Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 24. 07. 2014-cü il tarixli, 842 №-li əmri ilə



Yüklə 3,74 Kb.
Pdf görüntüsü
səhifə17/49
tarix23.10.2017
ölçüsü3,74 Kb.
#6411
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   49

1
13. Cüml l rd  t srifl nm y n feill ri tapın.
1. Dünyada eyni cür düşün n iki insan tapmaq ç tindir. (A.Klauber)
2. Dünyada ac qalır t r tökm y nl r,
Onların ömrü d  tez gedir bada,
H r k s  kdiyini biç r dünyada. (S.Vurğun)
3. İnsan yanılanda bunu hamı görür, yalan danışanda is  çox az
adam gör  bilir. (İ.Höte)
4. Sözl  insanları birl şdirm k d  olar, ayırmaq da. 
5. Ucadan danışmaq lazımdır ki, s ni eşitsinl r, astadan danışmaq
lazımdır ki, s ni dinl sinl r. (P.Klodel)
6. Susmaq bilikliy  yaraşır, biliksizin is  eyibini ört-basdır edir.
(M h mm d Peyğ mb r)
14. Verilmiş cüml l rd n feill ri seçib c dv lin müvafiq xanasına
yazın.
1. Pişik olmayan yerd  siçanlar baş qaldırar.
2. Arxa su g l n  q d r qurbağanın canı çıxar.
3. Aslan qocalanda başına çaqqallar yığılar.
4. Qurddan qorxan qoyun saxlamaz.
5.  n güclü insan özünü idar  etm yi bacaran insandır.
6. Ağıllı adam öz s hvini düz ltm y  çalışır, axmaq is  axıracan
s hvi üz rind  düşünür.
Ş xs  gör  d yişm k feilin  sas xüsusiyy tl rind n biridir. Lakin
ş xs  v  k miyy t  gör  d yişm y n feill r d  var. Bel  feill r  t s -
rifl nm y n (d yişm y n) feill r deyilir. 
Feilin t srifl nm y n formaları bunlardır: 
• 
m sd r – Bilm m k (n ?) eyib deyil, soruşmamaq (n ?) eyibdir.
• 
feili sif t – ağırılan  (hansı?)  yer  ar el m , çağırılmayan
(hansı?) 
yeri dar el m .
• 
feili bağlama – 
Sevinc paylandıqca (n  zaman?) çoxalır, k d r
paylandıqca (n  zaman?) azalır.
T srifl nm y n feill r feill  yanaşı, başqa bir nitq hiss sinin d
xüsusiyy tl rin  malik olur.
Yadda saxla!     
FEİLİN T SRİFL NM Y N FORMALARI 
T srifl n n feil
T srifl nm y n feil
III 
BÖLMƏ
60
Çap üçün deyil


İİŞGÜZAR TƏKLİF 
Həmin yay on iki yaşlı Lük əmisi
Henrigilə yaşamağa gəl miş di. Əmi ­
sinin evi çay kənarındakı balaca bir
ağac emalı zavodunun yanında
yerləşirdi. Atasının son sözü Lükün
yadından çıxmırdı: “Ça lı ş ki, hər
şey  də əmindən ibrət alasan”. Buna
görə də oğlan diqqətlə əmi sinə göz
qo yur du.
Ağac emalı zavodunda müdir iş ­
ləyən Henri əmi hündürboylu, möh ­
kəm bədənli  bir adam idi.  Lükün
əmi  si haqqında öyrəndiyi ilk şey bu
oldu ki, hamı ona hörmət edir.
Əmisinin arvadı Helen dolubədənli,
xoşsifət bir qadın idi. O, hərdən ba ­
la ca qohumuna deyirdi: “İstərdim ki, sən də Henri əmin kimi olasan. O heç
vaxt xeyrini əldən verməz, hər işində tədbirlidir”.
Lük həmişə əmisinin yanında gəzər, onun hər hərəkətini təkrarlamağa
çalışardı. Əmisi Lükə deyərdi: “Həmişə çalış, işin məğzini başa düşə bi ­
ləsən. Elə ki bunu başa düşdün, deməli, onda nədən xeyir gəldiyini bilə ­
cək sən. Daha heç kim sənə kələk gələ bilməz”.
Çox vaxt Henri əmisinə baxanda atasını yadına salır, onun üçün qə rib ­
səyirdi. Buna görə o özünə gizli bir həyat qurmağa çalışırdı. Bu məsələdə
onun dostu on bir yaşlı, bir gözü kor, bir ayağı yüngülcə axsayan Den adlı
şotland iti idi. Den onun yanında olanda Lük özünü heç vaxt tənha hiss
etmirdi. Lük itə elə şeylər danışırdı ki, onu heç vaxt nə əmisinə, nə də
Helen bibiyə deyə bilməzdi.
Bir gün Henri əmi diqqətlə itə baxıb dedi:
– İt tamam kor olub.
– Yox, kor olmayıb, – Lük cavab verdi.
– Heç ağzında dişi də qalmayıb. Axır vaxtlar qarınqululuq edir, hürmür.
Bu iti saxlamaq daha sərf eləmir.
– Ancaq itdən yaxa qurtarmaq həmişə çətin olur, – deyə Helen dilləndi.
– Məncə, bunun ən sadə yolu onu suda batırmaqdır.
1. 
Oxuduğun hiss d  hansı m qamlar “atası öldüyü üçün Lük
mi sigild  yaşamalı olmuşdu” q na tin  g lm y  imkan verir?
ANA TƏBİƏT
61
Çap üçün deyil


Lük Deni qucaqlayaraq qışqırırdı:
Henri əmi, Den yaxşı itdir! Siz heç bilmirsiniz, o necə yaxşı itdir!
– Mən sənə yaxşı bir küçük taparam, oğlum. Balaca, ağıllı bir it ki, ona
çəkilən xərc havayı getməz.
– Mənə küçük lazım deyil, – deyə Lük etiraz etdi.
Amma Lük çox narahat idi. O bilirdi ki, əmisi sentimental adam deyil.
İtdən bir fayda olmadığını qərara alıbsa, onu saxlamayacaq.
Ertəsi gün Lük evə gələndə Deni səslədi. Den cavab vermədi. Lük çaya
tərəf döndü. Çayın ortasında köhnə qayıq yırğalanırdı, içində də əmisinin
qoca işçisi Sem Karterlə Den oturmuşdu. 
Lük iti çağırdı, Den suya atıldı, dalınca da Karterin iplə Denin boynuna
bağladığı daş şappıltı ilə suya düşdü. Lük ağlayırdı. İti xilas etmək istəyirdi,
amma Karterin getməsini gözləməli idi. Qoca bir qədər suyun üzərində ya ­
ranan dairələrə baxdı, sonra qayığı çevirib yavaş­yavaş oradan uzaqlaşdı.
Lük bundan istifadə edib suya atıldı. Bir azdan o artıq Deni sudan çı xar ­
mışdı. İtin böyürlərindən basmağa başladı. Bir­iki dəfə basandan sonra it
tərpəndi. 
– Əhsən, qoca. Hə, sən ölməməlisən, – deyə Lük sevincək qışqırdı.
İndi evə qayıtmaq olmazdı. Lük qonşuluqda yaşayan qoca Kempi xa ­
tırladı. Onun evinə gedib qocadan kömək istədi. Kemp bir qədər fikrə getdi
və dedi:
– Lük, mən istəməzdim ki, sən əmini ürəksiz, qəddar hesab edəsən.
O, pis adam deyil. Ola bilər ki, sərt və işgüzar adamdır. Gəlsənə ona bir
işgüzar təklif edəsən?
– Nə? Siz nə demək istəyirsiniz?
– Bilirsən, düzü, axşamlar mənim inəklərimi haylayıb 
gətirməyin
xo şu ­
ma gəlir. Sən onları gətirəndə mənim 
getməyimə
heç ehtiyac qalmır. Tutaq
ki, bunun üçün mən sənə həftədə 75 sent versəm, sən bu işi daimi edər ­
sənmi? 
– Əlbəttə, mister Kemp.
– Onda gedərsən evə. Əminə deyərsən ki, işgüzar təklifin var, itin yemi
üçün həftədə 75 sent təklif edirsən. Özü də bunu əsl kişi kimi edərsən. 
– Axı əmim 75 sentə möhtac deyil, o, varlıdır.
2. Oxuduğunuz hiss d  sonuncu cüml ni ş rh edin v  “senti men -
tal lıq” sözünün m nasını mü yy nl şdirin.
3. Altından x tt ç kilmiş ifad l rd n çıxış ed r k Henri  minin
xarakterind ki  sas c h ti mü yy nl şdirin.
4. Sizc , mister Kemp n  üçün Lükün öz  misi haqqında pis fikir -
l ş  m  sini  ist mirdi? 
III 
BÖLMƏ
62
Çap üçün deyil


Yüklə 3,74 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə