Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07. 08. 2014-cü il tarixli 869 nömrəli əmri ilə təsdiq



Yüklə 24,1 Mb.
Pdf görüntüsü
səhifə35/70
tarix04.07.2018
ölçüsü24,1 Mb.
#53444
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   70

3
3
69
68
HEYVANLAR ALƏMİNİN MÜXTƏLİFLİYİ /
 Birhüceyrəlilər və çoxhüceyrəlilər yarımaləmi
Düzgün ifadələri seçin:
 1. Bağırsaqboşluqlular şüalı simmetriyaya malik orqa-
nizmdir. 2. Bağırsaqboşluqluların bütün nümayəndələrinin dalayıcı hüceyrələri 
var. 3. Hidranın hərəkəti dalayıcı sapların yığılması hesabına baş verir. 4. Ba-
ğırsaqboşluqluların bütün nümayəndələri yırtıcıdır. 5. Hidralar qıcıqlara cavab 
verə bilmir. 
Öyrändiklärinizi tätbiq edin  
Öyrändiklärinizi tätbiq edin  
Öyrändiklärinizi yoxlayın
Öyrändiklärinizi yoxlayın
Düzgün cavabı seçin: 
1. Planula nədir?
А. Meduzanın bədəninin qatı    
B. Meduzanın sürfəsi     
C. Hidranın ziqotu.
29. 
Yastı qurdlar tipi
Bu orqanizmlər təəccüb doğurur. Onların bəzilərinin yarpaqşəkilli bədəni olur. 
Digərləri  insanda  ikrah  hissi  doğuran  parazitlərdir.  Bunların  hamısı  yastı 
qurdlara aiddir.
· Sizcə, yastı qurdların bağırsaqboşluqlularla müqayisədə 
mürəkkəbləşməsi özünü nədə büruzə verir? 
Fäaliyyät
Fäaliyyät
Yastı qurdların nümayəndələri dəniz və ya şirin sularda yaşayır, bə-
ziləri parazitlik edir. 25 mindən çox növü var. Onların quruluşu bağırsaq-
boşluqlulara  nisbətən  mürəkkəbdir.  Bədənləri  bel-qarın  istiqamətində 
yastılaşmışdır  və  ektoderma,  entoderma,  mezoderma  adlanan  hüceyrə 
qatlarından  ibarətdir.  Bədən  örtükləri  həlqəvi  və  uzununa  yerləşmiş 
əzələlərlə  birlikdə  dəri-əzələ  kisəsini  əmələ  gətirir.  Daxili  orqanları 
Yastı qurdların bədəninin 
ortasından bir müstəvi 
keçirsək, onun sağ hissəsi 
sol hissəsinin güzgüdə əksi 
kimi görünər. Bu cür 
simmetriya ikitərəfli 
simmetriya adlanır. 
arasındakı boşluq birləşdirici toxumadan ibarət parenxima ilə doludur. 
Bağırsaqboşluqlulardan fərqli olaraq, yastı qurdlarda yaxşı inkişaf etmiş 
orqanlar  və  orqanlar  sistemi  yaranmışdır.  Aktiv  hərəkət    nəticəsində 
Şəkillərə  baxın. 
Əlamətlər: 
Hansı  şəkildə  bağırsaqboşluq-
luların nümayəndəsi göstərilmişdir? Əlamətlər-
dən bağırsaqboşluqlulara aid olanları seçin (di-
gər əlamətlər yastı qurdların nümayəndələrinə 
aiddir). 
1. Bədən iki hüceyrə qatından ibarətdir. 2. Bədən 
üç hüceyrə qatından ibarətdir. 3. Şüalı simmet-
riya. 4. İkitərəfli simmetriya.  5. Dəri-əzələ kisəsi 
var.  6.  Toxuma  və  orqanlar  yoxdur.  7.  Dalayıcı 
hüceyrələri var. 
–  Yastı  qurdun  şəklinə  əsasən  daha  hansı  əla-
mətləri göstərə bilərsiniz?
Kirpikli qurdlar sinfi
Göz
Ağız
Baş
Udlaq
İfrazat 
sistemi
Kirpiklər
a
b
Sorucu qurdlar sinfi 
Ağız 
sormacı
Qarın sormacı
2. Verilənlərdən hansını bütün 
bağırsaqboşluqlulara aid etmək olar?
А. Dalayıcı hüceyrələrin olması.      
B. Hərəkətsiz həyat tərzi.
C. Fəal hərəkət etmək qabiliyyəti.
ikitərəfli simmetriya meydana gəlmişdir. 
Yastı  qurdlara  kirpikli,  sorucu,  lentşə-
killi və s.   siniflər  daxildir. 
Kirpikli qurdlar sinfi. Geniş yayılmış 
nümayəndəsi  ağ  planaridir  ( ).  Gölmə-
çələrdə və durğun sularda yaşayır. Şəffaf 
ağ  rənglidir.  Bədən  ölçüsü  1,5-3  sm-ə 
çatır. Bədəni xaricdən kirpiklərlə örtülü-
dür. Bu səbəbdən də onu kirpikli qurdlar 
sinfinə  aid  edirlər.  Planarinin  yastılaş-
mış bədəni öndən genişlənmişdir. Burada 
qısa  lamisə  çıxıntıları  və  iki  qara  piq-
mentli  göz,  qarın  hissədə  isə  ağız  yer-
ləşir.  Bədənin  formasının  dəyişməsində 
və  hərəkətdə  bədən  örtüyü  altında  yer-
ləşmiş əzələlər  iştirak edir. Bədəndə olan 
parenxima daxili orqanların zədələnmə-
sinin  qarşısını  alır  və  ehtiyat  qida 
mənbəyi rolunu oynayır.
Sorucu qurdlar sinfi. İnsan və heyvan 
bədənində yaşayan parazit nümayəndəsi 
qaraciyər sorucusudur ( ). Uzunluğu 3-4 
sm-ə çatır. Yarpaqşəkilli bədəni bel-qarın 
istiqamətində yastılaşmışdır. Bədənin ön 
hissəsindəki  ağızın  kənarı  qalınlaşaraq 
əzələli ağız sormacını əmələ gətirir. Qa-
rın hissədə yerləşən qarın sormacı vasitə-
silə  qaraciyərə  yapışır. Ağız  sormacının 
köməyi ilə qaraciyər hüceyrələri və qanla 
qidalanır.
Lentşəkilli qurdlar sinfi. Bu qurdlara 
insanın nazik bağırsağında, yetkin halda 
parazitlik  edən,  uzunluğu  bəzən  4-10 
metrə çatan öküz soliteri aiddir ( ). Qur-
dun bədəni başcıqdan, qısa boyuncuqdan 
və 1000-ə qədər buğumdan ibarətdir. Baş-
cıqda bağırsağa yapışmağa xidmət edən 4 
ədəd  əzələli  sormac  yerləşir.  Boyuncuq-
dan əmələ gələn buğumlar hesabına qur-
dun  bədəni  uzanır.  Buğumların  sayının 
artması  və  böyüməsi  ömrü  boyu  davam 
edir. 
a
b
c
c
Lentşəkilli qurdlar sinfi
Sormaclar
Başcıq


Yumurta
3
3
71
70
HEYVANLAR ALƏMİNİN MÜXTƏLİFLİYİ /
 Birhüceyrəlilər və çoxhüceyrəlilər yarımaləmi
Öyrändiklärinzi tätbiq edin  
Öyrändiklärinzi tätbiq edin  
Cədvəli dəftərinizdə çəkin və mətndən istifadə edərək cədvəli tamamlayın.
Yastı qurdlar tipi
Siniflər
Nümayəndələri
Yaşayış mühiti
Bədənin quruluşu
1. Bağırsaqboşluqlularla yastı qurdlar arasında oxşar və fərqli əlamətləri tapın.
Ümumi əlamətlər
Fərqli əlamətlər
Bağırsaqboşluqlular               
Yastı qurdlar
2. Suallara cavab verin: 
a) Öyrəndiyiniz orqanizmləri bir tipə aid etməyə imkan 
verən əsas əlamətləri sadalayın. b) Hansı xüsusiyyətlər yastı qurdlar tipini si-
niflərə bölməyə imkan vermişdir?
30. 
Yastı qurdların həyat fəaliyyəti
Xəstəni bağırsaq ağrıları, ürəkbulanma, qusma şikayətləri ilə müayinə 
edən həkim onun çirkli hövzədən su içdiyini müəyyən etdi.
· Həkim bu qənaətə necə gələ bilərdi?
Öküz soliterinin həyat dövriyyəsini əks etdirən şəklə diqqətlə baxın. 
Suallara cavab verin: 
Fäaliyyät
Fäaliyyät
Yastı qurdların həyat fəaliyyəti
füs, son parçalanma məhsullarının ifrazı,  çoxalma aiddir.
Bunlara hərəkət, qidalanma, tənəf-
İfrazat  sistemi.  Protonefridilər  adlanan  ulduzşəkilli  hüceyrələrə  malik  şaxə-
lənmiş,  çoxsaylı  kanalcıqlardan  təşkil  olunmuşdur.  Həyat  fəaliyyəti  nəti-
cəsində yaranan zərərli parçalanma məhsulları bədəndən bunların köməyi ilə 
xaric edilir.   
Sinir sistemi. Bədənin ön hissəsində olan iki sinir düyünü və ondan çıxan sinir 
sütunlarından  ibarətdir.  Sinir  sütunları  bir-biri  ilə  eninə  sinir  atmaları  ilə 
birləşir. 
Hiss orqanları. Sərbəst həyat tərzi keçirən bəzi formalarda hissiyyatda iştirak 
edən  lamisə  çıxıntıları  və  gözlər  olur.  Parazit  həyat  tərzi  keçirən  sorucu  və 
lentşəkilli qurdlarda isə xüsusi hiss orqanları olmur. 
Çoxalması. Yastı qurdlar hermafroditdir. Yəni onların bədənində eyni zamanda 
dişi  və  erkək  çoxalma  orqanı  olur.  Yetkin  fərdlərdə  dişi  cinsiyyət  hüceyrələri 
yumurtalıqlarda, erkək cinsiyyət hüceyrələri isə toxumluqlarda yetişir. 
İnkişafı. Kirpikli qurdlarda mayalanmış yumurtalardan yeni fərdlər meydana 
gəlir. Parazit həyat tərzi keçirən digər qurdlarda sahib dəyişməklə gedən mü-
rəkkəb inkişaf dövriyyəsi baş verir. Yaşlı fərd, adətən, əsas, sürfə mərhələsi isə 
aralıq sahiblər adlandırılan digər orqanizmlərdə yaşayır və inkişaf edir. Aralıq 
sahib, adətən, bir və ya bir neçə ola bilir. Parazit  mütləq əsas sahib tərəfindən 
udulmalıdır ki, burada yetkin fərdə çevrilərək yenidən yumurta qoya bilsin. 
Yastı qurdlarda regenerasiya qabiliyyəti yaxşı inkişaf etmişdir.
Öyrändiklärinizi yoxlayın
Öyrändiklärinizi yoxlayın
Ağ planarinin sinir, həzm, cinsiyyət 
ifrazat sistemi
Yastı qurdlarda hərəkət. Əsasən, əzələlərin yığılması hesabına baş verir. Kir-
pikli qurdların hərəkətində həm də kirpiklər iştirak edir. 
Həzm  sistemi  və  qidalanma.  Yastı  qurdlarda  həzm  sistemi  ağızla  başlayır. 
Onlarda bağırsağın son ucu kor qurtarır və anal dəliyi olmur. Həzm olunmamış 
qida  qalıqları  ağız  dəliyi  vasitəsilə  bədəndən  kənara  atılır.  Bəzilərində  (lent-
şəkilli qurdlar) həzm sistemi olmadığından qidanı bütün bədən  səthi ilə sorur. 
Tənəffüsü. Yastı qurdlarda xüsusi tənəffüs orqanları olmur. Kirpikli qurdlarda 
suda həll olmuş oksigen bütün bədən səthi ilə daxil olur, karbon qazı isə xaric 
edilir.  Sorucu  və  lentşəkilli  qurdlar  isə  parazit  həyat  tərzi  ilə  əlaqədar  fəal 
tənəffüs etmir. 
Öyrändiklärinizi tätbiq edin  
Öyrändiklärinizi tätbiq edin  
Göstərilən orqanlar və onların hissələrinin yastı qurdların hansı orqanlar siste-
minə uyğun olduğunu müəyyən edin. 
1. Şaxələnmiş kanalcıqlar; 2. Toxumluqlar; 
3.  Ağız  dəliyi;  4.  Ulduzşəkilli  hüceyrələr  –  protonefridilər;  5.Udlaq;  6.  Sinir 
düyünləri; 7. Yumurtalıqlar; 8. Bağırsaq; 9. Sinir sütunları.
Həzm sistemi: __  İfrazat sistemi: __  Sinir sistemi: __  Cinsiyyət sistemi: __
1.  
harada yaşayır? 
2. Öküz soliteri insan orqa-
nizminə necə düşür? 
3. Öküz soliteri ilə yolux-
manın qarşısını necə almaq 
olar?
Öküz soliterinin sürfəsi 


Yüklə 24,1 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə