Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07. 08. 2014-cü il tarixli 869 nömrəli əmri ilə təsdiq



Yüklə 43,05 Kb.
Pdf görüntüsü
səhifə4/70
tarix30.12.2017
ölçüsü43,05 Kb.
#18821
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   70

Öyrəndiklərinizi tətbiq edin. 
Mövzuda öyrənilənləri möhkəm-
ləndirmək, tətbiq etmək və onlara 
münasibət bildirmək məqsədilə 
verilən tapşırıqlardır. 
Öyrəndiklərinizi yoxlayın. 
mövzuda şagirdlərin öyrəndiklə-
rini qiymətləndirmək, zəif 
cəhətlərini müəyyən etmək üçün 
nəzərdə tutulub. Verilən sual və 
tapşırıqlar mövzuda öyrənilənləri 
tamamlamaq, araşdırma 
aparmaq, əlaqə yaratmaq, 
yaradıcılıq bacarıqlarını inkişaf 
etdirməklə yanaşı, bu biliklərə 
dəyər vermək və onlara  
münasibət bildirmək məqsədi  
daşıyır.
Hər 
Layihə. 
dünyagörüşün formalaşması 
üçün nəzərdə tutulub.
Müstəqil tədqiqat  
bacarıqlarının inkişafı və elmi 
Ümumiləşdirici tapşırıqlar. 
fəslin sonunda bölmə üzrə öyrəni-
lənlərin tətbiqi ilə bağlı sual və 
tapşırıqlar verilmişdir. Onlar sum-
mativ qiymətləndirməyə hazırlıq 
üçün də istifadə oluna bilər.
Hər 
5
4
9
8
CANLILAR ALƏMİNİN MÜXTƏLİFLİYİ VƏ 
ONUN ÖYRƏNİLMƏSİ 
1
· Quş və kəpənəyin 
oxşar və fərqli 
cəhətlərini sadalayın.
Canlı  orqanizmləri  öyrənən  biologiya  elmi  bir  çox  sahələrə  ayrılır. 
Bitkiləri  öyrənən  botanika,  heyvanları  öyrənən  zoologiya,  göbələkləri 
öyrənən mikologiya və s. kimi elm sahələri sizə tanışdır. 
Canlı  orqanizmlərin  həm  xarici,  həm  də  daxili  quruluşunu  morfolo-
giya  (yun.  morfe  –  forma,  logos  –  elm)  adlanan  elm  sahəsi  öyrənir. 
Məsələn, yarpaq – yarpaq ayası və saplaqdan, qurbağanın bədəni isə baş, 
gövdə və ətraflardan ibarətdir. 
Anatomiya (yun. anatome – yarıram) morfologiyanın tərkib hissəsi 
olub,  orqanizmlərin  daxili  quruluşunu  öyrənir.  Belə  ki,  ağac  gövdəsi 
qabıq, kambi, oduncaq və özəkdən ibarətdir. İnsanın ürəyi 4 kameralı – 
iki  qulaqcıq  və  iki  mədəcikdən  təşkil  olunmuşdur.  Botanikada  bitki 
anatomiyası, zoologiyada heyvan anatomiyası sahələrini ayırırlar.
Nəticəni müzakirə edin: 
· Sizcə, bütün əlamətləri 
göstərə bildinizmi? 
Canlı orqanizmləri 
öyrənən 
elm sahələri  
Fäaliyyät
Fäaliyyät
BİOLOGİYA
Zoologiya
Mikologiya
Biofizika
Anatomiya
 Ekologiya
Botanika
Biokimya
Fiziologiya
Morfologiya
1. 
Canlı  orqanizmləri öyrənən elm sahələri  
Canlı orqanizmlər və onların öyrənilməsi
1
-ci
 f e sil
İnsanlar tərəfindən yaradılan qurğuların, cihazların bir çoxu bitki və heyvan-
ların quruluşuna və ya xüsusiyyətlərinə əsaslanır. Məsələn, təyyarənin uçuşu 
quşları,  həşəratları  və  uçan  məməliləri  xatırladır.  Paraşütün  uçuşu  isə 
zəncirotunun uçağanlı meyvəsinin havada uçuşuna oxşayır.
· Hansı biliklər ixtiraçılara bu kimi cihazları yaratmağa kömək etdi?
6
7


1
1
11
10
CANLILAR ALƏMİNİN MÜXTƏLİFLİYİ VƏ ONUN ÖYRƏNİLMƏSİ 
  /  
Canlı orqanizmlər və onların öyrənilməsi
Orqanizmlərin  həyat  fəaliyyətlərini  öyrənən  elm  sahəsi  fiziologiya 
(yun.  fizis  –  təbiət,  logos  –  elm)  adlanır.  Bitkilərdə  gedən  fotosintez, 
tənəffüs və s. kimi fizioloji prosesləri bitki fiziologiyası, heyvanlarda baş 
verən fizioloji prosesləri isə (qan dövranı, tənəffüs, ifrazat və s.) heyvan 
fiziologiyası öyrənir. 
Canlı  obyektləri  öyrənmək  üçün  bioloqlar  vaxtaşırı  digər  elm 
sahələrinə  müraciət  edirlər.  Belə  ki,  canlı  orqanizmlərdə  maddələrin 
analizinin aparılması üçün kimyanın köməyinə ehtiyac duyulur. Bunun 
nəticəsində biokimya elmi meydana gəldi. Canlı orqanizmlərə xas olan, 
məsələn,  işığın  gözə  və  yaxud  da  yarpağa  təsiri  kimi  fiziki  hadisələri 
biofizika elmi tədqiq edir. Bu   elm sahələri bioloji prosesləri daha yaxşı 
araşdırmağa kömək edir.
Mətndən istifadə edərək canlılar haqqında elm 
sahələrinin adını müəyyən etməklə krossvordu 
tamamlayın.
1. Canlı orqanizmlərin həyat fəaliyyəti 
əsasında baş verən kimyəvi prosesləri 
öyrənən elm sahəsi.
2. Orqanizmlərin daxili quruluşunu öyrənən 
elm sahəsi.
3. Orqanizmlərin həyat fəaliyyətlərini 
öyrənən elm sahəsi.
4. Bioloji sistemlərdə baş verən fiziki 
prosesləri və müxtəlif fiziki amillərin 
bioloji obyektlərə təsirini öyrənən elm.
B İ O L O G İ Y A
Öyrändiklärinizi tätbiq edin  
Öyrändiklärinizi tätbiq edin  
1. Dərslikdəki mətndən istifadə edərək cədvəli tamamlayın.
2. Verilənləri hansı elm sahələri öyrənir?
a) Balığın tənəffüsünü  
b) Ürəyin işini  
c) Üzgəcin quruluşunu  
d) Balığın skeletini
Nəyi öyrənir? 
Nümunə
Bioloji elmlər
Fiziologiya
Anatomiya
Morfologiya
Öyrändiklärinizi yoxlayın
Öyrändiklärinizi yoxlayın
İngilis  alimi  Ç.Darvin  bir  dəfə  bağda  gəzərkən  soxulcan  gördü.  Onun    hərə-
kətlərini bir müddət müşahidə edərək belə qənaətə gəldi ki, soxulcan torpağı 
yumşaldaraq onun məhsuldarlığını artırır.
2. 
Biologiyanın tədqiqat üsulları
· Ç.Darvin hansı yolla soxulcanın təbiətdə rolunu müəyyən etdi?
· Biologiyada daha hansı üsullardan istifadə edilə bilər?
Canlı  varlıqların  öyrənilməsi  üçün  müxtəlif  metod-
lardan  (yun.  methodos  –  yol,  tədqiqat,  dərketmə  yolu) 
istifadə edilir. Bunların ən əsası müşahidə, eksperiment 
və ölçmədir.
Müşahidə.  Hər  hansı  bir  obyektin  və  ya  hadisənin 
duyğu orqanlarının köməyi ilə öyrənilməsinə əsaslanır. 
Canlı  orqanizmlər  üzərində  müşahidələr  aparmaqla 
onların  təsvir  edilməsi  bir  çox  məsələləri  aydınlaşdır-
mağa kömək edir. Məsələn, alma ağacı ilin hansı ayında 
çiçəkləyir, yarpaqların tökülməsi, yəni xəzan nə vaxt baş 
verir? Canlıların müşahidəsini həm təbii, həm laborato-
riya şəraitində aparmaq mümkündür. 
Təbiətdə  belə  müşahidələr  zamanı  binokldan,  video-
kameradan,  laboratoriyada    isə  lupa,  mikroskop  və  digər 
avadanlıqdan istifadə edilə bilər.
Müşahidə zamanı məlumatlar toplanır. Onların əsasında 
elmi  mülahizələr  irəli  sürülür.  Bunların  təsdiq  edilməsi 
üçün isə eksperiment  aparılır.
Eksperiment  (lat.  experimentum  –  təcrübə,  sınaq).   
Bu  üsuldan  müşa hidə  nəticəsində  irəli  sürülən 
mülahizəni yoxlamaq, onu təsdiq və ya inkar etmək üçün 
Fotosintezin getmə 
sürətinin karbon qazının 
havadakı konsentrasiya-
sından asılılıq qrafikini 
diqqətlə nəzərdən keçirin. 
Burada   oxu üzərində 
karbon qazının konsen-
trasiyası,  -də isə foto-
sintezin nisbi sürəti 
göstərilir. 
X
Y
Fäaliyyät
Fäaliyyät
Qrafikə əsasən suallara cavab verin: 
1. Karbon qazının konsentrasiyası 0,1% və 0,18% arasında olarsa,  fotosinte-
zin sürətində nə baş verər? 2. Əgər istixana havasında karbon qazının 
miqdarı 0,03% və ya 0,08% olarsa, fotosintezin sürəti nəyə bərabər olar?
Fotosintezin  nisbi sürəti
Karbon qazının havada konsentrasiyası (%)
100
75
50
25
0
0,02
0,04
0,06
0,08
0,1 0,12 0,14
0,16
0,18
0,2
X
Y
Müşahidə
Eksperiment 
Ölçmə 
1
2
3
4


Yüklə 43,05 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə