Dərslik komplekti Müəlliflər: Afət Süleymanova



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə12/14
tarix15.10.2018
ölçüsü1,14 Mb.
#74219
növüDərslik
1   ...   6   7   8   9   10   11   12   13   14

26 

 

78. Səhifə 42. “ünsiyyətli” deyil, “ünsiyyətcil” olmalıdır. 



79. Səhifə 44. “Sümsü” sözünün izahı verilməlidir.  

80. Səhifə 45. “vətənin”  deyil, “Vətənin olmalıdır. 

81. Səhifə 60. “baş vermə səbəbləri verilir” deyil, “baş vermə səbəbləri təqdim 

olunur” yazılması daha doğru olar. 

82.  Dil-üslub  baxımdan  uğursuz  tərcümə  əsərlərinin  (A.Dümanın  “Qafqaz 



səfəri” və s.) dərsliyə daxil edilməsi şagirdlərin nitqinə mənfi təsir göstərir. Məsələn, 

A.Dümanın “Qafqaz səfəri” əsərində xeyli üslub xətalarına yol verilmişdir: 



Səhifə 61. “… ağımtıl duman çox yaxşı hava olacağını xəbər verirdi”.  

Səhifə  61.  “…  Dağ  keçiləri  görünürdü.  O  qədər  ürkək,  o  qədər  qorxaq 

idilər  ki,  bir  az  yaxınlaşıb  bircəciyini  də  vura  bilmədim”  (Tərcümə  qüsurunu 

düzəltmək üçün mətnin orijinalına baxılmalı idi). 



Səhifə 61. “Əslində isə, Abşeron yarımadasının elə bir nöqtəsinə çatmışdıq 

ki,  Qızılburundan  bura  qədər  yol  Xəzər  dənizinin  sahili  boyu  uzanıb  gəlirdi” 

(Fikir anlaşılmır, orijinala baxılmalı idi). 



Səhifə 61. “… və sanki nizə şəkilli yarımadanı dənizdən asılı qoyurdu”. 

Səhifə 62. “… atlarını işini asanlaşdırmaq üçün yox”. 

Səhifə 62. “divarları qədər gözəl və mənzərəli (baxımlı) olmasalar da…” 

Səhifə 63. “Şəhərin mərkəzində nəzəri Xan sarayı cəlb edirdi”. 

Səhifə 63. “Müsəlman dini qadınların… söhbət etməsinə yol vermir”. 

Səhifə 63. “… bizə yuyunub-rahatlanmaq vacib idi”. 

Səhifə 64. “Anadan çox öz qızının bacısına oxşayan çox gözəl bir qadın” 

Səhifə 64. “… nənəsinin dizinə sıxılmış”

Səhifə 64. “Bu, fransız qadının uşağın oynamasına icazə ...” 

83.  Səhifə  70.  “Xəlil  Rza  Ulutürk  Azərbaycan  ədəbiyyatı  tarixinə  üsyankar 



şair olaraq daxil olub” cümləsi üslub baxımdan qüsurludur. 

84. Səhifə  103. “Nəriman  Süleymanov    öz  əsərləri  ilə  uşaqlarda  xeyirxahlıq, 



humanizm tərbiyə etməyə çalışmışdır” cümləsi üslubca qüsurludur. 

85.


 

Səhifə  209.

 

“Aşıq  Ələsgərin  səsi,  nəfəsi  kimi,  zahiri  görkəmi  də  aşıqlıq 



sənəti  üçün  biçilmişdi.  Müasirlərinin  dediyinə  görə  o,  ucaboy,  enlikürək, 

bədəncə  sağlam,  qüvvətli  imiş”.  Doğru  izah  deyildir.  Məsələn,  türk  dünyasının  ən 

böyük ozanlarından biri Aşıq Veysəl gözdən şikəst idi. 




27 

 

86.



 

Səhifə 228. “Baldırğan – iriyarpaqlı, uzunboy, zəhərli bir bitki. Baldırğan 

bir  qədər  acı  dadsa  da,  yeməli  bitkidir”.  Bu,  qeyri-elmi,  insan  sağlamlığının 

gözlənilməsi baxımından yanlış izahdır. 

87.  Səhifə  228.  “1991-ci  ildən  buradakı  Bibiheybət  (Heybətin  xanımı) 

türbəsinin  adı  ilə  adlandırılmışdır”  cümləsində  mötərizədə  “Heybətin  xanımı” 

deyil, “Heybətin bibisi yazılmalıdır. 

88.  Şagirdlər  üçün  yeni  olan  sözlərin  mətnlərdə  qara  şriftlə  verilməsi  kurikulum 

islahatının tələblərinə uyğun deyil (səh.16, 17, 24, 39, 40, 146 və s.). Belə ki, həmin 

tələblərə görə, bilik və bacarıqları şagird özü “kəşf” edib mənimsəməli, müəllim isə 

bu  prosesdə  yalnız  bələdçi  və  təşkilatçı  olmalıdır.  Burada  isə  yeni  sözlər 

fərqləndirilərək şagirdə hazır şəkildə təqdim olunur.  

 

3. Dizayn və bədii tərtibat baxımından 



 

89.  Dərsliyin  üz  qabığındakı  şəkil  bədii  əsər  üçün  məqbuldur,  lakin  məktəb 

dərsliyi üçün yaramır. Dərsliyin mahiyyəti ilə səsləşmir. 

90. İstifadə olunan şriftlər müvafiq yaş qrupuna uyğundur. 

91.  Dərslikdəki  illüstrasiyalar  ifadəli  olmadığı  kimi,  əsərin  məzmununu  əks 

etdirmək baxımından  da dəqiq deyildir. Dərs başlıqlarından yalnız 14-ü şəkil və ya 

rəsm  elementi  ilə  müşayiət  olunub.  Qalanlarında  belə  müşayiətin  olmaması  sual 

doğurur:  Əgər  bu  tərtibat  prinsipidirsə,  onda  nəyə  görə  bütün  başlıqlara  tətbiq 

olunmayıb? Həmin elementlərin özləri də qüsurludur. 

92.  Səhifə  29.  B.  Vahabzadənin  “Qocalar”  şeirinin  sonunda  verilmiş  şəkil 

uğursuzdur. Əsərin mövzu və ideyası ilə səsləşmir.  

93.  Səhifə  68.  Xəlil  Rza  Ulutürkün  “Gerbimiz-qəlbimiz”  şeirinin  mətni  olan 

səhifədə A. Dümanın şəklinin  verilməsi ciddi dizayn pozuntusudur.  

94. Səhifə 73. Şəkil “Hər şey vətəndaş üçün” başlığına uyğun deyil. 

95.  Səhifə  81.  “Kimdir  əlil”  mətnində  verilmiş  şəkil  mətnlə  bağlı  aydın, 

konkret məna ifadə etmir. 

96.  Səhifə  96,  97,  99,  103,  105 və s. şəkillərin  – sxemlərin    üzərində sualların 

əks etdirilməsi hansı məqsəd güdməsindən asılı olmayaraq nə dizayn, nə də metodik 

baxımdan məqbul deyildir. 



28 

 

97.



  

Dərslikdə çoxlu sayda cədvəl və sxemlər verilib. Cədvəllər 169-cu səhifəyə 

qədər  nömrələnsə  də  173,  182,  183,  186  və  187-ci  səhifələrdəki  cədvəllərin 

nömrələnməsi unudulub. 

98.

   


Səhifə  160.  Koroğlu  ağ  atın  belində  təsvir  olunub.  Lakin  nə  Qırat,  nə  də 

Dürat ağ rəngdə olmayıb. 

 

4. Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından 

 

99.  Dərslik  təlimat  və  cədvəllərlə  yüklənmişdir.  Bəzən  bu  cədvəl  və  təlimatlar 

ardıcıl olaraq 4-5 səhifə həcmində verilir (Bax: səh. 13-15; 19-22;  27-28; 52-54; 58-

61;  66-67;  70-71;    74-77  və  s.).  Buradan  bir  daha  aydın  olur  ki,  dərslik  geniş 

təlimatlar  toplusundan  ibarət  olub,  fənyönlüdür.  Təlimatlar  məzmununa  görə, 

şagirdlərdə yerinə yetirə bilməyəcəkləri səmərəsiz fəaliyyət tələb edir. Onların başa 

düşülməsi,  hələ  icrası  bir  yana  ayrıca  dərs  saatları-çoxlu  vaxt  tələb  edir.  Bu  cür 

yükləmə məhz fənyönlülük əlamətidir. Uzun-uzadı, tərcümə olduğu üçün çətin, bəzən 

də  heç  anlaşılmayan  təlimatla  dərsliyi  (və  şagirdi)  yükləmək  elmi-metodik 

baxımından  məqsədəuyğun  deyildir.  Bu  təlimatların  əksəriyyəti  bədii  əsərin  tədrisi 

metodikasına  uğursuz  əlavələr  olub,  faydasızdır.  Şagirdlərə  çoxlu  həcmdə 

təlimatların  təqdim  edilməsi  onlarda  zəruri  bacarıqların  formalaşmasına  imkan 

vermir.  Ayrı-ayrı  mövzular  təlimat  və  cədvəllər  əsasında  praktik  olaraq 

reallaşdırılmır.  Təlimatların  əksəriyyəti  (məsələn,  oxudan  əvvəl,  oxu  zamanı  və 

oxudan sonra) bütün mövzularda təkrarlanır. Mövzuların, əsərlərin özünəməxsusluğu 

nəzərə  alınmadan,  bu  təlimatlar  bütün  əsərlərə  şamil  edilir.  Məhz  buna  görə  də, 

həmin təlimatlar məktəb təcrübəsində, əksər hallarda, yerinə yetirilmir. Nümunə üçün 

“Qutadqu bilik”lə bağlı verilmiş təlimata diqqət yetirmək kifayətdir.  

1.  “Oxu  zamanı  əsərdə  yazıçının  nə  demək  istədiyini  (əsərin  əsas  ideyasını) 

müəyyən etməyə çalış”. 

Əsərin  ilkin  oxusu  zamanı,  məzmun  mənimsənilmədən,  müzakirə,  təhlil 

aparılmadan şagirdin əsas  ideyanı müəyyənləşdirməsi mümkün deyildir. 

2. “Mətnin necə təşkil edildiyinə fikir ver. Bəzən mətndə əvvəlcə hadisələrin baş 

vermə  səbəbləri  verilir,  sonra  isə  həmin  hadisələrin    nə  ilə  nəticələndiyi  göstərilir. 

Bəzən  də  hadisələr  əhəmiyyətlilik  baxımından    düzülür:  əvvəlcə  daha  əhəmiyyətli 

məsələlər,  sonra  az  əhəmiyyətli  məsələlər  gəlir.  Yaxud  əksinə  olur.  Bunları  bilmək 

sənə    əsas  ideyanı    (fikri)  dəstəkləyən  kiçik  fikirlərin    müəyyən  edilməsində  kömək 

edir”. 



Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə