Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 24. 07. 2014-cü il tarixli, 842 №-li əmri ilə



Yüklə 3,74 Kb.
Pdf görüntüsü
səhifə10/49
tarix23.10.2017
ölçüsü3,74 Kb.
#6411
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   49

37
H
HƏR SÖZÜN BİR TALEYİ VAR
li tale gözl yirdi. Onların başına d v  d risi keçirir, dö zül -
m z işg nc  ver r k yaddaşını tamam yox el yir miş l r. Bu
işi, ad t n, davada  sir alınmış cavan döyüşçül rin başına
g  tirirmişl r.  vv lc  onların başını ülgücl  t miz qırxır -
mışlar. Başı qırxıb qurtaranacan q ssablar bir d v   k s r -
mişl r. D v nin d risini hiss l r  böl r v  buğlana-buğlana
başı qırxılmış  sirl rin başına 
keçir rmişl r
. D rinin ç kil -
m  yi  il  qırxıq başa yapışmağı bir olurmuş.
Başına d ri geydirilmiş  sirin tükl ri qalın d v  d risini
deş  bilm yib iç riy  doğru uzanarmış  v  onun beynini
z d l yib yaddaşını yox ed rmiş. Bu cür  sirl r keçmişini
unu dar, heç vaxt ağasına qarşı  çıxmazmış. Bel   sirl r
manqurt dey rmişl r.     
( .Aytmatovun “ sr  b rab r gün”  s rind n)
• “Keçir rmişl r” feilinin ş kilçil ri il  bağlı deyil nl rd n hansı
doğrudur?
-ır
4
:
A) İndiki zaman ş kilçisidir.  
B) Feil düz ld n ş kilçidir.
-ar
2

A) Feil düz ld n ş kilçidir.  
B) G l c k zaman ş kilçisidir.
-mış
4
:
A) 
İmiş hiss ciyinin ixtisar formasıdır.  
B) N qli keçmiş za man ş kilçisidir.
-lar
2
:
A) C m ş kilçisidir.   
B) Ş xs  ş kilçisidir.
9. Kontekst  uyğun olaraq feill rin qrammatik formasını b rpa et -
m k l  m tni köçürün. 
BÜLBÜL V  QARATİKAN KOLU
R vay t  gör , bir xan q f sd  bülbül saxla... . Q f sin
yan-yö r  sin d  h r cür gül  kdir... . Ancaq bülbül h tta
bahar f slind  bel  s sini çı xarıb oxumaz... . 
Bir gün xan bülbülü q f sd n burax... . Görür ki, quş
bir qaratikan kolunun üstünd ki yuvaya qon... v  c h-c h
vurub oxumağa başla... . Xan öz-özün  fikirl ş... : ” M n
onu gül-çiç y  q rq el ... . S n dem , bütün bunlar qa ra -
ti kan kolunun yanında heç n  imiş”. 
Çap üçün deyil


O
ONLAR KİMDİR
Dilimizə başqa dillərdən keçmiş bir çox ifadələrdə müxtəlif şəxs ad la rına
rast gəlirik: Axillesin dabanı, Damokl qılıncı, Pirr qələbəsi, Sem dayı, Sizif
əməyi və sairə. Bu şəxslər kimlərdir? Həmin ifadələrin mənasını bil mək üçün
bu sualı araşdırmaq lazım gəlir. Yalnız bu halda onları nitqdə yer li­yerində
işlətmək olar. Bu ifadələr nitqi daha emosional, təsirli, obrazlı edir. 
Təsəvvür edin ki, çox çətin və həllolunmaz bir işlə məşğulsunuz. Hətta
bu işin öhdəsindən gəlsəniz belə, onun nə özünüz, nə də ətrafdakılar üçün
heç bir faydası olmayacaq. Nəhayət, bir adam yaxınlaşıb sizə deyir:
– Burax bu işin başını. Bu ki lap Sizif əməyidir.
Əlbəttə, siz həmin adamın nə demək istədiyini təxmin edə bilərsiniz.
Lakin “Sizif əməyi” ifadəsinin mənşəyini 
bilsəniz
, onun sözlərini daha dəqiq
başa düşər və düzgün nəticə çıxararsınız. 
Bu ifadə yunan mifologiyası ilə bağlıdır. Öz hiyləgərliyi ilə məşhur olan
Sizif baş ilah Zevsin qəzəbinə düçar olur. Zevs onu cəzalandırmaq qə ra ­
rına gəlir. Sizif onun əmri ilə ağır bir daşı diyirlədə­diyirlədə yüksək bir
dağın başına qaldırmalı olur. Lakin dağın başına çatan kimi daş aşağı
diyirlənir və bu iş əbədi təkrarlanır. 
Beləliklə, biri ağır və mənasız bir işlə məşğul olanda bunu  “Sizif əməyi”
adlandırırlar.
***
Dünya tarixinin yaddaşında ən böyük sərkərdə kimi qalmış Makedo ni ­
yalı İsgəndərin adı ilə bir çox məsəllər, deyimlər, ifadələr bağlıdır. Onlardan
biri də “İsgəndərin buynuzu var” məsəlidir. Şərqdə geniş yayılmış bir rə va ­
yətə görə, İsgəndərin buynuzu varmış, buna görə də o, daim ucu şiş də ­
bilqədə  gəzirmiş. Onun buynuzundan yalnız saray bərbərinin xəbəri
var  mış. Sirr bərbərin içini yeyir, amma o, hökmdarın qorxusundan bu nu
heç kimə aça bilmirmiş. Nəhayət, bərbər dözmür, bir su quyusunun ba ­
şına gəlib quyuya tərəf əyilərək: “İsgəndərin buynuzu var”, – deyə pıçıl ­
dayır. Bir müddət keçir, quyuda qamış bitir. Bir çoban qamışdan tütək
düzəldir. Çoban hər dəfə bu tütəkdə çalanda ətrafa “İsgəndərin buynuzu
var” sədası yayılır. Bu səbəbdən birinin cidd­cəhdlə gizlətdiyi sirrə eyhamla
həmin ifadəni işlədirlər. 
İsgəndər şəxsiyyəti ilə bağlı elə ifadələr də var ki, orada bu hökmdarın
adı çəkilmir; məsələn, “Qordi düyünü” kimi. 
Deyilənə görə, Kiçik Asiya şəhərlərindən birinin hökmdarı yerinə varis
qoymadan vəfat edir. Orakul deyir ki, şəhərə ara bada daxil olan ilk şəxs
II 
BÖLMƏ 
38
Çap üçün deyil


hökm dar olacaq. Elə bu vaxt
Qordi adlı bir kəndli öz ara ba ­
sında  şəhər darvaza 
la rından
içəri girir və camaat onu hökm­
dar tax tına otuzdurur. Taleyinə
tə şəkkür əlaməti ola raq Qordi
arabasını möhkəm düyünlə
Zev sin məbədindəki hündür bir
sütuna bağlayır. Kən  dirin ucla ­
rını düyünün için də elə gizlədir
ki, heç kim bu düyünü aça bil ­
mir. Orakul bil dirir ki, kim bu dü ­
yünü açsa, bütün Asiyanın
hakimi olacaq. 
Əsrlər keçir. Bir gün Ma ke ­
do ni yalı İsgəndər artıq Qordium
adlanan həmin şəhərə gəlir və
Zevsin mə bədini ziyarət edir.
Sütuna bağ lanmış arabanı gö ­
r ən sərkərdə yerli adam lardan:
“Bu nədir?” – deyə soruşur.
Yer lilər Qordi düyününün tarix ­
çə sini və orakulun yozmasını
ona danışırlar. Bunu eşidən İs gəndər qılıncını çıxarıb bir zər bə ilə düyünü
kəsib deyir:
– Orakul haqlı idi.
Bundan sonra böyük sərkərdə yürüşlərinə davam edərək, doğrudan
da, bütün Asiyanın hakimi olur.
Başqa bir ifadə – “Pirr qələbəsi” isə İsgəndərin ölümündən sonra yaran ­
mışdır. Böyük fateh vəfat etdikdən sonra onun qüdrətli imperiyası parça ­
lan mağa başlayır. Bundan istifadə edən Roma dövləti bu imperiyanın
ərazilərini ələ keçirməyə çalışır. Bəzi şəhərlər romalılara boyun əyir, bəziləri
isə müdafiə olunmağa çalışır. Mübarizəyə qalxan şəhərlər arasın da ən
böyüyü Tarent idi. Tarent hökmdarı Roma ilə döyüşmək üçün qonşu hökm ­
dardan – Pirrdən kömək istəyir. Səriştəli və təcrübəli sərkərdə olan Pirr
1
1. R vay td n çıxış ed r k “Qordi düyünü” v  “Qordi düyününü
açmaq” ifad l rinin m nalarını izah edin. Bu tarixç d
İsg nd rin xarakterinin hansı c h ti açılır?
HƏR SÖZÜN BİR TALEYİ VAR
39
Çap üçün deyil


Yüklə 3,74 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə