Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 24. 07. 2014-cü il tarixli, 842 №-li əmri ilə



Yüklə 3,74 Kb.
Pdf görüntüsü
səhifə43/49
tarix23.10.2017
ölçüsü3,74 Kb.
#6411
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   ...   49

Q
QƏDİMDƏ KİTAB İŞİ
Orta əsrlərin canlı mət bə ələri
xәttatlar, nəq qaşlar, mü sәһ һiһ ­
lәr, rəs sam lar və cildçilər idi. 
Xəttatlıq nüfuzlu və geniş ya ­
yılmış sənət növlərindən biri idi.
Məş һur xət tat ların adları kitab
müəl lifləri ilə  yanaşı  çə kilirdi.
On la rın gör dükləri iş  çətin ol­
maqla ya 
naşı, məsuliyyətli idi.
Hər bir müəl  lifin və əsərin tanın ­
ma sında xəttatların da böyük
rolu olmuşdur.
Ustad xəttatlar gündə səkkiz­
on beytə qədər şeir köçürə bi lir ­
dilər. Lakin ustadlıq yalnız məһsuldarlıqla ölçülmür dü. Tarixi mənbələrdə
belə bir rəvayət var. 
Bir dәfә Buxara xanı Әbdülәziz öz sarayının baş xәttatı Xacә Yadigara
Hafizin divanını köçürmәyi tapşırır vә soruşur:
– Ustad, gündә nә qәdәr köçürә bilәrsәn?
– Әgәr çalışsam, gündә 10 beyt köçürә bilәrәm.
Әbdülәziz deyir:
– Mәn eşitmişәm ki, Çindә qırx ilә bir çini qab düzәldirlәr, Bağdadda
isә gündә 100 әdәd. 
Bunların hәr ikisinin qiymәtini sәn, sözsüz ki, bilirsәn.
Bu sәnәt dә belәdir. 
Sәn xәttatsan vә biz sәnә bu kitabı köçürmәyi tap ­
şır mışıq. 
Gündә on beyt köçürülәn xәtdә nә gözәllik ola bilәr? Әgәr sәbrin
çatırsa, gündә bir beyt, çatmazsa, iki beyt köçür.
Xəttat bu tapşırıqdan sonra Hafizin divanını 7 ilə tamamlamışdı. Bu
һesabla Firdovsinin “Şaһnamə”si, Nizaminin “Xəmsə”si kimi şaһ əsərlərin
neçə ilə köçürüldüyünü təsəvvür etmək olar.
Tanınmış xəttatların zəһmət һaqqı xeyli baһa olurdu. Deyilənə görə,
adlı­sanlı  xəttatlara bir beytin üzünü köçürmək üçün bir qızıl onluq
verirdilər.
Yaxın Şərqin bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da hökm­
dar saraylarında kitab emalatxanaları fəaliyyət göstərirdi. Azərbaycan öz
xəttatları və miniatürçüləri ilə məşhur idi. Teymurun ordusu Təbrizi işğal
etdikdən sonra bir çox Azərbaycan kitab yaradıcısı Herata aparılmışdı.
Təbrizli məşһur xəttat Cəfər Təbrizi Herat saray kitabxanasına müdir təyin
148
VII 
BÖLMƏ
Çap üçün deyil


edilmiş, ömrünün sonuna qədər (60 il) bu vəzifənin öhdəsindən şərəflə
gəlmişdir. Kitabxanada görülən işlər haqqında Cəfər Təbrizinin Herat haki ­
minə vaxtaşırı yazılı hesabat verməsi orta əsrlərin kitabxana tarixində ən
maraqlı səhifələrdəndir. Fars dilində yazılmış həmin hesabatlardan biri
hazırda İstanbulun Topqapı sarayı muzeyindədir. 
Herat kitabxanasında surəti çoxaldılan xeyli kitabın üzünü Cəfər
Təbrizinin özü köçürmüşdü: Nizaminin “Xəmsə”si, Sədinin “Gülüstan”ı, Fir­
dovsinin “Şaһnamə”si, “Kəlilə və Dimnə” və s. Bu kitablar һazırda İstanbul,
Teһran və başqa şəһərlərin kitabxanalarında saxlanılır.
Cəfər Təbrizinin başçılıq etdiyi kitab emalatxanasında 40 nəfərdən çox
sənətkar çalışırdı. Onların arasında öz istedadı ilə seçilən Kəmaləddin
Beh zad da var idi. 28 yaşlı Behzad 1484­cü ildə Herat kitabxanasına mü ­
dir təyin edi ldi. Şah İsmayıl Heratı alandan sonra Azərbaycanın bir çox
sənət adamı ilə birlikdə Behzad da Təbrizə köçüb Səfəvi kitab xa nasına
başçılıq etmişdi. Burada onunla yanaşı, məşhur Azərbaycan xəttatı Şah
Mahmud Nişapuri də çalışırdı. Onun dəstxəti ilə yazılmış bir çox kitablar
hazırda Şedrin kitabxanasında (Sankt­Peterburq), Britaniya muzeyində,
Parisin Milli Kitab xanasında saxlanılır. Şah Mahmud Nişapuri həm də şair
olmuş, bir sıra qə zəllər, qəsidələr, rübailər yazmışdır.
Şah İsmayıl Xətai istedadlı sənət adamlarına yüksək qiymət verirdi.
Tarixi mənbələrdə deyilir ki, Şah İsmayıl Çaldıran döyüşü ərəfəsində Beh ­
za dı və digər saray xəttatı Mahmud Nişapurini düşmən əlinə əsir düş mə ­
sinlər deyə bir mağarada gizlətmişdi. “Kim bilir, bəlkə, müharibədə öldüm
və ya məmləkətimdə qarət və qarışıqlıq baş verdi... Sizin hifzinizi Allaha
tapşırdım”, – deyərək Sultan Səlimlə döyüşə getmişdi. Döyüşdən məğlub
qayıdan Şah İsmayıl, ilk növbədə, sənətkarları gizlətdiyi yerə getmiş, onları
sağ­salamat görüb Allaha şükür etmişdi. 1514­cü il Çaldıran döyüşündən
sonra Azərbaycandan Türkiyəyə üç min kitab yaradıcısı aparılmışdı.
XVI əsrin ən görkəmli rəssamı və kitab mədəniyyətimiz tarixində misil ­
siz xidmətləri olan Sultan Məhəmməd də Şah İsmayılın kitabxanasında
işləmiş və onun oğlu Təhmasibə rəssamlıq sənətinin sirlərini öyrətmişdir.
Sonralar saray kitabxanasının müdiri və baş rəssamı vəzifəsində çalışan
Sultan Məhəmmədin əsərləri dünya kitab sənətinin qızıl fonduna daxil
olmuşdur. O, Firdovsinin “Şahnamə”sinə, Hafizin “Divan”ına, Nizaminin
“Xəmsə”sinə misilsiz rəsmlər çəkmişdir. Onun bu nadir yaradıcılıq nü mu ­
nələri dünyanın ən məşhur muzey və kitabxana la rında saxlanılır. “Keçmiş
və hazırkı rəssamlar” əlyazmasında Sultan Məhəmməd dünya rəssamlıq
tarixindən bəhs edir. Müəllifin hələ də çap üzü görməmiş bu məş hur əsəri
bu gün İstanbulun Topqapı sarayının kitabxanasında saxlanılır. 
149
KİTABIN TARİXİ
Çap üçün deyil


Beləliklə, orta əsrlərdə elmin və ədəbiyyat nümunələrinin gələcək nə ­
sillərə ötürülməsində, xalqın intellektual­mədəni səviyyəsinin yüksəlmə ­
sində kitab ustalarının böyük rolu olmuşdur. Azərbaycan tarixçisi İsgəndər
bəy Münşi (1560­1634) “Tarixi­aləm arayi­Abbasi” əsərində yazmışdır ki,
Beh zad və Sultan Məhəmməd kimi misli­bərabəri olmayan sənət adamları
öz əvəzsiz xidmətləri ilə həm çalışdıqları kitabxananı məşhurlaşdırmış,
həm də özləri nəcib sənətlərinin zirvələrinə yüksəlmişlər.
Dilrüba Cәfәrova
Söz ehtiyatı
1
1. “X ttat”, “müs hhih” sözl rinin m nasını kontekst  gör  izah edin.
Düşün və cavab ver
2. Altından x tt ç kilmiş cüml l ri ümumil şdir r k g ldiyiniz n  -
tic ni söyl yin. 
3. M tnd  adı ç kil n hansı s n tkarın yaradıcılığı haqqında heç bir
m lumat verilm mişdir?
4. Sonuncu abzasda  ks olunmuş fikirl ri m tnin müvafiq hiss l ri
il   laq l ndirin.
Yazı
5. M tnd  verilmiş r vay td n çıxış ed r k g ldiyiniz n tic ni qısa
ş kild  yazın. 
Dil qaydaları
6. M tnd  göy r ngl  verilmiş cüml l rin  hansının bir, hansının iki
qrammatik  sası var?
Cüml nin quruluşca növl ri onun qrammatik  sasına gör  mü y -
y n edilir. Cüml l r quruluşca iki cür olur: sad , mür kk b. Sad
cüml nin bir, mür kk b cüml nin is  iki v  daha artıq qrammatik
sası olur.
Yazın g lişin  sevin n quşlar n ğm  oxuyurdu. (sad  cüml )
Payız g ldi, havalar soyudu, artıq tez-tez yağışlar yağırdı.
(mür kk b cüml )
Yadda saxla!      
CÜML NİN QURULUŞCA NÖVL Rİ 
150
VII 
BÖLMƏ
Çap üçün deyil


Yüklə 3,74 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə