Dərslik layihəsi (sınaq nəşri) Rafiq İsmayılov Dilrüba Cəfərova



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə20/45
tarix16.11.2017
ölçüsü1,1 Mb.
#10684
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   45

Dil qaydaları
9. Mətndə göy rənglə verilmiş cümlədə altından xətt çəkilmiş sözlərin
sintaktik vəzifəsini müəyyən edin.
10. Göy rənglə verilmiş  sözlərin mübtəda və ya tamamlıq olduğunu
müəy  yən edin. Fikrinizi əsaslandırın. 
1. 
Sona xalça
satırdı.
2. 
Əkinçilər
həsrətlə 
yağış
gözləyirdilər.
3. İclasda 
hər kəs söz 
istəyirdi. 
4. 
Yosunlar
fotosintez prosesinin “tullantısı” kimi, altı dəfə çox
oksigen
istehsal edir.
5.
Alay 
səbirsizliklə
hücum əmri 
gözləyirdi. 
6. Vaxtilə 
ingilislər
kartofu becərənlər üçün xüsusi 
medal
təsis
etmişdilər.
7.
Şah İsmayıl
Sultan Səlimə 
məktub
göndərdi.
11. Uyğunluğu müəyyən edin. 
A. Təsirlik haldadır, cümlədə tamamlıq vəzifəsindədir. 
B. Mənsubiyyət şəkilçilidir, cümlədə mübtəda vəzifəsindədir. 
C. Mənsubiyyət və hal şəkilçisi qəbul edib, tamamlıq vəzifə sin də dir.
1. Sözü hələ də dillərdə dastandır, çünki vaxtında və məqamında
söylənmişdir.
2. Ayna özünü görə bilsə idi, başqalarına baxmazdı.
3. Biz işığı görmürük, işıq qaranlıqda bizə yardımçı olur.
4. Elm təcrübələrini təbiətin öz üzərində sınaqdan keçirir.
5. Sərvət insanı aşağı çəkir, yaradıcılıq isə onu ucaldır.
6. Ürəyi hər zaman xalq üçün döyünüb, ona görə də daima yaşayır.
Tamamlıq qeyri-müəyyənlik bildirən təsirlik halda olan sözlə
ifadə edildikdə formaca mübtədaya bənzəyir. Məsələn: 
Toğrul (mübtəda) ev (tamamlıq) aldı. 
Lakin yadda saxlamaq lazımdır ki, mübtəda hərəkət və ya hök-
mün subyektini ifadə etdiyi halda, ta mamlıq, adətən, obyekt
bildirir və bir çox hallarda tə sir lik hal şəkilçisi qəbul edə bilir.
Şagird (subyekt) kitabxanadan kitab (obyekt) aldı. – Şagird
(kim?) kitabxanadan kitabı (nəyi?) aldı.
Yadda saxla!     
MÜBTƏDA, YOXSA TAMAMLIQ?
70
III BÖLMƏ


MİRZƏ SƏFƏR
Mirzə Səfərlə biz tanış olan da onun
yaşı qırx beşlə əllinin ara sında idi. Özü
də qəza dəftər xa nasında qul  luq edərdi.
Dəf    tər     xa na da Mir zə nin hör mətini göz -
lər  dilər. Çünki sair mir zə lər hər gələn -
dən bir ab bası, altı şahı rüşvət alardı,
amma Mirzə öz maaşına kifayət edib
bir qəpik də ol sun rüşvət al mazdı. Dün -
yada yal taq  lıq nə ol duğunu bil məzdi. 
Bir dəfə bir nəfər şəxs dəftərxa na ya
gəlib katibdən əri zəsini so ruşur, katib
cavab verir ki, kağı zın Mirzə Sə  fər dədir,
üzünü köçürər, aparar san. Şəxs Mirzə -
yə tərəf gəlir:
– Mirzə, mənim kağızımı, mümkünsə, yaz, aparım.
– Dayan, bu saat yazaram, əlimdə özgə iş var.
– Bilirsiniz, mən Həsən ağanın qohumuyam.
Mirzə qələmi əlindən buraxıb kişinin gözlərinin içinə baxdı.
– Doğrudan, Həsən ağanın qohumusan?
– Doğrudan.
– Sən Allah, Həsən ağanın qohumusan?
– Vallah, doğru deyirəm.
– Sən Həzrət Abbas, Həsən ağanın qohumusan?
– Həzrət Abbas haqqı, Həsən ağanın qohumuyam.
– Bəs elə isə, gəl min mənim boynuma. Neyləyim, Həsən ağanın qo-
humusan, gözlə, vaxtında kağızın hazır olar, apararsan.
...Bir dəfə nə üstə isə naçalnikin Mirzə Səfərə qəzəbi tutub dedi:
– Səfər! Papağını götür, buradan get!
Mirzə Səfər qalxıb naçalnikin sifətinə şax baxdı.
– Cənab naçalnik, siz yəqin edin ki, mən buradan gedəsi olduqda
papağımı qoyub getməyəcəyəm. 
1.
Bu dialoq Mirzə Səfərin xarakterinin hansı xüsusiy yət lə -
rin dən xəbər verir?
71
FƏRD VƏ CƏMİYYƏT


Yoldaşları hamısı bir dillə naçalnikdən xahiş etdilər ki, onun təqs i rin dən
keçsin. Mirzə Səfərin isə sifətində yalvarmaq nişanəsi yox idi. Mir zə nin tə -
miz qulluqçu olmağına qiymət qoyurdular. Ona görə vəzifəsində sax ladılar.
* * *
Mirzə Səfərin iki oğlu edadiyyə* məktəbinin beşinci sinfində oxuyurdu.
Mirzənin məişəti ağır olduğundan məktəb nəzdində olan xeyriyyə cə miy -
yəti onun uşaqlarını dərs pulundan azad etmişdi.
Bir gün uşaqları məktəbdən gəlib Mirzəyə xəbər verdilər ki, daha bu il -
dən onları məktəb pulundan azad etməyəcəklər, pul verməsələr, hər iki -
sini məktəbdən xaric edəcəkİər.
Sabahı gün Mirzə məktəb müdirinin yanına getdi. Müdir uşaqların yax -
şı oxuduğunu, onların məktəbdən çıxarılmalarına çox əfsus etdiyini bil dir -
di. Məsləhət gördü ki, gedib Həsən ağa ilə görüşsün. İş onun əlindədir.
Məlum oldu ki, Mirzə Səfərin Həsən ağanın qohumu ilə rəftarı ağanın
qulağına çatıb, o da qeyzlənib, xeyriyyə cəmiyyətinin iclasında deyib ki,
Mir zə Səfərin uşaqlarını öz xərci ilə oxutmağa  imkanı var, qoy təhsil xər -
cini ödəsin. 
Mirzə Səfər məyus evə qayıtdı. İştahsız nahar yeyib yatmaq istədi, yu -
xusu gəlmədi. Durub libasını geyinib getdi dostu usta Zeynalın dükanına.
Usta Zeynal onun kefsizliyinin səbəbini xəbər aldı. Əvvəl Mirzə heç nə
demək istəmədi. Sonra ustanın təkid etdiyini görüb dedi:
– Nə söyləyim? Həsən ağanın evi başına uçsun, gedib məktəbdə de -
yib ki, filankəsin pulu aşıb-daşır, uşaqlarını öz xərci ilə oxuda bilər. Mənim
mədaxilimi bilirsən. Mən bunu haradan düzəldim? Uşaqlar məktəbdən
çıxarılsa, mən vərəmləyib öləcəyəm.
Usta Zeynal Mirzə Səfərə Həsən ağanın yanına getməyi məsləhət
gördü. Mirzə Səfər bir neçə dəqiqə usta Zeynalın üzünə baxdı, birdən
ayağa qalxıb dedi:
– Usta Zeynal, bu nə təklifdir, mənə edirsən? Mən, Mirzə Səfər gedim
Həsən ağanın ayağına yıxılım? Mən acından ölməyə razı olaram, amma
4. Nə üçün Mirzə Səfər əvvəlcə kefsizliyinin səbəbini dostuna
demək istəmirdi?
2. Mirzə Səfərin son sözlərinin arxasında, əslində, hansı fikir durur?
3. Mirzə Səfər haqqında “təmiz qulluqçu” dedikdə müəllif nəyi
nəzərdə tutur?
72
III BÖLMƏ
*Edadiyyə – XX əsrin əvvəllərində Azərbaycanda mövcud olan orta məktəb


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə