Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 24. 07. 2014-cü il tarixli, 842 №-li əmri ilə



Yüklə 3,74 Kb.
Pdf görüntüsü
səhifə16/49
tarix23.10.2017
ölçüsü3,74 Kb.
#6411
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   49

57
A
ANA TƏBİƏT
– Hə, o, bankadadır, ayrıca.
Sərnişinlərin üzləri ciddiləşdi. Təkcə eynəkli sərnişinin yanında oturan
cavan leytenant hələ də gülümsəyərək:
– Bəlkə, bu heç gürzə deyil? O da koramaldır.
Borya incidi:
– Deyirsiniz, mən koramalı gürzədən seçə bilmirəm?
O, çantanı skamyanın altından çıxartdı. Eynəkli sərnişin dedi:
– Qırx il ömür sürmüşəm, amma gürzəni koramaldan ayıra bilmərəm.
– Amma məktəbinizdə terrarium ol saydı, ayıra bilərdiniz, – deyə qoca
ona cavab verdi.
– Koramalın başında balaca sarı ləkələr olur, – deyə Borya bankanı
çantadan çıxara­çıxara dedi. – Gürzədə isə belə  ləkələr... – o, birdən
susdu, sifəti çox ciddi  ifadə aldı, əyilib skamyanın altına baxdı, sonra
diqqətlə ətrafına göz gəzdirdi.
– Nə olub, yoxdur? – deyə kimsə soruşdu.
– Burada idi... Əsgi açılıb. Mən onu çox bərk bağlamışdım, o isə...
görürsünüz? – Borya boş bankanı sərnişinlərə göstərdi.
– Belə də iş olar?! – deyə eynəkli sərnişin mızıldandı. – Belə çıxır ki, o,
indi haradasa buralarda sürünür.
Vaqonda səslər eşidildi.
– Maşa xala! Orada ehtiyatlı olun. Skamyaların altında gürzə sürünür.
– Necə yəni gürzə?..
Səs­küyə qaçıb gəlmiş bələdçi qız Boryanın üstünə qışqırdı:
– İndi gir skamyanın altına, ilanını tut! Nə baxırsan?! Mən sənin yerinə
ora girəcəyəm? Gir, sənə deyirəm!
Borya skamyanın altına 
girəndə
bələdçi qız onun çəkməsindən yapışıb
əvvəlkindən də bərk qışqırdı:
– Sən nə edirsən? Dəli olubsan?.. Çıx! Çıx, deyirəm sənə!
– Bəsdir, dostum, dəlilik eləmə,– deyə leytenant başabəla ovçunu
skamyanın altından çıxartdı.
Bələdçi qız qatarın böyüyünə xəbər verməyə getdi. Leytenant, iki tələbə
və daha bir neçə nəfər gürzəni axtarır, qalanları zəhərli ilanlar haqqında
söhbət edirdilər.
Qəflətən sərnişinlərdən biri qışqırdı:
– Tapdım! Buradadır!
3. Vaqonda yaranmış t laşlı hay-küyü t svir etm k üçün dialoqu
davam etdirin. 
2. Borya olan kupeni v  oradakı s rnişinl ri t s vvür edin.  M tn
ç kilmiş illüstrasiyada r ssamın s hvl rini mü yy nl şdirin.
Çap üçün deyil


Elə bil vaqonun özü də rahatlıqla nəfəs aldı və təkərlər daha şən taqqıl ­
da mağa başladı.
Söz ehtiyatı
4. Altından x tt ç kilmiş cüml d   m cazi m nalı söz v  ifad l ri
mü yy n edin.
Düşün və cavab ver
5. Boryaya v  onun “yük”ün  münasib tl rin  gör  s rnişinl ri xa -
rakteriz  edin. 
6. Müzakir . Sizc , gürz ni tapdıqdan sonra s rnişinl r n  etm lidirl r?
7. Rollu oyun. Hekay nin davamını ucadan oxuyun. S s tonu, temp
v  fasil ni gözl m kl  obrazların nitqini onların xarakterin   uy -
ğun s sl ndirin.
***
Nəhayət, qatarın böyüyü və əlində maşa tutmuş bələdçi qız gəlib çıx ­
dılar. Deyəsən, onların fikri gürzəni öldürmək idi. Vaqona sükut çökdü. Ha ­
mı məsələnin nə ilə qurtaracağını gözləyirdi. 
Leytenant gözü yaşarmış Boryaya baxıb ucadan dilləndi:
– Deyəsən, axı, doğrudan da, yaxşı çıxmır. 
Öldürmək
, mənim fikrimcə,
düzgün deyil. Yoldaşlar, bəlkə, öldürməyək, hə? 
– Bəs, sizcə, nə etmək lazımdır?– deyə eynəkli sərnişin soruşdu.
Leytenant dedi:
– Əfv edək gürzəni. Oğlan onu əyləncə üçün aparmır axı. Bir ona baxın,
görün nə qədər işləyib, zəhmət çəkib!
Çaşıb­qalan sərnişinlər susurdular. Qatarın böyüyü  leytenanta baxdı:
– Vətəndaş, sərnişinlərə bir şey olsa, bizi məsuliyyətə cəlb edə bilərlər!
– Gürzəni öldürsəniz, başqa şeyə görə cəlb edərlər.
– Nəyə görə?
– Necə yəni nəyə görə? Məktəb ləvazimatını korladığınıza görə!
Hamı güldü, sonra mübahisə etməyə başladılar:
– Məktəbdə onsuz da gürzəni saxlamazlar. 
– Saxlayarlar, amma biologiya müəlliminin nəzarəti altında. 
– Elədir, ancaq gürzəni Boryaya vermək təhlükəlidir.
– Birdən o, yenə gürzəni tramvayda, ya metroda əldən buraxar!
– Buraxmaram! And içirəm, buraxmaram! – Borya ümid yeri olduğunu
görüb həyəcanla qışqırdı.
III 
BÖLMƏ
58
Çap üçün deyil


59
A
ANA TƏBİƏT
– Bəs birdən ilan onu çalsa, necə?!
– Çalmaz! Mən ehtiyatlı olaram.
Borya bu sözləri elə ürəklə dedi və sərnişinlərə elə baxdı ki, yaşlı bir
qadının ürəyi yumşaldı: 
Bir də buraxmaz, əmisi, indi bilir daha...  Həm də başa düşmək la ­
zım dır axı: başqa uşaqlar tətil vaxtı oynayırlar, əylənirlər, o isə bütün yayı
bu heyvanlarla əlləşib.
– Düzdür, başqasının əməyinə hörmətlə yanaşmaq lazımdır, – deyə
panamalı qoca da razılaşdı. 
Eynəkli sərnişin başını qaldırdı:
– Siz burada filosofluq edirsiniz... Bəs uşağı ilanla birgə evinəcən kim
ötürəcək?
Leytenant: 
– Mən ötürərəm, – dedi.
Qatarın böyüyü qaşqabaqla sərnişinləri süzdü və bələdçi qıza tərəf
döndü:
– Yaxşı, xəkəndazı gətir. Onu ilanın altına salıb maşa ilə sıxarıq! 
On dəqiqə sonra gürzə yenə bankada, ağzı bu dəfə çox etibarlı bağ ­
lan mış banka isə leytenantın dizləri üstündə idi.  Sevincindən işıq saçan
Bor ya leytenantın yanında sakitcə oturmuşdu.
Düz Moskvayacan sərnişinlər öz məktəb illərindən xatirələr danışdılar.
Vaqonda hamı çox şən idi.
Yuri Sotnik
Düşün və cavab ver
8. s rd ki obrazlardan hansı daha çox xoşunuza g ldi? Seçiminizi
saslandırın. 
9. Sizc , n  üçün bütün s rnişinl r son n tic d  Boryanı d st k l  di l r?
10. Hekay nin hansı hiss l ri sizd  t b ssüm doğurdu?
11. M kt bl rd  canlı guş nin olmasına nec  münasib t b sl yirsiniz?
Burada hansı heyvan v  quşların saxlanmasını ist rdiniz? Sizc ,
bu, şagirdl r  n  ver r?
Dil qaydaları
12. M tnd  göy r ngl  verilmiş feill r cüml  daxilind  hansı suallara
cavab verir? Bu feill ri ş xs  v  k miyy t  gör  d yişm k müm -
kün dürmü?
Çap üçün deyil


Yüklə 3,74 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə