Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 24. 07. 2014-cü il tarixli, 842 №-li əmri ilə



Yüklə 3,74 Kb.
Pdf görüntüsü
səhifə48/49
tarix23.10.2017
ölçüsü3,74 Kb.
#6411
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   49

EELEKTRON KİTAB
Azərgil  yay tətili  günlərində  Gəncə ­
yə gedəcəkdilər. Bir ay orada qal malı
idi  lər. Çoxlu kitab oxumağı plan    laşdıran
Azər əvvəlcədən həmin kitabları seçib
yığmışdı. Atası maşının yük yerini açdı.
Anası oraya ailənin isti 
fa də edəcəyi
əşyaları yığmağa başladı. Azər kitab la ­
rının hamısını  yerləşdirə bilmədi.
Yolboyu Azərin fikri götürə bilmədiyi
kitabların yanında qalmışdı. Amma nə
etmək olar? Axı əşyaları da götür mək
vacib idi. Yadına düşdü ki, informatika müəllimləri onlara elektron kitablar­
dan danışmışdı. Demişdi ki, bəzi saytlarda kitabların hazır elektron
variantları olur. Hətta onların nümu nə lərini də nümayiş etdirmişdi. Bu fikir
onda bir az toxtaqlıq yaratdı. Çox güman ki, qalacaqları yerdə internet ola­
caq. Həmin saytlara daxil olub la zım olan kitabları tapa bilsə, əla olar!
Elə də oldu. Bilsə idi, gətirdiyi kitabları da evdə qoyar, hamısını saytdan
oxuyardı. Azər internetdən tapdığı kitabları kompüterinin yaddaşına yük ­
lədi. Özlüyündə fikirləşdi ki, artıq o, müasir oxucudur. Onun elektron ki ­
tabxanası var.
Tətildən sonra Azər, ilk növbədə, informatika müəllimi ilə görüşmək,
təəssüratlarını onunla bölüşmək istəyirdi. İnformatika kabinetinin qapısını
açanda həmişəki kimi Maqsud müəllimi kompüterin arxasında gördü. Sa ­
lam laşdıqdan sonra cibindən yaddaş kartını çıxarıb müəllimə göstərdi.
– Maqsud müəllim, mənim artıq elektron kitabxanam var, – dedi. 
Maqsud müəllim kartı notbuka taxıb orada yerləşdirilmiş kitabların kata ­
lo qunu nəzərdən keçirdi, deyəsən, şagirdindən razı qaldı:

Afərin
, oğlum, sən çox ağıllı bir iş görmüsən! – dedi. – Müasir infor­
masiya texnologiyaları oxucuların işini yüngülləşdirmək üçün xeyli nailiyyət
əldə edib. Son vaxtlaradək  “elektron kitab” deyiləndə  kompüterdə yığılan
kitab nəzərdə tutulurdu. İndi isə  “elektron mətni oxuyan qurğu”  an layışını
da özünə birləşdirib. Elektron kitab, əslində, kitabların elektron formatda
saxlanması və oxunması üçün istifadə olunan qurğudur. Xarici görünüşü
1. Elektron kitabxana yaratsa idiniz, ora, ilk növb d , hansı ki -
tabları yerl şdir rdiniz? Onların qovluqlar üzr  t sni fatını
nec  t rtib ed rdiniz?
163
KİTABIN TARİXİ
Çap üçün deyil


kitaba oxşayan bu qurğular internetdən kitab yük lə  yib istənilən vaxt istifadə
etməyə imkan yaradır. 
– Onda  mən bu kitabları oxumaq üçün ayrıca qurğu da almalıyam,
eləmi?
– Yox, Azər, sən bu kitabları öz kompüterində də oxuya bilərsən. Amma
kompüterdən hər yerdə istifadə edə bilmirsən. Elektron kitablar isə bu im ­
ka nı yaradır. Onlar planşet kompüterlərin inkişafı  və ix 
ti sas laş ması
nəticəsində yaranıb. Birekranlı və ikiekranlı olur.  
Azəri maraq götürdü:
– Bəs kitabları bu qurğudan oxumaq gözü çox yormur ki, müəllim?
– Elektron kitabların təsvir imkanları müxtəlifdir. Maye­kristal ekranlı e­ki ­
tablar planşetə bənzəsə də, onlar kimi çoxfunksiyalı deyil. Belə ekrandan
oxuyarkən gözlər planşetlərdə olduğu kimi çox tez yorulur. Amma elektron
kitabların elə tipləri var ki, ekranı gözü yormur.
– Bəs bu qurğuların yaddaş imkanı necədir?
– Onlar oxucuya böyük bir kitabxananı heç bir çətinlik çəkmədən  özü
ilə gəzdirməyə imkan verir. Həmçinin elektron kitablarda axtarış aparmaq,
mənasını bilmədiyin sözlərin izahını tapmaq və müəy yən dillərə tərcümə
etmək də mümkündür. Axtarış prosesi istifa də çinin verdiyi sorğuya əsasən
avtomatik olaraq həyata keçirilir.
– Onda daha kağız kitablara ehtiyac qalmır ki...
– Mən elə deməzdim. Hər zaman köhnə ilə yeni arasında mövqe mü ­
barizəsi gedir. Amma bu mübarizələrin çoxunda tam qələbə heç kimə
qismət olmur. Kino və televiziyanın yaranması ilə teatrın tədricən aradan
çıxacağı haqqında illərlə gedən mübahisələrin nəticəsi də bunu təsdiq edir.
Teatr bu gün də yaşayır, inkişaf edir. Kağız kitabların da öz üstünlükləri var.
Məsələn, bədii əsərləri, romanları oxumaq üçün nəfis çap olunmuş kitab ­
la rın yerini heç nə verə bilməz. Amma sorğu ədəbiyyatı – lüğət və ensiklo ­
pediyalar, eləcə  də  tədris materialları ilə  işləyərkən elektron formatın
üstünlükləri açıq­aşkar hiss olunur. Çoxcildli qalın sorğu kitablarını hər ye ­
rə özünlə daşımaq  çətindir. Bundan əlavə, adi lüğətdə və ya ensiklope­
diyada hər hansı bir sözü axtarmaq da xeyli vaxt aparır. Xüsusi proq ramla
yığılmış elektron lüğətdə isə istənilən sözün izahını tapmaq üçün o sözü
yazmaq kifayət edir. Eyni zamanda elektron informasiya mate riallarında
multimedia imkanlarını – audio və videonu da unutmaq olmaz. Onlar mə ­
lumatın, biliyin daha dərindən qavranılmasına kömək edir. Bir sözlə, Azər,
texnoloji yeniliklərlə ayaqlaşmaq, onları mənimsəmək lazım dır. Bunsuz
inkişaf mümkün deyil.
Hidayәt Fehruzoğlu
164
VVII 
BÖLMƏ
Çap üçün deyil


165
KKİTABIN TARİXİ
Söz ehtiyatı
2. “Notbuk”, “yaddaş kartı”, “format”, “multimedia”, “audio”
sözl rini kontekst  gör  izah edin.
Düşün və cavab ver
3. Sizc , t dris materiallarının elektron formatda t qdimatının hansı
üstünlükl ri ola bil r?
4. Kağız v  elektron kitabların bir-biri il  müqayis d  üstünlükl ri
bar d  daha n  dey  bil rsiniz?
Dil qaydaları
5. Altından x tt ç kilmiş cüml d  modal sözü el  d yişin ki, oxucu
mü llimin Az rd n tam razı qaldığı q na tin  g lsin.
6. Göy r ngl  verilmiş sözün hansı nitq hiss si olduğunu mü yy n -
l şdirin v  sinonimi il   v z edin.
7. “Axı  şyaları da götürm k vacib idi” cüml sind   datı aşağıda ve -
rilmiş  datlardan hansı il   v z ets k, sual cüml si yaranacaq?
A) m hz     B) ancaq     C) m g r      D) b li
8. “M n ona demişdim ki, hamını öz arşını il  ölçm sin” cüml sind
“ki” bağlayıcısı  “m n”  v zliyind n sonra işl n rs , hansı qramma -
tik m na d yişikliyi yaranar?
9. Durğu işar l rini artırıb cüml l ri d ft riniz  köçürün.
1.  g r inkişaf yoxdursa dem li durğunluq gözl nilir. 
(Seneka)
2. B li kommersiyada dostluq yoxdur. 
3. Axı m n h miş  deyirdim ki bu  la ideyadır.
4. Bağışlayın vallah m n s hv etmiş m.
5.  g r eksperiment baş tutmayıbsa dem li n s  qaydasında deyil.
6. Kim ki öyr tm yi bacarır o da idar  edir. 
Cüml l rin qrammatik  sasını göst rm kl  onları quruluşca nö -
vün  gör  f rql ndirin.
Çap üçün deyil


Yüklə 3,74 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə