Dərslik az ərbaycan Milli Konservatoriyasının



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə17/22
tarix28.11.2017
ölçüsü2,8 Kb.
#12977
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   22

 
87 
 
 
Tahir Salahov “Fikr
əi Əmirov” 
  
XÜLASƏ: 
Fikr
ət Əmirov - Azərbaycan bəstəkarı. “Şur” və “Kürd ovşarı” 
simfonik  muğamlar. Simli simfoniya “Nizami”. “Min bir gecə” 
baleti. “Sevil” opera
sı. Romans və  mahnılar. Musiqili komediyalar. 
Dram tamaşalara (“Şeyx Sənan”, “1905-ci ildə”, “Vaqif”, “Xanlar”, 
“Cavanşir” və s.) və kinofilmərə (“Səhər”, “Böyük dayaq”, “Mən ki 
göz
əl deyiləm” və s.) yazilan musiqi. 
 
 


 
88 
OPERA 
VƏ BALET İNCƏSƏNƏTİNİN TARİXİ 
 
Opera v
ə balet mürəkkəb sintetik incəsənətdir. Balet –musiqi 
xoreoqrafik tama
şadır, burada musiqi, rəqs, dram hərəkəti və təsviri 
inc
əsənətin elementləri bir-biri ilə  sıx  bağlıdır.  Bu  sintetik  janrın 
kökl
əri cox qədimdir. İbtidai icma və quldarlıq cəmiyyətin həyatında 
onun rolu vacibdir. 
Misirin,  Yunanıstanın,  Hindistanın  mədəni 
abid
ələri bunu təsdiq edir. Amma müasirliyə uyğun olan balet yalnız 
İntibah  dövründə  yaranmışdır.  Əvvəllər balet “çox ədəbli” saray 
şənliklərinin tərkib hissəsi  olmuşdur  (Lüllinin,  Ramonun opera-
baletl
əri, Molyerin komediya-baletləri və b. buna daxildir). 
Müst
əqil janr kimi balet XVIII əsrin  axırında  formalaşır. 
İnkişaf  zamanında  balet  incəsənəti  sonrakı  üslub  istiqamətlərini 
(klassisizm, barokko  v
ə  s.) özündə  əks  etdirmişdir.  XIX-XX  əsrin 
balet musiqisinin 
ən yüksək nailliyətləri P.Çaykovskinin “Qu gölü”, 

Yatmış  gözəl”,  “Şelkunçik”,  A.Qlazunovun “Raymonda”, 
İ.Stravinskinin  “Petruşka”,  “Müqəddəs bahar”,  Moris Ravelin 
“Dafnis v
ə  Xloya”, S.Prokovyevin “Romeo və  Cüllyetta”, 
“Zo
luşka”,  “Daş  gülü”,  “R.Qliyerin  ”Şahsənəm”,  Azərbaycanda 
Ə.Bədəlbəylinin  “Qız  qalası”,  Q.Qarayevin “7 gözəl”,  F.Əmirovun 
“1001 gec
ə” adı ilə bağlıdır. 
Opera  –  teatr inc
əsənətinin növüdür,  o,  özündə  rəngarəng 
b
ədii vasitələri, solo və  xor  oxuma  ansamblları,  simfonik  orkestri, 
t
əsviri incəsənətinin elementlərini (dekorasiyalar, kostyumlar) 
birl
əşdirir. 
Tarixi  inkişafında  opera  incəsənəti böyük dəyişikliklərdən, 
sınaqlarından  keçmişdir.İlk  operalar  İtaliyada  XVII-XVIII  əsrlərdə 
yaranmışdır. Onların müəllifləri – Y.Peri, K.Monteverdi və s. Qədim 
tarixi v
ə  antik  əsatirlərin süjetinə  yazılmış  bu  erkən  operaları 
instrumental ansambl il
ə  müşayət edən solo vokal nömrələrdən 
ibar
ətdir.  Onun  əsasında  XVII-XVIII  əsrin  əvvəlində  İtaliyada 
opera–seriya 
janrı  yaranır.  Faciə  süjetinə  yazılmış  opera-seriyada 


 
89 
əsas  rolu  virtuoz  müğənni ifa etməli idi.  Bu janrın  görkəmli 
yaradıcıları A.Skarlatti və Q.F.Hendeldir. 
XVIII 
əsrin  ortalarında  bəstəkar  K.V.Qlük  operanın  köklü 
islahatını aparır. Virtiozluğun həddindən artığına qarşı cıxır, o, vokal 
partiyalarının  ifadəli sadəliyinə  üstünlük verir.  Musiqini səhnə 
danışığı  intonasiyasına  yaxınlaşdırır.  Onun məşhur  operası  - 
“Orfey”dir.  
Müxt
əlif ölkələrdə paralel olaraq canlı sənət hərəkətləri ilə və 
xalq  mahnılarına  oxşayan  sadə  vokal  partiyaları  ilə  komik  operası 
yaranır. Komik operanın görkəmli müəllifləri C.Perqolezi, D.Çima-
roza, C.Rossini (İtaliyada), A.Qretti, P.Moncini (Fransada), İ.Haydn, 
V.A.Motsart (Avstriyada
) olmuşlar. Mosartın yüksək zirvəsinə çatan 
b
əzi  operaları  (Fiqaronun  toyu,  Don  Juan, Sehirli fleyta) komik 
operanın,  opera-seriyanın  və  Qlyukun  islahatının  nailliyyətləri ilə 
qarşılıqlı bağlıdır. 
XIX 
əsrin I yarısında Avropada “böyük opera” əsas yer tutur 
(C.Meyerber “Quqenotlar”, “
Peyğəmbər”). 
Böyük  operanın  xarici  effekfliyinin  mübarizəsində  realistik 
c
ərəyanlar  əks  çıxmağa  başladılar.  Onların  parlaq  nümayəndələri 
C.Verdi  v
ə J.Bize idilər. Verdi əvvəlki sənətini böyük operaya həsr 
etmiş,  sonrakı  illərdə  isə  o gözəl  realistik  operalarınıı  yaratmışdır 
(Traviata, Riqoletto, Otello).  D
ünya  operası  incəsənətinin yüksək 
zirv
əsinə çatmış J.Bizenin “Karmen” operasıdır. Realizm ideyalarına 
verizmin  nümay
əndələri İtalyan bəstəkarları P.Maskanyı, R.Leonk-
val
lo, F.Puççini qoşulmuşdular. 
XIX 
əsr opera incəsənətində  opera islahatçısı  Rixard  Vaqner 
əsas yer tutur.  Pariltılı  böyük operaya qarşı  çıxan  R.Vaqner,  alman 
xalq 
əfsanələri  əsasında  dərin fəlsəfi məzmun ilə  bağlı  musiqi 
dramını  yaradır.  (“Tanqeyzer”, “Loenqrin”, “Tristan və  İzolda”, 
“Nibelunqun üzüyü”  - 
tetralogiyası).  R.Vaqner  operanın  ayrı 
nömr
ələrin (ariya, ansambllar) bölünməsindən  imtina  etmiş,  səhnə 
h
ərəkətinin bütövlüyünə  nail olaraq,  operanı  dramaya  yaxınlaşdırır. 


 
90 
Ən vacib rolu  və  üstünlüyü  o orkestrə  verirdi.  R.Vaqnerin  islahatı 
alman operasının inkişafına böyük təsir etmişdir.  
Az
ərbaycanda  operanın  islahatçısı  -  Üz.Hacıbəylidir.  O,  şərq 
v
ə  qərb musiqisini operada birləşdirmişdir.  Onun  ən vacib əsəri 
“Az
ərbaycan xalq musiqisinin əsasları”  idi.  Üz.Hacıbəylinin 
operaları “Leyli və Məcnun”, “Koroğlu” və başqalarından ibarətdir.  
 
 
 
 
X
ÜLASƏ: 
Opera inj
əsənəti. Cüzeppe Verdi. Rixard Vaqner. Ü.Hajıbəyli. 
Balet inj
əsənəti. P.H.Çaykovski, F.Əmirov “1001 gejə”. Q.Qarayev, 

İldırımlı yollarla”, “Yeddi gözəl”, müasir balet və opera injəsənəti. 
 
   
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə