Dərslik layihəsi (sınaq nəşri) Rafiq İsmayılov Dilrüba Cəfərova



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə8/45
tarix16.11.2017
ölçüsü1,1 Mb.
#10684
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   45

SÜRƏTLİ OXU
Oxucuları iki hissəyə ayırıram:
xatırlamaq üçün oxuyanlar və 
unutmaq üçün oxuyanlar.
V.Filips
İnsanın çalışqanlığı və iradəsi onun
üçün böyük uğurlara yol açır. Lakin
bəzən zaman azlığı bizə bir çox işləri
görməyə imkan vermir. İnsan vaxt qa -
zanmaq üçün müəyyən  işləri avto mat  laşdırmağa nail olmuşdur. La kin elə
işlər var ki, onu bizim əvəzimizə heç bir maşın yerinə yetirə bilməz; mə -
sələn, oxu mağı və öyrənməyi. Məqsədyönlü, intellektual insan bütün mrü
boyu nə isə oxuyur, öyrənir. Bəzən oxumaq istədiyimiz kitabların
siyahısına ba xır və düşünürük: “Aman Allah! Bunları oxumağa nə qədər
vaxt lazımdır?!” 
Bəs nə etməli? Oxumanı və qavramanı sürətləndirmək mümkün dür -
mü? Bu suallar uzun müddət mütəxəssisləri düşündürmüşdür. 
* * *
İnsanların 95%-i çox yavaş oxuyur – dəqiqədə 200-250 söz. Bu o
deməkdir ki, onlar 1 səhifəni oxumağa 1,5-2 dəqiqə vaxt sərf edirlər. Lakin
bir çox dahilər sürətli oxu vərdişinə malik olublar. Məsələn, Napoleonun
oxu sürəti dəqiqədə 2000 söz təşkil edirdi. Fransız yazıçısı Balzak yarım
saata 200 səhifə oxuyurdu (təqribən dəqiqədə 7 səhifə – 3000 söz). 
Hazırda bir çox şəhərlərdə sürətli oxu kursları fəaliyyət göstərir ki, bu-
rada xüsusi məşqlər hesabına oxu texnikası inkişaf etdirilir. Bu texnikaya
yiyələnmək davamlı məşq və böyük zəhmət tələb etsə də, hətta mək təb -
lilərin nail ola biləcəyi bir işdir.  Məsələn, sürətli oxu üzrə Ginnes rekordu
be lə kurslardan birini bitirmiş Moskva məktəblisi Svetlana Arxipovaya məx -
susdur. O, bir dəqiqəyə 60 000 işarədən ibarət mətni (təqribən 30 səhifə –
12 000 söz!) oxumuş və onu tam qavradığını sübuta yetirmişdir.
Kiyev məktəblisi Yevgeniya Alekseyenko isə 20 münsifin iki gün ər zin -
də tanış olduğu kitabı onların gözü qarşısında bir neçə dəqiqəyə oxumuş,
sonra isə onun məzmununu bütün təfərrüatı ilə bir neçə saat nəql etmişdir. 
* * *
Bəziləri düşünür ki, oxunulan materialın mənimsənilməsi üçün aramla,
yavaş oxumaq lazımdır. Lakin sübut edilmişdir ki, sürətlə oxuyan insan-
larda qavrama daha yüksək olur. Səbəbi isə sadədir. Əgər biz bir səhifəni
30
I BÖLMƏ


oxumağa 2 dəqiqə vaxt sərf ediriksə, beynimizə bunu qavramağa bir neçə
saniyə kifayət edir. Boş qalan vaxt ərzində beyin gərəksiz fikirlərlə məşğul
olduğundan diqqətimiz yayınır. Deməli, oxu sürəti ilə qavrama sürəti eyni -
ləş sə, mətn daha yaxşı mənimsənilər.
Nəzərə almaq lazımdır ki, oxu zamanı gözlə qəbul edilən informasiya
beyin vasitəsilə “emal olunur”. İstənilən yazılı mətn müəyyən informasiya
da şıyan qrafik vahidlərdən – hərflərdən, sözlərdən, cümlələrdən, abzas -
lar dan və s.-dən ibarətdir. Oxunun sürəti hansı həcmdə qrafik vahidi
birdəfəyə qavramaqdan asılıdır. Məktəbdə oxumağa başlayarkən beyin
əvvəlcə hərfləri tanımağa vaxt sərf edir, ona görə də oxu sürəti çox aşağı
olur. Müəyyən vaxt keçdikdən sonra hərflərin tanınması mexaniki prosesə
çevrilir; gözlər artıq sözü bütöv şəkildə görür və vahid işarə kimi beyinə
ötürür. Beləliklə, oxu prosesi sürətlənir. İndi təsəvvür edin, cümləni, abzası
bir vahid kimi ani olaraq qavraya bilsəniz, oxu sürətiniz nə qədər arta bilər.
* * *
Hərflərlə ifadə olunan sözlər qrafik simvollardan başqa bir şey deyil.
Əsas məsələ onların ifadə etdiyi anlayışlardır. Söz-simvolla söz-anlayışın
eyniləşdirilməsi, yəni gözlə görülən sözün tanınması prosesi beyində baş
verir. Şüurlu oxunun, qavrama prosesinin mahiyyəti də məhz bundan
ibarətdir. 
Qavrama iki halda baş tutmur: ya beyin söz-simvolu tanımır, yəni ... ,
ya da ona (sözə) “məhəl qoymur”, başqa sözlə, ... .
Birinci səbəb 
söz ehtiyatı
ilə bağlıdır. Dilin lüğət ehtiyatında on minlərlə
söz var. Zəngin söz ehtiyatına malik olmadan sürətli oxuya nail olmaq
mümkün deyil. Bunun üçün isə, sadəcə, çox mütaliə etmək, bədii və elmi-
kütləvi əsərlər oxumaq və bu zaman tanış olmayan hər bir sözün mənasını
araşdırmaq lazımdır. Ona görə də oxu bacarığının inkişafı insanın həyatı
boyu baş verən prosesdir. 
Qavramanı zəiflədən
ikinci səbəb 
oxu zamanı
diqqətin yayınmasıdır.
Bunun üçün oxumağa başlamazdan əvvəl kitaba köklənmək, oxunun
məqsədini, mövzu ilə bağlı 
sualları müəyyənləşdirmək
lazımdır. Siz bü tün
başqa fikirləri kənara atmalı, oxumaq üçün elə yer seçməlisiniz ki, diqqə -
tinizi yayındıracaq bir şey olmasın.
1. Aşağıdakı ifadələr sonuncu cümlədəki hansı boşluqlara uyğun
gəlir?
A) Beyin sözü müvafiq anlayışla eyniləşdirə bilmir.
B) İnsanın diqqəti oxuduğu mətn üzərində cəmlənmir.
C) İnsanın fikri yayınır.
D) İnsan sözün mənasını bilmir. 
31
KAMİLLİYƏ DOĞRU


Sürətli oxu anadangəlmə istedad deyil, hər bir insanın iradəsi və zəh -
mət keşliyi hesabına əldə edə biləcəyi bacarıqdır. Amerikalı Sin Adam mək -
təbdə oxuyarkən orta səviyyəli şagird olub. Hətta görmə qabiliy yətin də
qüsurlar olub. Sonradan Sin həkimlərin təyin etdiyi məşğələlər hesabına
gözlərinin görmə bucağını genişləndirə bilib. 1982-ci ildən eti barən intensiv
mütaliə etməklə oxu sürətini artırmaqla məşğul olub. 2003-cü ildə o, oxu
sü rə tini dəqiqədə 3850 sözə çatdıra bilib.
Bir sözlə, demək olar ki, hamı sürətli oxuya nail ola bilər. Lakin bunun
üçün xeyli əmək sərf etmək, uzun müddət məşq etmək lazımdır. Unut ma -
yın ki, uğur əldə edə bilməyənlərin 90%-i məğlub olmayıb, sadəcə, nə ti -
cədən əl üzüb. Uğurun əsas mənbəyi isə öyrənməkdir. 
Aynur Xanlarqızı
Düşün və cavab ver
4. Mətnin növündən (elmi-kütləvi əsər, bədii əsər, tozsorandan isti fa -
də haqqında təlimat və s.) asılı olaraq oxunun məqsədini müəyyən
edin.
Yazı
5. Sualları cavablandırın və cavablarınızı mətnin məzmununa uyğun
ardıcıllıqla yazın.
– Şüurlu oxu (oxuyub-qavrama) nə deməkdir?
– İnsanlar sürətli oxu üzrə hansı nailiyyətlər qazanıblar?
– Oxu sürətini artırmaqda robotlar bizə yardım edə bilərmi?
– Oxuyarkən qavramanı zəiflədən hansı amillərdir?
– Sürətli oxu nəyə lazımdır?
– Sürətli oxuya nail olmaq üçün nə etmək lazımdır? 
– Qavramanı zəiflədən amilləri aradan qaldırmaq üçün nə etmək
lazımdır?
– Oxu prosesində gözlə beyinin funksiyaları nədən ibarətdir? 
– Mətnin mənimsənilməsinin səmərəliliyini artırmaq üçün oxu sü -
rə ti neçə dəfə artmalıdır?
2. Sizcə, nəyə görə 1-ci sinifdə oxuyub-yazmağı öyrənməyə cəmi
bir neçə ay kifayət edir, lakin sürətli oxuya nail olmaq üçün
illərlə vaxt lazımdır?
3. Oxuduğunuz sonuncu hissədən əldə etdiyiniz məlumatları
ümumiləşdirin və cümləni tamamlayın:
“Sürətli oxumaq üçün: 1) ..., 2) ... lazımdır”.
32
I BÖLMƏ


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə