Dərslik layihəsi (sınaq nəşri) Rafiq İsmayılov Dilrüba Cəfərova



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə17/45
tarix16.11.2017
ölçüsü1,1 Mb.
#10684
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   45

6. Cümlələrdəki söz birləşmələrini seçib sualını müəyyən edin.
Nümunə: Bədahətən şeir söyləmək şairdən böyük ustalıq tələb edir.
1. Bu dəfə yolumuz Naxçıvanın rayonlarınadır.
2. Dağların üstündən yaşıl vadilərə baxanda təbiətin möcüzələrinə
heyran qalırsan.
3. İnsan həqiqətə ancaq ideyaları mənimsəməklə çatır.
4. Ağıl və məntiqlə düşünməyi bacaran insan da arabir mənasız
işlərə baş qoşur. 
(A.Frans)
7. Cümlələrin qrammatik əsasını tapın və ifadə vasitəsini göstərin.
(Mübtədanın altından bir, xəbərin altından iki xətt çəkilir.)
1. O dövrdə Azərbaycanın görkəmli alim və şairləri Şirvanşahlar
sarayına toplaşmışdılar.
2. Övladın ən müqəddəs borcu valideynin qayğısına qalmaqdır.
3. Hər bir xalqın mərasim folklorunun bəzəyi onun bayramlarıdır.
4. Xalqın yüksək mənəvi dəyərləri bayramlarda öz əksini tap mış dır.
5. Daim əylənmək insanı ən ağır işdən də çox yorur. 
6. Sərvət müdrikin qulu, axmağın ağasıdır.
Feili birləşmələr və asılı tərəfi yiyəlik halda işlənən ismi bir -
ləşmələr bütövlükdə cümlənin bir üzvü olur.
Bildiyini başqalarına öyrətmək (nə?) savabdır.
Dərman bitkiləri (nə?) təbiətin bizə verdiyi nemətdir.
Həyat dünyanın ən mürəkkəb məktəbidır (nədir?). 
Digər ismi birləşmələrin tərəfləri, əsasən, müxtəlif  cümlə üzv -
lə ri rolunda çıxış edir.
Dəri (hansı?) çanta (nə?) əlimdən yerə düşdü.
Belə birləşmələr bütövlükdə bir anlayış ifadə edəndə tərəflər bir
cümlə üzvü olur.
Bu gün imtahanın nəticələri açıqlanacaq.
Yadda saxla!       
SÖZ BİRLƏŞMƏLƏRİNİN CÜMLƏDƏ ROLU
Söz birləşmələri
Sualı
Bədahətən şeir söyləmək
Nə?
58
II BÖLMƏ


8. Uyğunluğu müəyyən edin.
A. Ən böyük məharət lazımi məqamda dayanmağı bacarmaqdır.
B. Şirvanşahlar elm, incəsənət və poeziyaya hamilik edirdilər.
C. Ananın öz baş örtüyünü yerə atmasını Azərbaycanda sülhə
çağırış kimi dəyərləndirmişlər.
D. Mühakimə qabiliyyəti hadisələrin düzgün təhlilinə kömək edir.  
E. Muğam qüdrətli möcüzəsi ilə bir çox xalqların ruhuna hopub.
Cümlədə:
1. Söz birləşməsi ilə ifadə olunmuş cümlə üzvü yoxdur.    A B C D E
2. Mübtəda ismi birləşmə ilə ifadə olunub.
A B C D E
3. Xəbər frazeoloji birləşmə ilə ifadə olunub.  
A B C D E 
4. 
Nəyi? sualına cavab verən söz birləşməsi var.   
A B C D E
5. Xəbər feili birləşmə ilə ifadə olunub.   
A B C D E
*
9. Altından xətt çəkilmiş  hansı söz birləşməsi xəbərlə bağlı deyil?  
1. Çingiz Aytmatov dünya şöhrəti qazanmış əsərlərində xalqın milli
psixologiyasını əks etdirmişdir.
2. Xalçaların incə naxışlarını nəzərdən keçirdikcə onun qəlbində
qəribə duyğular baş qaldırdı.
3. Dostların qiymətini onların sayı azaldıqca daha yaxşı bilirsən. 
4. İnsan öz fikirlərini yalnız söz ehtiyatı zəngin olduqda aydın
ifadə edə bilər.
10. Söz birləşmələrini cümlədə mübtəda və xəbər vəzifəsində işlədin.
Nümunə:  ozünə kənardan baxa bilmək
Özünə kənardan baxa bilmək aqil adamların xüsusiy yətidir.
İnsanda gözəl xüsusiyyətlərdən biri də özünə kənardan baxa bil -
məkdir.
hikmət xəzinəsi, millətin taleyi, dərindən düşünən, 
atalar sözləri, uzun danışmaq
11. Cümlələrdəki ismi və feili birləşmələri tapın. Cümlə daxilində
hansı suala cavab verdiyini müəyyənləşdirin. 
1. Dahi şəxslər mühitini öz qəlbində gəzdirir.
2. Müdriklik həyat elmini öyrənməkdir.
3. Şöhrət dalğaları  yüngül adamları tez yerindən oynadır.
4. Zirvəyə gedən yol insan qəlbindən keçir. 
5. Ziyalı öz zəmanəsindən yüksəkdə durmalıdır. 
59
İNFORMASİYA VƏ KOMMUNİKASİYA


ÜMUMİLƏŞDİRİCİ TƏKRAR
1. Azərbaycan dilində nəşr edilən ilk qəzet və onun redaktoru haq -
qında nə öyrəndiniz?
2. İnformasiya mənbəyi kimi qəzet, radio və televiziyanın hər birinin
üstün cəhətlərini göstərin.
3. Verilmiş feili birləşmələri əsas tərəflərinin ifadə vasitəsinə görə
qruplaşdırıb yazın. Birləşmələrin üçünü cümlədə işlədin.
gözəlliyi görə bilən, insan adını qoruyanda, yaşadığı yeri 
abadlaşdırmaq, geri dönmədən, kəndə çatar-çatmaz, həyatı
mənalı edən, daim yüksəlmək, həsrətlə gözlədiyim, yarı-yarımçıq
öyrənmək, yenilik qəbul edildikdə, sözünü deyə-deyə 
Məsdərlə ifadə olunan: 
Feili sifətlə ifadə olunan: 
Feili bağlama ilə ifadə olunan:
4. Aşağıdakı mənalara uyğun gələn mürəkkəb adları düzgün yazılış
qaydalarına əməl etməklə yazın.
Azərbaycanın məşhur milli bayramı –
Azərbaycan universitetlərindən birinin adı –
Azərbaycanın tərkib hissəsi olan muxtar respublikanın rəsmi adı –
Azərbaycanda səhiyyəyə rəhbərlik edən nazirliyin adı –
Müəllimlərə verilən fəxri ad –
Azərbaycan jurnalistlərinin peşə bayramı –
5. Mürəkkəb adları ixtisarlar şəklində yazmaqla köçürün. Onlardan
sonra şəkilçilərin yazılış qaydasına əməl edin.
1. Azərbaycan Ali Hərbi Məktəbinin məzunları hərbi təlimlərdə öz
peşəkarlıqlarını nümayiş etdirdilər. 
2. Litva dövləti Avropa Birliyinə daxil oldu. 
3. Azərbaycan Dövlət Milli Akademik Dram Teatrına gələn tama -
şa çıların sayı ildən-ilə artır. 
4. Bu il Azərbaycan Dövlət İqtisad Universitetinə yüksək balla
qəbul olan tələbələrin sayının artımı müşahidə edilir.
5. Mingəçevir Su Elektrik Stansiyası Kür çayının üzərində yerləşir. 
60
II BÖLMƏ



PİZA QÜLLƏSİ
Mən “Amra” restoranının yuxarı
mə r tə bəsində,  tent altında oturub
ətrafı seyr edir 
dim. Burada yayın
qızmarında da sərin meһ əsir, qül -
lədən suya tullanan uşaqların şən
səsləri, suyun şap 
pıltısı adamın
əsəb lərini sakit 
ləş dirir, körfəzdə
küləkdən əyi lən yelkənli qayıqların
suyun ayna sinəsini yaran maili
uçuşu göz ox 
şayır. Öz mailliyi ilə
məşһur olan Piza  qülləsi, yəqin ki,
bu uçuşa һə səd aparardı.
Yeri gəlmişkən, Piza qülləsi һaq -
qında. Mən һər dəfə onu jurnallarda
və ya һə vəs kar şəkillərində görəndə
özümdən ası 
lı ol 
ma yaraq əsəbilə 
-
şirəm. Həm də nədənsə əsəbiləşdiyimi gizlətməli oluram. Özüm bu cür al-
bomlar saxlamıram və һeç vaxt da bu qülləni çəkmək imkanım olmayıb.
Onu һər dəfə bu və ya digər şəkildə başqaları göstərib, mən də һəmişə
təşəkkür əlaməti olaraq bu qüllənin əcaib əyriliyinə təəccüblənməli
olmuşam.
Axı nə qədər əyri durmaq olar, bunun bir axırı olmalıdır, ya yox?! Mən
belə düşünürəm: çox da sən Piza  qülləsisən, ya birdəfəlik yıxıl, ya da dü -
zəl! Axı bu əbədi əyrilik – əyri ürəklərin, əyri ideyaların davam lı lığına gö -
 zəl nümunədir.
Hərdən gecələr məni qara basır və tez-tez bir yuxu görürəm. Görürəm
ki, məni İtaliyaya gətiriblər və elə bir yerə bağlayıblar ki, oradan gecə-
gündüz Piza  qülləsini seyr etməli oluram. Qüllənin mənasız əyriliyi məni
cin atına mindirir və fikirləşəndə ki nə qədər sağam, o yıxılmayacaq, mən
durduqca duracaq, һirsimdən az qala bağrım çatlayır.
Hərdən bu vaһiməli yuxuda bir italiyalı da peyda olur və onun gəlişi va -
һiməni daһa da artırır. O, gündə üç dəfə spagetti gətirir və Piza  qülləsinin
qarşısını tutaraq məni yedizdirir. Ancaq eyni zamanda o mənə Avropa
1. Sizcə, nəyə görə müəllif Piza qülləsini görəndə əsəbiləşirdi?
62
III BÖLMƏ


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə