18
edilən faydalı səmərənin qiyməti barədə fikir yürütmək
olur;
2)
etibarlılıq – məhsulun öz istehlak xüsusiyyətləri-
ni qoruyub saxlamaq qabiliyyətini xarakterizə edən göstə-
ricidir. Aşağıdakı etibarlılıq göstəriciləri mövcuddur:
-
sazlıq (arasıkəsilməzlik, dayanmazlıq, müntəzəm-
lik);
-
uzunömürlük (davamlılıq);
-
təmirəyararlılıq;
3)
erqonomiklik – məhsulu əmək əməliyyatlarının
icrası, yaxud tələbat zamanı insan orqanizminin xüsusiy-
yətlərinə müvafiqliyi (insanın istehsalat və məişət proses-
lərində
təzahür edən gigiyenik, antropometrik, fizioloji xü-
susiyyətləri) baxımından
xarakterizə edən göstərici;
4)
estetiklik – informasiya təsirliliyini (formanın sə-
mərəliliyini, kompozisiyasının bütövlüyünü, məhsulun is-
tehsalatda icrasının mükəmməlliyini və əmtəə görkəminin
sabitliyini) xarakterizə edən parametrdir, məhsulun zahi-
rən qavranılmasını modelləşdirir və onun elə zahiri key-
fiyyətlərini əks etdirir ki, bunlar istehlakçı üçün daha va-
cib rola malik olur. Həmin göstərici konkret məhsul nö-
vündən ötrü əhəmiyyətlilik baxımından sıralanır;
5)
texnolojilik – məhsulun işlənib hazırlanması və
buraxılışı zamanı istifadə olunan texnoloji üsulların mütə-
rəqqiliyini xarakterizə edən göstərici. Həmin qrup aşağı-
dakı göstəricilərdən ibarətdir:
-
istehsalatda texnolojilik;
-
tətbiq zamanı texnolojilik
6)
ehtiyat tələbatı;
7)
təhlükəsizlik – məhsulun istehlakı, yaxud istifa-
dəsi zamanı həyat fəaliyyətini
təmin edən göstərici;
19
8)
ekolojilik – məhsulun istehsalı zamanı ətraf mühi-
tə zərərli təsirin səviyyəsini
xarakterizə edən göstərici;
9)
təsnifat göstəricisi - məhsulun müəyyən sinfə
mənsubluğunu xarakterizə edən göstərici.
Bu haqda növbəti fəsildə ətraflı məlumat verəcəyik.
Azərbaycanda iqtisadi islahatlar inkişaf etdikcə key-
fiyyətə daha çox diqqət verilir. Hazırda Azərbaycan müəs-
sisələrində ən ciddi problem rəqabət qabiliyyətli məhsulun
istehsalının təmin edilməsinə imkan verən keyfiyyət siste-
minin yaradılmasından ibarətdir. Keyfiyyət sistemi anla-
yışı altında keyfiyyətə ümumi rəhbərliyin (keyfiyyət inzi-
bati idarəetmənin) həyata keçirilməsindən ötrü zəruri he-
sab edilən təşkilat strukturu, metodikalar, proseslər və
ehtiyatların məcmuu anlaşılır.
İstehsalçının keyfiyyət sisteminin və həmin sistemə
nüfuzlu sertifikatlaşdırma orqanı tərəfindən verilmiş serti-
fikatın mövcudluğunu vacib şərt hesab edən əcnəbi sifariş-
çilərlə danışıqların aparılması zamanı keyfiyyət sisteminin
olması mühüm əhəmiyyətə malikdir. Keyfiyyət sistemi
müəssisəsinin xüsusiyyətlərini nəzərə almalı, məhsulun iş-
lənib hazırlanmasına və onun tətbiqinə edilən xərclərin
minimuma endirilməsini təmin etməlidir. Həm bizim ölkə-
də, həm də xarici ölkələrdə keyfiyyəti idarəetməyə sistem-
li yanaşmanın formalaşdırılması mərhələlərini bilmədən
səmərəli keyfiyyət sistemi yaradılması mümkün deyildir.
1.5. Keyfiyyətin idarə edilməsi sistemlərinin
inkişaf tarixi