Dərslik az ərbaycan Milli Konservatoriyasının



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə16/22
tarix28.11.2017
ölçüsü2,8 Kb.
#12977
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   22

 
84 
ƏLAVƏ 
 
FİKRƏT ƏMİROV 
 
 
 
 
Əmirov Fikrət Məşədi Cəmil  oğlu  (1922-1984) Azərbaycan 
b
əstəkarı.  SSRİ  Xalq  artisti  (1965).  1959-ci  ildən Azərbaycan 
B
əstəkarlar  ittifaqının,  1974-cü ildən həmçinin  SSRİ  bəstəkarlar 
ittifaqının katibi olmuşdur. O M.C.Əmirovun oğludur. Gəncə Musiqi 
M
əktəbin  tar  sinfini  bitirmiş,  1938-39-cu illərdə  Bakı  Musiqi 
M
əktəbində  oxumuşdur.  Əmirov  böyük  vətən müharibəsinin 
iştirakçısıdır.  148-ci ildə  Azərbaycan Dövlət  Konservatoriyasının 
(professor B.Zeydmanın bəstəkarlıq sinifini) bitirmişdir. Azərbaycan 
Dövl
ət Filarmoniyasının bədii rəhbəri (1947), Azərbaycan Opera və 
Balet teatrının direktoru (1956-59) olmuşdur. Əmirovun yaradıcılığı 
musiqi s
ənətinin müxtəlif  janrlarını  əhatə  edir. “Ürək çalanlar” 
(1944),  “Gözün  aydın”  (1946)  musiqili  komediyaları  Əmirovun  ilk 
s
əhnə  əsərlərindəndir.  Onun  “Sevil”  operası  (1953,  C.Cabbarlının 
eyni  adlı  pyesi  üzrə) müasir mövzudan yazılmış  Azərbaycan 
operaları  arasında  görkəmli yer tutur. Lirik psixoloji opera olan 
“Sevil” d
ə  qəhrəmanların  taleyi  inqilabi  hadisələrlə  sıx  əlaqədə 


 
85 
verilmişdir.  Operada  qəhrəmanın  daxili  aləmi,  onun  azadlığı,  yeni 
h
əyata  qovuşması  parlaq  musiqi  dili  ilə  göstərilmişdir.  Opera 
dramaturji  yığıcamlığı,  xalq  ruhuna  yaxın  gözəl  melodiyaları  ilə 
s
əciyyələnir. “Sevil” operası Moskvada P.İ.Çaykovski adına konsert 
zalında ümumittifaq radiosu və televiziyasının simfonik orkestr xoru 
v
ə  solistləri tərəfindən rus dilində  ifa  olunmuş  (1963,  Niyazinin 
r
əhbərliyi ilə), Səmərqənddə  tamaşaya  qoyulmuş  (1977)  və 
ekranlaşdırılmışdır (1970). 
Əmirovun  simfonik  yaradıcılığı  rəngarəngdir. Fəlsəfi 
mahiyy
ət kəsb edən  “Nizami”  (1947)  simli  simfoniyası  lirizmi, 
t
əsirliliyi aydın və incə musiqi üslubu ilə fərqlənir. Əmirov simfonik 
muğam  janrının  yaradıcısıdır.  “Şur”  və  “Kürd  ovşarı”  simfonik 
muğamlarında  o,  ilkin  mənbəyə  istinad edərək bu əsərləri 
özün
əməxsus bəstəkarlıq  texnikası  yaradıcı  təxəyyülü ilə 
z
ənginləşdirmiş,  orkestr  boyalarının  əlvanlığına  nail  olmuşdur. 
“Gülüstan  – 
Bayatı  Şiraz”  (1971)  simfonik  muğamında  muğam 
şöbələrini kontrakt ardıcıllıq prinsipini saxlamış, meldokiasını kiçik 
lövh
ələrlə şərh edərək muğamı sərbəst inkişaf etdirmişdir. Əmirovun 
simfonik  muğamları  muğam  janrının  simfonikləşdirmə  baxımından 
əhəmiyyətlidir.  Aşıq  musiqisi  intonasiyalarını,  xalq  rəqslərinin 
oynaq, gümrah ruhunu ifad
ə  edən “Azərbaycan  Süitası”  (1950), 
kompazisiyasına  görə  simfonik  muğamların  süita  –  rapsodiya 
formasını  xatırladan  “Azərbaycan Kapriçiossu” (1961), “Simfonik 
r
əqslər” (1963) eləcə də “Azərbaycan qravürləri” (1977) Əmirovun 
yaradıcılığında əhəmiyyətli yer tutur. Simfonik muğam ənənələrinin 
davamı  olan  “Nəsimi  dastanı”  (1973,  Yeni  redaksiyası  1977) 
xoreoqrafik  poeması  üçün  faciəvilik,  orjinal  musiqi  obrazları  dərin 
musiqi  dramaturgiyası  xarakterikdir.  Onun  “Xəzəri fəth edənlər” 
(1976)  vokal  xoreoqrafik  poeması  insanların  fədakar  əməyinə  həsr 
olunmuşdur.  Əmirov  instrumental  konsert  janrında  yazan  ilk 
Az
ərbaycan bəstəkarlarındandır. Onun f-p., skripka ilə orkestr üçün 
ikiqat konsertind
ə (1946), və f-p. ilə xalq çalğı alətləri orkestrı üçün 
konsertind
ə  (1947, A.Babayevlə  birgə)  xalq  mahnı  və  rəqslərinin 


 
86 
üslub xüsusiyy
ətlərində  sənətkarlıqla  istifadə  edilmişdir.  Ərəb 
mövzuları əsasında f-p. ilə orkestrı üçün konserti (1957, E.Nəzirova 
il
ə birgə) gözəl, təravətli musiqisi orkestrovka və f-p. partiyasındaki 
ori
jinal  tapıntıları  ilə  fərqlənir.  Əmirov  kamera  –  vokal və 
instrumental  janrında  da  bir  sıra  maraqlı  əsərlər bəstələmişdir.  F-p. 
üçün 2 p
relüd,  “12  Miniatür”,  Ü.Hacıbəyli və  A.Zeynallının 
xatir
əsinə həsr edilmiş elegiyaları və variasiyalar, uşaq lövhələri iki 
ekspromt v
ə  s. instrumental  əsərləri, “Ulduz”, “Gülərəm gülsən”, 
“Az
ərbaycan elləri”, “Mən səni araram”, “Reyhan”, “Gülür ellər” və 
s. romans v
ə mahnıları məşhurdur. Əmirov bir sıra dram tamaşasına 
(“Şeyx Sənan”, “1905-ci ildə”, “Vaqif”, “Xanlar”, “Cavanşir” və s.) 
v
ə kinofilmə (“Səhər”, “Böyük dayaq”, “Mən ki gözəl deyiləm” və 
s.) musiqi b
əstələmişdir.  Əmirovun  yaradıcılığı  Azərbaycan 
musiqisinin  inkişafında  mühüm yer tutur. Onun əsərlərində  xalqın 
tarixi  keçmişi  və  müasir həyatı  dolğun  əksini  tapmışdır.  Əmirovun 
musiqisi üçün dramatik, yumoristik obrazlar xüsusil
ə lirik psixoloji 
lövh
ələr səciyyəvidir. Azərbaycan musiqi folklorunu dərindən duyan 
b
əstəkarın  əsərləri milli musiqiyə  xas intonasiya və  ritmtlərlə 
z
əngindir. Onun harmonik dilində  Azərbaycan xalq musiqisinin 
m
əqam xüsusiyyətləri  aydın  hiss  olunur.  Əmirov  yaradıcılığında 
Az
ərbaycan milli musiqi ənənələri ilə  dünya musiqi mədəniyyətini 
n
əaliyyətləri  üzvi  şəkildə  birləşmişdir.  Əmirov  Azərbaycan xalq 
musiqisind
ən bir çox nümunələri nota salmış və işləmişdir. O, Ərəb 
musiqi intonasiyaları və ritmlərindən istifadə edərək “Min bir gecə” 
baletini yazmışdır. (1979). 
Əmirovun  əsərləri, xüsusilə  simfonik  muğamları  Niyazi, 
G.Rojdestvenski  (Rusiya),  L.Stokovski  (ABŞ),  Ş.Münş  (Fransa), 
G.Abendrot (Almaniya) kimi m
əşhur  drijorların  repertuarına  daxil 
olmuşdur,  Rusiyanin və  bir çox xarici ölkələrin  (ABŞ,  Fransa, 
İngiltərə, Almaniya, Türkiyə,  İran,  İsveç,  İraq  və  s.) konsert 
salonlarında səslənmişdir və səslənir.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə