Dərslik komplekti Müəlliflər: Afət Süleymanova



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə10/14
tarix15.10.2018
ölçüsü1,14 Mb.
#74219
növüDərslik
1   ...   6   7   8   9   10   11   12   13   14

22 

 

bəndlərin beş, altıncı bəndin altı misra olması, yeddi və səkkizinci bəndlərin sonuncu 



misralarının əvvəlki misralarla mahiyyət və mənaca uyğun olmaması və s.). 14 hecalı 

şeirin əzbərlənməsinin 6-cı sinif şagirdi üçün çətin olması da nəzərə alınmalı idi. 

54. “Azərbaycan Respublikasının Ümumi təhsil pilləsinin dövlət standartları və 

təhsil  proqramları  (kurikulumları)”nın  ümumi  orta  təhsil  səviyyəsinə  aid 

tələblərindən  biri  belədir:  Milli  və  dünya  ədəbiyyatından  seçilmiş  kamil  sənət 

nümunələri  vasitəsilə  məktəblilərdə  sözə,  söz  sənətinə  həssas,  bədii-emosional 

münasibət  formalaşdırmaq,  təhlil,  dəyərləndirmə,  fikirlərini  şifahi  və  yazılı  

çatdırmaq bacarığını inkişaf etdirmək (MMV, səh.4). 

Bu baxımdan A. Dümanın “Qafqaz səfəri: Bakı” əsəri ilə bağlı dərslikdə on bir 

səhifəyə yer vermək, tədrisinə isə üç saat vaxt ayrılması məqsədəuyğun sayıla bilməz. 

Onun dərslikdə bədii əsər kimi təqdim edilməsi doğru deyildir. 

55. Səhifə 68-78. Xəlil Rza Ulutürkün “Gerbimiz – qəlbimiz” əsəri ideya-bədii 

cəhətdən  mükəmməl  sənət  nümunəsi  olsa  da,  16  hecalı  şeir  olduğundan,  6-cı  sinif 

şagirdi  onu  qavramaqda  və  əzbərləməkdə  çətinlik  çəkir.  Bu  mövzunun  tədrisi  ilə 

bağlı dərsliyin 11 səhifəsində lüzumsuz tapşırıq və göstərişlər verilmiş, tədrisinə isə 

bir saat vaxt ayrılmışdır. 

56. Səhifə 79. “Sən elm və texnologiya erasının sakinlərindənsən”. “Sakin” 

sözü  məkanla  (kəndin  sakini,  şəhərin  sakini)  bağlıdır.  “Era”  isə  zaman  ölçüsüdür 

(bizim era, islam erası, xristian erası). İlin, ayın, əsrin sakini olmadığı kimi, eranın da 

sakini olmur. 

57.  Səhifə  80.  “Nəqletmə  xarakterli  bədii  nümunələrdə  aşağıda  təqdim 

edilən  quruluş  (giriş,  əsas  hissə,  nəticə)  olmalıdır”  fikri  yanlışdır.  Bədii  əsərlərin 

dərslikdə bu şəkildə hissələrə bölünməsi qeyri-elmi yanaşmadır. 

58.  Səhifə  96.  Bədii  əsərlərin  “təsviri  xarakterli”  və  “nəqletmə  xarakterli” 

mətnlər  adı  ilə  bölgüsü  yanlış  nəticələrə  gətirib  çıxarmışdır:  “Təsviri  xarakterli 



mətnlərdə  obrazın  fərdi,  özünəməxsus  cəhətləri  təsvir  edilir.  Nəqletmə 

xarakterli  bədii  nümunələrdə    obraz  haqqında  danışarkən  onun  ümumi 

cəhətləri haqqında məlumat verilir” fikri doğru deyildir. 

 

59.  Səhifə  156.  Cabir  Novruzun  “Mən  bizim  anaları  günəşə  tay  tuturam” 



şeiri üzrə suallar qeyri-dəqiqdir: 

- Əsərdə ana haqqında danışılır, yoxsa onun necə olduğu oxucunun gözləri qarşısında 

canlandırılır? 

- Şeirdə müəllif hislərin (eşitmə, görmə, qoxu, dad, toxunma) təsvirinə yer veribmi? 




23 

 

Hər  iki  sual  uğursuzdur.  Belə  çıxır  ki,  ana  haqqında  danışmaqla,  onu  təsvir  etmək 



fərqli məsələlərdir. Məgər ananı təsvir etmək onun haqqında danışmaq deyil? İkinci 

sual  da  etik  baxımdan  düzgün  deyil.  Şagirdin  əsərdə  ananın  qoxusu,  dadı  haqqında 

suala cavab axtarmasının metodik, etik baxımdan nəyə xidmət etdiyi aydın deyil. 

 

C.Novruzun  analara  həsr  olunmuş  şeirinin  təsviri  əsər  kimi  təqdim  edilməsi 



səhvdir. Bu, lirik şeirdir, əsas yeri anaların tərənnümü tutur. Əsərə yanlış yanaşma  öz 

əksini dərslikdəki bütün  sual  və  tapşırıqlarda  tapmışdır.  Lirik  əsərlərdə  tərənnümün 

əsas yer tutduğu dərslikdə unudulmuşdur. 

60.


 

Səhifə  157.  Təsviri  və  nəqli  mətnlərin  qarşılaşdırılması  elmi-metodik 

baxımdan  səhvdir.  Cədvəldəki  cümlələr  bir-birini  inkar  edir,  dil-üslub  baxımından 

qüsurludur,  şagirdi  çaşdırır.  Dərslikdə  göstərilir  ki,  təsviri  mətnlərdə  məkan,  əşya, 

hadisə  haqqında  danışılmır,  onun  necə  olduğu  göstərilir.  Bu  fikir  doğrudursa, 

M.Seyidzadənin  “Əqrəb  və  çanaqlı  bağa”,  İ.Krılovun  “Ağac”  təmsillərinin 

dərslikdə  nə  üçün  təsviri  mətn  kimi  təqdim  olunması  sual  doğurur.  Hər  iki  əsərdə 

hadisə nağıl edilir, obrazların dialoqu verilir. 

61.


 

Səhifə 159. Dərslikdə “Koroğlu”  dastanı  səhvən təsviri-nəqli nümunə kimi 

təqdim  olunur.  169-cu  səhifədəki  cədvəl  28-də  yazılır:  “Təsviri-nəqli  xarakterli  



mətnlərdə  beş  elementin  olması  təmin  edilir  (hadisənin  baş  verdiyi  zaman  və 

məkan;  obrazlar;  əsərin  mövzusu;  ziddiyyət  (problem);  süjet)”.  Əgər  bu 

doğrudursa, onda bütün bu elementlərin olduğu “Zeynalabdin” hekayəsi (eləcə də, 

nəqletmə  xarkterli  mətn  adı  ilə  təqdim  olunan  digər  əsərlər)  dərslikdə  nə  üçün 

nəqletmə xarakterli əsər kimi təqdim olunur?  

62.    Səhifə  168.  Tapşırıq  3-də  şagirdə  “Koroğlu”  dastanını  cədvəl  28  üzrə 

təsviri-nəqletmə  xarakterli  əsər  kimi  araşdırmaq  təklif  olunur.  Həmin  tapşırığın 

icrasından sonra şagirdə bu əsərin təsviri, ya nəqletmə xarakterli olduğunu müəyyən 

etmək tapşırılır.  

63.

 

Səhifə  173.  “Basatın  Təpəgözü  öldürdüyü  boy”un  tədrisi  zamanı 



şagirddən həddindən çox – 17 mücərrəd, tərcümə xarakterli cədvəl üzrə iş aparmaq 

tələb  olunur.  Təlim  prosesində  bu  işi  görmək  qeyri-mümkündür.  İlk  dərsdə  şagird 

əsərin  oxusu    ilə  bağlı  səhifə  14-dəki  cədvəl  1-lə  tanış  olmalı,  5  bəndlik  təlimatı  

həyata  keçirməlidir.  Sonra  8  səhifəlik  əsəri  oxumalı,  ayrı-ayrı    hissələrdən  sonra 

proqnozlar verməlidir. Reallıqda bütün bunları həyata keçirmək  mümkün deyildir. 

64. Birinci yarımildə layihələr üzrə iş nəzərdə tutulmamışdır. Sinifdənxaric oxu 

dərslərinə  2  saat  ayrılsa  da,  MMV-də  verilən  tövsiyələrdə  həmin  dərslərin 



Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə