Dərslik komplekti Müəlliflər: Afət Süleymanova



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə5/14
tarix15.10.2018
ölçüsü1,14 Mb.
#74219
növüDərslik
1   2   3   4   5   6   7   8   9   ...   14

12 

 

“Ağıllı  uşaq”  nağılı  üzrə  materialda  (MMV,  səh.134-147)  bu  standartın 

reallaşdırılması  barədə  tövsiyə  verilməmişdir.  Dərslikdəki  (səh.98)  tapşırıq  isə 

(“Bədii  nümunələri  janr  xüsusiyyətləri  baxımından  müqayisə  et”)  şagird  üçün 

anlaşılmazdır. “Hansı nümunələri?” sualına dərslikdə cavab yoxdur. 

Bu  standart,  haqqında  artıq  məlumat  verilən  1.1.4.  alt  standartı  ilə  bağlıdır. 

Şagird  janrların  xüsusiyyətlərini  müəyyənləşdirmək  bacarığına  yiyələnməyibsə, 

onları müqayisə edə bilməz. 

Standart  N. Gəncəvinin  “Ovçu  ilə  itin  və  tülkünün  hekayəti”  (MMV,  səh. 

148-149, dərslikdə isə ümumiyyətlə, bu mövzuya toxunulmayıb), “Yaralı bir uşağın 

dastanı”  və  M. Seyidzadənin  “Əqrəb  və  Çanaqlı  bağa”  (MMV,  səh.154-157)  

əsərlərində təlim  məqsədi kimi qeyd edilir. Lakin nə MMV-də,  nə də dərslikdə bu 

standartın reallaşdırılması ilə bağlı heç bir sual, tapşırıq verilməmişdir. 

1.2.2.  Bədii  nümunələrdəki  qəhrəmanları  davranış  və  əməllərinə  görə 

səciyyələndirir. 

16.  Bu  standartın  reallaşdırılması  daha  çox  diqqət  tələb  edir.  Lakin  dərslikdə 



“insanın  ictimai  varlıq  olaraq  təsviri”,  “insanın  xarici  görkəminin  təsviri” 

cədvəllərində verilmiş “göstəricilər” müəllimi və şagirdi çərçivə daxilində fəaliyyətə 

təhrik  edir  və  bu  göstəricilərin  bütün  əsərlərə  şamil  edilməsi  doğru  deyildir.  Bu 

cədvəllər  üzrə  aparılan  iş  bədii  əsərin  bütövlükdə  qavranılmasında  maneəyə  çevrilir 

və  ədəbiyyatşünaslığın  məzmun  və  formanın  vəhdəti  prinsipinə  ziddir.  Obrazların 

təhlili  üçün  müəyyənləşdirilmiş  “göstəricilər”  təlimi  əhəmiyyət  kəsb  etmir. 

Obrazların mənəviyyatca zəif və güclü olması, zarafatcıl və ya ciddi olması, gündəlik 

məşğuliyyəti, boyu, çəkisi, səsinin nəyin səsinə bənzəməsi, zarıyarkən çıxardığı səs, 

əl  verib  görüşərkən  əli  möhkəm  və  ya  ehtiyatla  sıxması,  əlinin  isti  və  ya  soyuq 

olması,  qoxusu,  peşəsindən  irəli  gələn  qoxu,  məşğuliyyətindən  irəli  gələn  qoxu, 

adətindən irəli gələn qoxu və s. 

Obrazların  fərdi  xüsusiyyətləri  nəzərə  alınmadan  eyni  suallar  onların  hamısına 

aid  edilmişdir:  “Bu  obraz  haqqında  nə  düşünürsən?  Sən  bu  obrazın  yerində 

olsaydın  nə  edərdin?  Bu obraz  nə  edirdi?  Bu obraza  münasibətin  necədir?  Bu 

obrazda ən çox diqqətini nə cəlb etdi?” (səh.97,102, 184 və s.). 

Bütün bunlar 1.2.2. standartının reallaşdırılması kimi göstərilmişdir. Bu standart 

da  təhrif  edilmişdir,  müəyyənləşdirilmiş  məqsədlərin    həmin  standartla  əlaqəsi 

yoxdur: “Əsərin qəhrəmanının təsviri ilə təhlili arasında fərqi izah edir” (1.2.2.; 




13 

 

MMV, 



səh.140-142.) 

“Müzakirələr  zamanı  yoldaşlarının  fikirlərindən 

bəhrələnir” (1.2.2; MMV, səh.96, 128, 148 və s.)  

1.2.4.  Bədii  nümunələrin  mövzusunu,  ideyasını  şərh  edir,  əsaslandırılmış 

münasibət bildirir. 

17. Mühüm standartlardan olub bütün bədii əsərlərin tədrisində reallaşdırılması 

vacibdir. İdeyanın müəyyənləşdirilməsi bədii əsərin qavranılmasından asılıdır. Başqa 

sözlə,  birinci  əsas  standartın  (1.1.  Bədii  nümunələrin  məzmununu  mənimsədiyini 

nümayiş  etdirir)  alt  standartlarının  həyata  keçirilməsi  bu  standartın  (1.2.4.) 

reallaşdırılmasına  zəmin  yaradır.  Əsərin  məzmununun  mənimsənilməsi  üzrə 

standartların  əksəriyyətinin  həyata  keçirilməməsi,  bəzilərinin  qismən,  bəzilərinin 

təhrif  olunmuş  şəkildə  reallaşdırılması  adıçəkilən  standartın  (1.2.4.)  formal 

xatırladılması ilə nəticələnmişdir. Bu standartın tələblərindən biri (bədii nümunələrin 

mövzusunun şərh edilməsi), demək olar ki, reallaşdırılmamışdır. 

Əsərin ideyasının müəyyənləşdirilməsi üzrə standartın reallaşmadığını müşahidə 

etmək  üçün  təklif  olunmuş  metodik  tövsiyəni  bir  nümunə  əsasında  (M.  Dilbazi 



“Müəllimim”)  nəzərdən  keçirmək  kifayətdir.  MMV-də  yazılır:  “Oxuya  hazırlıq 

işlərindən  sonra  əsərin  kollektiv  şəkildə  cütlərlə  (?)  oxusu  keçirilir.  Yardımçı 

suallar  üzrə  iş  aparılır”  (MMV,  səh.78).  Mətn  üzrə  yardımçı  suallar  məzmunun 

mənimsənilməsini təmin etmir. Bu qəbildən suallara (“Bu bəndlərdə hansı misralar 



əsas ideyanı qüvvətləndirir (?)”“Bu misralarda hansı hiss təsvir edilmişdir?”, 

“Bu  misraları  (?)  sənin  ilk  müəlliminə  aid  etmək  olarmı?”)  şagirdin  ilk  oxu 

zamanı cavab verməsi qeyri-mümkündür. 

18.  MMV-də  daha  sonra  deyilir:  “Oxu  zamanı  şagirdlərin  ifadəli  oxunun 

tələblərinə əməl etmələrinə diqqət yetirin”. Hələ heç əsərin məzmununu bilməyən 

şagirdlər “ifadəli oxunun tələblərinə” necə əməl edəcəklər? Bu mərhələdə şagirdlərin 

oxusu  əsərin  məzmununun  mənimsənilməsinə  (“yardımçı  suallar  üzrə  iş  aparılır”, 

dərslik,  səh.78)  xidmət  edir.  Cütlərlə  oxu  prosesində  müəllimin  bu  tövsiyəyə  əməl 

etməsi mümkün deyildir. Aydın məsələdir ki, cütlərlə oxu ucadan, səsli oxu şəklində 

(sinifdə yarana biləcək səs-küyü yada salmaq kifayətdir) həyata keçirilə bilməz.  

19. MMV-də (səh.79) deyilir: “Oxu  başa  çatandan  sonra  şagirdlər  dərsliyin 

36-cı səhifəsində təqdim edilən cədvəl üzrə işə cəlb edilir. Təqdimatlar dinlənilir. 

Ümumiləşdirmə  aparılır”.  36-cı  səhifədəki  cədvəl  isə  obrazların  boyunu,  çəkisini, 

necə  səs çıxardığını, qoxusunu  və  s. müəyyənləşdirməyi  tələb  edir.  MMV-də bunun 




Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə