Dərslik layihəsi (sınaq nəşri) Rafiq İsmayılov Dilrüba Cəfərova



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə11/45
tarix16.11.2017
ölçüsü1,1 Mb.
#10684
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   45

14. Hər sxemə uyğun 5 söz birləşməsi düzəldin. Onlardan birini cüm -
lədə işlədin. 
1T
0
+ 2T
0

1T
0
+ 2T
m

1T
y
+ 2T
m
– 
15. Xüsusiyyətlərin hansı söz birləşməsinə aid olduğunu müəyyən
edin. 
A) rəfdəki kitab
B) vətən həsrəti
C) onun qələmi
D) uşaqların ikisi
E) bizim küçəmiz
Hansı birləşmədə: 
• tərəflər arasına söz daxil etmək olmur?
A B C D E
• mənsubiyyət şəkilçisini ixtisar etmək olar?
A B C D E
• şəxs əvəzliyinin yerinə isim işlətmək olar?
A B C D E
• birinci tərəf çıxışlıq hal şəkilçisi qəbul edə bilər?                A B C D E
• tərəflərindən heç biri qrammatik şəkilçi qəbul etməyib?      A B C D E
• hər iki tərəf eyni zamanda cəmlənə bilər?
A B C D E
16. Məntiqi ardıcıllığı davam etdirin.
A) soyuq hava, belə cavab, ...
B) el adəti, dövlət nişanı, ...
C) kitabın səhifəsi, günəşin şüası, ...
D) uşaqlardan biri, bildiklərindən çoxu, ... 
17. Nümunəyə baxaraq cədvəli doldurun.
40
II BÖLMƏ
Söz birləşməsi
sintaktik əlaqənin növü söz birləşməsinin növü
seysmik dalğalar
yanaşma
I növ t.s.b.
sahil zonası
əsərin xülasəsi
sənin yaddaşın
ikinci dəstə
telefon nömrəsi
subtropik iqlim


“ƏKİNÇİ”NİN
TALEYİ
Yazıçı-publisist 
Qılman İlkin
1
özü nün “
Bakı və bakılılar” kitabında
2

Əkin  çi” qəzetini
3
nəşr edərkən 
Həsən
bəy Zər dabinin
4
qarşılaşdığı çətin -
liklər ba rədə ətraflı yazır:
“O dövrdə Azərbaycan dilində
qə zet çıxarmaq çox çətin idi. Həsən
bə yin özünün yazdığı kimi, “pul yox,
ya zıçı-yoldaş yox, çapxana yox,
hürufat yox. Dövlət tərəfindən icazə
almaq da ki bir böyük bəladır”.
Bu işdə Həsən bəyə o zaman Bakının general-qubernatoru olan Sta -
ro selski yaxından kömək etdi. Staroselski rus dvoryanlarından olsa da,
arvadı gürcü olduğu üçün Qafqaz əhlinə qarşı çox səmimi idi. O bilirdi ki,
çar hökuməti müsəlman ölkələrində qəzet nəşrinə çox ehtiyatla yanaşır.
Ona görə də Həsən bəyə məsləhət bildi ki, çıxaracağı qəzetin adını
“Əkinçi” qoysun. Hökumətin icazə verməsi üçün bu, düşünülmüş addım
idi. Guya “Əkinçi” siyasət məsələlərinə qarışmayacaq, ancaq əkin və
əkinçilikdən danışacaqdır. 
Uzun müddət düşünüb-daşınandan sonra Həsən bəy 1875-ci ilin iyun
ayında hürufat almaq üçün İstanbula gedir. Hürufatı alıb qayıdandan sonra
əlahiddə bir çapxana almaq lazım gəlir. Həsən bəyin isə buna gücü çatmır.
Staroselski yenə də ona kömək əlini uzadır. O, Həsən bəyin İstanbuldan
gətirdiyi hürufatı quberniya idarəsinin çapxanası üçün satın alır və qəzetin
bu mətbəədə çapına icazə verir. Bununla da qubernator Həsən bəyi çətin
vəziyyətdən çıxarır. Beləliklə, 1875-ci ilin 22 iyulunda quberniya idarəsinin
mətbəəsində “Əkinçi”nin birinci nömrəsi çapdan çıxır...
Abunəçilərin sayı 400 nəfərə çatmış və qəzetin ətrafında yazıçıların
sayı artmışdı. Staroselski özünü qəzetin senzoru təyin etmişdi. O, işdən
çıxandan sonra onun müavini qəzetin senzoru oldu. Əlbəttə, Sta ro -
selski nin işdən getməsi, Həsən bəyin özünün dediyi kimi, onun üçün
bədbəxtlik idi. Çünki Staroselski gedəndən sonra qəzetin düşmənləri yer-
yerdən hücuma keçib qəzeti bağlatdırmağa çalışdılar. O biri tərəfdən
qəzetdə siyasi xəbərlərə icazə verilmədiyindən abunəçilərin də narazılığı
artırdı. Qəzet barədə donoslar yazılmağa başladı. Bu barədə Həsən bəy
özü belə yazırdı: 
41
İNFORMASİYA VƏ KOMMUNİKASİYA


42
II BÖLMƏ
“Gündə məndən və “Əkinçi”dən donoslar göndərirdilər. Jandarm tə -
rəfdən üstümə qarovulçular qoyuldu... Bununla belə, mən qəzeti vaxtında
çıxarırdım. Elə ki Dağıstanda şuluqlar başlandı, “Əkinçi”nin günü dəxi qara
oldu. Bir gün Nəcəf bəy Vəzirovun məqaləsini ki, Moskvadan gön dərmişdi,
vermişdim düzülməyə. Məqalədə bir dərviş bazarda dükanların qaba -
ğında qəsidələr oxuyub onları elm, təhsil etməyə çağırırdı. Senzor qol
çəkib çap olunmağa icazə vermişdi. Qəzet çap olunub paylanandan sonra
qubernatorun hökmünə görə, o nömrəni bağlayıb məni istədilər. Gedib
gördüm ki, mənim Minasovum (mətbəədə işləyən erməni mürəttibi – Q.İ.)
oradadır. Qubernator buyurdu ki, Minasov deyir ki, dərvişin sözlərinin qeyri
mənası var. Ona görə nömrəni bağlayıb sənə hökm edirəm ki, bir qeyri
nömrə çap edəsən. Cavab verdim ki, qeyri nömrə çıxarda bilmərəm. Mən
gedəndən sonra qubernator özü bir nömrə çıxarıb payladı. Nömrə mənim
adımla çıxmışdı. Mən təvəqqe elədim ki, mənim adımdan qəzet
çıxarmasınlar”.
1877-ci ildə başlayan rus-türk müharibəsi qəzetə böyük zərbə oldu.
Bütün rus qəzetləri müharibənin gedişindən ətraflı xəbərlər verdiyi halda,
“Əkinçi”yə müharibə barədə bir kəlmə də çap etməyə icazə verilmədi.
Həsən bəy bu barədə yazırdı: “Deyil ki, müharibənin gedişi, hətta mü ha ri -
bə zamanı Rusiya içərisində vaqe olmuş təbii fəlakətlərə dair məlumatı,
Moskvada soyuqdan sərçələrin donub ölməsini də qəzetə yazmağa mü -
saidə etməmişdilər. Senzorun fikrincə, bunu müsəlmanlar “Ruslara Allahın
qəzəbi keçmişdir” deyə izah edərlər...”
Həmin günlərdə Dağıstanda iğtişaş başladı... Bütün Qafqazda üsyanın
başlayacağından qorxuya düşən çar hökuməti “Əkinçi”nin də bu işdə
böyük rol oynayacağını düşünüb qəzeti bağlatdırdı.
“Əkinçi”dən bir il sonra fəaliyyətə başlamış rusdilli “Bakinskiye izves -
tiya” qəzetinin 1878-ci il 29 noyabr tarixli nömrəsində belə bir elan veril mişdi:
“Real məktəbinin* keçmiş müəllimi Həsən bəy Məlikov 20 no yabr dan iste -
2. Sizcə, nəyə görə “Əkinçi”yə rus-türk müharibəsi haqqında
yazmağa qadağa qoyulmuşdu?
1. Azərbaycan dilində çıxan qəzetdə erməni əməkdaşın iş lə mə -
sini mətnin əvvəlində verilmiş hansı məlumatın köməyi ilə
izah etmək mümkündür?
*Real məktəb (gimnaziya) – çar Rusiyasında təbii və riyazi təmayüllü fənlərə və canlı dillərə
üstünlük verilən orta təhsil müəssisəsi


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə