, d
əf, rübab, ud, kəmança, qanun) məlumatlar saxlanılmışdır.  
İslam  dinini  vəhdət kimi qəbul edilən zaman  Yaxın,  Ön  və 
Orta  Şərqə,  Şimalı  Afrikaya, Cənub-Qərbi Avropaya  yayyilarkən, 
Ərəb  xülafətində  musiqinin  geniş  yayılması  üçün  gözəl  şərait ya-
radıldı. 
İslam  musiqisinin  əsasında  yunan  musiqisinin  nəzəriyyəsi, 
ərəb musiqisinin səs  düzümü,  İran  və  Bizans musiqinin təsiri 
say
əsində  genişləndi,  Farsların  not  yazısı  istifadə  edildi, musiqi 
al
ətlərinin sayı çoxaldı və onlar dəyişərək, təkmilləşdirildi. 
İslam  musiqi-nəzəriyyəçilərindən:  İsa  ibn  Abdullah,  İbn 
Müs
əcih (ərəb səsdüzümü banisi), İbn Sina (“Aş-Şifa”, məqamların 
n
əzəriyyəçisi, 8 ərəb  barmaqlı  məqamlarını  12-yə  əvəz etmişdir), 
S
əfiəddin Urmavi (yeni musiqi sistemi yaratmış  və birinci bəstəkar 
olaraq,  özünd
ən  sonra  notlaşmış  yazıları  qoyaraq  və  simli musiqi 
al
ətlərini yaratmışdır - muçni, nuzqa) olmuşlar.  
İslam  musiqisinə  12 məqam  (lad)  daxildir  (İranda  dətsgah 
adlanır).  Musiqinin  inkişafının  ən yüksək zirvəsi Abasilər və 
Əməvilər dövrünə  təsədüf  etmişdir.  Bəzi hörmətli  şeyxlərin 
musiqid
ən imtina etməsinə baxmayaraq, onun geniş yayılmasına və 
musiqi m
ədəniyyətinin inkişafına sufi ritual rəqslərinin (səma) böyük 
t
əsiri olmuşdur. 
Orta 
əsrlərin məşhur  alimləri  Əl-Kindi,  ƏL-Fərabi,  İbn 
X
əysam, Əbu Əl-Mumin, Ərməvi, İxvan əs-Səfanın nümayyəndələri 
v
ə İbn Sina musiqi haqqında elmi ənənələri inkişaf etdirmişdilər.  


 
67 
 
Mavlaviya t
əriqət dərvişləri 
 
Orta 
əsrlərdə ərəb-islam musiqisi (Ərəb, Afrika, Asiya ritmləri 
v
ə  melodiyaları,  məqamları)  Avropaya  xüsusilə  İspaniya  və 
Portuqaliyaya çox böyük t
əsir etmiş və Avropanın musiqi alətlərinin 
formalaşmasında  və  inkişafında  böyük  rolu  olmuşdur.  Avropa 
xalqlarının mədəni tarixində İntibah dövrü-Renessans - dönmə anına 
çevrilir. 
İtaliyada XIII-XIV əsr Avropanın başqa ölkələrində XV-XVII 
əsr yeni fikirlər dəyişmələr yaranmağa başlayır.İntibahın yaradıcıları 
insanı  yüksək dəyər kimi qiymətləndirirdilər. Dünyaya belə  baxış 
hümanizm  adlandırılırdı, hümanistlər  ideal  harmonik  insanı  qədim 
antik dövründ
ə axtarırdılar və qədim Yunan, Roma incəsənəti onlar 
üçün b
ədii  yaradıcılıq  üçün  nümunə  idi.  Antik mədəniyyətini 
yenil
əşdirməyə  səy göstərmək üçün əsrə  yeni  ad  Renessans  adı 
verildi. Bu dövr orta 
əsr və  yeni  dövr  arasındadır.  Dövrün dünya 
görünüşünü incəsənət, xüsusilə musiqi əks etdirirdi. Bu dövrdə orta 
əsrlərdəki kimi aparıcı yer vokal kilsə musiqisinə üstünlük verilirdi. 
Musiqinin çoxs
əsliliyi  inkişafı  polifoniyanın  yaranmasına  səbəb 


 
68 
olmuşdur. Bütün səslər əsərdə bərabərdir. Polifonik əsərləri ciddi və 
ç
ətin qaydalar əsasında qurularaq, bəstəkardan dərin biliklər, virtuoz 
peşəlik tələb edirdi.  İntibah  dövrün  məşhur  musiqiçiləri Palestrino, 
Josken Depre,  Adrian Villart v
ə  başqaları  olmuşlar.  Polifoniya 
ç
ərçivəsində kilsə və kübar janrlar yaranmışdır. 
 
XÜLASƏ: 
Musiqi inc
əsənət növü kimi. Qədim dünyanın musiqi incəsə-
n
ətinin tarixi. Hindistan, Çin, Qədim Yunan və  Roma musiqi incə-
s
ənəti. Musiqi alətlərinin  əsas  qrupları.  Orta  əsr musiqisi. Din və 
musiqi.  
İslam  musiqi  incəsənəti.  Şair  musiqiçilər. Nəğmə  janrları. 
(m
ərsiyə, mərthi, urucuza, hica, mədhiyə,  musiqi alətləri),  alətlər 
(düf, misxar, d
əf, rübab, ud, kamança, qanun). Musiqi nəzəriy-
y
əçiləri: İsa Bin Abdullax, İbi Müsəcix, İbn Sİna, Səfiəddin Urmavi. 
M
əqamlar. 
İntibah dövrünün musiqisi. Polifonik əsərlər.  
 


 
69 
XVII –
XX ƏSR MUSİQİ TARİXİ 
 
XVII 
əsrin  axırı  XVIII  əsrin  əvvəlində  İntibah  dövrünün 
musiqisi  polifoniya  öz yerini homofoniya  il
ə  əvəz edir. 
Homofoniyada bütün s
əslər eynidir: bir səs əsas mövzunu ifadə edir
başqa  səslər isə  akkomponement  (müşayət)  rolunu  oynayır.  Burada 
əsərin yeni homofon – harmonik üslub tərzi yaranır. 
XVII-XVIII-ci 
əsrlərin  əsas  janrı  kantata və  oratariyadır
Kübar musiqisinin 
əhəmiyyəti getdikcə  çoxalmağa  başlayır.  O 
musiqi saraylarinda, zad
əgən  salonlarında,  teatrlarda səslənirdi. 
İncəsənətin yeni növü  -  opera  yaranır.  İnstrumental  musiqidə  yeni 
janrlar  yarandı  (onların  arasında  instrumental konsert). Bəstəkarlar 
t
əkcə  musiqini  yaratmırdılar,  onlar  həmçinin alətlərdə  məharətlə 
çalırdılar.  İ.S.Bax  həyatında  məharətli  orqancı  və  müəllim kimi 
m
əşhurlaşmışdır. Onun yaradıcılığında alman protestant mədəniyyəti 
mühüm rol oynamışdır. Bəstəkarın musiqisi mənəvi və fəlsəfidir. O, 
300-
ə yaxın vokal dram əsərlərinin, kantataların, motetlərın, orqan və 
klavir 
əsərlərin, prelüdiya, tokkata və fuqaların müəllifidir. 
Fransada XVII 
əsrdə  klassisizm  bədii  üslubu  yaranır.  Bu 
üslubda ustalar aydın və ciddi formalarda ifadə etməyi cəhd edirdilər. 
Musiqi  klassisizminin  inkişafında  ən yüksək mərhələsini  Haydının, 
Motsartın, Betxovenin yaradıcılığı öz yerini tapır. Onlar XVII əsrin 
axırı  XVIII  əsrin  əvvəlində  Vyanada  işləyərkən  Vyana klassik 
m
əktəbini  yaratmışlar.  Klassiklər  simfoniyanı,  sonatanı,  operanı 
daha üstün tuturdular.  
Musiqid
ə  daha yeni  bir istiqamət  –  romantizm  yarandı 
(XVIII-XIX 
əsr).  Bu  əsərlərdə  insanın  daxili  dünyası  açılırdı. 
Romantikl
ər  lirik  miniatürları  yaratdılar.  Xüsusi yeri məhəbbət 
lirikası  tuturdu  (Şubert).  Musiqi  obrazlarının  yaranmasında  əsas 
vasit
ə əsərin məzmununu açan – söz proqramı olmuşdur. Misal üçün: 
b
əstəkar instrumental musiqinin süjetini yaradanda (simfoniya), onu 
partiturada xüsusi izahlarla verirdi.  Bel
əliklə  incəsənətin sintezi  - 
ədəbiyyat, musiqi, rəngarlıq  -  yarandı.  Romantiklər Avropada 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə