Dərslik komplekti Müəlliflər: Afət Süleymanova



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə13/14
tarix15.10.2018
ölçüsü1,14 Mb.
#74219
növüDərslik
1   ...   6   7   8   9   10   11   12   13   14

29 

 

“Qutadqu bilik” əsərindən verilən parçada nə hadisə, nə də onun nəticəsi var. 

Əhəmiyyətlilik məsələsi də yerinə düşmür, çünki parçada nəsihətlər, müdrik fikirlər 

verilmişdir. 



3.  “İmkan  olduqca,  əsərdəki  hadisələri  özünün  və  yaxınlarının    həyatında  baş 

vermiş hadisələrlə əlaqələndir.” 

Əsərdə  şagirdin  özünün,  yaxınlarının  həyatı  ilə  əlaqələndirə  biləcəyi  hadisə 

yoxdur.  

4. “Mətndəki fikirlərin sxemini və ya cədvəlini dəftərdə çəkməyə çalış”. 

Əsərdən  verilən  parça  56  misradan  ibarətdir.  Əsərlə  bağlı  30-dan  çox  fikir 

yazmaq  olar.  Bu  tapşırığın  yerinə  yetirilməsi  şagirdin  imkanı  xaricindədir.  İşin 

icrasına  ayrılan  vaxt  da  buna  imkan  vermir.  Dərslikdə  müstəqil  iş  üçün  verilən 

tapşırıqlar da bir-birinin təkrarı olub, əksər hallarda, əsərin mahiyyəti ilə səsləşmir.  

100. Səhifə 8. Dərslikdəki test tapşırıqlarının əksəriyyəti məzmun standartlarına 

uyğun deyildir. Məsələn, “Test tapşırığı 1. Mətnin növünü müəyyənləşdirin.     

A) Nəqli B) Təsviri C) Mühakimə D) Məlumatlandırıcı” 

Qeyd  edildiyi  kimi,  milli  kurikulum  və  ədəbiyyatşünaslıq  baxımından  nəqli, 

təsviri, mühakimə, məlumatlandırıcı mətn (əsər) anlayışları məqbul deyil.   

101.  Səhifə  9.  Test  tapşırığı  6.  Burada  (B  bəndi)  mükəmməl  təşbeh  verilib. 

Lakin şagirdlər nə 5-ci sinifdə, nə də ilk dərsdə mükəmməl təşbeh barədə məlumat 

almamışlar. 

102. Səhifə 8-9.  “Elm tükənməz xəzinədir” başlıqlı mətnlə bağlı verilmiş test 

tapşırıqları  6-cı  sinif  şagirdinin  səviyyəsinə  uyğun  deyil.  Həm  də  bəndlər  əksər 

hallarda  bir-birini  təkrar  etməklə  çaşqınlıq  yaradır.  Məsələn,  test  tapşırığının  2-ci 

sualı belədir: “Mətnin mövzusu ilə bağlı fikri müəyyənləşdir”. Bu test tapşırığına 

verilən cavablardan ikisi doğru cavab kimi qəbul edilə bilər: “C) Elmin faydası, D) 

Elmin dəyəri”

103.


 

Səhifə 13. “Oxu və yazı prosesi”  başlığında inşa “mühakimə xarakterli 

mətn” adlandırılır. Kurikulum sənədində belə bir anlayış yoxdur. 

104.  Səhifə  14.  “Oxunun  təşkili  cədvəli”ndə  deyilir:  “Fikirləş:  Bu  barədə 



indiyə  qədər  nə  oxumuşam,  nə  eşitmişəm,  hansı  televiziya  verilişinə  tamaşa 

etmişəm?  Bu  barədə  nə  bilirəm?”  Şagird  əsərin  adından  çıxış  edərək  söhbətin 

nədən  gedəcəyini  müəyyənləşdirə  bilməz.  Bu  tipli  suallardan,  bir  sıra  xarici  ölkə 

dərsliklərində  müşahidə  olunduğu  kimi,  əsər  illüstrasiya  ilə  müşayiət  olunanda 

istifadə  edilir.  Digər  sual  belədir:  “Bu  mətni  nə  üçün  oxuyursan?”  Mətn  hələ 




30 

 

oxunmadığı halda, şagirdlərə hansı məlumatı əldə edə biləcəkləri barədə sual verilir. 



Bu tipli suallar dərsdə ancaq vaxt itkisinə səbəb olur. 

105.  Səhifə  19-22.  Verilmiş  5  cədvəlin  tələbləri  ayrı-ayrı  mövzular  üzrə 

reallaşdırılmır.  

106.  Səhifə    23.  M. Rzaquluzadənin  “Gözəlliyin  keşiyində”  əsərindən 



“Vurğun baxışlarla” adlı parça ilə bağlı tapşırıq 1-də deyilir: “Əsərin nəqli deyil, 

təsviri  xarakterli  olduğunu sübut et”. Sonra tapşırılır ki, “Qarşılaşdırma-müqayisəetmə”_formasından_()_istifadə_edə_bilərsən”_.__“Qarşılaşdırma-müqayisəetmə”'>“buna  nail olmaq üçün 

“Qarşılaşdırma-müqayisəetmə”  formasından  (?)  istifadə  edə  bilərsən”. 

“Qarşılaşdırma-müqayisəetmə” anlayışı səhvdir və şagirdlərin fəaliyyətinə düzgün 

istiqamət 

vermir. 

Pedaqoji 

ədəbiyyatda 

“Qarşılaşdırma-müqayisəetmə” 

adlandırılan  forma  yoxdur.    Didaktik  müqayisə  priyomunun  mahiyyəti  təhrif 

edildiyindən şagirdlər yanlış fəaliyyətə təhrik edilir.  

107.  Səhifə    25.  “Vurğun  baxışlarla”  əsərinin  birinci  cümləsindən  (“Ucal 



gözlərinə  inanmadı...  Yerindəcə  donub  qaldı”.)  sonra  sual  verilir:  “Səncə,  bu 

əsərdə  nədən  bəhs  olunacaq?”  Dərslikdə  geniş  yer  verilmiş  bu  qəbildən  suallara 

şagirdlərdən cavab tələb etmək, artıq qeyd olunduğu kimi,  metodik baxımdan doğru 

deyildir. 

108.  Səhifə  27.  Dördüncü  abzasda  deyilir:  “Təsvir  edərkən  dialekt  və 



şivələrdən,  jarqonlardan,  yaxud    anlaşıqlı  olmayan  sözlərdən  istifadə  etmək 

nöqsan  hesab  edilir”.  Nəzərə  alınmır  ki,  bütün  bunlar  (“anlaşıqlı  olmayan  sözlər” 

çıxılmaqla) obrazların fərdiləşdirilməsi üçün tutarlı vasitələrdir. Sözügedən məsələ ilə 

bağlı Bəxtiyar Vahabzadənin “Qocalar” şeirinin (səh.29-30) 5-ci bəndini göstərmək 

olar: “Doqqazlar başında bizim qocalar”.  

109.  Səhifə  27.  “Bədii  əsərlərdə  insanın  təsviri    (ictimai  varlıq  kimi)” 

bölməsində  verilmiş  mətn  6-cı  sinif  şagirdinin  səviyyəsinə  uyğun  deyil.  İnsan 

psixologiyasının  bədii  əsərlərdə  təsviri  qeyd  edilən  yaş  üçün  kifayət  qədər 

mürəkkəbdir.  Həmin  bölmənin  kənarında  belə  bir  istiqamətləndirici  cümlə 

verilmişdir: “İnsanın  hiss  üzvləri  ilə  bağlı  fikirlər  yürüdəcəksən”. Bu tip sualları 

elmi və metodik baxımdan məqbul saymaq qeyri-mümkündür. 

110.  Səhifə  33-35.  M.  Dilbazinin  “Müəllimim”  şeirinin  9-cu  bəndinin  3-4-cü 

misralarında üslub xətaları var. Həmin bənd belədir:  

Sözü inci kimi düzdün dilimə, 

Öyrətdin düşünüb cümlə qurmağı. 

Qələmi bir dayaq edib əlimə



Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə