Dərslik layihəsi (sınaq nəşri) Rafiq İsmayılov Dilrüba Cəfərova



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə19/45
tarix16.11.2017
ölçüsü1,1 Mb.
#10684
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   45

– Ah, bəsdir də... Mən bunu unutmuşam, sizsə yenə də bu barədə da -
nışırsınız, – dedi. Bunu söylə yər kən onun alt dodağı əsəbi halda səyriyirdi.
Çervyakov şübhəli-şübhəli generala baxaraq düşünürdü: “Unudubdur,
ancaq üzündən zəhrimar yağır, heç danışmaq da istəmir. Onu başa sal -
ma lıyam ki, mən bunu bilə-bilə eləməmişəm, bu, təbiətin qanunudur, yox -
sa elə güman edər ki, mən onun üstünə tüpürmək istəmişəm. İndi belə
dü şünməsə də, sonra bu cür düşünə bilər!”
Çervyakov evə gəldikdən sonra öz nəzakətsizliyini arvadına da nışdı.
Onun fikrincə, arvadı bu ha disəyə çox ağılsızcasına ya naş dı; o, əvvəl qorx -
du, lakin Brizja lovun başqa idarənin rəisi olduğunu bil dik dən sonra sakitləşdi.
Ertəsi gün Çervyakov təzə mundirini geydi, üzünü qırxdırdı və Briz-
jalovun yanına getdi… Generalın qəbul otağına girəndə orada çoxlu adam
gördü. General gələnləri yenicə qəbul etməyə başlamışdı. Bir neçə nəfər -
dən nə üçün gəldiyini soruşduqdan sonra Çervyakova da baxdı.
– Zati-aliləri, dünən, əgər yadınızdadırsa, opera teatrında, – deyə kiçik
mə mur izahat verməyə başladı, – mən asqırdım və... sizin üstünüzə sıç -
radı... Bağış...
– Xataya düşmədik?! Heç dəxli var?! – General növbəti adama mü -
raciət etdi. – Sizə nə lazımdır?
Çervyakovun rəngi ağardı: “Heç danışmaq istəmir! De məli, acığı tutub...
Yox, bu məsələni belə qoymaq olmaz... Mən ona izah etməliyəm...”
General axırıncı adamla söhbəti qurtardıqdan sonra içəri otağa keçmək
istəyirdi ki, Çerv ya kov onun ardınca gedərək mızıldandı:
– Zati-aliləri! Cənabınızın rahatlığını pozmağa cəsarət edirəmsə, bunu
məhz peşmançılığımı bildirmək üzündən edirəm!.. Özünüz bilirsiniz ki,
mən bunu bilə-bilə etməmişəm!
General ağlamsınmış kimi üz-gözünü qırışdıraraq əlini yellədi:
– Cənab, siz məni ələ salırsınız?! – deyərək içəri girdi.
Çervyakov ürəyində düşündü: “Ələ salmaq nədir? Burada heç bir ələ
salmaq-filan yoxdur! Özü generaldır, ancaq başa düşmür! İş ki belə oldu,
mən daha bu yalançı pəhləvandan üzr istəməyəcəyəm
! Qoy cəhənnəm
olsun! Ona məktub yazacağam, amma yanına getməyəcəyəm! Vallah,
getməyəcəyəm!”
Çervyakov evə gedərkən belə düşünürdü. 
Amma o, generala məktub
yazmadı
. Uzun-uzadı fikirləşsə də, məktubu necə yazmaq haqqında heç
bir qərara gələ bilmədi. Ertəsi gün yenə də özü getməli oldu.
General başını qaldırıb sualedici bir nəzərlə ona baxarkən Çervyakov
belə dedi:
– Zati-aliləri, mən dünən sizi narahat edərkən heç də, siz buyurduğunuz
kimi, sizi ələ salmaq fikrində deyildim. Mən asqırarkən sizin üstünüzü bu -
ladığım üçün üzr istəməyə gəlmişdim, sizi ələ salmaq mənim heç ağlıma
da gəlməzdi. Mən sizi ələ salmağa heç cəsarət edərəmmi? 
67
FƏRD VƏ CƏMİYYƏT


General qəzəbindən göyərərək titrəyirdi. O, birdən:
– Rədd ol buradan! – deyə çığırdı.
Dəhşətdən yerində donub-qalmış Çervyakov pıçıltı ilə soruşdu:
– Nə?
General ayağını yerə vuraraq təkrar etdi:
– Rədd ol buradan!
Çervyakovun elə bil ürəyi qopdu. O heç bir şey görmədi. Heç bir şey
eşitmədi, yavaş-yavaş qapıya tərəf getdi və küçəyə çıxıb səndələyə-sən -
dələyə yeridi... Evə necə gəldiyini özü də hiss etmədi. Mundirini çıxar -
madan divanda uzandı və... öldü. 
Anton Çexov
Tərcümə edəni: Qılman İlkin
Söz ehtiyatı
2. “Zati-aliləri”, “səyrimək”, “mundir” sözlərinin mənasını kontekstə
görə izah edin.
Düşün və cavab ver
3. Məmuru və generalı xarakterizə edin. Məmurun ölümünə səbəb nə
oldu? Onun ölümündə generalı günahlandırmaq olarmı? Fikrinizi
əsaslandırın. Əsərdən çıxan əxlaqi nəticəni ifadə etməyə çalışın.
4. Çervyakovun arvadı haqqında nə deyə bilərsiniz?
Dil qaydaları
5. Mətndə göy rənglə verilmiş cümlələrdə ismin müxtəlif hallarında
işlənən sözlərin sualını və halını müəyyən edib yazın. 
Tamamlıq cümlədə xəbərlə bağlı olub hərəkətin obyektini bil di -
rir, əşya məzmunu ifadə edir və 
kimi? nəyi? haranı? nə? kimə?
nəyə? və s. suallarından birinə cavab verir.
Çalışqan adam intellektini (nəyi?) artıra bilər.
Ancaq Güləsərin yaşarmış gözlərini (nəyi?) xatırladı. (İ.Şıxlı)
Bir sıra hallarda tamamlıq qoşmalı söz və söz birləşmələri ilə
ifadə olunur. Bu zaman 
kim ilə? nə ilə? kim üçün? nə üçün? və s.
suallarından birinə cavab verir.
Nisbilik nəzəriyyəsi Albert Eynşteynin adı ilə (nə ilə?) bağlıdır.
Uşaq üçün (kim üçün?) kitab aldıq.  
Yadda saxla!     
TAMAMLIQ
_ _ _ _ _ _ _
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
_ _ _ _ _ _ 
68
III BÖLMƏ


6. Sualların yerinə tamamlıqlar artırıb cümlələri tamamlayın. 
özü, qanun, şəhidlərin qanı, çoxları, hər şey, çox danışmağı 
1. O dövlət yaxşıdır ki, danışanlardan daha çox (nəyə?) qulaq
asırlar. 
(Xilon)
2. Ən pis hökmdar odur ki, (kimə?) hökm edə bilmir. 
(M.Porsi)
3. Azadlıq ağacı (nə ilə?) suvarılır. 
(R.Born)
4. Az bilən (nəyi?) xoşlayır.
(T.Fuller)
5. Çoxlarını qorxudan adam (kimdən?) qorxmalıdır. 
(S.Publili)
6. Düşmənlə münasibətdə (nəyə?) icazə verilir. 
(Xilon)
7. Cümlələrdəki tamamlıqları müəyyən edin və aşağıdakı suallara
cavab verin. 
1. Gedəni saxlamazlar. 
2. Hikmət bizim haqqımızda onunla danışmışdı. 
3. Hökumət əlaçı tələbələrə yüksək təqaüd verir.
4. Kitabda gözəl illüstrasiyalar var. 
5. Uğur yaranan ani sükutdan istifadə etdi. 
6. Tələbə internetdən səmərəli istifadə etməlidir. 
7. Qonaqlar Bakını maraqla seyr etdilər.
8. Kənd əhli daha çox bağçılıqla məşğul olurdu. 
9. Samir görüş haqqında bir söz deməmişdi. 
10. Arzunun sözləri mənə çox qəribə gəlirdi. 
7.1. Tamamlıqlar ismin hansı hallarında olan sözlərlə ifadə olunur?
*
7.2. İsmin hansı hallarında olan sözlər müstəqil şəkildə tamamlıq
vəzifəsində çıxış edə bilmir?
*
8. Tamamlıqları tapıb ifadə vasitələrini göstərin. 
1. Balını ye, arısını soruşma.   
2. Qurd ilə dost ol, çomağı əlindən yerə qoyma. 
3. Çörəyi ver çörəkçiyə, birini də üstəlik. 
4. Yetənə yetir, yetməyənə daş atır. 
5. Yüz acını yeyirlər bir şirinin xatirinə.
6. Cahilin ibadətindən alimin yuxusu yaxşıdır.
7. Atana necə baxarsan, övladın da sənə elə baxar. 
8. Oynamaq bacarmır, deyir, yerim dardır. 
9. Mən otağın bir küncündə oturub qəmli halda pəncərəyə baxan
oğlanı tanıdım.
10. Sabahın üçün çalış, amma dünənini unutma.
69
FƏRD VƏ CƏMİYYƏT


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə