Dərslik layihəsi (sınaq nəşri) Rafiq İsmayılov Dilrüba Cəfərova



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə13/45
tarix16.11.2017
ölçüsü1,1 Mb.
#10684
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   45

Öz ixtirasını daha da təkmilləşdirən Markoni İngiltərədən Fransaya 50
km-lik məsafədə 
Morze Kodu
ilə məlumat göndərməyə nail oldu. Son-
radan o, Atlantik okeanı üzərindən radiosiqnal göndərdi. Bununla da ABŞ
və Böyük Britaniya arasında rəsmi rabitə quruldu. Kral VIII Eduard və
prezident Teo dor Ruzvelt radioqramlarla bir-birini salamladılar. 
Bu hadisədən beş il sonra kanadalı alim Recinald Fessenden ilk dəfə
radio ilə insan səsinin verilməsinə nail oldu. Daha sonra Markoninin şirkəti
Avropadan Amerikaya radioteleqrafla xəbər göndərmək istəyən bütün in-
sanlar üçün ilk radioteleqraf stansiyası açdı. 
Ayrı-ayrı məntəqələr arasında simsiz rabitə sistemi kimi yaranan radio
bir müddətdən sonra mühüm xəbərləri geniş kütlələrə çatdırmaq üçün
əsas informasiya vasitələrindən birinə çevrildi. 
1926-cı il noyabrın 6-da radio Azərbaycana da gəldi. Paytaxt kü çə ləri
və meydanlarında qurulmuş reproduktorlardan ilk dəfə “Danışır Bakı!”
sözləri eşidildi.
* * *
Beləliklə, insanlar artıq radio vasitəsilə səsli informasiya qəbul edir, mu -
siqi dinləyirdilər. Lakin insan zəkası ən əlçatmaz xəyalları belə reallaş dı -
ra bilir. Alimlər indi də au dio vizual informasiya, yəni te levi ziya haqqında
düşünürdülər.
Radio kimi televiziyanın da ixtirası
uzun illərin araş dır maları nəticəsində
baş verdi və burada bir çox ixti ra çı -
ların payı vardır. Lakin onların ara sın -
da alman mühəndisi Paul Nipkovun
adını xüsusi qeyd etmək lazımdır.
1884-cü ildə 24 yaşlı Nipkov üzərində
spiralvarı yollar və deşiklər olan bir
disk ixtira et di. Bu disk hər hansı cis-
min qar şı sında fırlan dıq da de şik lər -
2. Adları çəkilən dövlət başçılarının hansı ölkələrə rəhbərlik et-
diyini sonuncu abzasa əsasən müəyyənləşdirin.
3. 
Radionun inkişaf tarixini cədvəl şəklində təqdim edin. 
4. Sizcə, nəyə görə mətndə Böyük Britaniya ilə ABŞ arasında
radiorabitənin yaradılması xüsusi ola raq vur ğu lanır?
46
II BÖLMƏ
İlk mexaniki televizor


dən keçən gö rün tü lər birləşib cismin tam gö   rüntüsünü yaradır və onu
başqa diskə ötü rürdü. Bu, televiziyanın ixtira sında mühüm bir addım idi.
Lakin ide  yalar tari xinin öz qə ribəlikləri var. Demək olar, 40 il ərzində heç
kim Nipko vun ix ti rasına maraq gös tərmədi. O özü də ix ti rasını tək mil ləş -
dirib gö rün tünü ötü rən ci haz yaratmağa təşəbbüs göst ər mə di.
Yalnız 1926-cı ildə şotlandiyalı ixtiraçı Con Börd Nipkovun diskindən is -
tifadə et məklə ilk dəfə olaraq insanın təsvirini te leviziya vasitəsilə əldə etdi.
Hə min ilin so nunda Börd öz ixtirasını ictimaiyyətə açıqladı. Onun şirkəti
ilk mexaniki tele vi zorların istehsalına başladı.
Tezliklə Böyük Britaniyanın BBC (bi-bi-si) radioyayımı korporasiyası
televi ziya yayımına başladı. 30-cu illərin sonunda Böyük Britaniyada artıq
20.000 televizor var idi. 
İlk dövrlərdə bir çox məşhur alimlər və iş adamları radio və televiziyaya
skeptik yanaşırdılar. Hələ 1897-ci ildə 
london fiziklər cəmiyyətinin
prezi-
denti, Kelvin temperatur şkalasının ixtiraçısı Uilyam Tomson (lord Kelvin)
deyirdi ki, radionun gələcəyi yoxdur. Ondan 20 il sonra şirkətlərdən birinə
radioqurğuların istehsalını təklif edəndə şirkət rəhbəri belə demişdi: “Bu
naqilsiz musiqili qutu heç bir kommersiya dəyərinə malik ola bilməz. Axı
fərdi qaydada məhz ona ünvanlanmamış məlumata görə kim pul verər?”
Mağazalarda ilk televizorlar peyda olanda isə zəngin iş adamlarından biri
demişdi: “Televiziya bazarda altı ay da dözməyəcək, çünki adamlar hər
axşam gözlərini taxta yeşiyə dikməkdən tez bezəcəklər”.
Lakin insanların operativ informasiyaya olan marağı elektron KİV üçün
həyata vəsiqə verdi. Radio və televiziya az bir zamanda böyük bir inkişaf
yolu keçdi: rəngli televizorlar meydana çıxdı, xəbərlər hadisə yerindən can -
lı yayımlanmağa başladı, radio və televiziya qurğuları xeyli yığcam laş dı,
bir sıra kanallar peyk, daha sonra internet vasitəsilə yayımlandı... 
Bu gün informasiya məkanında radio və televiziyanın öz yeri var. Səs
və görüntü bu iki informasiya vasitəsinin yaydığı məlumatları daha etibarlı
edir. Canlı yayım isə elektron KİV-ə interaktivlik amili gətirir.
Əkbər Qocayevin “İxtiralar və kəşflər” 
kitabının materialları əsasında işlənmişdir.
5. Oxuduğunuz sonuncu abzasdakı cümlələr arasındakı səbəb-
nəticə əlaqəsini şərh edin.
6. Operativ informasiya dedikdə nə başa düşürsünüz?
47
İNFORMASİYA VƏ KOMMUNİKASİYA


Söz ehtiyatı
7. “Vibrator”, “kabel”, “radioqram”, “reproduktor”, “skeptik”, “lord”,
“ope rativ” və  “interaktivlik” sözlərinin mənalarını izah edin.
Yazı
8. Mətnin sonuncu abzasındakı fikirləri izah edin və genişləndirin.
Dil qaydaları
9. Mətndə qırmızı rənglə verilmiş mürəkkəb adların yazılışında yol
ve ril miş  səhvləri  müəyyənləşdirin. 
10. Nöqtələrin yerinə əlamətdar günlərin adını yazın.
Nümunə: 26 İyun – Silahlı Qüvvələr Günü 
1. 8 Mart – ...
2. 28 May – ... 
3. 1 İyun – ... 
4. 1 Avqust – ...
5. 15 Sentyabr – ...
6. 18 Sentyabr – ... 
7. 18 Oktyabr – ...
8. 9 Noyabr – ...
Mürəkkəb adlar yazılışına görə iki hissəyə bölünür:
1. Bütün sözləri böyük hərflə başlayan mürəkkəb adlar: Bir ləş -
miş Ərəb Əmirlikləri, Azərbaycan Respublikası Təhsil Nazirliyi,
Azər baycan Respublikasının Dövlət Gerbi, Məhəmməd Füzuli, Si -
lahlı Qüvvələr Günü və s. 
2. Birinci sözü böyük hərflə başlayan mürəkkəb adlar: Bakı şə -
hə ri, Çaldıran döyüşü, Qurban bayramı, Azadlıq prospekti, “Yeddi
gözəl” poeması, Atlantik okeanı və s.
Qeyd 1. Tarixi gün bildirən mürəkkəb adlar sözlə ya zıldıqda birinci
sözü, rəqəmlə yazıldıqda ikinci sözü böyük hərflə başlayır: 
İyirmi yan-
var – 20 Yanvar.
Qeyd 2. Birinci sözü böyük hərflə başlayan bəzi mürəkkəb adlara
fərqləndirici söz əlavə olunduqda onun da ilk hərfi böyük yazılır: 
Pa-
leolit dövrü – Orta Paleolit dövrü.
Yadda saxla!       
MÜRƏKKƏB ADLARIN YAZILIŞI
48
II BÖLMƏ


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə