Dərslik komplekti Müəlliflər: Afət Süleymanova



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə8/14
tarix15.10.2018
ölçüsü1,14 Mb.
#74219
növüDərslik
1   ...   4   5   6   7   8   9   10   11   ...   14

18 

 

1912-ci ilə qədər dörd dəfə Bakıda təkrar çap olunmuşdur. İkinci dərslik isə 1902-ci 



ildə Bakıda çap olunmuşdur. 

33.  “Elm  tükənməz  xəzinədir”  mətni  bədii  əsər  deyil,  publisistik  yazıdır. 

Mətndə  belə  bir  cümlə  verilib:  “Elmin  böyük  bir  fəziləti  də  budur  ki,  kiçiyə, 

böyüyə, ədnaya, əlaya heç təfavüt qoymaz. Bu kəslərdən hansında elm olsa, onu 

hörmətə  layiq  edəcəkdir”.  Dərsliyin  sonundakı  lüğətdə    “ədna”  sözünün    mənası 

belə izah edilib: “alçaq, rəzil, nanəcib”. Deməli, mətndə bu cümlə belə  məna kəsb 

edir:  Elmin  böyük  bir  fəziləti  də  budur  ki,  kiçiyə,  böyüyə,  ədnaya,  yəni  alçaq,  rəzil, 

nanəcibə,  əlaya  heç  təfavüt  qoymaz.  Bu  kəslərdən  hansında  elm  olsa,  onu  hörmətə 

layiq  edəcəkdir.  Bu  fikir  qüsurludur,  şagirdi  çaşdırır;  alçaq  adam  elmli  olsa  da, 

hörmətə layiq ola bilməz. 

34.  Test  tapşırıqlarının  hazırlanmasında  standartların  tələbləri  əsas 

götürülməmişdir. Məsələn, 1, 2, 4, 6, 9-cu test tapşırıqları (səh.8-9).  



Səhifə  9.  7-ci  test  tapşırığının    şərti  (Bir  şamın  nuru  başqa  şamları 

alovlandırmaqla  özü  kimi  bir  çox  çıraqlar  və  məşəllər  yandırar)  şagirdlərdən  

qoxu,  dad,  eşitmə,  görmə  hislərindən  birini  seçməyi  tələb  edir.  Hissin  təsvirini    (?) 

tapmağı tələb edən bu tapşırığın  da hansı standarta aid olduğu məlum deyil. 

35.  İlk  dərs  metodik  baxımdan  qüsurludur.  Şagirdlər  2  mətni  oxumalı,  dərk 

etməli,  20  test  tapşırığının  cavabını  müəyyən  etməlidir.  Sonra  təklif  olunan  2 

mövzudan  birini  seçib  esse  yazmalıdırlar.  Bu  həcmdə  işin  bir  dərs  saatında  yerinə 

yetirilməsi qeyri-mümkündür.  

36. Dərslikdə ikinci və üçüncü dərslərin mövzusu Yusif Balasaqunlu “Qutadqu 



bilik  –  səadət  gətirən  elm”  (oxu  və  yazı  prosesi)  adlanır.  Y.  Balasaqunlunun 

“Qutadqu  bilik”  əsərindən  bir  parçanın  tədrisi  üçün  2  saat  vaxt  ayrılmışdır. 

Məsləhət görülmüşdür ki, birinci saat oxu, ikinci saat isə yazı prosesinə sərf olunsun. 

Standartlar  belə  müəyyən  olunmuşdur:  1.1.2.,  1.1.1.,  2.1.1.,    2.2.1.,  3.1.3.,  3.1.2., 

3.1.1., 2.1.2. 

Təklif olunan standartlara görə heca vəznli şeir, əfsanə, nağıl, dastan, təmsil və 

hekayə    üzərində  iş  aparılmalıdır.  Nümunə  kimi  verilmiş  parça  X.  R. Ulutürkün 

tərcüməsində  K.  V. Nərimanoğlunun  ön  söz  yazdığı  kitabdan  götürülmüşdür  (Bax: 

Y. Balasaqunlu.  Qutadqu  bilik.  Bakı:  Gənclik,  1998,  səh.34-36).  Orijinalda  “Elm, 



zəka – idrak fəzilətlərinin nəflərini bildirir” başlıqlı bu hissə 61 beytdən ibarətdir. 

Dərsliyə  bu  hissədən  28  beyt  daxil  edilmişdir.  Dərslikdə  əsərin  adı 




19 

 

“Qutadqu bilik – Səadət gətirən elm” kimi verilmişdir. Qeyd olunan mənbədə isə 

əsərin adı “Qutadqu bilik – Xoşbəxtliyə aparan elm” kimi göstərilmişdir (səh.3). 

Bu əsər heca vəznində deyil, əruz vəzninin kəsik mütəqarib bəhrindədir, təfiləsi 

də  belədir:  Faülün,  Faülün,  Faülün,  Faül.  X.  R.  Ulutürk  əsərin  vəznini  saxlamaqla 

dilimizə çevirmişdir. 

Dərin  fəlsəfi  məna  daşıyan  əsərin  mənimsənilməsi  6-cı  sinif  şagirdləri  üçün 

çətindir.  Həm  də  əruz  vəznli  əsərin  heca  vəznli  şeir  kimi  dərsliyə  salınması  doğru 

deyildir. 

37.  Mətnə  əsassız  müdaxilə  bu  əsərdə  də  özünü  göstərir.  X.  R. Ulutürkün 

tərcüməsindəki  bütün  “kişi”  sözləri  heç  bir  əsas  olmadan  “insan”  sözü  ilə 

əvəzlənmişdir (səh.16-17). 

38.  Dərsliyə  təsvir  xarakterli  əsərlər  adı  altında  xeyli  nümunə  daxil  edilmişdir. 

Bu nümunələrdən təsvirlə bağlı parçaların seçilməsi elmi yanaşmaya ziddir. Məsələn, 

M. Rzaquluzadənin  “Gözəlliyin  keşiyində”  əsərindən  “Vurğun  baxışlarla” 

parçasının seçilməsi məqsədəuyğun deyildir. Aydın olur ki, əsərdən bilavasitə təbiət 

təsviri  olan  hissəni  götürməklə,  şagirdlərdə  onun  təsvir  xarakterli  əsər  olması 

təsəvvürünü  yaratmaq  məqsədi  güdülmüşdür.  Odur  ki,  “şagirdlərə  bu  əsərin  nəqli 



deyil,  təsvir  xarakterli  olmasını  sübut  et”  tapşırığının  verilməsi  yanlışdır.  Çünki 

təqdim  olunan  parça  bütöv  əsər  deyil,  bir  hissədir.  Bu  yolla  digər  hissələrdən  çıxış 

edərək  həmin  əsərin  nəqli  xarakterdə  olduğunu  da  sübut  etmək  olar.  Bu  yanlış 

mövqe,  demək  olar  ki,  dərslikdə  bütün  əsərlər  üzrə  sual  və  tapşırıqlarda  özünü 

göstərir. 

39. Dərsliyin digər ciddi qüsuru, əksər bədii əsərlərin öyrənilməsinə cəmi 1 saat 

ayrılmasıdır. Bu, metodik baxımdan qəbuledilməzdir. Belə  çıxır ki, şagird 45 dəqiqə   

ərzində    əsəri  həm  oxumalı,  həm  də  təhlil  etməlidir.  Üstəlik  dərsliyə  daxil  edilmiş 

mürəkkəb,  dolaşıq  təlimatlar  da  oxunmalı  və  yerinə  yetirilməlidir.  Bu,  ədəbiyyat 

təlimində  bəsitliyə,  əsərlərin  səthi  öyrənilməsinə,  başlıcası  isə,  müəyyənləşdirilmiş 

təlim  məqsədlərinin  yerinə  yetirilməməsinə  səbəb  olur.  Məsələn,  B. Vahabzadənin 

“Qocalar”  şeirinin  öyrənilməsinə  bir  saat  vaxt  ayrılmışdır.  Yeddi  bəndlik  şeiri 

mənimsəmək üçün şagirdlərə  məsələyə o qədər dəxli olmayan dörd səhifəlik izahat 

xarakterli  mətnləri  (səh.27-28,  30-31)  oxumaq  tövsiyə  edilmişdir.  Bu  şeirin 

öyrənilməsi  üçün    reallaşdırılması  mümkün  olmayan  8  fənlə  inteqrasiya  standartı 

təklif olunur.  



Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə