Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 24. 07. 2014-cü il tarixli, 842 №-li əmri ilə



Yüklə 3,74 Kb.
Pdf görüntüsü
səhifə33/49
tarix23.10.2017
ölçüsü3,74 Kb.
#6411
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   49

D
DÜNYA 
20 YANVARDAN
NECƏ XƏBƏR
TUTDU
Yayım apardığı 64 il ərzində Azər bay ­
can radiosu ilk dəfə idi ki, efirə vaxtından
yarım saat əvvəl, özü də himnsiz, diktor
elanı, “Da nışır Bakı” sədaları olmadan
çı xırdı. Əvvəlcə bir uğultu gəldi, efiri xı ­
şı ltı bürüdü, qırıq­qırıq səslər eşidildi.
Sonra kimsə kal səslə mikrofona mə lu ­
mat oxu mağa başladı. 
Yad səslə oxunan məlumat 20 Yan­
var gecəsində Bakıda baş vermiş qanlı ha disələrin mahiyyətini yalanlarla
ört­basdır edir, sovet ordusunun törətdiyi vəhşiliklərə bəraət qa zan dırmağa
çalışırdı. İnsanların sovet imperiyasına nifrətini daha da coş duran bu səs
Bakıda fövqәladә vәziyyәt elan olun duğunu bildirirdi. “Diktor” hərbi komen­
dant Dubinyakın  əmrlərini oxuyur, əhalini evlərdə oturub küçələrə
çıxmamağa çağırırdı.
Bir neçə saat əvvəl Azərbaycan televiziyasının enerji bloku partladıl ­
mış, televiziya susdurulmuşdu. Bakı qırğınını planlaşdıran hərbçilər yalnız
radio ilə istədikləri məlumatları yayırdılar.
20 Yanvarın acı səhəri bəd xəbərlər püskürürdü: 131 nəfər öldürülmüş,
742 nəfər yaralanmış, onlarca adam itkin düşmüşdü. İşğal olunmuş şəhər
yas içində idi, şaxtalı, sazaqlı, tutqun havadan sanki ağır bir kədər yağırdı.
İnsanlar nə axtardıqlarını özləri də bilmədən, məyus halda qan tökülmüş
küçə  və meydanları  gəzib­dolaşırdılar. Hamı hüznlü və eyni zamanda
qəzəbli idi. Nəq liyyat işləmirdi. Yalnız ağır tanklar mərkəzi küçələrdə öz
bədheybət tırtılları ilə yolları oyaraq sağa­sola cövlan edirdi.
Səhər tezdən radioya işə gələn əməkdaşlar avtomatla qarşılandılar.
Bütün studiyaların qarşısında üz­gözlərindən zəhrimar yağan rus əsgərləri
keşik çəkirdilər. Artıq radionun diktor otağı da zəbt olunmuş və burada hər ­
bi senzor fəaliyyətə başlamışdı. Senzor bəyan etmişdi ki, hələlik diktorlara
ehtiyac olmayacaq, materialları efirə özləri oxuyacaqlar. Hərbçilər ara sında
Azərbaycan dilində danı şanlar – sapı özümüzdәn olan baltalar da var idi.
Xüsusi canfəşanlıq göstərən bir praporşik də belələrindən idi. Səhər tez ­
115
DƏYƏRLƏRİMİZ
Çap üçün deyil


dən hərbi ko mendantın ilk “rəsmi” məlumatlarını höc cələyə­höccələyə efi ­
rə oxuyan da, 
yəqin
, həmin şəxs idi.
***
Həmin günlər efirdə yalnız kədərli musiqilər səslənir və hərbi ko men ­
dantın məlumatları oxunurdu. Lakin qəflətən radio dalğalarında 
sanki
il dı ­
rımlar oynadı, gurultulu bir şimşək çaxdı. O vaxt Azərbaycan Ali Sovetinin
sədri olan Elmira Qafarovanın kəskin bəyanatı gözlənilmədən efirdə səs ­
ləndi. Moskvanın ünvanına kəskin ittiham kimi səslənən həmin bəyanat
bu üsyankar cümlələrlə bitirdi: “Tökülən günahsız qanlar üçün bütün
məsuliyyət bu qərarı qəbul etmiş və bilavasitə onun icrasını təmin et miş
SSRİ orqanlarının və onların vəzifəli şəxslərinin üzərinə düşür. Azərbaycan
xalqı oğul və qızlarının bu cür faciəli surətdə həlak olmasını heç kəsə
bağışlamayacaq...”
Bu bəyanat heç kimlə razılaşdırılmamışdı. Sadəcə, yanvarın 20­də gü ­
nün ikinci yarısında E.Qafarova köməkçisinin müşayiəti ilə studiyaya
gəlmiş və radio işçilərinin fədakarlığı sayəsində öz bəyanatını Azərbaycan
və rus dillərində birbaşa efirdə oxumuşdu. Əməkdaşlar həmin bəyanatı
lentə yazmış və gün ərzində bir neçə dəfə səsləndirməyə nail olmuşdular.
Əl bəttə, olduqca sərt hərbi senzura şəraitində bu bəyanatı efirə vermək
sadə iş deyildi. Ertəsi gün radio işçiləri həmin bəyanatı gizlincə Türkiyəyə,
İrana və ərəb ölkələrinə yaydılar. 
Bu “özbaşınalıq”dan xəbər tutan hərbi senzor yanvarın 24­də xarici
verilişlərin yayımını tamamilə dayandırdı. Amma artıq gec idi. Bəyanat
“Azadlıq” radiostansiyası ilə  də  səsləndirilmiş  və  bəzi qəzetlərdə çap
olunmuşdu. Ümumiyyətlə, həmin günlərdə Almaniyadan efirə  çıxan
“Azadlıq” radiosu 20 Yanvar faciəsini geniş işıq landırır, Azərbaycan xal qı ­
nın üzləşdiyi faciə barədə dünyaya məlu matlar yayırdı. 
Faciənin ertəsi günü Moskvadakı Azərbaycan nümayəndəliyində sərt
çı xış edərək SSRİ  rəhbərliyini tənqid atəşinə tutan görkəmli siyasətçi
Heydər Əliyevin bəyanatı radio ilə dünyaya yayıldı.
Qulu Mәhәrrәmli
Söz ehtiyatı
1
1. Kontekstd n çıxış ed r k “fövq lad   v ziyy t”, “enerji bloku”
birl şm l rinin v  “senzura”, “praporşik” sözl rinin m nalarını izah
edin.
2. “Sapı özümüzd n olan baltalar” ifad sini nec  başa düşürsünüz?
Sizc , bu ifad d   “sap” sözü hansı m nada işl nir? İfad nin m  -
nasını t xmin edin.
116

BÖLMƏ 
Çap üçün deyil


Düşün və cavab ver
3
3. Sillogizm qurmaqla Az rbaycan radiosunun ilk d f  efir  çıxdığı
tarixi mü yy n edin.
4. 1990-cı il yanvarın 20-d n sonra elan edilmiş fövq lad  v ziyy t
haqqında m lumat toplayıb t qdimat hazırlayın.
Yazı
5. Teleqraf v  internet vasit sil  20 Yanvar hadis l ri v  Xocalı
faci si haqqında dünya ictimaiyy tini m lumatlandırmaq üçün
m tnl r hazırlayın.
Dil qaydaları
6. M tnd  göy r ngl  verilmiş modal sözl rd  vergülün işl nm si il
bağlı f rqi ş rh edin. 
7. Cüml l rd  modal sözl ri mü yy n edin v  buraxılmış vergül işar  -
si ni qoymaqla d ft riniz  köçürün.
1. M n vi saflıq doğrudan  n böyük s rv tdir.
2. Ülk r dey s n bizim g lişimizi gözl mirdi.
3. T ssüf dolu baxışları il  sanki üzrxahlıq edirdi.
4. El  bil başına bir qazan qaynar su tökdül r.
5. Guya Nadir g ls , h r şey düz l c k.
6. M ni unutmamısan görünür.
7. S n d  b lk  bizim d st y  qoşulasan?
8. Verilmiş nümun l rin hansında “sözsüz” modal söz kimi işl nib?
Fik ri nizi  saslandırın. 
A.  Qaytarsan o sözl ri, sözsüz bir lal olarsan
Qaytarsan o yerişi, yerind c  qalarsan. 
( .K rim)
B. Mü llim tapşırıbsa, sözsüz, yerin  yetirm liyik. 
Modal sözl r cüml d  vergüll  ayrılır. 
Sanki, el  bil (ki), guya
modal sözl ri istisnadır. 
vv la, bunları s n  demişdim. 
Biz, dey s n, m s l d n çox uzaqlaşdıq.
Ramin bu işl ri yarımçıq buraxacaq, t ssüf ki.
Guya onu tanımırsan.
Yadda saxla!     
MODAL SÖZL RD  DURĞU İŞAR L RİNİN İŞL NM Sİ 
117
DƏYƏRLƏRİMİZ
Çap üçün deyil


Yüklə 3,74 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə