Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 24. 07. 2014-cü il tarixli, 842 №-li əmri ilə



Yüklə 3,74 Kb.
Pdf görüntüsü
səhifə6/49
tarix23.10.2017
ölçüsü3,74 Kb.
#6411
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   49

Qızcığaz xidmətçinin miss Polli olduğunu zənn etmişdi. Yanıldığını
biləndə o, əvvəlcə bir qədər tutuldu, sonra isə halını pozmadan şən bir
tərz də dedi:
– Bilirsiniz, mən hətta sevinirəm ki, Polli xala məni qarşılamağa
gəlməyib. Axı onda mən artıq onun necə oldu ğu nu bilərdim, indi isə mən
hələ onu ta nımıram. Üstəlik, indi mənim sizin kimi dostum var.
Yolboyu Polyanna elə hey danı şır dı:
– Polli xala mənim yeganə xalam dır. Mən heç onu görməmişəm. Atam
mənə onun haqqında danışıb. O de yirdi ki, Polli xala təpənin başında
ucalan gözəl evdə yaşayır. Onun evində hər otaqda xalça var. Divarlarda
da gözəl şəkillər asılıb. Bizim evimizdə nə xalça, nə də şəkil var idi. Mən
həmişə arzu etmişəm ki, otağımda xalça və şəkillər olsun...
*** 
Polyanna otağa daxil olanda miss Polli ayağa qalxıb bacısı qızı ilə
görüşmədi
. Amma, in sa fən, demək lazımdır ki, gözlərini kitabdan ayırdı
və hətta hər barmağı “çox inkişaf etmiş borc hissinin” mücәssәmәsi kimi
görünən əlini Polyan naya uzatdı:
–  Salam, Polyanna. Mən...
Miss Polli bundan başqa bir söz deməyə macal tapmadı, çünki Pol ­
yanna bütün otaqdan güllə kimi keçərək xalasının dizləri üstünə atıldı.
–  Ah, Polli xala! Mən burada, sizinlə yaşayacağıma elə sevinirəm ki!
Axı atamın ölümündən sonra mənim heç kimim qalmayıb, indi isə siz və
Nensi varsınız... 
– Kifayətdir, Polyanna, – deyə miss Polli qızın sözünü kəsdi. – Özünü
təmkinli apar. Gedək, sənə otağını göstərim.
Yolboyu divarlardan asılmış şəkillərə, gözəl mebellərə, yumşaq xa ­
lılara heyranlıqla baxan Polyanna öz otağını xəyalında canlandırmağa
ça lışırdı
. Lakin ikinci mərtəbədən sonra mənzərə dəyişdi. Burada artıq
ma raqlı heç nə yox idi. Üstəlik, çardağın havası da çox ağır idi. 
Polli xala soyuq tərzdə dedi:
– Bu da sənin otağın. İndi Nensini göndərərəm, əşyalarını yer ləş dir ­
məyə kömək edər. 
Xalası gedəndən sonra diqqətlə otağının çılpaq divarlarına, dö şə ­
məsinə baxan Polyanna dizi üstə yerə çöküb əlləri ilə üzünü örtdü. 
2
2. Doğrudanmı, Polyanna xalasının onu qarşılamağa g lm  -
diyin  şad idi? Bu epizoddan çıxış ed r k Polyannanın xarak-
teri haqqında fikir yürüdün.

BÖLMƏ
24
Çap üçün deyil


*** 
Polyannanın otağına daxil olan Nensi qızcığazı kədərli görüb dedi:
–  Ah, mənim zavallı quzum, qəm yemə. Gəl sənin paltarlarını yer bə ­
yer edək.
Polyanna astadan:
–  Mənim əşyalarım çox azdır, – dedi.
–  Onda biz işimizi də tezliklə qurtararıq.
Qızın üzünü birdən təbəssüm bürüdü:
 Doğrudan da, yır­yığışa çox vaxt sərf etməli olmayacağıq. Deməli,
mən belə az əşyam olduğu üçün sevinə bilərəm. 
Bu sözləri eşidən Nensi yerində donub­qaldı. Polyanna isə artıq
tamamilə sakitləşmişdi.
– İndi mən görürəm, bu, çox gözəl otaqdır. Güzgünün olmaması mə ­
ni hətta sevindirir. Hər an üzümdəki çillərə baxıb qanımı qa ralt ma ya ca ­
 ğam. Pəncərədən də gör necə mənzərə açılır! Heç bir şəklə də eh tiyac
yoxdur. Xalamın mənə bu otağı verməsinə çox sevinirəm! 
Bu sözlərdən sonra Nensi daha özünü saxlaya bilməyib hönkürdü.
Polyannanı qucaqlayıb başını sinəsinə sıxdı:
– Polyanna... Sən göylərdən enmiş  bir mələksən... Sən hər şeyə
sevinə bilirsən...
– Oyunun qaydası belədir.
– Oyunun?
– Hə də. Bu belə oyundur, həmişə sevinmək oyunu. Bu oyunu mən
balaca olanda atam öyrətmişdi. Bir bayram axşamı şəhərimizdəki xey ­
riyyə cəmiyyəti ailələrə hədiyyələr göndərmişdi. Çox istəyirdim ki, mənim
payıma gəlincik düşsün. Amma bizə dava­dərmanla dolu qutu gön ­
dərmişdilər. Mən ağlayanda atam mənə dedi ki, əslində, sevin mə liyəm.
Hə, hə, sevinməliyəm ki, bu dava­dərman mənə lazım deyil. Və bun dan
sonra mənə həmişə sevinmək oyununu öyrətdi. Oyunun qay da  sı belədir
ki, ən kədərli anlarda da sevinməli bir məqam tapasan. Atam... – Pol ­
yannanın səsi titrədi. – Atam bu oyunu çox xoşlayırdı. İndi atam yox dur,
4
4. Nensi il  Polyannanın bu dialoqundan sonra balaca qızın
xarakteri haqqında fikirl riniz  n   lav  olundu?
3. Mü llifin miss Polliy  münasib tini  ks etdir n m qamları
göst  rin. 
FƏRD VƏ CƏMİYYƏT
25
Çap üçün deyil


tək oynamaq isə elə də asan deyil. Bəlkə, Polli xala mənimlə oynamağa
razı olar?
Bilirsən nə var, yaxşısı budur, mənimlə oynayasan. Yaxşı oyna ya ­
ca ğıma əmin deyiləm, amma mən çalışaram, mütləq çalışaram.
– Ah, Nensi! – deyə Polyanna Nensini qucaqladı. – Mən əminəm,
sizdə çox yaxşı alınacaq!
Bir qədər sonra çardaqdakı balaca otaqda tənha qalmış  qızcığaz
üzünü balışa sıxaraq acı göz yaşları tökürdü:
– Ah, atacan, mən indi bizim oyunumuzu oynaya bilmirəm. Mənə elə
gəlir ki, qaranlıq, qorxulu otaqda yatanda nəyə sevinmək mümkün ol du ­
ğunu heç sən də bilməzdin. Ah, əgər mən, heç olmasa, bir azca Nen si ­
yə, ya da Polli xalaya yaxın olsaydım! Onda mən, bəlkə də, se vi nər dim...
Nensi həmin vaxt mətbəxtdə qabları yuyur, öz­özünə danışırdı:
– Hm... hər şeyə sevinmək... Əgər mən bu qəribə oyunu oynamalı
olsam, onu öz bildiyim kimi oynayacağam. Mən çalışacağam ki, zavallı
qızcığaza dayaq olum. Mən buna çalışacağam, çox çalışacağam...
Eleanor Porterin eyniadlı әsәri әsasında işlәnmişdir.
Düşün və cavab ver
6
6. Hekay d ki hansı m qamlar Polyannanın kasıb ail d  böyüdüyün -
d n x b r verir?
7. Sizc , Polyannanın sonrakı taleyi nec  olacaq?
8. Qruplarla iş. H r qrup mü yy n xoşag lm z situasiyalar fikirl şir,
dig r qrup lar bu situa siyalarda sevinm li m qamları tapmağa çalışır.
Yazı
9. Sxem   sas n, Polyannanın xa -
lasıgil   g lişi il  bağlı gön d  -
rilmiş teleqramın m tnini t r    tib
edin.
5. Nensi n  üçün Polyannaya “H miş  sevinm k oyunu”nu xalası
il  deyil, onunla oynamasını t klif etdi?

BÖLMƏ
26
TELEQRAM
Hara__________________ 
Kimə _________________
Məzmun ______________
Haradan ______________
Kimdən _______________
Çap üçün deyil


Yüklə 3,74 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə