Dərslik az ərbaycan Milli Konservatoriyasının



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə19/22
tarix28.11.2017
ölçüsü2,8 Kb.
#12977
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   22

 
95 
XIX 
əsrin 80-ci illərində yeni istiqamət – avanqard yarandı. 
Burada b
ədii vasitələr həm yeni, həm  qeyri adi, həm də  epizod 
formasında  idi.  Futurizm,  dadaizm,  surrealizm  avanqardı 
m
ənimsəyirdi. 
XX 
əsr müxtəlif istiqamətlər və üslublar ilə zəngin idi. 50-ci 
ill
ərdə  Jan  Pol  Sartrın  İntellektual  teatrı  həm də  Ejen  İoneskonun, 
Samuel Bekketin A
bsurd teatrı yarandı. 
XX 
əsrin axırında Parij müxtəlif milli teatrın ocağına çevrilir. 
Burada beyn
əlxalq Avropa festivalları keçirilir. Məhz burada Corco 
Strelerin r
əhbərliyi  altında  Avropa  teatrı  yaranır,  dünyanın  aparıcı 
rejisso
rları bura toplaşır. 
 
XÜLASƏ: 
Antik tea
trı.  Orta  əsrlər  teatrı.  İntibah  dövrünün  teatrı.  XIX-
XX 
əsrin teatrı üslub və istiqamətləri.  
 



 
96 
AZƏRBAYCAN TEATRI 
 
Çoxc
əhətli, zəngin və  mürəkkəb  yaradıcılıq  yolu  keçmiş 
Az
ərbaycan teatrının tarixində xalqımızın ictimai həyatında baş verən ən 
mür
əkkəb hadisələr öz əksini tapmışdır. Azərbaycan teatrı həmişə xalq 
kütl
ələrinin mənafeyinə  xidmət  etmiş,  ictimayyəti  maraqlandıran 
m
əsələlərə  toxunmuş,  öz  işini  mütərəqilik, vətənpərvərlik prinsipləri 
əsasında qurmuşdur. 1873-cü il mart ayının 23-də Həsənbəy Zərdabinin 
v
ə  Nəcəfbəy Vəzirovun təşəbbüsü ilə  Bakı  şəhərində  Azərbaycan 
dilind
ə  ilk dəfə  Mirzə  Fətəli Axundovun “Sərgüzəşti  vəziri  Xanı 
L
ənkaran”  komediyasını  Realnı  məktəbinin  tələbələri tərəfindən 
tamaşaçılara göstərildi. Lakin, Bakıda göstərilən bu ilk tamaşadan bir il 
əvvəl 1872-ci ildə  Tiflisdə  Azərbaycanlı  teatr  havəskarları  “Şeytan 
bazarın ziyalı qüvvələri”, o cümlədən Abdulla Xəlilov, Cəfər Cəfərov, 
İbrahim  Zeynalov,  Şahhüseyn  Minasazov,  Məmməd  ağa  Şaxtantinski 
v
ə b. o zaman Azərbaycan və İran tacirlərinin kontoru yerləşən məşhur 
Naramb
ətov  karvan  sarayında  M.F.  Axundovun  “Lənkaran  xanlığın 
v
əziri”  komediyasını  üçüncü  pərdəsini  oynamışlar. Bir necə  ay sonra 
h
əmin tamaşa bütünlüklə tamaşaçılara göstərilmişdir. 
Şuşada  isə  ilk  teatr  tamaşası  hələ  1848-ci ildə  göstərilməsi 
ehtimalı olmuşdır. Həmin vaxtda Şuşada iki böyük tamaşa mərkəzi - 
teatr v
ə sirk mövcud idi. 
1854-cü ild
ə  Şuşa  ziyalıları  vaxtaşırı  teatr  tamaşalarını 
göst
ərmək məqsədi ilə klub yaradırlar. 
1880-ci ill
ərin sonunda Bakıda teatr həyatı bir qədər də canlanır. 
Əbdürəhim bəy Haqverdiyev XIX əsrin axırı və XX əsrin əvvəllərində 
Az
ərbaycan Realist demokratik ədəbiyyatının  ən  qabaqcıl  numa-
y
əndələrindən biri, ədəbiyyatımızın tarixində görkəmli dramaturq, ustad, 
nasir,  bacarıqlı  publisist  kimi  şöhrət  qazanmışdir.  Ə.B.Haqverdiyevin 
yaradıcılığı  xalqımızın  teatr  həyatı  ilə  sıx  bağlı  olmuşdur.  Hələ  kiçik 
yaşlarından  teatr  aləminə  düşən  Əbdürrəhim Bəy  yaşa  dolduqca  bu 
s
ənətin qüdrət və özəlliyinə bağlanmış, teatr həyatında – həm təşkilatı 
h
əm də  yaradıcılıq  işində  səmərəli fəaliyyət göstərmişdir.  Ə.Haqver-


 
97 
diyev özünün yüks
ək ideyalı dolğun məzmunlu pyesləri ilə Azərbaycan 
s
əhnəsini zənginləşdirməklə  kifayətlənməmiş,  teatrımızın  tarixinə  və 
t
ənqidinə  dair məqalələr  yazmış,  publisist  yazılarla  çıxış  etmiş, 
rejisorluqla m
əşğul  olmuş,  aktyorların  ideya  sənətkarlıq  inkişafında 
dramaturq, mü
əllim kimi fəaliyyət göstərmişdir.  Onun  eyni  zamanda 
rus, q
ərbi Avropa ədabiyyatından  bir  sıra  qiymətli tərcümələri  vardır. 
C
əsarətlə  deyə  bilərik ki, müasirlərdən heç biri Azərbaycan  teatrına 
Ə.B.Haqverdiyev qədər yaxın bağlı olmamışdır. Onun 40-illik yaradı-
cılıq  həyatında  teatr  fəaliyyəti  xüsusi  yer  tutur.  Yazıçının  “Dağılan 
tifaq”,  “B
əxtsiz cavan”, “Pəri Cadu”,  “Ağa  Məhəmməd  şah  Qacar”, 
dramları teatrımızı şöhrətləndirmiş, onun qızıl fonduna daxil olmuşdur. 
H
əmin əsərlər Tiflisdə, Yerevanda, Naxçıvanda və diqər şəhərlərdə mü-
v
əffəqiyyətlə oynanılmışdır. Bundan əlavə, müəllifin “Millət dostları”, 
“Ac h
əriflər”, “Sağsağan” və s. əsərləri, həmçinin digər xalqların yazıçı-
larindan t
ərcümə və təbliq etdiyi “Qəzavat”, “Kimdir müqəssir”, “Kim-
dir yahudil
ər”, “Soltan Osman” kimi pyesləri tamaşaya qoyulmuşdur. 
Ə.B.Haqverdiyevin  teatrla  ilk  tanışlığı  1884-cü ilə  Şuşada 
t
əsadüf edir. İlk səhnə əsəri “Dağılan tifaq” faciəsi 1901-ci il yanvar 
ayının 10-da Tağıyev teatrında tamaşaya qoyulmuşdur. 
1910-cu ild
ə  Bakıda  M.Tofiqin  rejissorluğu  ilə  göstərilən 

Dağılan  tifaq”  tamaşasında  Nəcəf bəy  rolunu  Dadaş  Bünyadzadə, 
1912-ci ild
ə isə H.Sarabski oynamışlar. 
1950-
ci  ilin  “Dağılan  tifaq”  tamaşasında  rejissor  Mehdi 
M
əmmədovun estetik ideallığı çox qüvvətli olmuşdur. 
1902-ci ild
ə  N.V.Qoqolun ölümünün 50-illiyi günündə  Bakı 
tamaşaçılarına  göstərilən “Müfəttiş”  komediyası  da  Ə.B.Haq-
verdiyevin  rejissorluq  istedadının  parlaq  şəkildə  nümayiş  etdirən 
göz
əl bir amil oldu. Xlestakov rolunu Ə.Əlibəyov oynamışdır. 
1904-cü ild
ə Ə.Haqverdiyev Şuşa şəhərində “Otello” faciəsini 
tamaşaya qoyur. “Otello” faciəsindən sonra özünün “Bəxtsiz cavan”, 
“Dağılan  tifaq”,  N.Vəzirovun  “Yağışdan  çıxdıq  yağmura  düşdük” 
komediyasını tamaşaya qoyur. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə