Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 24. 07. 2014-cü il tarixli, 842 №-li əmri ilə



Yüklə 3,74 Kb.
Pdf görüntüsü
səhifə49/49
tarix23.10.2017
ölçüsü3,74 Kb.
#6411
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   49

Ü
ÜMUMİLƏŞDİRİCİ TƏKRAR
1. Bölm nin m tnl rind n orta  srl r Az rbaycan m d niyy ti haq -
qında hansı n tic l r  g lm k olar?
2. Bu m tnl rd  Az rbaycanın siz  m lum olan hansı tarixi  ş x siy -
y tl rinin adları ç kilir? Onlar haqqında bildikl riniz  n l r  lav
olundu? 
3. Köm kçi nitq hiss l rini qruplaşdırıb c dv l  yazın.
1. Ah, b lk , anam da el  yuxuya getmişdi. 
(S.S.Axundov)
2. Vay, Allah s ni yox el sin, n  murdar s si var. 
(S.S.Axundov)
3. S n m xanım h y canla gah şair , gah da atasının üzün  baxırdı.
(Y.V.
m nz minli)
4. Evin sonbeşiyi olduğuna gör  hamı onun başına p rvan  kimi
dolanırdı. 
(İ.Şıxlı)
5. 
rk z axıracan tab g tir  bilm y c kdi. 
(İ.Şıxlı)
4. Altından x tt ç kilmiş sözl rin n qli keçmiş zamanda işl nmiş
t srifl n n feil, ya feili bağlama olduğunu mü yy n edin.
Cilv l nib n  qarşımda durubsan,
Canım sana qurban, ay sarıköyn k.
M l ks n, çıxıbsan c nn t bağından,
Heç kim olmaz sana tay, sarıköyn k. 
(Aşıq  l sg r)
5. Altından x tt ç kilmiş sözü eyni m na daşıyan “söz + qoşma” il
v z edin.
H r kim ç tinliyi görs  doyunca,
Ömrün iç üzünü o anlayacaq.
(S.Vurğun)
6. Feili bağlama ş kilçisini hansı il   v z ets niz, şeirin qafiy sin  v
m zmununa x l l g lm y c k?
Bahar f sli, yaz ayları g l nd
Süs nli, sünbüllü, lalalı dağlar. 
(Aşıq  l sg r)
A) -ınca
4
B) -ar-maz
2
C) -madan
2
D) -ıb
4
7. Verilmiş feili sif tl ri cüml d  işl dib yazın.
t l s n, yetişmiş, alınacaq,  kdiyim, qarşılanası
Qoşma
Bağlayıcı
Ədat
Modal söz
Nida
166
VII 
BÖLMƏ
Çap üçün deyil


8
8. Feill ri seçib qrammatik m na növünü mü yy n edin.
1. Günün saçaqları yayılır düz ,
ünki t slim olur gec  gündüz . 
(S.Vurğun)
2. S sl nir yamaclar, dağlar, d r l r,
İnsanı güldürür bu m nz r l r.
Oğru qarğalara tüf ng atılır,
Qocalmış torpağa d rman qatılır. 
(S.Vurğun)
9. Cüml l ri c dv l   sas n qruplaşdırın.
1. N  M ş di ağa, n   kb r yoldaş, n  d  onun ail si yatmışdı. 
(M.S.Ordubadi)
2. X miri künd l yib yığır, yuxanı bir-bir yayıb süfr y  qoyur,
sacın qızmağını gözl yirdi. 
(M.S.Ordubadi)
3. O gördü ki, D d  b y s rk rd  olmaq t klifind n razı qalıb. 
(F.K rimzad )
4. Uşaq ail nin s ad t v  sevincidir.
5. Göyün üzü tutulur, yağış damcılayır, quşlar aşağıdan uçurdu.
6. Ovçu  lind  tüf ng boz bir qayaya daldalanıb pusquda durmuşdu.
(Y.S m doğlu) 
10. Altından x tt ç kilmiş sözl r haqqında düzgün fikirl ri seçin.
Ah! N  deyim, n  ad verim bu al md  m n sana!
Al, bu q l m, bu da kağız, öz hüsnünü yazsana!   (S.Vurğun)
1. I misrada verilmiş 
sana s n   v zliyinin t l ffüz formasıdır.
2. II misrada verilmiş 
yazsana feilin ş rt ş klind dir, ş rt m z mun -
ludur.
3. H r iki söz 
s n v zliyinin t l ffüz formasıdır.
4. II misrada verilmiş söz 
-sana
2
datıdır, cüml nin t sir gücünü
artırır.
11. Verilmiş köm kçi nitq hiss l rini cüml l rd  işl dib yazın. Düz -
gün yazı qaydalarına  m l etm kl  yanaşı, müvafiq yerl rd  dur -
ğu işar l rini işl din.
sanki, doğrudan da, dem , mı
4
, sana
2
, t k, d
Sad  cüml
Mür kk b cüml
1. ...
167
KİTABIN TARİXİ
Çap üçün deyil


SSÖZLÜK
Aborigen is. [lat.] – 1) yerli, yerli mənşəli; 2) ölkənin ilk yerli sakinlərinə
verilən ad.
Aerodinamika is. [yun.]  – havanın və digər qazların hərəkətindən bəhs
edən elm.
Analoq is. [yun.] – eyni təyinatlı, bənzər, oxşar olan.
Annotasiya is. [lat.] – kitabın, məqalənin, film və ya verilişin qısa məzmunu.
Audio is. [lat.] – 1) səs sahəsi ilə bağlı olan bir sıra mürəkkəb sözlərin
birin ci hissəsi; 2) insan qulağının eşidə biləcəyi hər hansı bir səslə
əlaqədar olan anlayış; kino, televiziya və radio yayımının səslə bağlı
bölməsi.
Avtoritar sif. [fr.] – bütün vasitə lər lə öz hakimiyyətini və ya təsirini möhkəm ­
ləndirməyə çalışan. 
Ayin is. [fars.] – 1) qayda, qanun; 2) dini mahiyyətdə olan mərasim; ibadət.
Bərəkallah [ər.] – “əhsən”, “mərhəba” və s. mənasında tərif, bəyənmə
ifadə edən nitq etiketi.
Biblioqrafiya
is. [yun.] – müəyyən məsələyə dair kitab, məcmuə  və
məqalələrin siyahısı; kitabiyyat; kitabların məzmununun elmi təsviri və
onların siyahı və qeydlərinin tərtibi.
Bismillah 
[ər.]

1) hərfi mənada: “Allahın adı ilə”; dindar müsəlmanların
bir işə başlarkən dua kimi işlətdikləri söz 2)
dan. “bu
yur”, “başla”, “elə”,
“et”; 3) dan. təəccüb bildirən nida.
Buxarı 
is.

divar içində hörülmüş ocaq.
Cazibə is. – 1) cisimlərin bir­birini özünə cəzb etməsi xassəsindən ibarət
fiziki hadisə; 2) mәc. insanın könlünü cəzb edən xassə, cəzbedici qüv ­
və, lətafət. 
Centlmen is. [ing.] – kübar cəmiyyətin bütün nəzakət qaydalarına və əxlaq
nor malarına ciddi riayət edən kişi; öz ciddi, zövqlü geyimi, incə davra ­
nışı ilə fərqlənən, sözünün yiyəsi olan, nəzakətli, tərbiyəli adam.
Dekada  is. [yun.]  – 1) on günə  bərabər olan zaman kəsiyi, ongünlük; 
2) hər hansı ictimai və ya mədəni hadisəyə  həsr olunmuş, on gün
davam edən tədbirlər silsiləsi. 
168
SÖZLÜK
Çap üçün deyil


Dərgah 
is. [fars.]
– 1) 
klas.
astana, kandar, qapı önü; böyük adamların
qapısı; saray, iqamətgah; 2) mәc. Allahın mərhəməti, şəfqəti, köməyi,
inayəti. 
Dəstxət is. [fars. və ər.] – birisinin şəxsən öz əli ilə yazdığı yazı.
Dissertasiya  is.  [lat.] – elmi dərəcə almaq üçün təqdim edilən elmi
tədqiqat əsəri.
Divan is. [fars.]  – Yaxın və Orta Şərq ədəbiyyatında bir şairin yazdığı
şeirlər məcmuəsi; divanda şeirlər qafiyələnən sözlərin və ya rədiflərin
axırıncı hərflərinə görə əlifba sırası ilə düzülür.
Dövriyyə is. [ər.] – gəlir əldə etmək və təkrar istehsal üçün pulun, malın
dövr etməsi, tədavülü.
Duzaq is. – quş və vəhşi heyvan tutmaq üçün alət; tələ.
Dünyəvi
sif. [ər.] 

dünyaya aid olan, dünya ilə bağlı olan; din ilə əlaqəsi
olmayan, dini mahiyyətdə olmayan.
Ekspert [lat.] – 1) mübahisəli məsələlərin həlli üçün dəvət edilən mü təxəs ­
sis və ya mütəxəssislər qrupu; 2) yoxlayıcı, müzakirəedici komissiya.
Ekstremal 
[lat.] 
– adi şəraitdən fərqlənən, qeyri­adi, təhlükəli; təbii fəla ­
kə tə, hərbi vəziyyətə, siyasi çaxnaşmalara və s.­yə xas olan (situasiya).
Enerji bloku – fəaliyyəti birbaşa elektrik enerjisindən asılı olan hər hansı
sənaye sahəsinin və ya iri müəssisənin (məs.: neftçıxarma, televiziya
və radio yayımı) enerjinin paylanmasını tənzimləyən bölməsi. 
Eqoizm is. [fr.] – cəmiyyətə və adamlara münasibətdə öz şəxsi maraq la ­
rını hər şeydən üstün tutmaq; altruizmin əksi olan əxlaqi keyfiyyət.
Əstəğfürullah 
nida [ər.] 
– hərfi mənada:
“Allahdan bağışlanmağımı istəyi ­
rəm”; bəzən Azərbaycan dilində “Allah eləməsin, haşa, əsla, qətiyyən,
heç vaxt, heç elə  şey ola bilməz, heç elə  şeyə razı ola bil mərəm”
mənalarında da işlənir.
Fasad is. [fr.] – tikilinin xarici, çölə baxan əsas tərəfi, qarşıdan görünən
tərəf; öndən görüntü.
Filateliya is. [fr.] –
kolleksiya üçün marka və poçt ödənişi nişanlarından
yığıb saxlama.
Format is. [alm.] – 1) kitab nəşrində ölçü; 2) hər hansı tədbirin təşkili və
təqdimatı üsulları; mediada materialı təqdimetmə üsulu.
169
Çap üçün deyil


Fövqəladə 
sif. [ər.] 

1) qeyri­adi, adətdənxaric, görünməmiş, eşidil mə ­
miş; 2) son dərəcə güclü; 3) təcili, xüsusi olaraq müəyyən olunmuş, qə ­
bul edilmiş, növbədənxaric; 4) ölkənin həyatında əmələ gələn müs təs na
vəziyyətdən törəyən, onunla əlaqədar olan.
Girdab  is.
[fars] – 1) dərin çayda, ya dənizdə suyun burulduğu yer; girdab;
2) mәc. ağır, qorxulu hal, həyatın keşməkeşi, çıxılmaz vəziyyət.
Hali olmaq 
is. [ər.] – bir hadisə, iş haqqında məlumatı, xəbəri olan;
xəbərdar, agah.
Hücrə is. [ər.] – məscid, təkyə, karvansara və s. yanındakı kiçik otaqlardan
hər biri.
Xal is.
– 1) anadangəlmə və ya sonradan dəri üzərində əmələ gələn xırda,
dəyirmi ləkə; 2) idman yarışlarında və oyunlarında qiymət qoyarkən
hesablama vahidi; 3) musiqinin əsas melodiyası ilə həmahəng olan yeni
hissə, yeni cəhət. 
Xaniman is. [fars.]
– 1)
ev­eşik, ata yurdu, ocaq, dudman, məskən; 2) ev,
ev adamları, ailə. 
Xaric is. [ər.]
– 1) 
bayır, dışarı; bayır tərəf (daxilin əksi); 2) xarici ölkə,
məmləkət. 
Xaric etmək – qovmaq, kənar etmək, çıxarmaq. 
Xaric olmaq – 1) kənar olmaq, çıxmaq;  2) mu si qi də: mövcud ölçü və
ahəngdən kənara çıxma, yanlış çalma, ya oxuma. 
İllah [ər.]  – xüsusən, ələlxüsus.
İllüstrasiya is. [lat.] – kitab və jurnallarda mətnin məzmununa aid şəkillər.
İnstinkt is. [lat.] – qeyri­iradi, qeyri­şüuri reaksiya, hə rə kət; sövq­təbii hiss,
duyğu.
Karbürasiya  is. [fr.] 

daxiliyanma mühərriklərində duru yanacaq ilə
havanın qarışmasından yanacaq qatışığının əmələ gəlməsi. 
Karbürator [fr.] 

daxilində karbürasiya əmələ gələn cihaz (daxiliyanma
mühərriklərində).
Karet is. [pol.] – arx. hər tərəfi örtülü, dördtəkərli, at qoşulan, yaylı minik
arabası.
Kataloq is
[yun.] 

müəyyən qayda üzrə tərtib edilmiş şeylərin (kitabların,
əlyazmaların, muzey eksponatlarının və s.) siyahısı.
170
SSÖZLÜK
Çap üçün deyil


Katolik 
is. – xristianlıqda əsas məzhəblərdən biri.
Kazarma 
is. [fr.] – 1) hərbi hissələri yerləşdirmək üçün xüsusi bina; qışla;
2) arx. fabrik və ya zavod yanında fəhlələr üçün ümumi yataqxana.
Kəsdirə bilməmək – müəyyən edə bilməmək, qətiləşdirə bilməmək; təx ­
min edə bilməmək, qərara gələ bilməmək.
Koloniya is. – 1) imperialist dövləti tərəfindən zorla tutulub istismar edil ­
miş, siyasi və iqtisadi istiqlaliyyətini itirmiş ölkə; 2) bir dövlətin ərazisində
əcnəbilərin və ya bir ölkədə başqa yer dən köçüb gələnlərin yaşadığı yer,
məhəllə, qəsəbə; 3) bu və ya başqa məqsədlə (islah edilmək, işləmək,
müalicə olunmaq və i.a.) köçürülmüş adamların yaşadığı yer; 4) bir­biri
ilə bitişik yaşayan orqanizmlər qrupu. 
Konfiqurasiya is.
[lat.] –
1) zahiri görünüş, kontur, surət; cisimlərin qarşı ­
lıqlı yerləşməsi; mürəkkəb cisimlərin tərkib hissələrinin nisbəti; 2)  Gü ­
nəş sistemindəki cisimlərin xarakterik qarşılıqlı vəziyyəti.
Kontekst  is
[lat.]  – sözün və ya ifadənin mənasını  dəqiqləşdirməyə
kömək edən mətn və ya mətnin bir parçası.
Konveyer is. [ing.] – işlənib hazırlanma prosesində olan məmulatı bir
yerdən başqa yerə ötürmək, yaxud nəql etmək üçün arasıkəsilmədən
hərəkət edən nəqliyyat qurğusu.
Korrektor  is. [lat.] – mətnlərin korrekturasını aparan mətbəə  və ya
nəşriyyat işçisi; müsəhhih, təshihçi.
Korrektura is. [lat.] – kitab, qəzet və s. nəşri zamanı mətnlərdəki orfoqrafik
səhvlərin düzəldilməsi; təshih edilməsi. 
Qazi sif. və is. – düşmənə qarşı döyüşərək qəhrəmanlıq göstərən şəxs. 
Qəlib is. – 1) bir şeyə bu və ya digər bir şəkil vermək üçün onun içinə ke ­
çi rilən alət; ülgü; 2) tökmə vasitəsilə müəyyən formalı şeylər ha zır la ­
maq üçün içərisi həmin formaya uyğun şəkildə düzəldilmiş qab, alət (bu
qablara ərgin və ya horra halında tökülən maddə soyuduqdan və ya
quruduqdan sonra həmin qabın içinin şəklini alır). 
Qərq olmaq
[ər.] –
1) batmaq; 2) boğulmaq (suda); 3) adətən, tərkiblərdə
işlənib bir şeyin çoxluğunu, şiddətini, dərinliyini və s.­ni bildirən ifadə.
Qiyamət 
is. [ər.] – 1) dini etiqadlara görə, axırzamanda aləm dağıldıqdan
sonra bütün ölülərin dirilib qalxması; məhşər günü.
171
Çap üçün deyil


Qlobal  [fr.]

bütün Yer kürəsini bürüyən, dünya miqyaslı;  hərtərəfli,
əhatəli, universal.
Qonorar is. [lat.] 
– el
mi, ədəbi­bədii və s. işlər üçün ödənilən əməkhaqqı,
mükafat.
Qumru is. –  göyərçin cinsindən boz rəngli quş.
Maşallah nida
[ər.] – 1) “Allah gözdən saxlasın”, “afərin”, “mər hə ba” kimi
mənalarda bəyənmə və alqış bildirən nitq etiketi; 2) bəzən istehza,
kinayə məqamında işlənən nitq etiketi.
Mücəssəmə 
is. [ər.] – 1) hər hansı bir təbiət hadisəsi və ya qüvvəsinin
canlı bir cisim şəklində təsviri; 2) hər hansı bir keyfiyyəti, xüsusiyyəti
təcəs süm etdirən adam, şey haqqında; 3) surət, obraz; heykəl; 4) tim­
sal, təmsil.
Mühafizəkar 
is. [ər. və fars.] – vaxtı keçmiş, köhnə qaydaları, adət və
ənənələri sevən, onlara riayət edən adam, köhnəlik tərəfdarı; köhnə ­
pərəst. 
Mühərrik is. [ər.] – hər hansı enerjini mexaniki enerjiyə çevirən maşın, bir
şeyi hərəkətə gətirən maşın, motor.
Multimedia
is. [ing.] – müasir texnologiyalar vasitəsilə bir rəqəmsal
görüntüdə mətn, səs, qrafika, foto və videonun birləşdirilməsi.
Müntəzir
sif. [ər.] – gözləyən, intizar içində olan, intizarda qalan.
Müsadirə etmək bir şəxsin, yaxud şirkət, təşkilat, müəssisənin əmlak,
pul və s.­ni dövlətin xeyrinə zorla və əvəzsiz olaraq zəbt etmək.
Müşk is. [fars.] – ceyranın göbəyindən çıxarılan xoş iyli maddə.
Nagahan 
sif. [fars] – 1) gözlənilməyən, gözlənilməz, naqafil; 2)
zәrf kimi:
gözlənilmədən, birdən­birə, qəfildən, xəbərsiz.
Nəqqaş is. [ər.] – evlərin divarlarına, tavanına, şeylərin üstünə yağlı və ya
sulu boya ilə naxış vuran sənətkar.
Notbuk is.
[ing.] 
– həcmcə masaüstü kompüterdən kiçik, maye­kristal dis­
pleyli, kla viaturalı, asanlıqla daşına bilən portativ mini­kompüter.
Oktava is.
[lat.] –
1) diatonik qammanın 8­ ci tonu, həmçinin 1­ci və 8­ci
ton arasındakı interval; musiqidə ən aşağı bas; 2) birinci altı misrası iki
çarpaz qafiyəli, sonuncu iki misrası isə yanaşı qafiyəli səkkizmisralı şeir
bəndi.
Orakul is. 
[yun.] –
antik dövrdə qeybdən xəbər verən kahin; falçı, rəmmal.
172
SSÖZLÜK
Çap üçün deyil


Orijinal is. [yun.] – 1) bir yazının, şəklin və s.­nin əsli; 2) başqa dilə tərcü ­
mə üçün əsas olan mətn, başqa dilə tərcümə olunan mətnin əsli.
Ornament is.
[lat.] – 
rəssamlıqda, heykəltəraşlıqda və s.­də: təkrarlanan
həndəsi elementlərdən və ya bitki və heyvan motivlərindən ibarət naxış,
bəzək.
Pasifist is.
[lat.] – pasifizm tərəfdarı.
Pasifizm is.
[lat.] – hər cür müharibəni, o cümlədən ədalətli müharibələri
də inkar edən siyasi cərəyan.
Patent is. [lat.] – ixtiraçının ixtirasını təsdiq edən şəhadətnamə, sənəd.
Pedantizm 
is. [ital.] – həddindən artıq formalizm (rəsmiyyətçilik); ifrat
xırdaçılıq.
Perpendikulyar is. 
[lat.] – başqa bir düz xətt və ya müstəvi ilə düz bucaq
təşkil edən düz xətt.
Pərçim is. – iki şeyi bir­birinə bağlamaq (bənd edib bərkitmək) üçün metal
mil və onun döyülüb yastılanan ucu.
Pərdə is.
[fars.] 
– bəzi simli musiqi alətlərinin (tar, saz və s.) qolundakı
bölmələrdən hər biri (bunların hər birinə barmaqla və ya mizrabla toxun ­
duqda fərqli səs çıxarır).
Pnevmoniya is.
[yun.] – ağciyər iltihabı.
Poliqrafiya is.
[yun.] – çap məhsulları istehsalının bütün növlərini əhatə
edən texnika, sənaye sahəsi.
Populyarlıq is. – məşhurluq; geniş kütlə tərəfindən tanınma, sevilmə,
onun rəğbətini qazanma.
Praporşik is.
[rus.] – ordu və donanmada ən kiçik zabit rütbəsi; habelə
belə rütbəsi olan hərbi xidmətçi; gizir.
Pres is. [lat.]
– m
aterialları təzyiq vasitəsilə işləmək, emal etmək üçün
maşın, qurğu; basqı aləti, məngənə, sıxac.
Prototip is. [yun.]

1) ədəbi surət, habelə qəhrəman obrazı yaratmaq
üçün müəllifin orijinal kimi istifadə etdiyi həqiqi şəxs; 2) sonra gələn bir
şəxsin və ya şeyin sələfi olan şəxs, ya şey.
Psixoloji sif. [yun.]

1) psixologiyaya aid olan, psixologiya ilə bağlı olan;
2) insanın ruhi vəziyyəti ilə bağlı olan; 3) təsvir olunan surətlərin
psixologiyasının dərin təsviri əsasında qurulmuş, yaradılmış.
173
Çap üçün deyil


Redaktə etmək – hər hansı bir mətni yoxlamaq və düzəltmək, sonuncu
dəfə işləyərək çapa hazırlamaq. 
Redaktor [lat.] – hər hansı bir kitabı, qəzeti, jurnalı və s.­ni redaktə edən
adam, nəşriyyat, redaksiya mütəxəssisi.
Risalə is. [ər.] – hər hansı bir məsələyə dair kiçik kitab; kitabça.
Sentimentallıq is.
– h
əddindən artıq nazikürəklilik, həssaslıq.
Senzor is. [lat.] – mətbuat üzərində nəzarəti həyata keçirən vəzifəli şəxs.
Senzura is. [lat.] – çap məhsulları (qəzet, kitab, jurnal və s.), teleradio
verilişləri, kino, teatr və s. üzərində dövlət nəzarəti sistemi.
Sənaye is. [ər.] – 1) yeraltı  sərvətləri çıxaran və xam malı emal edən
müəssisələri birləşdirən xalq təsərrüfatı sahəsi; 2) maşın texnikası tət ­
biq edən fabrik­zavod müəssisəsi.
Sənə is. [ər.] – il.
Strategiya [yun.] – 1) hərb sənəti; hərbi əməliyyat, müharibə hazırlama
və aparma bacarığı, sərkərdəlik məharəti haqqında elm; 2) mәc. icti­
mai­siyasi fəaliyyətdə bir işi planlaşdırmaq, qurmaq və ona rəhbərlik
etmək məharəti.
Studiya is. [ital.]

1) rəssam və ya heykəltəraş emalatxanası; 
2) kinofilmlər istehsal edən müəssisə; 3) televiziya və radio verilişlərini
aparmaq üçün xüsusi təchiz olunmuş bina, otaq, yer.
Süslənmək f. – bəzənmək, özünə zinət vurmaq, yaraşıq vermək.
Şaman  is.

ruhlara, magiyaya inanan xalqlarda (əsasən,  şimal xalq ­
larında): sehrbaz, ovsunçu, cadugər (şamanlar oxumaqla, dəf çalıb­oy­
namaqla özlərini cuşa gətirərək, guya ruhlarla münasibətə girərək
adamların xəstəliklərini sağaltdıqlarına, onlara uğurlu ov təmin
etdiklərinə və s.­yə inanırdılar).
Şöngümək f. – çömbəlmək.
Şrift is. [alm.]
– m
üxtəlif ölçü və biçimdə olan mətbəə hərfləri.
Taktika [yun.]

1) döyüşü aparmaq sənəti; hərb sənətinin tərkib hissəsi;
2) bu və ya digər məqsədə çatmaq yolları; ictimai və siyasi mübarizə
aparmağın vasitə və üsulları.
Taxça is. [fars.] – şey qoymaq üçün divarda açılan oyuq.  
174
SSÖZLÜK
Çap üçün deyil


Tanker is. [ing.] – maye yükləri daşımaq üçün böyük gəmi (bu gəmilərdə
neft və s. mayelər birbaşa gəminin xüsusi hazırlanmış çənlərinə tökülür).
Taziyanə is. [fars.]

1) arx. qırmanc, qamçı; 2) mәc. kiçik satirik şeir. 
Terrarium is. [lat.]

suda­quruda yaşayan və sürünən heyvanların sax la ­
nılması üçün xüsusi qab.
Tərsanə is. [ər.] – gəmi düzəldilən və təmir olunan yer, zavod.
Təsnifat is. [ər.]

hər hansı eynicinsli şeylərin və ya anlayışların müəyyən
ümumi əlamətlərə görə siniflərə, qruplara, bölmələrə ayrılması sistemi;
klassifikasiya.
Tiraj is. [fr.] – 1) istiqraz və ya lotereya uduşlarının oynanılması; 2) bura ­
xıl  mış nəşrin (kitab, qəzet və s.) nüsxələrinin sayı. 
Traktat – ayrıca bir məsələdən, problemdən bəhs edən elmi əsər.
Trayektoriya is. [lat.]

hərəkət edən hər hansı bir nöqtə və ya cismin
fəzada cızdığı xətt. 
Tuş is. [alm.] – xüsusi surətdə hazırlanmış qara və ya başqa rəngli sulu
boya (çertyoj, rəsm çəkmək və yazmaq üçün).
Ülfət is. [ər.] – bir­birinə bağlanma, mehr salma, bir şeyə alışma, dostluq,
səmimilik, məhəbbət. 
Ümman is. [ər.]

1) böyük dəniz, dərya, okean; 2) mәc. hədsiz, həddən
artıq, sonsuz, çox.
Vəcdə gəlmək – son dərəcə sevinmək, şadlanmaq, şövqə gəlmək, ruh­
lanmaq. 
Vüsət  is. [ər.] – genişlik.
Yaddaş kartı is. – elektron hesablama maşınlarında verilənləri mühafizə
etmək üçün istifadə olunan elektron qurğu. Yaddaş kartından rəqəmsal
fotoaparatlarda, telefonlarda, notbuklarda və s.­də geniş istifadə olu ­
nur.
Zövcə is. [ər.]

arvad, həyat yoldaşı, qadın.
175
Çap üçün deyil


Rafiq Ələkbər oğlu İsmayılov 
Aynur Xanlar qızı Rüstəmova
Hidayət Fehruz oğlu Allahverdi
Sahibə Xasay qızı Məmmədova
AZƏRBAYCAN DİLİ
Ümumtəhsil məktəblərinin 
7-ci sinfi üçün “Azərbaycan dili 
(tədris dili kimi)” fənni üzrə dərslik
Bakı, “Altun kitab”, 2016
Nəşriyyatın ünvanı:
AZ1130, Bakı, Ə.Naxçıvani küçəsi – 15A
Тelefon: (+99412) 562 69 86; 562 69 88
www.altunkitab.az
«Тящсил Няшриййат-Полиграфийа» мцяссисясинин мятбяясиндя
щaзыр диапозитивлярдян чап олунмушдур.
Каьыз форматы 70х100
1
/
16
.
Офсет чапы. Офсет каьызы. Физики чап вяряги 11,0.
Сифариш 52. Тираж 51000. Пулсуз.
«Тящсил Няшриййат-Полиграфийа» ММЪ
Бакы, АЗ 1052, Ф.Хойски кцч., 121
A
Çap üçün deyil

Yüklə 3,74 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə