Dərslik baki-2017 s giriş. Мящсулдар лайларын чирклянмясинин гаршысынын алынмасы 4



Yüklə 9,87 Mb.
səhifə20/36
tarix21.04.2022
ölçüsü9,87 Mb.
#85785
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   36
tamamlama mühazrə

Karpatol–qazıma məhlulunun yağlama qabiliyyətini artırır, qazıma alətinin qaldırıb endirilməsi zamanı kəmərin dartılmalarla gəlməsini və endirmə zamanı oturma hallarını aradan qadırır. Turbin qazıyıcısının və qazıma nasoslarının təmirarası müddətini də artırır.

Dodilube–qazıma alətinin tutulma ehtimalını azaldır, ətraf mühiti çirkləndirmir və qazıma məhlulunun filtrasiyasını azaldır.
Ağırlaşdırıcılar və onlardan istifadə
Neft və qaz quyularının qazılması prosesində ləğv edilməsi çətin, mürəkkəb, çoxlu vəsait və insan əməyi tələb edən mürəkkəbləşmələrdən biri də qaz, neft və su təzahürləri, quyu divarının uçulması və ovulub tökülməsidir. Bu xoşagəlməz hadisələrlə mübarizə, əsasən, qazıma məhlulunun yarada biləcəyi hidrostatik təzyiqin düzgün tənzim edilməsindən ibarətdir. Bu məqsədlə qazıma məhlulunun udulması gözlənən intervallarda hidrostatik təzyiqi azaltmaq, təzahürlər baş verə biləcək intervallarda isə hidrostatik təzyiqi artırmaq lazım gəlir. Sonuncu halda, əsasən, qazıma məhlulunun xüsusi çəkisini artırmaq yolu ilə təzahürlərə qarşı mübarizə aparırlar. Bunun üçün müxtəlif ağırlaşdırıcılardan istifadə olunur. Bu ağırlaşdırıcıların xüsusi çəkiləri, əsasən, 4,105,10 q/sm3 arasında dəyişir: Gəncə, Kutaisi və Belov baritləri, (BaSO4), qallenit (PbS), hematit (F2O3), pirolüzit (MnO2), pirit (FeS2), KMA (maqnetit konsentratı), Koloşnikov tozu (Fe2O3, Fe3O4), ilmenit (FeO, TiO2) adlı ağırlaşdırıcılar mövcuddur. Həmin ağırlaşdırıcılar içərisində baritlər çox geniş yayılmışdır. Onların üstünlükləri aşağıdakılardır: asan hazır­lan­ması, materiala qənaət edilməsi, qazımaya sərf edilən vaxtın qısaldılması, qazıma məhlulunun ağırlaşdırıl­ması, kim­yəvi emalı və təmizlənməsinə sərf olunan vaxtın xeyli azal­ması və nəticədə, qazımanın kommersiya sürətinin yüksəlməsi.

Təcrübə göstərir ki, baritlərdən istifadə etdikdə başqa ağırlaşdırıcılarla müqayisədə qazımanın mexaniki sürətinin 50%-dən çox artması, bir baltanın gedişinin isə 26%-dən çox olması, avadanlıqların təmirinə sərf edilən vaxtın xeyli azaldılması və nəhayət, istifadə edilən ağırlaşdırıcının miqdarının təxminən 2 dəfə azalması müşahidə edilir, 1 m qazımanın maya dəyəri də xeyli azalır. Qazımada nisbətən kiçik xüsusi çəkiyə malik ağırlaşdırıcılardan da istifadə olunur. Məsələn, dəmir arsenatı–bu ortofosfat turşusunun duzudur, xüsusi çəkisi 3,2 q/sm3-dir.

Dolomit, Ca və Mq(CO3)2-ın, xüsusi çəkisi 2,8–2,9 q/sm3; əhəngin xüsusi çəkisi 2,70 q/sm3 (çökmə süxurdur); mergelin–xüsusi çəkisi 2,65 q/sm3-dir (çökmə süxurdur). Qalenitin–PbS xüsusi çəkisi 7,4–7,6 q/sm3-dir. Bu ağırlaş­­dırıcı­dan çox böyük xüsusi çəkiyə malik qazıma məhlulları hazır­lamaq üçün istifadə edilir.

Qazıma məhlulunun hazırlanması


Əgər quyunun kəsilişi qazıma məhlulu hazırlamaq üçün yararlı gillərdən təşkil olunubsa, qazıma məhlulunu bilavasitə quyunun içərisində əldə etmək olar. Belə qazıma məhluluna təbii qazıma məhlulu deyilir. Əgər quyunun kəsilişində qazıma məhlulu hazırlamaq üçün yararlı gil növləri olmazsa, yaxud az olarsa, onda quyu ərazisində yerləşdirilmiş xüsusi avadanlığın köməyi ilə qazıma məhlulu hazırlayırlar.

Qazıma məhlulunun hazırlanması prosesi mexaniki qarışdırıcı (gil qarışdırıjısı) və hidravlik qarışdırıcılar ilə yerinə yetirilə bilər. Ölkə təcrübəsində qazıma məhlulu hazırlamaq üçün toz şəkilli materiallar tətbiq edilir və aşağıdakı avadanlıqlardan istifadə edilir: məhlulu hazırlamaq üçün blok, çıxan hidravlik qarışıq, hidravlik xırdalayıcı, qarışıq çəni, mexaniki və hidravlik qarışdırıcılar, porşenli nasos .

Qazıma məhlulu hazırlamaq üçün bir və iki valı olan mexaniki gil qarışdırıcısından və hidravlik gil qarışdırıcısından istifadə olunur.

Qazıma məhlulunun hazırlanmasının texnoloji sxemi:

1-qəbul qıfı; 2-məhlul ötürücüsü; 3-təmizləmə bloku; 4,12-müvafiq olaraq hidravliki və mexaniki qarışdırma qurğusu; 5-aralıq çəni; 6,10-müvafiq olaraq yüksək və alçaq təzyiq pərdələri; 7-yan novlu çən; 8-qazıma nasosları; 9-qəbul çəni;11-hidravlik xırdalayıcı; 13-süzgəc; 14-hazırlama bunker bloku; 16-boşaldıcı pnevmatik qurğu; 17-meydança; 18-hidravlik qarışdırıcı;19-qıf.
Quyu ərazisində yerləşdirilən Q2P2-4 və MQ2-4 mexaniki gilqarışdıranın texniki göstəriciləri cədvəldə göstərilmişdir.

Mexaniki gil qarışdıranın içərisinə su və gil parçaları töküb, 0,51,0 saata qədər qarışdırırlar. Qarışdırma əməliy­yatı gilqarışdıranın valına geydirilmiş pərlər fırlanmaqla yerinə yetirilir. Əgər, quyu ərazisinə gil toz şəklində gətirilibsə, onda hidravlik gilqarışdırıcısından istifadə etmək məsləhətdir. Mərkəzləşdirilmiş şəkildə isə qazıma məhlulunu gil zavodlarında hazırlayırlar. Əgər qazıma məhlulu zavod şəraitində hazırlanıbsa, onu böyük tutumlu avtosisternlərlə, yaxud boru kəməri vasitəsilə buruğa çatdırırlar.


Cədvəl

Gilqarışdırıcıların texniki göstəriciləri



Göstəricilər

Gilqarışdırıcıların tipləri

Q2P2

MQ2-4

Barabanın həcmi, m3

Valın sayı, dənə

Valın fırlanma sürəti, dövr/dəq

Mühərrikin gücü, kVt

Sərfi, m3/saat

Ağırlığı, kq



4

2

70



21,5

2-4


3900

4

2

95



21,5

2-4


3665

Deyilənlərdən əlavə, FŞD-3, FŞD-7 (frezerli-şırnaq dəyirmanı), MHQ (məhlul hazırlama qurğusu), FVD (frezerli-vurma dəyirmanı) hidroma­nitor qarışdırıcı da qazıma məhlulunun hazırlanması üçün istifadə edilir. FŞD-3 və FŞD-7 gil qarışdırıcıları ancaq qazıma məhlulu hazırlamaq üçün, həmçinin də məhlula gil və ya gil tozunun əlavə olunması üçün istifadə edilir.

Frezerli şırnaq dəyirmanı gilqarışdırıcıya nisbətən çox effektlidir. Frezerli şırnaq dəyirmanı arakəsmə ilə iki hissəyə ayrılmış metal çəndən ibarətdir: qəbul çəni 1 və pərli rotor olan kameradan 14. Gil və ya gil tozu çənə doldurulur və oraya cilalanmış boru 3 vasitəsilə su vurulur. Pərli rotor 14 gili frezerli pər vasitəsilə xırdalayır və onu su ilə birlikdə həlledici plitəyə 13 tullayır və orada gilin intensiv qarışması prosesi gedir. Qarışması çatdırılmayan gil qırıntıları 8 tutucusuna axır və oradan yenidən frezer pərlərin altına düşür. Hazırlanmış məhlul 19 çıxış barmaqlıqlarının deşiklərindən nova və oradan dövran sisteminə və yaxud da ehtiyat çəninə tökülür.

Frezerli şırnaq dəyirmanı (FŞD) aşağıdakı texniki göstəricilərə malikdir.

Cədvəl


Göstəricilər

FŞD-7

Sərfi, t/saat

Gil


Gil tozu

Ağırlaşdırıcı

Rotorun fırlanma sürəti, dövr/dəq

Ötürücü elektrik mühərrikinin gücü, kVt

Ağırlığı, kq

10-12


20-25

30-35


500

28

1400







Frezerli şırnaq dəyirmanı FŞD-7:

1- qəbul çəni; 2- hərəkət edən lövhə; 3- perforasiya olunmuş boru; 4, 21- şarmirlər; 5- qoruyucu plitə; 6- dəyişdirilən ştift; 7-xırdalayıcı planka; 8- tutucu; 9- qoruyucu rezin aralıq; 10- tor qapağını açan və bağlayan mexanizm; 11- çərçivə; 12- atıcı qapaq; 13- həlledici plitə; 14- pərli rotor; 15- üfqi val; 16- latok; 17-əksetdirici lövhə; 18- pər; 19- çıxış barmaqlığı; 20- yanlıq.

Qazıma məhlulunun təmizlənməsi


Qazıma prosesində qazılan süxur hissəcikləri ilə çirklənmiş məhlul təmizlənməli, əvvəlki parametrləri bərpa edildikdən sonra yenidən quyuya vurulmalıdır. Başqa sözlə desək, qazıma prosesində quyudan çıxan məhlul təmizləyici qurğuların vasitəsilə qazılmış süxur hissəciklərindən təmizlən­məlidir. Tarixən əvvəllər quyudan çıxan qazıma məhlulu çökdürücü anbarlara axıdılırdı. Anbar üsulu ilə təmizləmədən tezliklə imtina edildi. Onun əvəzində, quyudan çıxan qazıma məhlulunu arakəsmələri olan nov sistemi ilə axıtmaqla təmizləməyə başladılar. Bu üsulda nov sistemi ilə hərəkət edən qazıma məhlulu 25 sm/san sürətilə hərəkət etməli (struktur axın rejimində), novun uzunluğu mümkün qədər uzun və nov ikicərgəli olmalı idi. Bu ona görə lazım idi ki, qazıma zamanı quyudan çıxan çirkli məhlulu ikinci cərgəyə yönəltməklə, qazıma prosesini dayandırmadan birinci cərgədə novun dibinə çökmüş süxur hissəciklərini təmizləmək mümkün olsun. Bu üsulun da ömürü uzun çəkmədi, çünki təbii üsulla çirkli məhlulu qazılmış süxur hissəciklərindən yaxşı təmizləmək mümkün olmurdu, odur ki, nov sisteminin yolu üzərində mexaniki qurğular yerləşdirmək və qazıma prosesi zamanı quyudan çıxan məhlulu həmin qurğularda təmiz­lədikdən sonra nov sistemi ilə nasosların qəbul çəninə göndərmək təklif edildi. Hazırda qazıma məhluluna qarışmış ən kiçik ölçülü hissəcikləri də qazıma məhlulundan ayırmaq mümkündür.

Quyudan çıxan qazıma məhlulunun süxur hissəciklərindən təmizləmək üçün müxtəlif mexaniki qurğulardan istifadə edirlər: titrəyən ələk (TƏ-1) və ya qoşalaşdırılmış titrəyən ələk (TƏ-2), hidrosiklon tipli süxur ayırıcı qurğular, özü fırlanan separator və sentrefuqa. Dövran sistemində bu mexanik qurğular ciddi ardıcıllıqla yerləşdirilməlidir. Ona görə də qazıma məhlulunun hərəkəti ciddi şəkildə aşağıdakı texnoloji sxemə tabe olmalıdır: quyu-qaz separatoru-süxur hissəciklərinin kobud təmizləmə bloku (titrəyən ələk)-deqazator-süxur hissəciklərdən təmizləmə bloku (qum və lil ayrıcıları. separator) –qumun miqdarı və tərkibinin təmizləmə bloku (sentrefuqa, hidrosiklon, gil ayrıcıları)-qazıma nasosları-quyu. Beləliklə qazıma məhlulundan süxur hissəciklərinin təmizlənməsi texnologiyası və avadanlıqların seçilməsi qazımanın konkret şərtlərinə əsaslanmalıdır. Neft və qaz quyularının qazılması əksər neft-qazçıxarma rayonlarında quyular sıxlığı 1,25 q/sm3-a qədər olan ağır olmayan qazıma məhluları ilə yuyulur. Qazıma məhlulunun təmizlənməsi üçün üç pilləli sistem tətbiq edilir.


Şəkil.Qazıma məhlulunun üçpilləli təmizlənmə sxemi

1-quyu; 2-titrəyən ələk; 3,5-nasoslar; 4-qumayrıcı; 6-lilayırıcı; 7-quyu nasosu; 8-qəbul çəni; 9,10-çənlər




Qazıma məhlulu quyudan 1 çıxdıqdan sonra titrəyən ələk 2 vasitəsilə kobud təmizlənməyə məruz qalır və 10 çəninə yığılır. Həmin çəndən nasos 3 vasitəsilə məhlul hidrosiklon qum ayırıcısına 4 vurulur və burada məhluldan qum hissəcikləri ayrılır. Qumdan təmizlənmiş məhlul yuxarı axacaqdan 9 çəninə, qum isə süxur anbarına tullanır. Çəndən 9 nasos 5 vasitəsilə məhlul təmizlənmək üçün son lil təmizləmə hidrosiklonuna 6 vurulur. Süxur hissəcikləri ayrıldıqdan sonra təmizlənmiş məhlul qazıma nasosunun 7 qəbul çəninə 8 göndərilir, lil isə süxur anbarına atılır. Nəhayət təmizlənmiş və tərkibi yoxlanmış məhlul qazıma nasosu 7 vasitəsilə yenidən quyuya vurulur.




Yüklə 9,87 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə