Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 10. 07. 2009-cu IL tarixli



Yüklə 2,71 Kb.
Pdf görüntüsü
səhifə8/51
tarix13.12.2017
ölçüsü2,71 Kb.
#15387
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   51

19 
 
tədqiqat  obyektlərindən,  o  cümlədən  yazılı  mənbələrdən  öz  spesifikliyi  ilə 
fərqlənir. 
II.  Arxeoloji  mənbələr.  Arxeoloji  mənbələr  öz  xarakterinə  və 
daşıdığı  informasiyanın  növünə  uyğun  olaraq  xüsüsi  qrupa  aid  edilir  və 
aşağıdakı növlərə bölünür: 
1.
 
Əmək alətləri. 
2.
 
Silahlar. 
3.
 
Məişət əşyaları. 
4.
 
Dini-inanc xarakterli əşyalar. 
5.
 
Bəzək əşyaları. 
Arxeoloji  mənbələr  öz  adət-ənənələri  ilə  fərqlənən  uzaq  keçmişin 
mədəniyyət  qalıqlarıdır  ki,  bu  mənbələrin  araşdırılması  da  xüsusi  yanaşma 
tələb  edir.  Həmçinin  nəzərə  alınmalıdır  ki,  arxeoloji  mənbələr  əsasən 
fraqmental xarakterlidir və çox vaxt təbii, yaxud fiziki amillərin təsiri altında 
dəyişikliklərə  məruz  qalmış  şəkildə  aşkar  olunur.  Onların  daşıdıqları 
informasiya birtərəfli olmayıb tarixin müxtəlif mərhələlərinə aid məlumatları 
əhatə  edir.  Qeyd  edilən  səbəblərə  görə  arxeoloji  mənbələr  dəqiq  tarixi  fakt 
hesab  edilə  bilməz.  Bu,  sözü  gedən  mənbələrin  əsas  çatışmayan  cəhətidir. 
Qarşıya çıxan digər çətinliklərdən biri də onların ölü, artıq mövcud olmayan 
mədəniyyətin qalıqları olmalarıdır. 
Arxeoloji  materialların  güvənli  saxlanma,  yeri  sözsüz  ki,  torpaqdır. 
Torpaqdan  aşkar  edilən  əşyaların  sayı  hər  il  artmaqdadır.  Yeni  tədqiqat 
üsullarının tətbiqi və texnologiyanın inkişafı sayəsində bu mənbələrdən yeni 
məlumatlar  əldə  olunur,  yeni  nəticələr  çıxarılır  və  zaman  keçdikcə  onlara 
olan tarixi baxışlar dəyişir. 
Arxeoloji  abidələr.  Arxeoloji  abidələri  istənilən ərazidə aşkar  etmək 
olmaz.  Bu  yalnız  yaşamla  bağlı  olan  qədim  yaşayış  məskənlərində  və 
insanların  dəfn  olunduğu  yerlərdə  mümkündür.  Belə  yerlər  ümumilikdə 
arxeoloji  abidə  adlanır.  Öz  xüsusiyyətlərinə  görə  abidələr  müxtəlifdir.  Ən 
geniş  yayılmış  arxeoloji  abidələr  qədim  yaşayış  məskənləridir.  Aid  olduğu 
dövrdən  və  xarakterindən  asılı  olaraq  arxeoloji  abidələri  aşağıdakı  qruplara 
bölmək  olar:  müvəqqəti  məskənlər  -  daş  dövrü  (paleolit,  neolit)  üçün 
mağaralar, düşərgələr,  dayanacaqlar,  daha  sonrakı  tunc,  dəmir  dövrlərinə  və 
ilk  orta  əsrlərə  xas  olan  təbii istehkamlar,  arxlar  və  ya  torpaq  sədlərlə əhatə 
olunmuş  yüksəkliklərdə  salınan  yaşayış  məskənləri  -  kəndlər,  süni 
istehkamlarla  möhkəmləndirilmiş  məskənlər  şəhərlər  aiddir.  Yaşayış 
məskənləri  yerləşmiş  ərazilərdə  torpaq  qatı  altında  əsasən  evlərin,  daş,  tunc 
və dəmir əmək alətlərinin qalıqları aşkar olunur. 
Arxeoloji  abidələrin  digər  böyük  qrupunu  -  qəbirlər  təşkil  edir. 
Qafqazın  bəzi  bölgələrində  və  ümumiyyətlə,  dünyada  müxtəlif  dövrlərə  aid 
edilən,  öz  quruluşu  ilə  bir-birindən  fərqlənən  bir  çox  qəbir  abidələri  aşkar 


20 
 
edilib  tədqiq  olunmuşdur.  Bunlar  torpaq,  yaxud  daş  kurqanlar,  daş  qutular, 
katakombalar, kromlex və torpaq üzərində heç bir izi olmayan ən sadə torpaq 
qəbirlər,  dolmenlər,  daşdan  yonulmuş  sərdabələr,  gil  küplərdir.  Ən  geniş 
yayılmış abidələrə toplu qəbirlər və kurqanlar aid edilir. Kurqan - bir və ya 
bir  neçə  qəbirin  daş  və  torpaq  və  yaxud  onların  qarışığının  örtülməsi 
nəticəsində  əmələ  gələn  təpəyə  deyilir.  Kurqanlar  əsasən  toplu  şəkildə 
müşahidə  olunur,  onlara nadir hallarda  tək-tək rast gəlinir. Arxeoloqlar tez-
tez  heç  bir  yerüstü  qurğuya  malik  olmayan  qəbirlərlə  işləməli  olurlar. 
Araşdırmalar göstərir ki, qədim dövr dəfn mərasimlərində dövrün inanclarına 
uyğun olaraq qəbirlərə mərhumla birlikdə müxtəlif əşyalar qoyulurdu: əmək 
alətləri, silahlar, bəzək əşyaları, dulusçuluq məmulatları və s. 
Arxeoloji  abidələrdən  sayılan  qədim  yataqlar  və  dağ-mədən  işləri 
aparılan  yerlərdə  xüsusi  maraq  doğurur.  Bu  tip  abidələr  dövrün  istehsalat 
mənzərəsini özundə canlandırır və bizdə əcdadlarımızın əmək prosesi barədə 
müəyyən  təsəvvür  yaradır.  Onu  da  qeyd  edək  ki,  qədim  yataqlar  adətən 
dağlıq ərazilərdə yerləşir. 
Arxeoloqlar qədim insanın izləri olan mağaraları, məbədləri, cızma və 
döymə  üsulu  ilə  həkk  olunmuş  qayaüstü  rəsmlərin  -  petroqliflərin  tədqiqi 
zamanı  qiymətli  materiallar  əldə  edirlər.  Bu  nadir  abidələr  tarixin  müxtəlif 
mərhələlərində yaradılmışdır. 
Bəzi yerlərdə ilk hidrotexniki qurğuların və yolların qalıqlarına da rast 
gəlinir. Bunlar da öz növbəsində arxeoloji abidə hesab olunur. 
Arxeoloji  abidələrin  qazıntıları  zamanı  tədqiqatçılar  yalnız  maddi 
mənbələri  aşkar  edilməsi  ilə  məşğul  olmurlar.  Məs.,  yaşayış  məskənləri 
öyrənilərkən  məskənin  yerləşdiyi  ərazi,  evlərin  quruluşu,  onların  yerləşmə 
prinsipi  və  sayı,  qəbirlərin  tədqiqi  zamanı  isə  qəbir  abidələrinin  quruluşu, 
yazıların  və  qaya  təsvirlərinin  araşdırılması  zamanı  təsvirin  qayaya  həkk 
olunma  üsulu,  süjeti,  rəsmin  bədii  tərtibatı  diqqətlə  araşdırılır  və  elmi 
nəticələr çıxarılır. 
Arxeoloji  materiallar  hətta  abidə  sərhədləri  çərçivəsində  də  yerli-
yerində  olmurlar,  onların  öyrənilməsi  əsasən  dağılıb  uçulması  ilə  əlaqədar 
olur.  İnsan  kollektivinin  ərazidə  uzunmüddətli  məskən  salması  nəticəsində 
xüsusi  mədəni  təbəqə  yaranır  və  bu  təbəqələrdə  əşyalar  torpaq  qatı  ilə 
örtülmüş şəkildə olur. Əgər biz torpağın qalınlığını şaquli istiqamətdə kəssək, 
onun ayrı-ayrı qatları ən aşağı materik əsasından ən yuxarı yer qabığına qədər 
görünəcək.  Bu  qatlar  arasında  insan  fəaliyyətinin  qalıqları,  tikinti  və 
təsərrüfat  tullantıları,  orqanik  məhsulların  çürüntüləri,  evlərin  və  təsərrüfat 
quyularının qalıqları olan zəngin təbəqələr yerləşir. 
Hər  bir  yaşayış  məskənlərində  təbəqələrin  rəngi,  yerləşmə  dərinliyi, 
qalınlığı,  müxtəlif  olduğu  kimi,  oradakı  insan  fəaliyyətinin  qalıqları  da 
müxtəlif  olur.  Mədəni  təbəqənin  bu  kimi  xüsusiyyətləri  önəmlidir.  Belə  ki, 


Yüklə 2,71 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə