Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 24. 07. 2014-cü il tarixli, 842 №-li əmri ilə



Yüklə 3,74 Kb.
Pdf görüntüsü
səhifə46/49
tarix23.10.2017
ölçüsü3,74 Kb.
#6411
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   49

Çap üsulunun təkmilləşdirilməsi üçün Qu ten ­
berqin digər ixtirası çap prosesinin avtomatlaş ­
dırılması idi. Bu məqsədlə o, bitkilərdən yağ
çıxar maq üçün istifadə olunan adi presi mətbəə
dəzgahına çevirdi və onu çap prosesinə uyğun ­
laş dırdı. Pres kağızı çap formasına möhkəm sıx ­
dığından səhi fələrin surətləri çox dəqiq və səliqəli
alınırdı. Artıq kağız vərəqin çap formasının üzə ­
rinə qoyulub götürülməsi də mexaniki üsulla baş
verir di. Bir səhifənin minlərlə surəti çıxarıl dıqdan
sonra digər səhifənin çap olunmasına ke çi lirdi.
Qutenberqin 1445­ci ildə öz mətbəəsində bu ­
raxdığı “Bibliya”dan 42 sətirlik bir hissə dünya
tarixində ilk çap nümunəsi sayılır. 
Qutenberqin ixtirası İohann Faust adlı varlı bir tacirin marağına səbəb
olmuşdu. O, Qutenberqə kitab istehsalını genişləndirmək üçün borc
vermişdi. Lakin ixtiraçı mühəndis bu borcu vaxtında qaytara bilməmişdi.
Buna görə də tacir ona qarşı məhkəmə iddiası qaldırmışdı. Prosesi udan
Faust Qutenberqin bütün çap dəzgahlarını müsadirә etdirmişdi. Sonra isə
özü mətbəə təşkil etmişdi. Qutenberq öz ixtirasının Avropada necə sürətlə
yayıldığını, başqalarının bu işdən necə varlandığını kədərlə seyr etməli
olmuş, maddi ehtiyaclar içərisində vəfat etmişdi. 
Artıq 1500­cü ildə İtaliyada 100, İspaniyada isə 30 çap dəzgahı işləyirdi.
XVIII əsrin sonlarında qəzet və kitablara olan tələbat o qədər artmışdı
ki, əllə hərəkətə gətirilən çap maşınları artıq bu tələbatı ödəyə bilmirdi.
Saksoniyalı mühəndis­çapçı Fridrix Köniq 1814­cü ildə buxarla işləyən ilk
çap dəzgahını işə saldı. Buxar mühərrikli maşınla saatda 1000 səhifə çap
olunurdu ki, bu da əvvəlki dəzgahla müqayisədə dörd dəfə çox idi.
1866­cı ildə avtomatik yığım dəzgahı – linotip ixtira edildi. Çap olunacaq
mətn çap makinasında olduğu kimi, klaviatura ilə yığılırdı. Burada sözlər
və sətirlər səliqəli intervallarda yerləşdirilirdi. Linotipdə şriftlərin yığılması
çap işini xeyli sürətləndirdi.
Müasir dövrdə çap işi görünməmiş səviyyədə  təkmilləşdirilmiş və
poliqrafiya adlanan sənaye sahəsinə çevrilmişdir.
“İxtiralar vә kәşflәr” kitabından
Söz ehtiyatı
1. “Q lib”, “şrift”, “pres”, “poliqrafiya” sözl rinin,  “müsadir  etm k”,
“m h k  m  iddiası qaldırmaq”, “prosesi udmaq” ifad l rinin
m nalarını izah edin.
157
KİTABIN TARİXİ
İohann Qutenberq 
Çap üçün deyil


Düşün və cavab ver
2
2. Kitab çapının inkişafındakı m rh l l ri qrafik informasiya ş klin -
d  t qdim edin.
Dil qaydaları
3. C dv li d ft rinizd  ç kin. M tnd  altından x tt ç kilmiş sözl ri
aşağıdakı kimi qruplaşdırın.
4. Cüml l rd n t srifl n n v  t srifl nm y n feill ri seçib d ft riniz
yazın, cüml l rin quruluşca növünü mü yy n edin.
1.  aydan keçm k üçün kimins  g lib körpü salacağını gözl m .
2. Elm t kc  bilik deyil, h m d  şüurdur, y ni bilikd n nec  istifad
etm yi öyr d ndir.
(Klyuçevski)
3. N  q d r ki yaşayırsan, öyr n, düşünm  ki, qocalıq g l nd  s n
kamal g tir c k.
(Solon)
5. Altından x tt ç kilmiş sözl ri feili bağlama il   v z ed r k  sad
cüml  düz ldib yazın.
1. Torpağı h v sl  şumladı, toxumu bir-bir l kl r  basdırdı.
2. D rdini heç kim  dem di, ş h ri t rk etdi.
3. Oğlan yedi, oyuna getdi. 
oban yedi, qoyuna getdi.
4. Oğru qalana yanar, mal sahibi ged n  yanar.
5. Ota qatsan, at yem z,
t  qatsan, it yem z.
6. Şeiri n sr  çevirin. Cüml l rin sad , yoxsa mür kk b  olduğunu
mü y y n edin.
O güldü kağıza qol ç k n zaman,
Qıydı ür kl rin hicran s sin .
O güldü haqq üçün daim çarpışan
Bir xalqın tarixi faci sin .
...Qoy qalxsın ayağa ruhu Tomrisin,
Bab kin qılıncı parlasın yen .
Onlar bu ş rtl r  sözünü desin,
Z nciri kim vurdu şir bil yin ?
B.Vahabzad     
M sd r
Feili sif t
Feili bağlama
158
VII 
BÖLMƏ
Çap üçün deyil


A
AZƏRBAYCANDA
İLK MƏTBƏƏLƏR
Azərbaycanda ilk çap dəzgahı hələ XIX əsrin əvvəllərində Təbrizdə qu ­
raşdırılmışdı. Daha sonra, 1830­cu ildə isə  Şuşada mətbəə  fəaliyyətə
başlamışdı.
XIX əsrin II yarısında Azərbaycanın iqtisadi və ictimai inkişafı milli mət ­
buatımızın yaranmasına gətirib çıxar dı. Çətinliklə olsa da, görkəmli maarifçi
Həsən bəy Zər dabi hökumətə müraciət edərək “Əkinçi” qəzetinin nəşrinə
icazə ala bildi. Qəzetin nəşri üçün Zərdabi İstanbuldan xüsusi ərəb qrafikalı
mətbəə şriftləri gətizdirdi və nəhayət, xeyli əziyyətdən sonra 1875­ci il iyulun
22­də Bakıda qəzetin ilk nömrəsi işıq üzü gördü. Beləliklə, milli mətbu a tı ­
mı zın əsası qoyuldu. 
Azərbaycan mətbuatı üçün “Əkinçi”nin ayağı yüngül oldu. Bir çox yazıçı
və şairlər öz əsərlərini qəzet və jurnallarda dərc etdirirdilər. Yazdıqlarını
kitab şəklində görmək istəyən bu ədiblər vəsait tapan kimi mətbəə açmağa
çalışırdılar.
XIX əsrin sonunda Azərbaycanda nəşriyyat işinin inkişafında Ünsizadə
qardaşlarının (Səid, Cəlal, Kamal) böyük rolu  olmuşdur.   
Səid Ünsizadə 1879­cu ildə Tiflisdə “Ziya” qəzetini nəşr etməyə başla ­
mışdır. Sonralar mətbəəsini Şamaxıya köçürmüş və bu qəzetlə yanaşı,
dini kitab ların çapı   ilə də məşğul olmuşdur. S. Ünsizadə özü din xadimi ol ­
duğundan risalәlәr yazmış, mətbəəsindən də islam ideyalarının təbliği
üçün istifadə etmişdir.     
“Ziya” ilə bir vaxtda Səid əfəndinin qardaşı Cəlal Ünsizadə “Kəşkül” qə ­
zetini, sonralar eyniadlı jurnalı buraxmışdır. C.Ünsizadə öz dünyəvi
baxışları ilə qardaşından seçilirdi. O, bir sıra rus və Ukrayna yazıçıları, ...
S.Ə.Şirvani, F.Köçərli kimi Azərbaycan ziyalıları ilə əməkdaşlıq edirdi. Bu
da onun mütərəqqi baxışlarının formalaşmasında müəyyən rol oynamışdı.
“Kəşkül”ün səһifələrində çap etdiyi dünya ədəbiyyatı nümunələrinin bir ne ­
çəsini Cəlal əfəndi öz mətbəəsində ayrıca kitab şəklində buraxmışdı.
1. Sizc , n  üçün o dövrd  q zet n şrin  icaz  almaq bu q d r
ç tin idi?
2. H.Z rdabi n  üçün q zet n şr etm k üçün  r b qrafikalı
m tb  şriftl ri g tizdirm li oldu?
3. Sonuncu abzasda nöqt l rin yerin  aşağıdakı bağlayı cılar -
dan hansı uyğun g lmir?
A) el c  d  
B) o cüml d n  
C) h mçinin
159
KİTABIN TARİXİ
Çap üçün deyil


Yüklə 3,74 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə