Dərslik komplekti Müəlliflər: Afət Süleymanova



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə11/14
tarix15.10.2018
ölçüsü1,14 Mb.
#74219
növüDərslik
1   ...   6   7   8   9   10   11   12   13   14

24 

 

özünəməxsusluğu  açıqlanmamışdır.  Sinifdənxaric  oxu  materiallarının  seçilməsində 



pedaqoji  prinsip  pozulmuşdur.  Məsələn,  M. Çəmənlinin  atanın  öz  oğlunun  başını 

kəsmək  istəməsindən  bəhs  edən  “Qurban  bayramı”  hekayəsi  pedaqoji  baxımdan 

məqsədəuyğun deyildir. Aşıq Ələsgərin aşığın davranışına həsr olunmuş “Gərəkdi” 

qoşması da 6-cı sinif şagirdlərinin yaş və  maraq səviyyəsinə  uyğun deyil. Əsərdəki 



“Məcazi  danışa,  məcazi  gülə”“Arif  ola,  eyham  ilə  söz  qana”“Naməhrəmdən 

şərm  eləyə,  utana”,  “Əməlin  mələklər  yaza  dəftərə”,  “Təriqətdə  bir  sevdalı 

gərəkdi” və s. misralar üzrə 6-cı sinifdə hansı iş aparılacağı aydın olmur.

 

65. Səhifə 191. Dərslikdə ikinci yarımildə layihə üçün təklif olunan fəaliyyətlər 

adi  dərs  üçün  nəzərdə  tutulan  işlərdir.  Layihənin  mövzusu,  hansı  problem  üzrə  iş 

aparılacağı  məlum  olmur.  Şagirdlərə  təqdim  olunan  müxtəlif  mövzulu  əsərlərdən 

birini    seçib  məzmunu  və  təhlili  üzrə  iş  aparmaq  təklif  olunur.  Tapşırıqlar  dərsdə 

görülən  işlərdən  fərqlənmir.    Onların  tərtibində  metodik  səhvlərə  yol  verilib. 

Şagirdlər  əsəri  oxumalı,  ideyasını    tapmalı,  obrazların  xüsusiyyətlərini 

müəyyənləşdirməlidir.  Göründüyü  kimi,  əsərin  oxusundan  sonra  ideyanı  tapmaq 

müəyyənləşdirmək  tapşırığı    tələb  edilir.  İdeyanı  müəyyənləşdirəndən  sonra  isə 

şagirdlər  obrazların  başlıca  xüsusiyyətlərini  aydınlaşdırmalıdır.  Bu,  metodik 

baxımdan səhv yoldur.  

Əsərin  təhlili  ilə  bağlı  tapşırıqlardan  sonra  yenidən  məzmunla  bağlı  tapşırıqlar 

verilir: bədii  təsvir və ifadə vasitələrini, hislərin və faktların xarakterini (?) müəyyən 

etmək, hadisələrin ardıcıllığını göstərmək, hissələrə ayırmaq. 

Beləliklə,  məzmun  və  təhlil  üzrə  işlərin  dolaşıq  verilməsi  şagirdlərin 

hazırlayacağı təqdimatın da səviyyəsində özünü biruzə verəcəkdir.  

66.

 

Dərslikdə gender bərabərliyi baxımından qüsurlar var. Məsələn, bütün sinif 



şəkillərində  (səh.35,  73,  122,  128)  müəllim  qadındır.  Hətta  MMV-də  (səh.79) 

verilmiş  sxemdə  müəllim  ikinci  valideyn  deyil,  “ikinci  ana”  (şeirdəki  kimi) 

adlandırılır.  

2. Dil və yazı üslubu baxımından 

 

 

Dərslikdəki təlimatlarda, cədvəllərdə verilmiş göstərişlərdə, sual və tapşırıqlarda 



hərfi  tərcümə  ciddi  dil,  üslub  xətalarına  və  termin  dolaşıqlığına  səbəb  olmuşdur. 

Dərslik üçün tələb olunan dil aydınlığı, şagirdlərin yaş və bilik səviyyəsinə uyğunluq 

çox az hallarda müşahidə edilir. 



25 

 

67.  Səhifə  5.  “Giriş”də  sözçülüyə,  eyni  fikrin  təkrarına  yer  verilmişdir. 



Məsələn, “Giriş”in 2-ci abzasında belə bir cümlə var: “Ötən dərs ili ərzində təsviri, 

nəqli  xarakterli  bədii  nümunələrlə  tanış  olmuş,  onları  bir-birindən 

fərqləndirməyi öyrənmisən”. Bu cümlə 3-cü abzasda da xırda dəyişikliklərlə təkrar 

olunur: “Bu baxımdan sən ötən dərs ili boyu  təsviri, nəqli xarakterli mətnlərlə - 



bədii nümunələrlə tanış oldun, onları bir-birindən fərqləndirməyi öyrəndin”.   

68. Yaxud 2-ci  abzasda  belə bir cümlə verilmişdir: “V  sinifdə  keçilmiş  bədii 



nümunələr əsasında bədii oxunun (?) təşkili yolları, əsərin ideya və məzmununu 

müəyyən etməyin üsulları ilə tanış olmusan”. 4-cü abzasda həmin cümlə aşağıdakı 

kimi təkrar olunur: “Sən  həmçinin  bədii  nümunələrin  oxusunun  təşkili  yollarını, 



əsərin ideya və məzmununu müəyyən etməyin üsullarını da öyrəndin”.  

69.  Səhifə  6.  Cümlə  qüsurludur:  “Öyrəndiyin  əsərlər  sənin  bədii  zövqünü 



formalaşdırmağa, … ədəbiyyatı dərindən dərk etməyə kömək edəcəkdir”. 

70. Səhifə 13-də verilmiş təlimatdakı 2-ci cümlə üslubca nöqsanlıdır: “Bununla 



həm də başqa fənlərdən oxuduğun mətnləri asanlıqla başa düşməkdə işini xeyli 

asanlaşdırarsan”. 

71. Səhifə 14. … hansı televiziya verilişinə tamaşa etmişəm?” (“baxmışam” 

sözü bu cümləyə və fikrə daha uyğundur) 

72.  Səhifə  15-də  2-ci  cədvəlin  3-cü  bəndində  belə  bir  cümlə  var:  “Bunları 



bilmək sənə əsas ideyanı (fikri) dəstəkləyən kiçik fikirlərin müəyyən edilməsində 

kömək  edər”.  “Kiçik  fikir”  nə  deməkdir?  Əgər  “fikir”  ideyaya  sinonim  kimi 

işlənirsə,  yenə  də  anlaşılmır.  “Kiçik  fikir”  yazmaq  və  demək  doğru  deyildir.  Elmi 

ədəbiyyatda “bədii əsərdə detallar”“bədii əsərdə ştrixlər”“bədii əsərdə yığcam 

epizod” və s. ifadələr işlənilir. “Kiçik fikir” ifadəsinin həm 5-ci, həm də 6-cı sinfin 

dərsliyində işlədilməsi yanlışdır. Bu uğursuz hərfi tərcümənin nəticəsidir. 

73. Səhifə 17. “Qəhr” sözünün lüğətdə izahı verilmədiyi halda, şagirdə  lüğətdə 

“cəhalət”  sözünün  mənasını  tapmaq  tövsiyə  edilir.  Əslində,  “qəhr”  “cəhalət”ə 

nisbətən daha işlək sözdür. 

74.  Səhifə  22.  “Bu    kimin  problemidir?”  cümləsində  “bu”  dan  sonra  vergül 

qoyulmalıdır. 

75. Səhifə 24. Şeirdəki “eyiş-nuş” sözünün izahı verilməlidir. 

76.  Səhifə  25.  “…  həm  pioner  düşərgədə  istirahət  etmək”  ifadəsində 



“düşərgədə” deyil, “düşərgəsində” olmalıdır. 

77. Səhifə 40. “Fərəhnak” sözünün izahı verilməlidir.  




Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə