Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 24. 07. 2014-cü il tarixli, 842 №-li əmri ilə



Yüklə 3,74 Kb.
Pdf görüntüsü
səhifə7/49
tarix23.10.2017
ölçüsü3,74 Kb.
#6411
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   49

Dil qaydaları
1
10. M tnd  göy r ngl  verilmiş sözl rin t rkibini mü yy n edin.
Hansı feill r h r k tin icrasında iki subyektin iştirakını  t l b
edir?
11. H r k tin qarşılıqlı v  ya birg  icra edildiyin  gör  feill ri qrup -
laş dı rın.
1. H y td  uşaqlar qaçışırdılar.
2. Ağcaqanadlar başımızın üstünd  vızıldaşırdılar.
3. Onlar dost kimi görüşdül r.
4. T r fl r s h r  kimi atışdılar.
5. Meydandakılar evl rin  dağılışdılar.
6. Qoşunlar s h r  kimi döyüşdül r.
12. Yaz, de, anla, gül feill rin  -ış
4
(-ş) ş kilçil rini artırmaqla cüml d
işl dib yazın. H r k tin qarşılıqlı, yoxsa birg  ş kild  icra olun du -
ğu nu  göst rin.
13. Verilmiş sözl ri h m isim, h m d  feil kimi cüml d  işl dib yazın.
görüş, qaçış, döyüş, gülüş
*
14. Debat. 
I qrup:
g zişm k, qızışmaq qarşılıq-birg lik növ feill rdir.
II qrup:
g zişm k, qızışmaq m lum növ feill rdir.
15. Dördünd n biri qrammatik m na növü baxımından f rqlidir:
A) atış(maq) B) civild ş(m k) C) soruş(maq) D) ağlaş(maq) 
A) barış(maq) B) yazış(maq) C) yapış(maq) D) alış(maq) 
A) m l ş(m k) B) quruldaş(maq)  C) gül ş(m k)  D) salamlaş(maq)
A) qarış(maq) B) axış(maq) C) döyüş(m k) D) atış(maq) 
Qarşılıq-birg lik növ, feill r  
-ış
4
(-ş) ş kilçisi artırmaqla düz lir.
Bu növ feill rd   h r k t iki v  ya daha çox subyekt t r find n
qarşılıqlı ş kild  v  ya birg  icra edilir. 
Uşaqlar gülüşdül r. (birg  h r k t)
Dostlar çoxdan yazışırlar. (qarşılıqlı h r k t) 
Yadda saxla!      
QARŞILIQ-BİRG LİK NÖV
FƏRD VƏ CƏMİYYƏT
27
Çap üçün deyil


II 
BÖLMƏ
28
QAYIQDA DÖRD
NƏFƏR 
Göyərtəni işıqlandıran zəif lam 
­
panın kə dərli işığında dörd nəfər idilər:
sarısa çlı qadın, çiy ət qoxu yan qəs ­
sab, daz professor, bir də tənbəki çə ­
kən gənc. Dördü də sonuncu gə miyə
ge cik miş, qa yı ğa min miş di. 
Gecə ulduzsuz, dəniz aza cıq dal ­
ğa lı idi. Qayığa çırpılan kiçik dalğalar
arabir gö yərtəni isla dır dı. 
Sarışın qadın skamyada əyləşib
dənizə baxırdı. Gənc oğlan gözaltı
onu süzürdü. Professorun fikri tram­
vayda oxuduğu məqalədə qalmışdı.
Qəssab isə bu gün alverdən əldə etdiyi gəliri hesablayırdı.
Qadın, deyəsən, üşümüşdü. O qalxıb kayuta doğru getdi. Am ma içəri
girəndə başı  fırlandı.  İçəridən benzin və  qızmış  dəmir qo xusu gəlirdi.
Qadın dərhal pəncərəni açıb qarşısında oturdu. 
Uzaqda iki zenit projektoru sanki göy üzündə nə isə axtarırdı. Projek­
torlardan birinin işığı qaranlıq səmada sağdan sola, o birininki soldan sağa
sürətlə hərəkət edir, bəzən ortada birləşirdi. Bu zaman gecənin zülmətini
yaran gur işıq zövq oxşayırdı. 
Sarışın qadın bu mənzərəyə baxarkən bir az aralıda dənizə işıldaböcək
kimi bir şey uçdu. Sonra onların sayı çoxalmağa başladı. Qadın bir­birini
qovan bu əcaib böcəklərin qapqara dənizə enmələrinə dalğın şəkildə ta ­
ma şa etdi. 
Birdən qızmış  dəmir qoxusu daha da kəskinləşdi. 
Qadın nə baş
verdiyini bilmək üçün ətrafa göz gəzdirdi. 
Kapitan kayutunun qapısından
bayıra tüstü sızırdı. Qadın çaşmış halda qapının dəstəyindən yapışıb açdı
və bu zaman tüstünün içində kapitanla köməkçisini yerə çömbəlmiş halda,
qan­tər içində gördü. Az qaldı özündən getsin. Sonra: “Yanırıq... Kömək
edin!” – deyib özünü kənara atdı.
1. Oxuduğunuz hiss d  t hkiy  v  t svir verilmiş abzasları f rq -
l ndirin.
Çap üçün deyil


Qadının fəryadı bir andaca göyərtədəkiləri bir­birinə vurdu. Kapitan ka ­
yutunun açıq qapısından sızan acı tüstü vahiməli şəkildə burularaq gö yər ­
təni ağuşuna alırdı. Qəssab çaşmış halda bayaqdan üstündə oturduğu
döşəkçəni qu  caqlamış, professor isə qayıqdakı yeganə xilasedici həlqəni
boynuna keçirmişdi. 
Sarışın qadın həyəcandan tənbəkisini əlindən salan gənc oğlana doğru
qaçdı:
– Xilas edin məni... Məni xilas edin, üzməyi bacarmıram! – deyə
yalvardı.
Gənc titrək bir səslə: “Mən də bacarmıram”, – dedi. Amma yalan
danışırdı. Az da olsa, üzməyi bacarırdı. Hər halda, yarım saat suyun
üzündə qala bilirdi... Amma tək özü... 
Qadın ondan ümidini kəsib qəssabdan kömək istədi. Qəssab isə əl lə ­
ri ni qaldırıb: “
Bu təhlükəli vəziyyətdən qurtulsam, üç qurban kəsdirə ­
cəyəm
”, – deyə Allahdan kömək istəyirdi. 
Professorun vəziyyəti lap xarab idi. Hələ səhər dərsdə Sokratın həyata
önəm vermədiyini bildirir, əsl filosof üçün bunun heç də çətin ol ma dı ğını,
özünün də Sokrat kimi ölümü təbəssümlə qarşılaya biləcəyini söy lə yir di.
Təəccüblüsü də budur ki, bütün bunlara tələbələri kimi özünü də inan ­
dırmışdı.
Qadın indi də qaba su dolduran köməkçini qucaqlayaraq yalva rır dı:
“Siz Allah, məni buraxmayın, nə olursa olsun, tək qoymayın”. Köməkçi onu
sakitləşdirməyə çalışdı. 
Elə bu zaman kapitanın səsi eşidildi:
– Tərpənməyin, nə edirsiniz?! Qayığı batıracaqsınız!
Hiddətli olmasına baxmayaraq, səsində insana inam verən bir şey var ­
dı. Yoxsa... Yoxsa yanğını söndürmüşdü? Bəli, əlbəttə, söndürmüşdü. Sön ­
dürməsəydi, qışqırmağa vaxt tapardı? 
– Necə mərdimazarlara rast gəldik e! 
Nə qədər təhqiramiz səslənsə də, indi kapitanın sözləri sərnişinlər üçün
xoş avaz kimi səsləndi. 
Professor yaxasını düzəldib bir­iki dəfə öskürdü
. O da istədi: “Bu nə
çaşqınlıqdır? Bir sakitləşin, bəylər”, – deyə hamını təmkinli olmağa çağırsın.
Ancaq yaxşı ki, demədi. Çünki xilasedici həlqə hələ də boynunda idi.
Bir az sonra hər şey öz qaydasına düşmüşdü. Külək boğucu tüstü ilə
bərabər, ölüm qorxusunu da göyərtənin üstündən sovurub aparmışdı. Kö ­
məkçi qolu ilə tərini silirdi. Bu həngamədə çox yorulmuşdu. 
Göyərtəni işıqlandıran lampanın kədərli işığında yenə dörd nəfər idilər.
Yenə öz dünyasına qapanmış dörd adam. 
2
2. Sizc , bundan sonra hekay  q hr manları özl rini nec  apara-
caqlar?
FƏRD VƏ CƏMİYYƏT
29
Çap üçün deyil


Yüklə 3,74 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə