Dərslik layihəsi (sınaq nəşri) Rafiq İsmayılov Dilrüba Cəfərova



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə18/45
tarix16.11.2017
ölçüsü1,1 Mb.
#10684
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   45

kom munizmindən müһazirə oxuyur. Onun müһazirəsindən özümü o qədər
naqolay һiss edirəm ki, az qalıram qışqırım:
– Amiqo
*
, çəkil, sən Allaһ, Piza qülləsi bundan yaxşıdır.
Yuxuda mən italyanca əla danışıram, ancaq susuram, çünki bu əsra -
rən  giz spagetti çox dadlı şey imiş və mən guya һər dəfə özümə söz veri -
rəm:
– Bax bir loğma da yeyim, sonra ağzımdan çıxanı ona deyəcəyəm.
Di gəl, mən ona һeç nə demirəm, çünki növbəti loğmadan imtina etmə -
yə iradəm çatmır və buna görə də özümü bir az da alçalmış һiss edirəm,
amma bu һəqarət һeç iştaһamı pozmur, əksinə, daһa da gücləndirir.
Qərəz, mən müһazirəçimə sonuncu makarona qədər qulaq asmalı olu-
ram. Sonra isə, sonuncu loğmadan sonra olan-qalan vicdanım yol vermir
ki, düşündüyümü ona deyim. Heç olmasa, axırıncı loğmadan imtina edə
bilsəydim, deyərdim. İntəһası, neyləyim, alınmır. Vicdan da yaxşı şeydir
axı, bircə loğmadan keçə bilmirsənsə, nə danışasan?!
Budur, o çıxıb gedir və yenə də gözlərim önündə əyri qüllə peyda olur. 
Bir fikir mənə raһatlıq vermir: bəlkə, Piza  qülləsinin əyriliyi bir işa rədir –
һəyatımızın Allaһın iradəsindən dönmə bucağını təyin edir. Ya xud yazıq
Piza qülləsi düz dayanır, əyri dayanan yerdir, o da bizim mənfur əməl lə -
rimizdən əyilib...
Fazil İskəndərin 
“Sandro əmi və qul Həzrət” əsərindən parça
Söz ehtiyatı
2. “Tent” və “spagetti” sözlərinin mənasını müəyyənləşdirin.
Düşün və cavab ver
3. Piza qülləsi müəllifdə nə ilə assosiasiya olunur?
4. Müəllif obrazı haqqında nə deyə bilərsiniz? Fikirlərinizi əsərdən si-
tatlar gətirməklə əsaslandırın.
5. Müəllifin Piza qülləsi haqqında düşüncə və mühakimələri hansı
abzaslarda əks olunub?
6. “Tənqid etmək istədiyindən pay alma” hökmü hansı hissəyə uy ğun -
dur?
63
FƏRD VƏ CƏMİYYƏT
*Amiqo – ital. dost


Yazı
7. Verilmiş mövzulardan birini seçin. Onu Piza qülləsi və oxuduğunuz
əsərlə əlaqələndirərək 10-12 cümlədən ibarət esse yazın.
A. Əyilmək hələ yıxılmaq demək deyil. İnsan nə qədər əyilsə də,
yıxılmamalıdır.
B. Hər bir şəxs anadan qüsurlu doğula bilər. Lakin bu insan bir
çoxlarının qibtə etdiyi şəxsiyyətə çevrilə bilər.
C. Düzlüklə yanaşı, əyrilik bəşəriyyətin ayrılmaz xüsusiyyətidir.
Əyrilik olmalıdır ki, düzlüyə qiymət verilsin.
Dil qaydaları
8. Mətndə altından xətt çəkilmiş cümlədə qrammatik əsası saxlamaqla
digər üzvləri ixtisar edin. Cümlədəki fikirdə baş vermiş dəyişikliyi
izah edin. 
9. Suallara cavab verməklə cümlələri genişləndirin.
1. Şah İsmayıl (harada?) anadan olmuşdur.
2. Xristofor Kolumb Amerikanı (nə zaman?) kəşf etmişdir.
3. Tazıya “tut” deyir, (nəyə?) “qaç”. 
(Atalar sözü)
4. (hansı?) peşmançılıq fayda verməz.
(Atalar sözü)
5. Hacı Çələbi xan (kim ilə?) mübarizə aparmışdır.
6. İsaak Nyuton (nəyi?) kəşf etmişdir.
7. Bayatı (neçə?) misradan ibarətdir. 
Cümlədə mübtəda və xəbər vasitəsilə ifadə olunan əsas məlumat
ikincidərəcəli üzvlər vasitəsilə genişləndirilir.  
Böyük (hansı?) qardaşım axşam (nə vaxt?) şəhərə (haraya?) atamla
(kim ilə?) gedəcək. 
Cümlənin II dərəcəli üzvləri bunlardır: tamamlıq, təyin, zərflik.
Tamamlıq: 
Yenidən dostunu (kimi?) heyranlıqla süzdü.
Təyin: 
Birdən göy üzündə qara (necə?) buludlar oynaşmağa
başladı.
Zərflik: 
Güllə səsi eşidən Cahandar ağa təpəyə (haraya?) qalxdı.
(İ.Şıxlı)
Yadda saxla!          
CÜMLƏNİN İKİNCİDƏRƏCƏLİ ÜZVLƏRİ
_ _ _ _ _
~~~~
~~~~~~~
64
III BÖLMƏ


10. Verilmiş söz və söz birləşmələrindən istifadə etməklə atalar sözlə -
ri ni bərpa edib sualını qarşısında yazmaqla köçürün.  
Nümunə: Su ... axar.  – Su səmtinə (haraya?) axar.
acıqlı, el atan, bizim başımız, abadlıq, çox istədiyi, 
təzə, qışda, meyvəsiz, buz
1. Yayda kölgədə yatan ... qar üstdə yatar.
2. ... başda ağıl olmaz. 
3. ... daşa güc çatmaz.
4. Dəlləkliyi ... öyrənir.
5. Pişik balasını ... yeyər.
6. ... bardağın suyu şirin olar.
7. ... ağaca daş atmazlar.
8. ... gün əridər, insanı xəcalət. 
9. Bayquş xarabalığı ... dəyişməz.
11. Verilmiş cümlələrdə ikincidərəcəli üzvləri tapın və onların aid
olduğu cümlə üzvlərini müəyyənləşdirin.
Nümunə: Susuz qalmış zəmilər həsrətlə yağışı gözləyirdi.  
həsrətlə (necə?) 
g gözləyirdi
yağışı (nəyi?) 
g gözləyirdi   
susuz qalmış (hansı?) 
g zəmilər 
1. Sahibə xanım gözəl Təbriz xalçalarına heyranlıqla baxırdı.
2. Coşqun dalğalar sahilə hücum çəkirdi.
3. Mən doğma kəndimizi tez-tez yada salıram.
4. Vətən uğrunda şəhid olmuş qəhrəmanlar heç vaxt unudulmur lar.
12. Altından xətt çəkilmiş ikincidərəcəli üzvlərə uyğun gələn  xüsu -
siyyətləri müəyyənləşdirin. 
1. Bu yerlərin meşələrində qocaman palıd ağaclarına tez-tez rast
gəlmək olurdu. 
(İ.Əfəndiyev)
2. Topa-topa bir tərəfə yığılmış qar artıq öz gözəlliyini və parıltısını
itirmişdi. 
3. Külək neçə illik ağacı bir anda kökündən qoparıb yola yıxdı.
A. Mübtədaya aid olub onu müxtəlif cəhətdən izah edir, 
hansı?
sualına cavab verir.
B. Xəbərlə əlaqəlidir, hərəkətin  yerini bildirir, 
harada? sualına
cavab olur.
C. İsmin təsirlik halı ilə ifadə olunub, hərəkətin obyektini bildirir.
                   
              
                          
                         
                         
65
FƏRD VƏ CƏMİYYƏT


MƏMURUN ÖLÜMÜ
Bir gün axşam kiçik məmur İvan Dmitriç Çervyakov teatr zalının ikinci
sırasındakı kresloda oturub durbin ilə operaya baxır və özünü son dərəcə
xoşbəxt hiss edirdi. Lakin birdən... 
Hekayələrdə “lakin birdən” ifadə si nə tez-tez təsadüf olunur. Müəllifləri
qı namaq olmaz: həyat gözlənil mə z hadisələrlə doludur! 
Bəli, birdən onun üz-gözü qırışdı, gözləri qıyıldı, nəfəsi bir anlıq kəsil -
di... O, durbini gözündən uzaqlaşdırıb əyildi və... asqırdı. Asqırmaq heç
ki  mə heç yerdə qüsur tutulmur. Kəndlilər də, polis rəisləri də, hətta məxfi
müşavirlər də asqırırlar. Hamı asqırır. Çervyakov heç pərt olmadı, cib dəs -
malı ilə ağız-burnunu sildi və asqırması ilə bir kimsəni narahat edib-
etmədiyini bilmək üçün ətrafına baxdı. Lakin bu zaman ona utanc gətirən
bir səhnənin şahidi oldu: qabaqda, birinci sırada oturan bir qoca öz əlcəyi
ilə daz başını və boynunu bərk-bərk silir və yavaşcadan deyinirdi. Çerv -
ya kov qocanı tanıdı; o, yollar idarəsində işləyən general Brizjalov idi.
Çervyakov düşündü: “Asqıranda tüpürcəyim üstünə sıçrayıb! Mənim
rəisim olmasa da, hər halda, yaxşı olmadı. Üzr istəmək lazımdır”.
Çervyakov öskürdü və özünü qabağa verib generalın qulağına pıçıldadı:
– Bağışlayın, zati-aliləri, asqıranda üstünüzə sıçrayıb... qəfildən oldu...
– Eybi yoxdur, eybi yoxdur...
– Allah eşqinə bağışlayın. Mən
bunu... bilə-bilə eləmədim!
– Eh, oturun yerinizdə, xa -
hiş edirəm! Qoyun qulaq asaq!
Çervyakov pərt olub məna -
sız bir halda gülümsədi və səh -
nəyə tamaşa etməyə baş ladı. O
tamaşa edirdi, an 
caq əvvəlki
həzzi duymurdu. Çox narahat idi.
Tənəffüsdə Brizjalova ya xınlaşdı
və onunla yanaşı gedə-gedə as-
tadan dedi:
– Zati-aliləri, mən asqıranda sizin
üstünüzə sıçradı... Bağış 
layın... Axı
mən...
1. Əsər qəhrəmanının soyadının mənasından (çervyak – soxulcan)
çıxış edərək xarakteri haqqında proqnoz verməyə çalışın.
66
III BÖLMƏ


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə