Dərslik layihəsi (sınaq nəşri) Rafiq İsmayılov Dilrüba Cəfərova



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə12/45
tarix16.11.2017
ölçüsü1,1 Mb.
#10684
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   45

faya çıxaraq xüsusi müəssisələrdə işlər müdirikontorçu, müəllim və bu
kimi vəzifələrdə işləmək üçün yer axtarır...”
Həsən bəy Zərdabinin “Əkinçi”dən sonrakı həyatı da çox ağır keç -
mişdir. 16 il Zərdabda qaldıqdan sonra iflic xəstəliyinə tutularaq Bakıya
qayıdır. Yeni qəzetlərdə mühərrirliklə məşğul olur. “Kaspi” qəzeti səhifələ -
rində öz məqalələri ilə müntəzəm iştirak edir.
1907-ci ilin 28 noyabrında Həsən bəy Zərdabi gözlərini əbədi yumur.
Onun dəfni zamanı natiqlərdən biri demişdi: “Həsən bəy Bakıya ac gəldi,
ac da getdi”.
Qılman İlkinin “Bakı və bakılılar” kitabından
Söz ehtiyatı
3. “Hürufat”, “dvoryan”, “əlahiddə”, “donos”, “qarovulçu”, “mürəttib”,
“tə vəqqe”,  “vaqe olmaq”, “müsaidə”, “iğtişaş”, “kontorçu”, “iflic”,
“mü  hər rir” sözlərinin mənasını müəyyənləşdirin və müasir dildə
qarşılığını göstərin.
Dil qaydaları
4. Mətndə göy rənglə verilmiş söz birləşmələrini aşağıdakı başlıqlarla
uyğunlaşdırın. 
– Ad və soyad bildirən söz birləşmələri:
– Qəzet, jurnal, kitab,  küçə, okean, dəniz və s. adları bildirən söz
birləşmələri:
5. Dördündən biri fərqlidir.
A) günbatan  B) Məmmədxan C) Çin Respublikası   D) Göyçay
A) Novruz bayramı  B) “Mozalan” jurnalı   C) Abbasəli  D) Daş dövrü
A) Xəzər dənizi    B) Kür çayı    C)  Savalan dağı    D) Göygöl
Bir çox dövlət, təşkilat, bayram, əsər və s. adları söz bir ləş mə -
lə 
ri ilə ifadə olunur: 
Azərbaycan Respublikası, Azərbaycan
Respub li  kasının Dövlət Himni, Azərbaycan Respublikası Xarici
İşlər Na zirliyi, Birləşmiş Millətlər Təşkilatı, Novruz bayramı,
Milli Dirçəliş Günü, “Tərəqqi” medalı və s. Bunlara mürəkkəb
adlar deyilir. 
Yadda saxla!       
MÜRƏKKƏB ADLAR
43
İNFORMASİYA VƏ KOMMUNİKASİYA


6.  Mətndən mürəkkəb adları və mürəkkəb xüsusi isimləri seçib cədvəl
üzrə qruplaşdırın. 
1. Qədim şəhərlərimizdən olan Dərbəndə, Şimali Qafqaza, ordan da
Moskvaya uzanır bu yol...  Astara yolu Təbrizə can atdığı kimi, bu yol
da Dərbəndə tələsir. Ceyranbatan gölü, Bakının balaca qardaşı Sum -
qayıt arxada qalır. Solda Böyük Qafqazın son “dalğaları”, sağda isə
mavi Xəzər! 
(S.Rəhimov)
2. Girdmançay Azərbaycanda yerləşən çoxsulu çaylardan hesab olu -
 nur. Babadağdan başlayan bu çay İsmayıllıdan, Ağsudan keçir. Çay
Azər  baycan ərazisində yaranmış Girdman dövlətinin adını yaşadır.
Ra  yo nun təbiətinə xüsusi gözəllik verən bu çay bəzən müəyyən prob -
lemlər də yaradır. 
7. Mürəkkəb adları verilmiş başlıqlar üzrə qruplaşdırın. 
Azərbaycan Respublikası, Azərbaycan Respublikasının Prezidenti,
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, Yeni il bayramı, Qur-
ban bayramı,  Ramazan bayramı, Bakı Şəhər İcra Hakimiyyəti,
Azərbaycan Respublikasının Baş Naziri, Dostluq meydanı, 
Abşeron yarımadası, Nizami Gəncəvi, M.Ə.Sabir adına Bakı 
Dövlət Pedaqoji Texnikumu, Azərbaycan Dövlət Bayrağı,  
“İstiqlal” ordeni, Abbasqulu ağa Bakıxanov, “Azərbaycan” qəzeti,
Azərbaycan Respublikasının Əməkdar müəllimi, Dağüstü park,
“Azərbaycan Bayrağı” ordeni, “Leyli və Məcnun” poeması
1. Dövlət, dövlət rəmzlərinin adları: 
2. Yüksək dövlət vəzifələrinin adları: 
3. İdarə, müəssisə və təşkilatların adı: 
4. Ad, soyad, təxəllüs:  
5. Tarixi hadisə, dövr, sülalə, bayram, abidə və s. adları: 
6. Tərkibində okean, park, xiyaban, küçə, dəniz və s. söz olanlar:  
7. Əsər, qəzet, jurnal, orden, medal adları: 
8. Fəxri adlar: 
Mürəkkəb ad
Mürəkkəb xüsusi isim
44
II BÖLMƏ


 
45
İNFORMASİYA VƏ KOMMUNİKASİYA
RADİO VƏ TELEVİZİYA
Uzun müddət insanlar dünyada baş ve rən -
lər haqqında qəzet vasi tə silə, yəni xə bər ləri
oxumaqla məlu mat alırdılar. Lakin XIX əs rin
son la rında radionun ixtirası dinlə məklə infor -
ma siya almaq imkanı yaratdı.
1888-ci ildə alman alimi Henrix Hers təcrübədə sübut etdi ki, elektro-
maqnit sahəsi də işıq kimi dalğalar şəklində yayılır. O öz laborato ri ya sın -
da elektrik qığılcımından yayılan dal ğa ların müəyyən məsafədə qoyulmuş
məftil halqa (vibrator) tərəfindən qə bul olunduğunu nümayiş etdirdi.
Elektromaqnit dalğalarının kəşfi alimləri simdən və
kabeldən istifadə etmədən uzaq məsafəyə məlumat
ötürülməsi sa həsində axtarışlara sövq etdi. Beləliklə,
radionun ixtirasına yol açıldı. 
Radionun ixtirası iki alimin adı ilə bağlıdır:  Aleksandr
Po pov (Rusiya) və Qul yelmo Markoni (İtaliya). Hər iki
alim təxminən eyni vaxt da radio dal ğaların köməyi ilə
bir nöqtədən digərinə məlumat gön dər mə yə nail oldu.
Lakin Markoni Po povu bir addım qabaqladı. 
1895-ci il may ayının 7-də rus mühəndisi ya rat dığı
radiorabitə (məftilsiz rabitə) sistemini elmi ictimaiyyət
qarşısında nü mayiş etdirdi. Popov öz ixtirasını “ildırım
qeydə alan ci haz” kimi təqdim etdi. Çı xı şının sonunda
o dedi ki, bu cihaz tək  mil ləşdirilsə, ondan siqnalların
elektrik dalğaları va sitəsilə ötürül mə si üçün istifadə
etmək olar. Bir il sonra Popov de diyini sübuta yetirdi.
Am ma 1895-ci ilin yazında italyan ix tiraçısı Mar koni
artıq öz radio qurğusu ilə 2,4 km mə safəyə Morze kodu
ilə siqnal ötürməyə nail ol muşdu. 1896-cı ilin iyununda
Mar koni ixtirasını patent ləşdirdi
1898-ci ilin yanvarında radio ilk dəfə praktikada
tətbiq edildi. O zaman qar çovğunu teleqraf  xət   lərini qır -
mışdı və Böyük Britaniyada şəhərlər ara sında əlaqə
kəsilmişdi. Belə bir şəraitdə Mar koni Uels* jurnalist lə -
rinin məlumatını radioötürücü ilə yaydı.
1. Sizcə, bu təcrübə zamanı məftil halqada (vibratorda) nə baş verir?
Aleksandr Popov
(1859-1906)
Qulyelmo Markoni
(1874-1937)
*Uels – Böyük Britaniya Krallığına daxil olan tarixi və 
inzibati ərazi


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə