Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 24. 07. 2014-cü il tarixli, 842 №-li əmri ilə



Yüklə 3,74 Kb.
Pdf görüntüsü
səhifə14/49
tarix23.10.2017
ölçüsü3,74 Kb.
#6411
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   49

1
11. Verilmiş feill ri müqayis  edin. 
İdi, imiş hiss ciyi q bul etmiş feil -
l ri kök v  ş kilçil r  ayırmaqla d ft riniz  köçürün. Seçiminizi
saslandırın.
güldüm – gülürdüm
sevildi – sevirdi
baxılırdı – baxıldı
nail oldular – nail olmuşdular
danışacaqmış – danışılmışdır
s rilmişdi – s r c kdi
çatmışdıq – çatdırıldı
*
12. Verilmiş cüml l rd  altından x tt ç kilmiş feill rin hansının 
idi
his  s ciyi il  işl ndiyini yazın.
1. H y can getdikc  artırdı.  
2. Elektrik müh ndisi ş b k d ki g rginliyi bir q d r d  artırdı. 
3. Güclü tufan gözl nildiyind n sahild  yaşayan  halini  ş h r
köçürdül r. 
4. Elat yaylağa köçürdü.
5.  ox keçm di ki, onu gözd n itirdim.
6. K ndd n uzaqlaşdıqca evl rin işıqları yavaş-yavaş gözd n itirdi.
7. Bülbül o kolluğa çatmaq üçün dayanmadan uçur, uçurdu.
8. Buldozer n rilti-gurultu il  ir lil yib binanın son qalıqlarını da
uçurdu.
Tapşırıqdakı nümun l rd n çıxış ed r k 
idi, imiş hiss cikl rinin feilin
keçmiş zaman ş kilçil rind n f rqli  lam tl rini izah edin. 
İdi, imiş hiss cikl rinin ixtisar formaları olan -dı
4
, -mış
4
feilin
müvafiq zaman ş kilçil rin  (
-dı
4
, -mış
4
) oxşayır. 
N z r  almaq lazımdır ki, zaman ş kilçil ri feilin başlanğıc for -
ma sına artırılır. 
İdi, imiş hiss cikl rinin qısa formaları is  feil ş  -
kill rinin  lam tl rind n sonra işl nir.  
İdi, imiş hiss cikl ri: g l-ir-di-m,   g l-ir-miş- m. 
Feilin zaman ş kilçil ri: 
g l-di-m, g l-miş-dir.
Yadda saxla!    
İDİ, İMİŞ  HİSS CİKL Rİ V   KE MİŞ  ZAMAN Ş KİL İL Rİ
HƏR SÖZÜN BİR TALEYİ VAR
49
Çap üçün deyil


D
DİNİ DEYİMLƏR
Uğurun elmə, biliyə  hə vəsi
böyük idi. Dərslərə ha zırla şan da
təkcə mək təb dərslikləri ilə kifayət ­
lən məz,  əlavə kitab lar oxu yardı.
Ba basının zən gin kitabxa na sında
hər bir möv zuda kitab var idi.Tələt
babanın özü də əsl canlı ensiklo­
pediya idi: haradan de sən, oradan
xə bər verirdi. 
Uğur bu gün yenə çətinə düş ­
müş dü. Müraciət etdiyi mən bə lər ­
də zid diyyətlər var idi. O, ba  ba sının
iş otağına getdi. Gətir diyi iki kitabı
ma sanın üstündə yan­yana qoy du:
– Baba, bax bu kitabda deyilir
ki, Adəm ilə  Həvva buğda yeyib
cənnət dən çıxdılar, burada isə onların alma yediyi göstərilir. Bunlardan
hansı doğrudur?
Baba kitabları alıb həmin hissələri oxudu, sonra onları bir kənara qoyub
sözə başladı:
– Hə, Uğur bala, bu suala cavab vermək üçün gəl əvvəlcə “Quran”a
mü raciət edək. Müqəddəs kitabımızın “Əl­Əraf” surəsində deyilir: “Ey
Adəm, sən zövcәnlә birlikdə Cənnətdə sakin ol. Bəyəndiyinizdən yeyin,
ancaq bu ağaca yaxınlaşmayın!..” Amma ulu babamızla nənəmiz şeytana
uyub Allahın qadağan elədiyi ağacın meyvəsindən daddılar. Onda Rəb ­
bimiz onlara dedi: “Mən sizə o ağacı qadağan etmədimmi və şeytan sizin
açıq­aşkar düşməninizdir, demədimmi?” Görürsən, “Quran”da söhbətin
hansı meyvədən getdiyi açıqlanmır, burada qeyri­müəyyən bir ağac
haqqında danışılır...
– Onda niyə buğda deyirlər? Axı buğda ağacda bitmir. Məncə, alma
daha ağlabatandır. 
– Məntiqi baxımdan düzgün fikirləşirsən. Amma, Uğur, məncə, Adəmlə
Həvvanın hansı nemətdən ye mələrinin heç bir fərqi yoxdur. Ümumiyyətlə,
sən “Buğda yeyib, cənnətdən çıxıb” ifadəsinin mənasını bilirsən?
– Mən biləni, bu, zərbi­məsəldir. Onu məsuliyyət hissini itirən, ani istək ­
lə rini yüksək öhdəliklərdən üstün tutan adamlar haqqında işlədirlər.
– Doğrudur, ağıllı balam. Belə olan halda nə fərqi var, onlar nə yeyiblər:
II 
BÖLMƏ 
50
Çap üçün deyil


buğda, yoxsa alma? Əvvəla, cənnətdə olan nemətləri bu dünyadakılarla
müqayisə etmək özü yanlışdır. Əsas məsələ Adəmlə Həvvanın nəyi deyil,
niyə ye mə ləridir. Problem bəndələrin Allahın qoyduğu qaydanı poz ma ­
sındadır, şey ta na uymasındadır, qadağan edilən yola düşməsindədir.
Uğur babasına etiraz etməyə çalışdı:
– Ancaq, məncə, hər şeydə dəqiqlik olmalıdır. Bəlkə, daha qədim mən ­
bə ləri 
araşdırsaq
, Adəmlə Həvvanın hansı meyvə yediyini aşkar edə bilərik?
Nəvəsinin elmə olan hədsiz həvəsi ilə fərəhlənən Tələt baba onun
başını sığalladı:
– Bax bu sizin nəslinizin öhdəsinə düşür. Elmdə bu cür həllini tapma mış
məsələlər çoxdur. 
İstəyirsənsə
, birini də deyim?
– Əlbəttə, de, mənim üçün çox maraqlıdır.
– Yaxşı, qulaq as. Həmin “Əl­Əraf” surəsinin 40­cı ayəsi belədir: “Ayə ­
lə rimizi yalan hesab edənlərə və onlara təkəbbürlə yanaşanlara göyün
qapıları açılmaz və dəvə iynənin gözündən keçməyənə qədər onlar da
Cənnətə daxil ola bilməzlər!” Oxşar ifadə “İncil”də də var: “Dəvənin iynənin
gözündən keçməsi günahkarın Allahın dərgahına daxil olmasından
asandır”. Yunan dilində  “dəvə” və “yoğun kəndir” sözləri eyni cür səslənir.
Onların ya zılışında isə cəmi bir hərf fərqlənir: “kamelos” – “kamilos”. Buna
əsas lanan bəzi tədqiqatçılar iddia edirlər ki, “İncil”i köçürənlər səhvə yol
verib lər: “kəndir” əvəzinə “dəvə” yazıblar...
– Baba, baba!.. – Uğur özünü saxlaya bilməyib babasının sözünü kəs ­
di. – “Dəvə” və “kəndir” sözləri ərəb dilində də bir­birinə çox oxşayır: “ca ­
mal” və “cumal”. Yazılışlarında isə fərq yoxdur, çünki ərəb dilində saitlər
ya zılmır. Mən dəqiq bilirəm.  Axı məktəbimizdəki ərəb dili kursuna gedirəm.
Artıq ərəbcə oxuya, yaza bilirəm. Müəllim deyir ki, bir il də belə çalışsam,
“Qurani­Kərim”i ərəb cə oxuya bilərəm. 
– İnşallah, – deyə Tələt baba fəxrlə əlini nəvəsinin çiyninə qoydu.
– Baba, sən bilirsən, “inşallah” ərəbcə nə deməkdir? Bu sözün ilkin mə ­
nası “Allah istəyirsə, olar” deməkdir... Hə, bağışla, sözünü kəsdim. Dəvə ­
dən danışırdın.
– Deməli, belə, – deyə baba nitqini yekunlaşdırmağa çalışdı. – Əl bəttə,
iynənin gözündən nə dəvəni, nə də yoğun kəndiri keçirmək müm kündür.
Bu ifadə Allah dərgahına gedən yolun nə qədər çətin olduğundan xəbər
verir. 
– Baba, ifadənin mənasını anladım. Ancaq mən yenə başa  düşmədim:
dəvə, yoxsa kəndir? Axı biz bu mübahisəni həll edə bilmiriksə, deməli, mə ­
sələ açıq qalır.
Babanın, deyəsən, səbri tükənirdi: 
– Yaxşı, sən özün necə fikirləşirsən? Bu ifadədə “dəvə” sözünü işlət ­
mə liyik, yoxsa yoğun kəndir?
H
HƏR SÖZÜN BİR TALEYİ VAR
51
Çap üçün deyil


Yüklə 3,74 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə